Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3458/2021 22.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndə və vəkili Vəkil, Cavabdeh1 nümayəndə və vəkili X7, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «müqavilənin etibarsız hesab edilməsi və ya pul» tələbinə dair ilk iddia, Cavabdeh1 İddiaçı qarşı «əmlak» tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(034)-25/2021 saylı qətnaməsindən ilkin İddiaçı və ilk iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(034)-25/2021 saylı qətnaməsi ilə İddiaçı iddia ərizəsinin qismən təmin olunması, Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş, “BMW” 328 markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 17000 (on yeddi min) manat pulun yarısı, yəni 8500 (səkkiz min beş yüz) manat pulun tutularaq İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaitinin İddiaçı alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir (hakim Gülsarə İmanova). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(034)-25/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam həcmdə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən ilk iddia üzrə Cavabdeh1 apellyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(034)-25/2021 saylı qətnaməsinin avtomobilin dəyərinin yarı bölünməsi və qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv olunmasını, həmin hissədə yeni qətnamə çıxararaq iddia tələbinin tamamilə rədd olunması, qarşılıqlı iddianın isə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 ilə Cavabdeh2 arasında “BMW” 328 markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi barədə müqavilənin etibarsız hesab edilməsi və ya mübahisəli nəqliyyat vasitəsinin ona düşən 50 faiz hissəsi, yəni 15000 manat borcun, 30 manat dövlət rüsumunun və 100 manat vəkil xərcinin cavabdehdən onun xeyrinə alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tələbin həcminin dəyişdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nikah dövründə əldə edilmiş “BMW” 328 markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış avtomobilin özgəninkiləşdirilməsi barədə formal bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, avtomobilin üzərində ½ pay hüququnun müəyyən edilməsi və avtomobilin dəyərinin ½ hissəsinin, 30 manat dövlət rüsumunun, 200 manat vəkil xərcinin və nikah dövründə "xxxx" ASC-dən götürdükləri 12500 manat kredit məbləğinin 2020-ci il iyul ayından sonrakı tarixlərdə ödədiyi aylıq ödənişləri kimi 1663.57 manatın yarısı kimi 831.78 manat və hazırkı banka borclu qaldığı 2588.04 manat borclarının 1294.10 manatın, cəmi 2125.88 manat pulun Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Zeyniyev X8 Gülnarə Nizami qızına qarşı əmlak tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı dörd adda əmlakların və ya onların dəyəri olan 2620 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, , digər tərəfin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, iş materiallarına əlavə edilmiş alğı-satqı müqaviləsindən də göründüyü kimi mübahisəli avtomobil 30000 manata satılmışdır. Həmin alğı-satqı müqaviləsi ilə də, ekspertiza rəyi ilə də avtomobilin qiymətinin tam sübut edildiyinə baxmayaraq heç bir sübuta söykənməyən şahid ifadəsi ilə məhkəmənin əsassız qətnamə qəbul etməsi heç də başa düşülən deyil. Həmçinin tərəflərin nikahı dövründə götürülmüş kredit müqaviləsi ilə həmin kredit öhdəliyi tam sübuta yetirildiyi, məhkəmə iclasında cavabdehin də həmin kreditdən xəbəri olduğunu etiraf etdiyi halda məhkəmə heç bir əsas olmadan iddianı həmin hissədə rədd etmişdir. Qanunsuz, qərəzli və əsassız hərəkətlərin davamı kimi məhkəmənin qətnaməni gec göndərməsi iddiaçının digər hüquqları ilə yanaşı MPM-nin tələblərini kobudcasına pozmasıdır. İlk öncə onu qeyd edir ki, bütün sübutlarla iddianın əsaslılığı sübut edildiyinə baxmayaraq iddianın cavabdehin heç bir sübuta söykənməyən ziddiyyətli ifadələri ilə verdiyi ifadələrə istinadən qismən təmin edilməsi tamamilə qanunsuzdur. Birinci instansiya məhkəməsində məsələnin aydınlaşması üçün banka sorğu verilməsinə dair vəsatətlə çıxış etmiş, vəsatət təmin olunmuş, Banka sorğu göndərilmiş, amma sorğunun cavabı əldə olunmadan, iş üçün əhəmiyyətli olan hallar aydınlaşdırılmadan qətnamə qəbul edildi. Bildirir ki, tərəflər arasında nikah 2021-ci ildə pozulub, müqavilə 15.05.2019-cu il tarixdə, yəni birgə nikah dövründə bağlanıb, kredit İddiaçı adına rəsmiləşdirilib. Bütün bunları nəzərə alaraq məhkəmədən ilkin iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, Zəngilan Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(034)-25/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam həcmdə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndə və vəkili X15 apellyasiya şikayətini müdafiə edib, digər tərəfin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, «Hyundai Azera» markalı ** DG *** dövlət nömrə nişanlı avtomobili müvəkkilinin atası Cavabdeh2 30.05.2017-ci ildə alğı-satqı yolu ilə əldə etmiş, maşının dövlət nömrə nişanı ** DG *** olmuşdur. 03.06.2017-ci il tarixdə O.Cavabdeh1Zeyniyevə həmin maşına sərəncam vermək barədə etibarnamə vermişdir. Cavabdeh1 etibarnamədən istifadə edərək maşını 05.09.2018-ci il tarixdə X6 28000 manata satmışdır. Sonradan həmin pul ilə ardıcıllıqla sonrakı avtomobilləri, o cümlədən mübahisə predmeti olan «BMW 328» markalı ** SC *** dövlət qeydiyyat nişanlı maşını almışdır. Sonradan müəyyən sosial problemləri həll etmək üçün avtomobili faktiki mülkiyətçisinə qaytarmışdır. Həmin avtomobil qəzaya uğramış və qəzalı vəziyyətdə ünvan 1 ünvanında yaşayan Cavabdeh3 17000 manata satılmışdır. Bundan əlavə işin gedişi zamanı müəyyən olundu ki, "xxxx" ASC-dən kredit avtomobil alındıqdan 5 gün sonra götürülmüşdür. Bu o deməkdir ki, avtomobil ailənin ümumi gəlirləri hesabına əldə olunmamışdır. İşin gedişi zamanı məlum oldu ki, «BMW 328» markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtomobil müvəkkilinin atası Cavabdeh2 tərəfindən ona bağışlanılmış avtomobilin satılması nəticəsində əldə olunmuş pulun hesabına alınmışdır. Deməli iddiaçı məhkəmə prosesində sübut etməli idi ki, «BMW 328» markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtomobil rəsmi nikah dövründə əldə olunmuş gəlir hesabına alınmışdır. Lakin ilkin iddia üzrə iddiaçı bunu sübut edə bilmədi. X17 alınmış və məhkəməyə təqdim edilmiş sənədlər qeyd etdiklərini tam şəkildə təsdiq edir. İş materiallarından müəyyən olundu ki, «BMW 328» markalı, 99SC328 dövlət qeydiyyät nişanlı avtomobil rəsmi nikah dövründə əldə olunsa da ailənin ümumi gəlirləri hesabına alınmamışdır. Bu baxımdan məhkəmə iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisə predimeti olan avtomobil ailənin ümumi gəlirləri hesabına alınmış və onun satılması nəticəsində əldə olunmuş vəsait tərəflər arasında bərabər bölünməlidir. Bu hissədə qətnamənin ləğv olunmasını istəyir. İddianın "xxxx"ASC-dən alınmış kreditin ödənilməmiş hissəsinin aralarında bölünməsi hissəsində rədd edilməsi yenə də təqdim olunmuş sənədlər əsasında müəyyən edilmişdir. Bu hissədə qətnamənin qüvvədə qalmasının xahiş edirlər. Məhkəmə qarşılıqlı iddianı rədd edərkən belə nəticəyə gəlmişdir ki, qol saatını, pul kisəsini və fləşkanı iddiaçıya Cavabdeh1 özü qaytarmışdır. Məhkəmənin gəldiyi nəticə ilə razılşamaq olmaz. Belə ki, həmin əşyaları İddiaçı Cavabdeh1 bağışlamışdır. Sonradan İddiaçı avtomobilə əyləşmiş və Cavabdeh1 iştirakı ilə həmin əşyaları maşının saxlanc yerindən götürmüşdür. Eyni zamanda brilliant qaşlı nişan üzüyünü və iphone 6 markalı telefonun ilkin iddia üzrə iddiaçıda olmasını təsdiq edən sənəd təqdim etməmişdir. İş materiallarından görünür ki, İddiaçı ilə münasibətləri pisləşdikdən sonra özünə məxsus olan bütün əmlakları yaşadıqları mənzildən Cavabdeh1, Cavabdeh2, Cavabdeh1 anasının iştirakı olmadan çıxarıb aparmışdır. Bir faktı da qeyd etmək istəyir ki, müvəkkili Zəngilan Rayon İcra Hakimiyyətinin aparatında çalışdığından birliyant qaşlı qızıl üzüyü barmağına taxmırmış və iphone 6 markalı telefonu özü ilə götürmürmüş. Həmin əmlaklar da evdə olduğundan onları iddiaçı özü ilə aparmışdır. Bu baxımdan məhkəmə bu hissədə səhv nəticəyə gəlmiş və qarşılıqlı iddianı rədd etmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Zəngilan Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(034)-25/2021 saylı qətnaməsinin avtomobilin dəyərinin yarı bölünməsi və qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv olunmasını, həmin hissədə yeni qətnamə çıxararaq iddia tələbinin tamamilə rədd olunması, qarşılıqlı iddianın isə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edib göstərdi ki, mübahisə predmeti olan maşının alınmasına səbəb olan ilk maşın onun mülkiyyətində olub, pulunu da özü ödəmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Zəngilan Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(034)-25/2021 saylı qətnaməsinin avtomobilin dəyərinin yarı bölünməsi və qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv olunmasını, həmin hissədə yeni qətnamə çıxararaq iddia tələbinin tamamilə rədd olunması, qarşılıqlı iddianın isə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh3 lazımi qaydada məlumat verilsə də tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(034)-25/2021 saylı qətnaməsi Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş, “BMW” 328 markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 17000 (on yeddi min) manat pulun yarısı, yəni 8500 (səkkiz min beş yüz) manat pulun tutularaq İddiaçı Nizami qızına ödənilməsi və nikah dövründə "xxxx" ASC-dən götürdükləri 12500 manat kredit məbləğinin banka borclu qaldığı 2588.04 manat borclarının yarısının, 1294.10 manatının Cavabdeh1 alınaraq ona verilməsi barədə ilk iddia tələbinin təmin edilməməsinə dair hissəsində ləğv edilməli, iddia tələbləri həmin hissədə qismən təmin edilməli, Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş, “BMW” 328 markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 28500 (iyirmi səkkiz min beş yüz) manat pulun yarısı, yəni 14250 (on dörd min ki yüz əlli) manat və "xxxx" ASC-dən götürülmüş 12500 manat kredit məbləğinin banka borclu qaldığı 2327,49 (iki min üç yüz iyirmi yeddi manat, qırx doqquz qəpik) manat borcun yarısı - 1163,75 (min yüz altmış üç manat, yetmiş beş qəpik) manat tutularaq İddiaçı Nizami qızına ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, Cavabdeh1 ilə İddiaçı 03.09.2018-ci il tarixdə rəsmi nikah bağlamışlar. Sumqayıt Şəhər Məhkəməsinin 10.02.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin 15.08.2020-ci il tarxli, 72472/1220 saylı məktubundan aydın olur k, Cavabdeh1 adına nəqliyyat vasitəsi qeydiyyatdan keçməmiş, əvvəllər adına qeydiyyata alınan və sonradan qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən, eləcə də etibarnamə əsasında istifadəsinə verilmiş nəqliyyat vasitələri barədə kompyuter çıxarışlardan məlum olur ki, Cavabdeh1 birgə nikah dövründə müxtəlif markalı maşınlar alıb satmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin 12.10.2020-ci il tarxli, 302.3795-1220 saylı məktubundan aydın olur ki, buraxılış ili 2010-cu il olan ** OD *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil 05.08.2020-09.08.2022-ci illərdə etibarnamə ilə İddiaçı satılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 12.10.2020-ci il tarixli **********46 saylı məktubundan məlum olur ki, ünvan 2 ünvanda yerləşən 8 saylı mənzil Sumqayıt şəhər İcra Hakimiyyətinin 18.05.1994-cü il tarixli, 3M-588 reyestr nömrəli mənzilin əvəzsiz bağışlanması müqaviləsi əsasında X2 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir.13.06.2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzil ½ hissə X3, ½ hissə isə X4 adına olmaqla qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. 28.07.2019-cu il tarixli alğı-satqı müqaviləsi əsasında sözügedən mənzil X1 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 15.08.2019-cu il tarixli dövlət reyesterindən çıxarış verilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.02.2021-ci il tarixli, 9/5569 saylı ekspert rəyindən məlum olur ki, 2013-cü il buraxılışlı, «BMW 3281» markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil təyinatı üzrə istifadəyə tam yararlı vəziyyətdədir, hazırda orta bazar qiyməti nəzəri qaydada təxminən 32.000 manat, likvid qiyməti təxminən 28.500 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbayca Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. (Ailə Məcəlləsi-nin 32.1,32.2.2,32.3.maddələri) Eləcə də Mülki Məcəllənin 225.1-ci maddəsində təsbit edilmişdir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Məhkəmə qeyd etmişdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. (Ailə Məcəlləsinin 32.1 maddəsi) Müəyyən olmuşdur ki, tərəflər 2018-ci ilin sentyabr ayında rəsmi nikaha qaxil olaraq ailə qurmuş, həmin dövrdən bu günə kimi birgə təsərüffat aparmışlar. Ailə münasibətləri alınmadığı üçün nikahları Sumqayıt Şəhər Məhkəməsinin 10.02.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflərin evlilik dövründən əvvəl Cavabdeh1 atası Cavabdeh2 tərəfindən onun adına alınmış avtomobilləri olmuşdur. Avtomobilləri alıb-satmışdır. Sonuncu avtomobil isə “Hyundai Sonata” avtomobil iş materiallarında olan nəqliyyat vasitəsinin 09.05.2019-cu il tarixlı müqavilə əsasında 20000 manata satılaraq üzərinə yenə 8500 manat qoyulub 10.05.2019-cü il tarixdə “BMW 328” markalı 99SC328 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əldə olunmuşdur. Tərəflər arasında bəzi problemlər yarandıqdan sonra Cavabdeh1 «BMW 328» markalı 99SC328 dövlət qeydiyyat nişanlı avtomobili atası Cavabdeh2 vermişdir. Cavabdeh2 da mal-qara almaqdan ötrü avtomobili nasaz vəziyyətdə, yəni avtomobil hasara, trubaya vurulduğuna görə və karobkasında problemlər olduğuna görə maşınların alveri ilə məşğul olan X5 17000 manata etibarnamə əsasında satmışdır. İddiaçı tərəf bu avtomobilin alınması üçün "xxxx" ASC-dən 12500 manat kredit məbləği götürüb həyat yoldaşına verdiyini iddia etsə də məhkəmə iclasında İddiaçı tərəfindən götürülmüş kredit avtomobilin alınması üçün yox, təqdim olunmuş bank sənədlərindən göründüyü kimi istehlak xərcləri üçün işçi krediti olmuşdur və həmin kredit artıq “BMW 328” markalı 99SC328 dövlət qeydiyyat nişanlı avtomobil alındıqdan sonra götürülmüşdür. Mübahisəli “BMW 328” markalı avtomobil 10.05.2019-cu il tarixdə götürülmüş, kredit isə 15.05.2019-cu il tarixində götürülmüşdür. Cavabdeh tərəfin dediyinə görə kreditin alınması iddiaçının adına ev alınması olmuşdur ki, İddiaçı da evi anasının adına almışdır. Tərəflər arasındakı mübahisələr də elə Gülnarənin evi anasının adına alındığı bilindiyi vaxtdan 2020-ci ilin yay aylarında başlanmışdır. Lakin İddiaçı məhkəmə iclasında iştirak etməkdən imtina etməklə bankdan götürülmüş kreditin hara xərclənməsinə, cavabdehlərin qeyd etdiyi evin alınması məsələsinə aydınlıq gətirə bilməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 12.10.2020-ci il tarixli, **********46 saylı məktubundan göründüyü kimi İddiaçı anası X1 adına 28.07.2019-cu il tarixli alğı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanda yerləşən 8 saylı mənzil qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 15.08.2019-cu il tarixli dövlət reyesterindən çıxarış verilmişdir. Məhkəmə bunu da nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia etdiyi birgə nikah dövründə əldə etdikləri avtomobilin birgə nikah dövründə deyil, artıq tərəflərin faktiki olaraq ayrıldığı vaxt ərəfəsində özgəninləşdirilməsini sübut etmişdir. Belə ki, tərəflərin etiraf ediklərinə görə onlar artıq 2020-ci ilin iyul ayından bəri faktiki olaraq ayrılmışlar və tərəflərin nikahları Sumqayıt Şəhər Məhkəməsinin 10.02.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı nikah dövründə "xxxx" ASC-dən götürdükləri 12500 manat kredit məbləğinin 2020-ci il iyul ayından sonrakı tarixlərdə ödədiyi aylıq ödənişləri kimi 1663.57 manatın yarısı kimi 831.78 manat və hazırki banka borclu qaldığı 2588.04 manat borclarının 1294.10 manatın, cəmi 2125.88 manat pulun Cavabdeh1 alınaraq ona verilməsi barədə tələbinin bu hissəsini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı Cavabdeh1 İddiaçı tələbi ilə iddia etdiyi qol saatını, pul kisəsini və fleşkanı Gülnarəyə özü qaytardığını bildirmişdir. Eyni zamanda cavabdehdən tələb etdiyi brillyant qaşlı ağ qızıl nişan üzüyünün və İphone 6 markalı telefonun mövcüd olması və həmin əşyaların cavabdeh İddiaçı olmasına dair heç bir sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə mübahisəli “BMW 328” markalı avtomobilin satılaraq artıq başqa bir şəxsin mülkiyyətində olduğunu nəzərə alıb hesab etmişdir ki, mübahisəli avtomobilin özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrin etibarsız hesab edilməsi üçün heç bir əsas olmadığından İddiaçı iddia ərizəsi bu hissədə də təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə ilkin iddianı qismən təmin etmiş, qarşılıqlı iddianı isə təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddiaya dair iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır. Belə ki, iş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı tələbi ilə iddia etdiyi qol saatını, pul kisəsini və fleşkanı Gülnarəyə özü qaytardığını bildirmişdir. Eyni zamanda cavabdehdən tələb etdiyi brillyant qaşlı ağ qızıl nişan üzüyünün və İphone 6 markalı telefonun mövcüd olması və həmin əşyaların cavabdeh İddiaçı olmasına dair heç bir sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin etməklə iddianı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində təmin etməməkdə və avtomobili dəyərinin yarısının iddiaçıya ödənilməsinə dair nəticəyə gəlməkdə haqlı olsa da Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş, “BMW” 328 markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 17000 (on yeddi min) manat pulun yarısı, yəni 8500 (səkkiz min beş yüz) manat pulun tutularaq İddiaçı Nizami qızına ödənilməsi və nikah dövründə "xxxx" ASC-dən götürdükləri 12500 manat kredit məbləğinin 2020-ci il iyul ayından sonrakı tarixlərdə ödədiyi aylıq ödənişləri kimi 1663.57 manatın yarısı kimi 831.78 manat və hazırkı banka borclu qaldığı 2588.04 manat borclarının 1294.10 manatın, cəmi 2125.88 manat pulun Cavabdeh1 alınaraq ona verilməsinə dair gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qismən, Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş, “BMW” 328 markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 17000 (on yeddi min) manat pulun yarısı, yəni 8500 (səkkiz min beş yüz) manat pulun tutularaq İddiaçı Nizami qızına ödənilməsi və nikah dövründə "xxxx" ASC-dən götürdükləri 12500 manat kredit məbləğinin banka borclu qaldığı 2588.04 manat borclarının yarısının, 1294.10 manatının pulun Cavabdeh1 alınaraq ona verilməsi barədə ilk iddia tələbinin təmin edilməməsinə dair hissəsində ləğv edilməli, iddia tələbiləri həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, məhkəmə «BMV 328» markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan pulun yarısının, yəni 8500 manat pulun cavabehdən alınaraq iddiaçıya verilməsini qət etmişdir. Qeyd edilən məbləği müəyyən edərkən məhkəmə ona istinad etmişdir ki, cavabdeh qeyd edilən avtomobili X5 17000 manata etibarnamə əsasında satmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə belə nəticəyə gəlməkdə haqlı olmamışdır. Belə ki, iş üzrə keçirilmiş 26.02.2021-ci il tarixli, 9/5569 saylı ekspert rəyindən məlum olur ki, 2013-cü il buraxılışlı, «BMW 3281» markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırda orta bazar qiyməti nəzəri qaydada təxminən 32.000 manat, likvid qiyməti təxminən 28.500 manat müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həmin məbləğin yarısı cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bundan başqa iş materiallarından olan "xxxx" ASC-nin 11.11.2021-ci il tarixli məktubunda görünür ki, İddiaçı 15.05.2019-cu il tarixli GTC-11850İB/2019 saylı müqavilə əsasında 15.05.2019-cu il tarixdə "xxxx" ASC-dən 12.500 manat məbləğində kredit almışdır və hal-hazırda həmin kredit üzrə öhdəlik mövcuddur. Bundan başqa iş materiallarında olan qoşma ödəniş cədvəlindən görünür ki, iddiaçının banka olan qalıq kredit məbləği 2327,49 manat təşkil edir (i/v 175). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab eir ki, həmin məbləğ tərəflər arasında bölünməli və həmin məbləğin yarısı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublkası Ailə Məcələsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2021-ci il tarixli qərarına əsasən göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi). Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). Həmçinin kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə əmlakın bölgüsü həyata keçirilir. Qeyd olunduğu kimi, bəzi əsaslar üzrə ərin (arvadın) öhdəliyi şəxsi xarakterli olmaqla fərdi məsuliyyətə səbəb olur. Məhz şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Belə ki, Mülki Məcəllənin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əmlakdakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Nəzərə alınmalıdır ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir. Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə ər-arvadın mülkiyyət payları bərabər bölünmədiyi halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3-cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür. Lakin ər-arvad arasında ümumi öhdəliklərin bölgüsü kreditora münasibətdə hüquqi təsirə malik olmamaqla kreditor qarşısında onların birgə məsuliyyətini aradan qaldırmır. O da nəzərə alınmalıdır ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür. Ər-arvadın öhdəlikləri üzrə ödəmənin onların əmlakına yönəldilməsinin şərtləri Ailə Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Maddənin məzmunundan göründüyü kimi, ər-arvad ümumi öhdəlikləri üzrə birgə borclu olduqlarından kreditor qarşısında da ümumi əmlakları ilə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin birgə borcluların və birgə öhdəliklərin anlayışını müəyyən edən 500-cü maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ərarvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ərarvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 lğlunun apellyasiya şikayəti əsassız olduğu üçün təmin olunmamalıdır, belə ki, o, apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Onun dəlillərinə isə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(034)-25/2021 saylı qətnaməsi Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş, “BMW” 328 markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 17000 (on yeddi min) manat pulun yarısı, yəni 8500 (səkkiz min beş yüz) manat pulun tutularaq İddiaçı Nizami qızına ödənilməsi və nikah dövründə "xxxx" ASC-dən götürdükləri 12500 manat kredit məbləğinin banka borclu qaldığı 2588.04 manat borclarının yarısının, 1294.10 manatının Cavabdeh1 alınaraq ona verilməsi barədə ilk iddia tələbinin təmin edilməməsinə dair hissəsində ləğv edilməli, iddia tələbləri həmin hissədə qismən təmin edilməli, Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş, “BMW” 328 markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 28500 (iyirmi səkkiz min beş yüz) manat pulun yarısı, yəni 14250 (on dörd min ki yüz əlli) manat və "xxxx" ASC-dən götürülmüş 12500 manat kredit məbləğinin banka borclu qaldığı 2327,49 (iki min üç yüz iyirmi yeddi manat, qırx doqquz qəpik) manat borcun yarısı, 1163,75 (min yüz altmış üç manat, yetmiş beş qəpik) manat tutularaq İddiaçı Nizami qızına ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı qızının apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(034)-25/2021 saylı qətnaməsi Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş, “BMW” 328 markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 17000 (on yeddi min) manat pulun yarısı, yəni 8500 (səkkiz min beş yüz) manat pulun tutularaq İddiaçı Nizami qızına ödənilməsi və nikah dövründə "xxxx" ASC-dən götürdükləri 12500 manat kredit məbləğinin banka borclu qaldığı 2588.04 manat borclarının yarısının, 1294.10 manatının Cavabdeh1 alınaraq ona verilməsi barədə ilk iddia tələbinin təmin edilməməsinə dair hissəsində ləğv edilsin. İddia tələbləri həmin hissədə qismən təmin edilsin. Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş, “BMW” 328 markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 28500 (iyirmi səkkiz min beş yüz) manat pulun yarısı, yəni 14250 (on dörd min ki yüz əlli) manat və "xxxx" ASC-dən götürülmüş 12500 manat kredit məbləğinin banka qalan borc qalığı 2327,49 (iki min üç yüz iyirmi yeddi manat, qırx doqquz qəpik) manat borcun yarısı, yəni 1163,75 (min yüz altmış üç manat, yetmiş beş qəpik) manat tutularaq İddiaçı Nizami qızına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3458/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3458/2021
22.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver