Məhkəmə qərarları › İş №2(105)-3488/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3488/2021

22.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3488/2021 22.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X13, İddiaçı nümayəndəsi və vəkili X40, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(060)-134/2021 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(060)-134/2021 saylı qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı cavabdehlər Cavabdeh, X18 və X19 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia təmin edilib, Sumqayıt şəhər 1 saylı notariat kontorunda təsdiq olunmuş 2V-201 reyestr nömrəli, 26.11.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 2V-1-202 reyestr nömrəli, 26.11.2015-ci il tarixli ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, həmin şəhadətnamələr əsasında Cavabdeh 4/6 hissə, X6 1/6 hissə və X14 1/6 hissə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ********** qeydiyyat nömrəli, 07.12.2015-ci il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(060)-134/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusu Ə.İ.Bünyatov tərəfindən təsdiq olunmuş 2V-201 reyestr nömrəli, 26.11.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 2V-1-202 reyestr nömrəli, 26.11.2015-ci il tarixli ər-arvadın ümumi əmlakda paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini və həmin şəhadətnamələr əsasında cavabdehlər Cavabdeh, X18 və X14 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırıımışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli, 2(060)-9363/2015 saylı qiyabi qətnaməsinə əsasən Sumqayıt şəhəri,Corat qəsəbəsində yerləşən 26 saylı evin miras əmlak kimi Cavabdeh tərəfindən qəbul edilməsi və vərəsəliyin rəsmiləşdirilməsi üçün tələb olunan mirasın qəbulu müddəti bərpa edilmişdir. Onun ərizəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2016-cı il tarixli qərardadı ilə həmin qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraat təzələnərək iş mahiyyəti üzrə məhkəmə baxışına təyin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2016-cı il tarixli qərardadına əsasən iş üzrə hüquqa dair mübahisə olduğu üçün ərizəçi Cavabdeh ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra o, Sumqayıt Şəhər Məhkəməsində cavabdehlər X20 və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı iddia üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən Sumqayıt Şəhər XDS İK-nin 27.09.1990-cı il tarixli, 15.517.3. saylı qərarının 31-ci bəndinin «vətəndaş X7 istifadəsindədir» hissəsi etibarsız hesab edilmiş və X7 adına ünvan 1 ünvana dair DTİ və MHQİ tərəfindən verilmiş 237 nömrəli, 27 sentyabr 1990-cı il tarixli qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Həmin qətnamənin icrası zamanı məlum olmuşdur ki, cavabdehlər vərəsəliyi qəbul etmə müddətinin bərpa edilməsi barədə olan ləğv edilmiş qiyabi qətnaməyə əsasən notariat kontorunda vərəsəlik haqqında şəhadətnamə və həmin şəhadətnamələr əsasında mübahisəli evə dair çıxarış almışlar. O, bu əsaslarla DƏDRX-nə müraciət edərək, ləğv olunmuş qiyabi qətnamə əsasında alınmış çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin DƏDRX-nin cavab məktubunda bildirilmişdir ki, çıxarış qiyabi qətnaməyə əsasən deyil, notariat kontoru tərəfindən verilmiş vərəsəlik haqqında şəhadətnamələr əsasında verilmişdir və ona görə də çıxarış ləğv edilə bilməz. Bundan sonra o, 1 saylı notariat ofisinə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini nəzərə alaraq bunun əsasında verilmiş vərəsəlik haqqında şəhadətnamələrin ləğv edilməsini xahiş etmiş, notariat ofisi tərəfindən ona cavab verilmişdir ki, qiyabi qətnamə ləğv edilib, ərizə baxılmamış saxlansa da, notariat ofisi tərəfindən verilmiş şəhadətnamələrin ləğv edilməsi barədə qətnamə qəbul edilmədiyi üçün şəhadətnamələr birtərəfli qaydada notariat ofisi tərəfindən ləğv edilə bilməz və buna görə də məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Cavabdehlərin adına verilmiş vərəsəlik haqqında şəhadətnamələr mübahisəli Corat qəsəbəsi, ev 26 ünvana dair miras qoyan X7 adına olan qeydiyyat vəsiqəsinə və Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli qiyabi qətnaməsinə əsasən verilmişdir. X7 adına olan qeydiyyat vəsiqəsi Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən ləğv edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin qiyabi qətnaməsi isə məhkəmənin 04 may 2016-cı il tarixli qərardadı ilə ləğv edilmişdir. Belə olan təqdirdə cavabdehlərin adına verilmiş vərəsəlik haqqında şahadətnamələr də ləğv edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 16 avqust 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi irəli sürülmüş iddia tələblərinə hüquqi qiymət verərkən mübahisəli fərdi yaşayış evinin hüquqi statusu barədə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə hər hansı mötəbər sübutlara əsaslanmadan və ailə və mülkiyyət münasibətlərini tənzimləyən müvafiq qanun normalarını nəzərə almadan, Sumqayıt şəhər 1 saylı notariat kontorunda təsdiq olunmuş 2V-201 reyestr nömrəli, 26.11.2015-ci il tarixli ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnaməni etibarsız hesab edərək mübahisələndirilən fərdi yaşayış evinin hüquq müəyyənedici sənədini ləğv etmişdir. İş materiallarında olan qiyabi məhkəmə qətnaməsinin surətindən də görünür ki,həmin qətnamə ilə X10 məxsus olmuş Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 26 saylı evin miras əmlak kimi Cavabdeh tərəfindən qəbul edilməsi və vərəsəliyin rəsmiləşdirilməsi üçün tələb olunan mirasın qəbulu müddəti bərpa olunmuşdur. Sözügedən məhkəmə qətnaməsində ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsindən söhbət belə getməmişdir. Məhkəmə qeyd edilən şəhadətnaməni əsassız şəkildə etibarsız sayarkən mübahisələndirilən fərdi yaşayış evinin mərhum X20 ilə nikahda olduğu müddətdə əldə edildiyinə və 1990-cı ildə mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasına, həmin fərdi yaşayış evinin ər- arvadın birgə mülkiyyətinə aid edilməsinə və evin ½ hissəsinin mülkiyyət hüququ əsasında ona məxsus olmasına əhəmiyyət verməmişdir. Birinci instansiya məhkəməsi sözügedən fərdi yaşayış evinin hüquqi rejimi barədə səhv nəticəyə gələrək həmin evin mərhum Q.Qasımovla nikah dövründə əldə edildiyinə və birgə mülkiyyət olmasına əhəmiyyət verməmiş, evin ½ hissəsinin qanuni əsaslarla onun mülkiyyəyimdə olmasını nəzərə almamışdır. İddiaçı mübahisələndiriiən fərdi yaşayış evinə dair cavabdehlərin adlarına verilmiş Reyestr çıxarışını mübahisələndirdiyi halda, həmin çıxarışın verilməsinə əsas olmuş daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatını mübahisələndirməmişdir. Halbuki, reyestr çıxarışı öz-özlüyündə hüququn dövlət qeydiyyatını özündə əks etdirən hüquqi aktdır. Qeydiyyatdan keçmiş hüquq ləğv edilmədiyi, yaxud etibarsız sayılmadığı halda, həmin hüququn mövcudluğunu təsdiq edən reyestr çıxarışı ləğv edilə, yaxud etibarsız sayıla bilməz. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X40 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər X18 və X19, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər 1 saylı notariat kontoruna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər X18 və X27, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər 1 saylı notariat kontorunun nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli, 2(060)-9363/2015 saylı qiyabi qətnaməsi ilə müəyyən olur ki, Cavabdehnin ərizəsi təmin edilib, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 26 saylı evin miras əmlak kimi Cavabdeh tərəfindən qəbul edilməsi və vərəsəliyin rəsmiləşdirilməsi üçün tələb olunan mirasın qəbulu müddəti bərpa edilmişdir. İddiaçının ərizəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2016-cı il tarixli qərardadı ilə həmin qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraat təzələnərək iş mahiyyəti üzrə məhkəmə baxışına təyin edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2016-cı il tarixli qərardadı ilə iş üzrə hüquqa dair mübahisə olduğu üçün ərizəçi Cavabdeh ərizəsi baxılmamış saxlanılmışdır. İşdə olan 26.11.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 29.05.2007-ci ildə vəfat etmiş X7 vərəsələri: Sumqayıt şəhər 4-cü məh, ev 18\15, mən. 17-də qeydiyyatda olan arvadı Cavabdeh, 28.08.1992-ci ildə anadan olmuş oğlu-Qasımov İsgəndər, 29.09.1990-cı ildə anadan olmuş qızı-Tağıyeva Səidə miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Ərazi İdairəsinin 30.04.2015-ci il tarixli, 14\383 saylı arayışına əsasən ünvan 2 ünvandada yerləşən ümumi sahəsi 80.92 kvm, yaşayış sahəsi 23.1 kvm, yardımçı sahəsi 57.82 kvm olan 1 otaqlı evin 1\2 hissəsindən ibarətdir. 26.11.2015-ci il tarixli ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 29.05.2007-ci ildə vəfat etmiş X1 qalmış arvadı Cavabdeh onların birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. O cümlədən ölmüş ərin ümumi əmlakdan payı ½ hissədən ibarətdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər 1 saylı notariat ofisinin 2v-201-202 saylı vərəsəlik işindən görünür ki, vəfat edən X10 məxsus ünvan 1 ünvana vərəsələri X28, X18 və X27 tanınaraq vərəsəlik işi 20 may 2015-ci il tarixdə başlanıb, 26 noyabr 2015-ci il tarixdə qurtarmışdır. Sumqayıt şəhər 1 saylı notariat ofisinin 22 may 2015-ci il tarixli, 564 saylı məktubu ilə Cavabdeh 20 may 2015-ci il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, Sizin 29 may 2007-ci il tarixdə mərhum X8 ölümündən sonra qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi ilə bağlı ərizənizə baxılmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə miras əmlakın qəbulu üçün notariat ofisinə 3 ay ərzində yazılı ərizə ilə müraciət etməlidir. 6 ay keçdikdən sonra miras əmlakın qəbuluna yol verilmir və buraxılmış müddəti məhkəmə əgər üzrlü saysa bərpa edə bilər. Ona görə də “Notariat haqqında” Qanunun 40-cı maddəsinə əsasən miras qalmış əmlaka qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edilir və məhkəməyə müraciət etmək tövsiyyə olunur. Sumqayıt şəhər 1 saylı notariat ofisinin 19 fevral 2020-ci il tarixli nəktubu ilə müəyyən olur ki, Sumqayıt şəhər 1 saylı notariat ofisi tərəfindən 26 noyabr 2015-ci il tarixdə Cavabdeh, X18 və X19 vərəsəlik şəhadətnaməsi 2015-ci ildə verilmişdir. Həmin şəxslər tərəfindən miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar müddətin buraxılmasına dair qəbul edilmiş məhkəmə qətnaməsi ləğv edilsə də, məhkəmə mülki işin məhkəmə baxışını davam etdirməsi barədə qərar qəbul etmiş və notariat ofisinin verdiyi vərəsəlik şəhadətnaməsinin ləğvi barədə qətnamə qəbul etməmişdir. Notarius isə artıq rəsmiləşdirilmiş vərəsəlik şəhadətnaməsini özü ləğv etmək səlahiyyətinə malik deyildir. Sumqayıt şəhər 1 saylı notariat ofisinin 04 avqust 2020-ci il tarixli nəktubu ilə müəyyən olur ki, 29 may 2007-ci il tarixdə vəfat etmiş X7 ölümündən sonra miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi almaq üçün mərhum arvadı Cavabdeh, qızı Səidə Tağıyev və oğlu İskəndər Qasımov 2015-ci il tarixdə notariat ofisinə müraciət etmişlər. Lakin miras əmlakın qəbulu üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində nəzərədə tutulmuş müddəti buraxdıqlarına görə onlara imtina verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli qətnaməsinə əsasən buraxılmış müddət bərpa edildikdən sonra onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. DƏDRX tərəfindən verilmiş 20 iyun 2019-cu il tarixli məktubda bildirilmişdir ki, Corat qəsəbə XDS İK-nin 15.08.1990-cı il tarixli, 11 nömrəli iclas protokolundan çıxarışı və Sumqayıt XDS İK-nin 27.09.1990-cı il tarixli, 15.517.3 saylı fərdi yaşayış evinin şəxsi mülk kimi qeydə alınması barədə qərarın 31 nömrəli protokoldan çıxarışı əsasında Sumqayıt şəhər Texniki İnventarlaşdırma İdarəsi tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 26 nömrəli fərdi yaşayış evi üzərində X7 hüquqları qeydiyyata alınmış və 237 nömrəli, 27.09.1990-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusu Ə.İ.Bünyatov tərəfindən təsdiq olunmuş 2V-201 reyestr nömrəli, 26.11.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 2V-1-202 reyestr nömrəli, 26.11.2015-ci il tarixli ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında sözü gedən fərdi yaşayış evi üzərində Cavabdeh 4/6 hissə, X6 1/6 hissə və X14 1/6 hissə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 07.12.2015-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. 11.05.2016-cı il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 2k-11801 saylı, 03.05.2016-cı il tarixli məktubu ilə icra olunması üçün idarəyə daxil olmuş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3054/2016 saylı, 15.03.2016-cı il tarixli icra vərəqəsi əsasında fərdi yaşayış evinin üzərinə həbs qoyulması barədə dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Sonradan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 13650 saylı, 22.06.2018-ci il tarixli məktubu ilə Sumqayıt Şəhər Məhkəməsinin X7 adına verilmiş 237 nömrəli, 27.09.1990-cı il tarixli qeydiyyat vəsiqəsinin ləğv olunması barədə 2(060)1216/2018 saylı, 05.04.2018-ci il tarixli icra vərəqəsi icra olunması üçün idarəyə daxil olmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsinə fərdi yaşayış evinin ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında paylı mülkiyyət hüququ üzrə vərəsələrin adına qeydiyyata alındığı və qeyd olunanlarla bağlı icra vərəqəsinə əlavə şərh verilərək icra olunması üçün idarəyə daxil olduqdan sonra icra vərəqəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılacağı barədə **********30 saylı, 09.10.2018-ci il tarixli məktub yazılmışdır. İş materialları ilə müəyyən olur ki, İddiaçı və X2 Qasım İsgəndər oğluna və Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsilə məhkəməyə müraciət eədərk, Sumqayıt şəhər XDS İK-nin 27.09.1990-cı il tarixli, 15.517.3 saylı qərarının 31-ci bəndinin “vətəndaş X7 istifadəsindədir” hissəsinin etibarsız hesab edilməsi, onun adına Sumqayıt şəhəri, Corat qəsəbəsi, 26 saylı evə dair X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 237 saylı, 27 sentyabr 1990-cı il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməsi, mübahisəli evə dair onlar tərəfindən mirasın qəbul edilmiş hesab olunması və miras əmlakdakı bərabər paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh isə qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət edərək, İddiaçı, X32, X33, X30 və X15 əmlakları ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80,9 kv.metrlik 26 saylı evdən çıxarılmaları barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2(060)-1216/2018 saylı qətnaməsi ilə Sumqayıt Şəhər XDS İK-nin 27 sentyabr 1990-cı il tarixli, 15.517.3 saylı qərarının 31-ci bəndi “vətəndaş X7 istifadəsindədir” hissəsi etibarsız hesab edilib, X11 adına ünvan 1 ünvana dair DTİ və MH İdarəsi tərəfindən verilmiş 237 nömrəli, 27 sentyabr 1990-cı il tarixli qeydiyyat vəsiqəsi ləğv edilmiş, ilk iddia qalan hissədə, qarşılıqlı iddia tam təmin edilməmışdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.10.2020-ci il tarixli, 2(105)- 2685/2020 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, İddiaçı və X16 X10 və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı qərarın qismən etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilmiş, İddiaçı və X21 mübahisə ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüquqları izah olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.10.2020-ci il tarixli, 2(105)- 2685/2020 saylı qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2(060)1216/2018 saylı qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə aktları ilə müəyyən olur ki, X5 (1910-cu ildə Corat qəsəbəsində anadan olub, oktyabr 1987-ci ildə vəfat edib) iki nəfər ailə üzvü ilə birgə, həyat yoldaşı X17 (12 noyabr 1965-ci ildə vəfat edib), qızı Kərimova (Seyidova) Elmira Sübhan qızı (1949 cu ildə anadan olub və 02 dekabr 2010-cu ildə vəfat edib) ilə vəfatına qədər Corat qəsəbəsi, ev 26 ünvanda yaşamışlar. X22 həyat yoldaşı X24 və 5 uşağı ilə birgə vəfatına qədər həmin ünvanda yaşayımışlar. Hal-hazırda Corat qəsəbəsi, ev 26-da X9 övladı İddiaçı 4 nəfər ailə üzvü ilə birgə yaşayır. X25 26 iyun 1970-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. X3, anası X12r. X24 24.12.2002-ci ildə ölmüşdür. Beləliklə işin faktiki halları və toplanmış sübutlarla müəyyən olur ki, Sumqayıt şəhər 1 saylı notariat kontorunda təsdiq olunmuş 2V-201 reyestr nömrəli, 26.11.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 2V-1-202 reyestr nömrəli, 26.11.2015-ci il tarixli ər-arvadın ümumi əmlakda paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamələr Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli, 2(060)-9363/2015 saylı qiyabi qətnaməsi əsasında verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənlərə əsasən hesab etmişdir ki, Sumqayıt şəhər 1 saylı notariat kontorunda təsdiq olunmuş 2V-201 reyestr nömrəli, 26.11.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 2V-1-202 reyestr nömrəli, 26.11.2015-ci il tarixli ər-arvadın ümumi əmlakda paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamələr Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli, 2(060)-9363/2015 saylı qiyabi qətnaməsi əsasında verildiyindən və həmin qiyabi qətnamə ləğv edildiyinə görə qeyd edilən şəhadətnamələr etibarsız hesab edilməli və həmin şəhadətnamələr əsasında verilmiş çıxarış ləğv edilməlidir. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(060)-134/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar