Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3475/2021 29.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Telman Qədir oğlu və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(060)- 4362/2021-002 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) İddiaçı cavabdehlər Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.07.2019-cu il tarixli, Y-198, 198/1, 198/3 nömrəli hərracın nəticələri haqqında protokolların və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-886 saylı 09.01.2017-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı və «Sevinc» İKF-dan müştərək qaydada Cavabdeh3 QSC-nin xeyrinə 003R000026911 saylı kredit razılaşması üzrə 369139,1 ABŞ dolları məbləğində kredit borcu, 48726,36 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə, cəmi 417865,46 ABŞ dolları məbləğində borcun, 003R********** kredit razılaşması üzrə 40958,08 ABŞ dolları məbləğində kredit borcu, 3549,70 ABŞ dollar faiz borcu, 50 ABŞ dollar hesablanmış cərimə, cəmi 44557,78 ABŞ dollar məbləğində borcun, ümumilikdə 462423,24 ABŞ dolları məbləğində borcun 30 manat ödənilmiş dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat və 84 manat xidmət haqqı tutulması və tutulmanın banka ipotekaya qoyulmuş əmlaklara yönəldilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1319/2017 saylı 19.12.2017-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-886 saylı 09.01.2017-ci il tarixli qətnaməsi dəyişdirilmiş, İddiaçı, «Sevinc» İKF-dan müştərək qaydada 25.06.2014-cü il tarixli kredit razılaşması 36580 ABŞ dolları 33 sent və 13.02.2015-ci il tarixli 003R********** saylı kredit razılaşması üzrə 3408 ABŞ dolları, 78 sent əsas borca hesablanmış faiz məbləği ödəniləcək günə manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq iddiaçı Cavabdeh3 QSC-nə verilməsi və ipoteka predmetləri olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 72 V ünvanda xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi və üzərində yerləşən Cavabdeh3 QSC-nin ümumi sahəsi 384,2 kv.m.-dən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 600000 manat, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, 95Q ünvanda yerləşən mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti 90000 manat, ünvan 3 ünvanda xüsusi mülkiyyətdə olan torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 238,0 kv.m. ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 250.000 manat, ünvan 4 ünvanda xüsusi mülkiyyətdə olan ümumi sahəsi 1411,7 kv.m. ibarət qeyriyaşayış binasının ilkin satış qiyməti 151000 manat müəyyən edilməsi qət edilmişdir. 18.07.2019-cu ildə ünvan 5 ünvanında "xxxx" tərəfindən Hərracın nəticələri haqqında formal protokollar tərtib edilmişdir. 1-ci Protokol N Y-198-ə əsasən ilkin satış qiyməti 600000 manat müəyyən edilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə,ev 72 V,0,06 ha torpaq sahəsi ilə birlikdə 382500 manata alıcı Cavabdeh3 QSC-nə, 2-ci protokol N Y -198/1-ə əsasən ilkin satış qiyməti 250000 manat müəyyən edilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, ev 95 V, 0,06 ha torpaq sahəsi ilə birlikdə 159375 manata alıcı Cavabdeh3 QSC-nə, 3-cü Protokol N Y - 198/3-ə əsasən ilkin satış qiyməti 151000 manat müəyyən edilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küç, 105-də yerləşən «Sevinc» İKF-na məxsus qeyri-yaşayış binası 96262 manata alıcı Cavabdeh3 QSC-yə satılmışdır. Hesab edir ki, "xxxx" tərəfindən ümumiyyətlə hərrac keçirilməmiş, formal olaraq protokollar tərtib edilmışdir. Çünki Mərkəzin nə rəsmi saytında, nə də kütləvi informasiya vasitələrində, onun əməkdaşlıq etdiyi qəzetdə onun mülkiyyətində olan, banka ipoteka etdiyi əmlakların hərraca çıxarılması barədə məlumatlar yerləşdirilməmişdir. İlkin satış qiyməti yarı dəyərindən də aşağı qiymətləndirilmiş əmlaklarının kütləvi informasiya vasitələrində, onun əməkdaşlıq etdiyi qəzetdə mülkiyyətində olan, banka ipoteka etdiyi əmlakların hərraca çıxarılması barədə məlumatlar yerləşdirilməmişdir. İlkin satış qiyməti yarı dəyərindən də aşağı qiymətləndirilmiş əmlaklarının qiymətini aşağı salmaq üçün qəsdən guya 2 dəfə hərrac baş tutmamış, 3-cü dəfə isə əmlaklar banka satılmışdır. O, nə rəsmi, nə də qeyri-rəsmi qaydada hərrac keçirilməsi barədə məlumatlandırılmamışdır. Məhkəmə qətnaməsindən sonra 14 min ABŞ dolları birdəfəlik ödəniş etmişdir. Bundan əlavə hər ay banka aylıq ödənişlər etməyə davam etmişdir, pandemiya ilə əlaqədar ödənişləri dayandırmışdır. Banka qətnamədə göstərildiyi qədər borcu yoxdur. Banka ödənişləri davam etməyi ilə əlaqədar daşınmaz əmlakları təmir etmiş, yeni tikililər tikdirmişdir. Bir əmlakın satışı ilə banka olan borcu bağlana bilər. Mərkəzə gedərkən əməkdaş bank tərəfindən ilkin ödənişlərin edilmədiyi bildirərək Hərracın nəticələri barədə protokolların surətini ona verməkdən imtina etmişdir. Ona görə də hesab edir ki, ümumiyyətlə keçirilməyən və formal olaraq kağız üstündə aparılan hərracın nəticələri ləğv olunmalı, həmin əmlakların onun tərəfindən münasib qiymətə satılmasına şərait yaradılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozmaqla qəbul olunmuşdur. Qətnamə qanunsuz və ədalətsizdir. Məhkəmə işə mahiyyəti üzrə baxarkən sübutları araşdırmadan qanunvericiliyin tələblərini pozmuş, faktlara deyil, formal mülahizələrə əsaslanaraq qanunsuz və ədalətsiz qərar çıxarmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçı və digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi həmin hallara dair iddia ərizəsinə hər hansı sübut əlavə etməməsi, o cümlədən məhkəmə prosesinin gedişində məhkəməyə təqdim etməəsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşdən görünür ki, iddia tələbi hərracın nəticələrinin etibarsız hesab edilməsi barədədir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-886 saylı 09.01.2017-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı və «Sevinc» İKFdan müştərək qaydada Cavabdeh3 QSC-nin xeyrinə 003R000026911 saylı kredit razılaşması üzrə 369139,1 ABŞ dolları məbləğində kredit borcu, 48726,36 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə, cəmi 417865,46 ABŞ dolları məbləğində borcun, 003R********** kredit razılaşması üzrə 40958,08 ABŞ dolları məbləğində kredit borcu, 3549,70 ABŞ dollar faiz borcu, 50 ABŞ dollar hesablanmış cərimə, cəmi 44557,78 ABŞ dollar məbləğində borcun, ümumilikdə 462423,24 ABŞ dolları məbləğində borcun 30 manat ödənilmiş dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat və 84 manat xidmət haqqı tutulması və tutulmanın banka ipotekaya qoyulmuş əmlaklara yönəldilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1319/2017 saylı 19 dekabr 2017-ci il tarixli qətnaməsi ilə ipoteka predmetləri olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 72 V ünvanda xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi və üzərində yerləşən Cavabdeh3 QSC-nin ümumi sahəsi 384,2 kv.m.-dən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 600000 manat, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, 95Q ünvanda yerləşən mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti 90000 manat, ünvan 3 ünvanda xüsusi mülkiyyətdə olan torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 238,0 kv.m. ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 250.000 manat, ünvan 4 ünvanda xüsusi mülkiyyətdə olan ümumi sahəsi 1411,7 kv.m. ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 151000 manat müəyyən edilməsi qət edilmişdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 416.1. maddəsi təşkil edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, mübahisələndirilən hərraclarla bağlı 17.05.2019-cu il tarixdə və 14 iyun 2019-cu il tarixdə İddiaçı və digər şəxslərə bildirişlər ünvanlanmış, həmin bildirişlər 142527, 142532, 142531, 142526, 142071, 142072 nömrəli qaimələrə əsasən ünvanladığı şəxslər tərəfindən qəbul edilməkdən imtina edilmişdir. Göründüyü kimi hərracın keçirilməsi barədə cavabdeh İddiaçı ünvanlanmış bildirişlər qəbul edilməkdən imtina edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, sonuncu hərracın keçirilməsində iştirak hüququndan məhrum olunmamış və həmçinin keçirilməsi zamanı heç bir pozuntuya yol verilməmişdir. Əksinə cavabdehin bildirişlərin alınmasından imtina etməsi təqdim etmənin həyata keçirilməsi və onun lazımi qaydada məlumatlandırılması kimi qiymətləndirilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hərracın nəticələrin etibarsızlığı ilə bağlı əsaslar olmadığından iddia tələbini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3475/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3475/2021
29.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver