Məhkəmə qərarları › İş №2(105)-349/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-349/2022

27.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-349/2022 27.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Azərişıq” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X15, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında Şabran Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(031)-205/2021 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Şabran Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(031)-205/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Çingiz İsgəndərov) iddiaçı “Azərişıq” açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin sökülməsi tələbinə dair ilk iddia təmin edilmiş, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində “Azərişıq” açıq səhmdar cəmiyyətinin “Şimal” RETSİ-nin X13 balansında olan dislokasiya nömrəsi 3040005, zavod nömrəsi 68502, əsas vəsait kodu **********15, 630 KVA gücündə transformator qurğusunun üzərində Cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikintinin Cavabdeh öz hesabına sökülməsi, Cavabdeh “Azərişıq” açıq səhmdar cəmiyyətinə qarşı transformator qurğusunun “Azərişıq” açıq səhmdar cəmiyyəti tərəfindən yerinin dəyişdirilməsi barədə qarşılıqlı iddianın əsassız olduğundan təmin edilməməsi qət edilmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “Azərişıq” açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində “Azərişıq” açıq səhmdar cəmiyyətinin “Şimal” RETSİ-nin X13 balansında olan dislokasiya nömrəsi 3040005, zavod nömrəsi 68502, əsas vəsait kodu **********15, 630 KVA gücündə transformator qurğusunun üzərində Cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikintinin onun öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində “Azərişıq” açıq səhmdar cəmiyyətinin “Şimal” RETSİ-nin X13 balansında olan dislokasiya nömrəsi 3040005, zavod nömrəsi 68502, əsas vəsait kodu **********15, 630 kva gücündə trnasformator qurğusu yerləşir. Bu transformator məntəqəsinin əsası 1960-cı illərdə qoyulmuş, sonuncu dəfə 2008-ci ildə hazırki yeni transformator quraşdırılaraq istismara verilmişdir. Transformator yenilənərkən həmin ərazinin ətrafı tamamilə boş sahə olmuşdur. Sonradan orada fərdi evlər və digər təyinatlı obyektlərin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. “X4”na uyğun olaraq həmin transformator hasarlanmış və ətraf üçün heç bir təhlükə yaratmamışdır. ünvan 1 ünvanında yaşayan Cavabdeh həmin küçədə yerləşən qeyd edilən transformatorun mühafizə zolağını pozaraq orada qanunsuz olaraq dəmirbeton konstruksiyalı tikinti inşa etməkdədir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh öz qanunsuz əməllərindən çəkinməyərək tikinti işlərini davam etdirməkdədir. Qeyd olunan transformator “Azərişıq” açıq səhmdar cəmiyyətinin mülkiyyətindədir və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mülkiyyət toxunulmazdır. Mülkiyyətə edilən hər hansı müdaxilə mövcud qanunvericiliyə uyğun şəkildə aradan qaldırılmalıdır. Odur ki, cavabdeh Cavabdeh hərəkətləri hüquqi şəxs olan “Azərişıq” açıq səhmdar cəmiyyətinin mülkiyyətinə birbaşa edilən qəsd kimi qiymətləndirilməli, bu qanunsuz hərəkətləri dərhal dayandırılmalı, transformatorun mühafizə zonası boşaldılmalı, inşa edilmiş tikinti cavabdehin öz hesabına sökülməlidir. Cavabdeh Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun icazə almadan özbaşına Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən transformator məntəqəsinin mühafizə zonasına daxil olmuş, hətta transformatorun ətrafında olan təhlükəsizlik çəpərini sökərək orada özbaşına tikinti işləri aparmışdır. Nəticədə təhlükəsizlik qaydaları pozulmuş, transformator məntəqəsinə xidmətin göstərilməsi mümkünsüz olmuşdur. Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində “Azərişıq” açıq səhmdar cəmiyyəti “Şimal” RETSİ-nin X13 balansında olan dislokasiya nömrəsi 3040005, zavod nömrəsi 68502, əsas vəsait kodu **********15, 630 KVA gücündə transformator qurğusunun “Azərişıq” açıq səhmdar cəmiyyəti tərəfindən yerinin dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, “Azərişıq” açıq səhmdar cəmiyyətinin iddiası əsassızdır. Belə ki, o, ünvan 2 ünvanında yaşayır. Ona və övladlarına məxsus bir dalanda 5 tikili vardır. Həmin tikililər 12 sot sahədə 1977-1978-ci illərdə inşa edilmiş 2 mərtəbəli, 2 fərdi yaşayış evi, 68 kv.m torpaq sahəsində 2000-ci ildə inşa etdiyi 4 otaqdan ibarət 1 mərtəbəli qeyri-yaşayış binası, 250 kv.m torpaq sahəsində 2010-cu ildə inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evi, 50 kv.m torpaq sahəsində 2004-cü ildə inşa etməkdə olduğu 2 mərtəbəli fərdi yaşayış evindən ibarətdir. Yaşadığı ərazidə 2008-2009-cu illərdə Şabran rayon elektrik şəbəkəsinin təşəbbüsü ilə köhnə transformatorun yerinə şəhər tipli, təxminən 2 x 2.5 metr ölçüdə transformator quraşdırılmışdır. Həmin vaxt o, çox təkid etsə də, etirazını bildirsə də, Şabran rayon İcra Hakimiyyətinin göstərişi ilə beş binanın arasında həmin transformator quraşdırılmış və transformatora giriş-çıxış kabelləri onun tikililərinin divarlarına, damına və sairə bərkidilərək qoşulmuşdur. 2008-2009-cu ildən keçən müddət ərzində həyat dəyişdikcə, yeni-yeni fikirlər yarandıqca, ailə genişləndikcə artırmalara və sairə ehtiyac yaranmışdır. Lakin həmin transformator onun arzularına, iş planlarına ziddir, hətta əhalinin kanalizasiya, su, qaz xətləri ilə paralel kəsişərək böyük faciəyə, təhlükəyə şərait yaradır. Belə ki, işıq kabelinin üstündən və yanından keçdiyi üçün həyətlərinə kanalizasiya, su, qaz xətti çəkə bilmirlər. Həmin transformatordan çıxan kabellər evinin içindən, eyvanının, dam örtüyünün altından keçməkdədir. Uzun illərdir evinin divarına bərkidilən, transformatordan çıxan kabellərə görə evlərinin ikinci mərtəbəsini qaldıra bilmir. Həmin transformator gediş-gəliş yolunun yaxınlığında yerləşdiyindən həmçinin yaxınlıqdan hərəkət edən insanlar və nəqliyyat vasitələri üçün də birbaşa təhlükə yaratmaqdadır. “Azərişıq” açıq səhmdar cəmiyyəti iddia ərizəsində onun transformatorun mühafizə zolağını pozaraq orada qanunsuz olaraq dəmir beton konstruksiyalı tikinti inşa etməkdə olduğunu qeyd edir. Həmin dəmir-beton konstruksiyalı tikintinin transformatora heç bir maneçiliyi yoxdur və tikintinin sökülməsi əvəzinə, transformatorun başqa əraziyə köçürülməsi daha məntiqli və məqsədəuyğundur. Ailə böyüdükcə yenidən torpaq sahəsi almaqdansa, bir mərtəbəli tikilinin ikinci mərtəbəsini tikmək ona həm ucuz, həm də sərfəli, həm də tez başa gəlir. Qeyd olunanlarla bağlı bütün qonşularla birlikdə illərdir müxtəlif orqanlara müraciət etsələr də, heç bir nəticəsi olmamışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni əsassız və qeyri obyektiv hesab edir. Belə ki, o, ünvan 2 ünvanında yaşayır. Ona və övladlarına məxsus bir dalanda 5 tikili vardır. Həmin tikililər 12 sot sahədə 1977-1978-ci illərdə inşa edilmiş 2 mərtəbəli, 2 fərdi yaşayış evi, 68 kv.m torpaq sahəsində 2000-ci ildə inşa etdiyi 4 otaqdan ibarət 1 mərtəbəli qeyri-yaşayış binası, 250 kv.m torpaq sahəsində 2010-cu ildə inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evi, 50 kv.m torpaq sahəsində 2014-cü ildə inşa etməkdə olduğu 2 mərtəbəli fərdi yaşayış evindən ibarətdir. O, 1993-1994-cü illərdə aldığı 65 kv.metr torpaq sahəsində özünə çayxana, 2000-ci ildə aldığı torpaq sahəsində 4 otaqdan ibarət qeyri yaşayış binası, 2005-ci ildə aldığı 15 kv.metr torpaq sahəsində anbar tikmişdir. Onun 68 kv.metr torpaq sahəsində inşa edəcəyi tikilinin özülünü qoyarkən icra nümayəndəsi oraya vaqon qoyaraq torpaq sahəsini zəbt etmişdir. Dəvəçi Rayon Məhkəməsinin 08 noyabr 2001-ci il tarixli qətnaməsi ilə o, vaqonu ərazidən çıxartdırmış, 2002-ci ildə orada qeyri yaşayış sahəsi inşa etmişdir. 2008-2009-cu illərdə Şabran şəhərində aparılan abadlıq-quruculuq işləri ilə əlaqədar onun tikdyi çayxana və anbar sökülmüş, yerinə onun 68 kv.metr torpaq sahəsinin 3 metrliyində 2 x 2,5 metr ölçüdə transformator qoyulmuş və qarşısında 3 metr hüdürlükdə barı çəkilərək onun tikdiyi evlərin və 68 kv.metrlik obyektinin şəhərlə görünüşünü kəsmiş, transformatorun giriş-çıxış kabelləri onun tikililərinin divar və damına bərkidilmişdir. Onun çayxanası sökülərkən çayxananın qabağında olan Nuhbala Həmidova məxsus mağaza nədənsə sökülməmişdi. Beləliklə, transformator qurğusu qoyulmaqla ona külli miqdarda ziyan vurulmuş, evlərinin və tikililərinin qarşısına 3 metrlik barı çəkdirməklə evlərindən rayon mərkəzini seyr etmək, görmək məhdudiyyəti yaranmışdır. Onun daşınmaz əmlaklarının bir neçəsi həmin transformatorun quraşdırılmasından əvvəl, qalanları isə sonradan bələdiyyələrdən alınmış, müvafiq sənədlər əsasında inşa edilmişdir. 2008-2009cu ildən keçən müddət ərzində həyat dəyişdikcə, yeni-yeni fikirlər yarandıqca, ailə genişləndikcə artırmalara və sairə ehtiyac yaranmışdır. Lakin həmin transformator onun arzularına, iş planlarına ziddir, hətta əhalinin kanalizasiya, su, qaz xətləri ilə paralel kəsişərək böyük faciəyə, təhlükəyə şərait yaradır. Belə ki, işıq kabelinin üstündən və yanından keçdiyi üçün həyətlərinə kanalizasiya, su, qaz xətti çəkə bilmirlər. Həmin transformatordan çıxan kabellər evinin içindən, eyvanının, dam örtüyünün altından keçməkdədir. Uzun illərdir evinin divarına bərkidilən, transformatordan çıxan kabellərə görə evlərinin ikinci mərtəbəsini qaldıra bilmir. Həmin transformator gediş-gəliş yolunun yaxınlığında yerləşdiyindən həmçinin yaxınlıqdan hərəkət edən insanlar və nəqliyyat vasitələri üçün də birbaşa təhlükə yaratmaqdadır. Onun inşa etdiyi dəmir-beton konstruksiyalı tikintinin transformatora heç bir maneçiliyi yoxdur. Həmin dəmir-beton konstruksiyalı tikintinin sökülməsi əvəzinə, transformatorun başqa əraziyə köçürülməsi daha məqsədəuyğundur. Bununla bağlı bütün qonşularla birlikdə müxtəlif orqanlara müraciət etsələr də, heç bir nəticəsi olmamışdır. Transformator qoyulduğu yerdən götürülməsə, transformatora daxil olan və çıxan kabellərin onun evlərinin arasından götürülməsi tamamilə qeyri-mümkündür. Çünki bu kabellərin çəkilməsi üçün alternativ yer mövcud deyildir. Belə olan halda, transformator daha münasib alternativ yerdə yerləşdirilməlidir. Belə bir alternativ ərazi isə transformatorun 50-60 metrliyində yerləşən parkın ərazisidir. Elektrik şəbəkəsinin rəhbərliyi həmin alternativ ərazidən istifadə etmək əvəzinə, transformatorun yerləşdiyi ərazidə yaşayan insanların hüquqlarını pozmaqdadır. Həmçinin iddiaçı tərəf transformatorun ətrafındakı çəpərin təhlükəsizlik çəpəri olduğunu iddia edir. Halbuki həmin çəpər onun tərəfindən və vəsaiti hesabına qurulmuşdur. Bütün bunlar nəzərə alınaraq iddia rədd edilməli, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində “Azərişıq” açıq səhmdar cəmiyyəti “Şimal” Retsinin X13 balansında olan dislokasiya nömrəsi 3040005, zavod nömrəsi 68502, əsas vəsait kodu **********15, 630 KVA gücündə transformator qurğusunun yeri “Azərişıq” açıq səhmdar cəmiyyəti tərəfindən dəyişdirilməlidir. İş üzrə 07 aprel 2021-ci il tarixdə ekspertiza təyin edilməsi barədə qərardad çıxarılana qədər o, həmin tikililərə aid bütün sənədləri məhkəməyə göndərmiş və əlavə olaraq vəsatət verib ekspert qarşısında qoyulacaq suallarla bərabər onun da araşdırılmalı faktları üzrə ekspert qarşısında suallar qoyulmasını xahiş etmişdir. Belə ki, həmin sənədlər Dəvəçi rayon XDS İK-nin 30.04.1993-cü il tarixli, 5 nömrəli iclas protokolundan çıxarışa əsasən 20 m2, 28 noyabr 1994-cü il tarixli, 10 nömrəli iclas protokolundan çıxarışa əsasən anası X2 adına aldığı 45 m2, 30.09.2005-ci ildə Dəvəçi Bələdiyyəsinin 11 saylı iclas protokoluna əsasən oğlu Hüseynov Hacının adına aldığı 15 m2, 24 noyabr 2000-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarışa əsasən anasının adına aldığı 68 m2-ə aid sənədlər olmuşdu. Ekspertin qarşısında onun vəsatətində göstərdiyi suallar qoyulmamışdır. Ekspertin 13 avqust 2021-ci il tarixli, 10/2112 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi”nin tələblərinə uyğun olaraq 1-20 kvluq gərginliyə qədər olan elektrik şəbəkəsinin mühafizə zolağı 10 metr təyin edilmişdir. Belə olan halda tədqiq olunan tikilinin elektrik transformatorunun üzərində tikildiyini nəzərə alaraq həmin tikilinin elektrik transformatorunun mühafizə zonasında inşa edildiyi müəyyən olunur. Ona görə də iş üzrə təkrar ekspertiza təyin edilməli, qarşılıqlı idda ərizəsi və təqdim etdiyi sənədlər nəzərə alınmaqla bir sıra məsələlərə aydınlıq gətirilməli idi. Belə ki, 1977-1978-ci illərdə tikilmiş 2 mərtəbəli evlərin 5-8 metrliyində 2008-2009-cü illərdə həmin transformator qurğusu quraşdırılmasının səbəbi aydınlaşdırılmalı, Dəvəçi rayon XDS İK-nin 30.04.1993cü il tarixli, 5 nömrəli, 20 noyabr 1994-cü il tarixli, 10 nömrəli iclas protokollarından çıxarışlar, Dəvəçi Bələdiyyəsinin 30 sentyabr 2005-ci il tarixli, 09 saylı saylı iclas protokolundan çıxarış, Dəvəçi Rayon Məhkəməsinin 08 noyabr 2001-ci il tarixli qətnaməsi nəzərə alınmalıdır. Transformator qurğusu qəsdən iddiaçı təşkilat tərəfindən onun tikdiyi evlərin 2-3-6-8 metrliyində quraşdırılmışdır. Ekspertin rəyində qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı “Azərişıq” açıq səhmdar cəmiyyəti tərəfindən pozulmuşdur. Transformatordan yaxınlıqdakı tikililərə qədər olan məsafə 2-3-6-8 metrdir. Ekspert isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi”nin tələblərinə uyğun olaraq 1-20 KVluq gərginliyə qədər olan elektrik şəbəkəsinin mühafizə zolağının 10 metr təyin edildiyini qeyd edir. Ona görə də 13 avqust 2021-ci il tarixli, 10/2112 saylı ekspert rəyini nəzərə alınmamalı, onun iştirakı təmin edilməklə təkrar ekspertiza təyin edilməsi barədə qərardad qəbul edilməli, "Azərişıq" açıq səhmdar cəmiyyətinin transformatordan xaric olunan kabelləri ona məxsus divara bərkitmək, onun evinin 2-ci mərtəbəsini, balkonunu və sairəni tikməyə mane olmaq səlahiyyəti olub-olmaması, transformator qurğusunun giriş-çıxış kabellərinin üzəri ilə perpendikulyar və ya paralel olaraq plastik boru ilə su və kanalizasiya xəttinin çəkiməsinin mümkünlüyü, 2008-2009-cu ildə quraşdırılan transformator qurğusundan 50-60 metr aralıda yerləşən sahəyə yerinin dəyişdirilməsi mümkün olan qurğu barəsində 13 il ərzində tədbir görülmədiyi, 1977-ci ildə, 2001-2002-ci illərdə tikilən binaların arasında həmin transformator qurğusunu 2008-2009-cu illərdə quraşdırılmasının səbəbi aydınlaşdırılmalıdır. Onun sübutlarına məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli idi. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək, ilk iddianı rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verdilər. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Azərişıq” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X19 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan X21 Təchizatı və Satışı İdarəsi tərəfindən Cavabdeh və “Azərişıq” açıq səhmdar cəmiyyətinə ünvanlanmış 02 avqust 2019-cu il tarixli məktubdan görünür ki, Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində 9 il öncə transformator quraşdırılarkən, yerlii bələdiyyə orqanları ilə razılaşdırılmışdır. Həmin dövrdə transformatorun ətraf ərazisi boş sahə olmuşdur. Lakin sonradan orada fərdi evlər və digər təyinatlı obyektlərin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. “X4”na uyğun olaraq həmin transformator hasarlanmış və ətraf üçün heç bir təhlükə yaratmır. Müraciətinə əsasən Azərbaycan Respublikasının Energetika Nazirliyinin nümayəndələri həmin transformator məntəqəsinə baxış keçirmiş, ətraf üçün heç bir təhlükə yaratmadığı və başqa yerə köçürülməsinə zərurət olmadığı bildirmişdir. İş materiallarında olan Dəvəçi bələdiyyəsinin 24 noyabr 2000-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarışdan görünür ki, X3 hər kv.m sahə üçün Dəvəçi bələdiyyəsinin hesabına 5000 manat pul vəsaiti ödəməklə yaşadığı evin yanında olan boş sahədə yardımçı tiklilər və qaraj tikmək üçün 68 kvm torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 1, 1A saylı, ümumi sahəsi 46,1 kv.m olan qeyri yaşayış binası və həmin binanın yerləşdiyi 0,0068 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X2 adına 18.04.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Şabran rayon dövlət notariat kontorunda 22 may 2014-cü il tarixdə təsdiq edilmiş qeyri yaşayış binasını və orada yerləşən torpaq sahəsini bağışlama müqaviləsindən görünür ki, X5 özünə məxsus ünvan 3 ünvanında yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46.1 kv.m, tikintialtı sahəsi 62.8 kv.m olan qeyri yaşayış binasını və orada yerləşən 0.0068 ha torpaq sahəsini X10 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 1, 1A saylı, ümumi sahəsi 46,1 kv.m olan qeyri yaşayış binası və həmin binanın yerləşdiyi 0,0068 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X7 adına 14.04.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şabran şəhəri ərazisində yerləşən 0.005 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Şabran Bələdiyyəsinin adına 28.02.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 14 iyul 2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Şabran Bələdiyyəsi adından X8 **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 0,005 ha torpaq sahəsini X1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şabran şəhəri ərazisində yerləşən 0.025 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X9 adına 27.05.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X24 oğlunun adına 14.06.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 98 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsi 1-ci dalan, 1 saylı ev və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 25.02.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 98 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Dəvəçi bələdiyyəsinin 30 sentyabr 2005-ci il tarixli, 09 saylı iclas protokolundan çıxarışdan görünür ki, X11 şəhərin Rəsulzadə küçəsində, keçmiş Məişət Xidməti kombinatının qərb hissəsində dayanacağın cənub hissəsində 2 saylı yerdə kommersiya mağazası tikmək üçün Dəvəçi bələdiyyəsinin hesabına 50000 manat pul vəsaiti köçürməklə kommersiya mağazası tikmək üçün 15 kv.m torpaq sahəsi satılmışdır. İş materiallarında olan Dəvəçi Rayon Məhkəməsinin 06 noyabr 2001-ci il tarixli, 2- 103 saylı qətnaməsinin surətindən görünür ki, X2 X12 qarşı torpaq sahəsinə qoyulmuş vaqonun çıxarılması barədə iddiası təmin edilmiş, X3 Dəvəçi bələdiyyəsinin 24 noyabr 2000-ci il tarixli qərarı ilə Dəvəçi şəhəri M.Rəsulzadə küçəsində Məişət evinin yanında qaraj tikmək məqsədi ilə verilmiş 35 kv.m torpaq sahəsindəki vaqonun götürülməsi qət edilmişdir. İş materiallarında olan Şabran rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən Cavabdeh və digərlərinə ünvanlanmış 07 iyun 2018-ci il tarixli, 656 saylı məktubdan görünür ki, evinə yaxın ərazidə quraşdırılmış transformator həmin ərazidən köçürülməsinə dair müraciətdə qeyd olunan məsələ rayon İH tərəfindən X18 ilə əlaqə saxlanılaraq aydınlaşdırılmışdır. Məlum olmuşdur ki, 630 kvt gücə malik olan transformator 1975-ci ildə tikintisi daş bina olmaqla sözügedən ərazidə quraşdırılmış və yaxınlıqdakı evlər, kommersiya obyektləri elektrik enerjisi ilə təchiz edilmişdir. 2009-cu ildə isə "Sumqayıtelektrikşəbəkə” ASC tərəfindən transformatorun ətrafında tikilmiş daş bina sökülərək yerində müasir standartlara cavab verən şəhər tipli KTY quraşdırılmışdır. Transformatorun yaxınlığındakı bir sıra fərdi yaşayış evi və kommersiya obyektləri isə sonradan tikilmişdir. “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın 8.5.115-ci bəndinə əsasən 10 kv-luq HEVX-nin mühafizə zonası yaşayış məntəqələrindən 2 metrdən az olmamaqla nəzərdə tutulmuşdur. Sözügedən transformatordan yaxınlıqdakı tiklilərə qədər olan məsafə isə 5 metrdir. İş materiallarında olan “X21 Təchizatı Satış İdarəsi” X18 tərəfindən Şabran rayon İcra Hakimiyyətinə ünvanlanmış 04 iyun 2018-ci il tarixli məktubun surətindən görünür ki, transformator məntəqəsi 1975-ci ildə tikintisi daş bina olmaqla həmin ərazidə 630 kva gücündə quraşdırılmış və yaxınlıqdakı əhali və digər kommersiya obyektləri elektrik enerjisi ilə təchiz edilmişdir. 2009-cu ildə "Sumqayıtelektrikşəbəkə” ASC tərəfindən daş bina sökülərək yerində müasir standartlara cavab verən şəhər tipli KTY quraşdırılmışdır. Yaxınlıqdakı bir sıra fərdi mənzil və digər ticarət obyektləri sonradan tikilmişdir. Hazırda isə transformator məntəqəsindən yaxınlıqdakı tikililərə məsafə 4 metr, digər tərəflərdə isə 10 metr təşkil edir. “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın 8.5.115-ci bəndinə əsasən 10 kv-luq HEVX-nin mühafizə zonası yaşayış məntəqələrində yan məftilindən binanın çıxışına kimi 2 metrdən az olmamaqla nəzərdə tutulmuşdur. Həmin ərazidə 10 kvluq hava xəttinin kənar naqilindən tiklilərə qədər minimum məsafə 5 metr təşkil edir. İş üzrə keçirilmiş ekspertizan 13 avqust 2021-ci il tarixli, 10/2112 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi”nin tələblərinə uyğun olaraq 1-20 kvluq gərginliyə qədər olan elektrik şəbəkəsinin mühafizə zolağı 10 metr təyin edilmişdir. Belə olan halda tədqiq olunan tikilinin elektrik transformatorunun üzərində tikildiyini nəzərə alaraq həmin tikilinin elektrik transformatorunun mühafizə zonasında inşa edildiyi müəyyən olunur. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci bəndinə əsasən 1-20 kv-luq gərginliyə qədər olan elektrik şəbəkəsinin mühafizə zolağı 10 metr təyin edilmişdir. Həmin Qaydaların 12-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır. İşin müəyyən edilmiş hallarından görünür ki, “Azərişıq” açıq səhmdar cəmiyyətinin “Şimal” RETSİ-nin X13 balansında olan dislokasiya nömrəsi 3040005, zavod nömrəsi 68502, əsas vəsait kodu **********15, 630 KVA gücündə transformator qurğusu üzərində Cavabdeh tərəfindən tikili inşa edilmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, Cavabdeh tərəfindən inşa edilmiş tikili “Azərişıq” açıq səhmdar cəmiyyətinin “Şimal” RETSİ-nin X13 balansında olan dislokasiya nömrəsi 3040005, zavod nömrəsi 68502, əsas vəsait kodu **********15, 630 KVA gücündə transformator qurğusu üzərində yerləşdiyindən, qanunverciliyin tələbinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağan edildiyindən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şabran Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(031)-205/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar