Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-35/2023 18.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X8 və X3 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, ilkin İddiaçı, onun nümayəndəsi Vəkil2, qarşılıqlı iddiaçı Cavabdeh6 iştirakı ilə, İlkin İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Rəhman oğluna, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Quba Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı miras əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh6 cavabdeh İddiaçı qarşı yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2(027)-646/2020 nömrəli qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) ilkin iddianın təmin edilməsi, miras qoyan X5 qalmış Quba rayonu İİ Nügədi kəndində 0,15 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 47,8 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlaka 1/1 hissə İddiaçı payının müəyyən edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Cavabdeh6 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Rəhman oğluna, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Quba Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı miras əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək X1 miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il Qeydiyyat tarixli, ********** Qeydiyyat nömrəli çıxarışa əsasən Quba rayonu İİ Nügədi kəndində yerləşən 0,15 ha torpaq sahəsi və onun üzərinə yerləşən ümumi sahəsi 47,80 kv.m olan fərdi yaşayış evinə vərəsəlik üzrə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ataları X22 ilə anaları X13 15 mart 1958-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların nikahından İddiaçı, bacısı Cavabdeh1, bacısı Cavabdeh2, qardaşı Cavabdeh3, qardaşı Cavabdeh4 Rəhman oğlu, bacısı Cavabdeh5, bacısı Cavabdeh7, bacısı Cavabdeh8, qardaşı X16, bacısı X17 doğulmuş, qardaşı X16 08 aprel 2019-cu il tarixdə vəfat etmiş, vərəsəsi arvadı Cavabdeh6 qalmış, bacı X17 itkin düşmüşdür. X6 27 dekabr 2000-ci ildə, anası X13 24 iyun 2011-ci ildə ölmüşdür. X1 Quba rayonu İ Nügədi kəndində 0,15 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 47,80 kv.m olan fərdi yaşayış evi qalmışdır. Anasından qalmış fərdi yaşayış evini və torpaq sahəsini idarə edərək mirası qəbul etmişdir. Cavabdeh X9 arvadı Cavabdeh6 bir müddət Rövşən Paşayevlə birlikdə yaşasa da, sonradan onu atıb getmişdir. Ona baxmamışdır. Qardaşı öləndən sonra da Cavabdeh6 mirası qəbul etməmişdir. Anası 24 iyun 2011-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə əsasən şəxsin öldüyü vaxtdan vərəsəlik açılır. Lakin bacısı Cavabdeh1, bacısı Cavabdeh2, qardaşı Cavabdeh3, qardaşı Cavabdeh4 Rəhman oğlu, bacısı Cavabdeh5, bacısı Cavabdeh7, bacısı Cavabdeh8 anasının ölümündən 8 il sonra notariat kontoruna mirası qəbul etməmək barədə ərizə vermişlər. Əslində onlar Notariat Kontoruna gələrək mirasdan onun xeyrinə imtina etmək istəmiş bu barədə Notariat Kontoruna bildirmiş, lakin Notariat Kontorunda mirasdan onun xeyrinə ərizə təqdim etmək əvəzinə mirasdan imtina barədə ərizə yazılmış, cavabdehlər də savadsızlıqdan ərizələri oxumadan imza etmişlər. Bundan sonra onun adına vərəsəlik şəhadətnaməsi verilmiş və o həmin vərəsəlik şəhadətnaməsi əsasında adına miras əmlaka dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Bundan sonra mərhum qardaşı Rövşən Paşayevin arvadı Cavabdeh6 cehiz əmlakının özünə məxsus evindən çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bu zaman cavabdeh ona qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, qanun üzrə mirasın qəbul edilməsi faktının və vərəsəlik üzrə payların müəyyən edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2(027)-1820/2019 nömrəli qətnaməsi ilə onun adına olan 31 may 2019-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi ləğv edilmiş və həmin şəhadətnamə əsasında ona verilmiş çıxarış etibarsız hesab edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Hesab edir ki, adına verilmiş qanun üzrə vərəsəlik üzrə şəhadətnamə və çıxarış ləğv edildiyindən vərəsəlik yenidən açılmış və X1 miras qalmış əmlak yenidən bölüşdürülməlidir. Qarşılıqlı iddiaçı Cavabdeh6 cavabdeh İddiaçı qarşı yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin ona aid hissədə təmin edilməsi, İddiaçı və digər cavabdehlərə aid hissədə rədd edilməsi, onun iddia tələbinin təmin edilərək, gəlin köçüb yaşadığı Quba rayonu İİ Nügədi kəndində yerləşən yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X7 ilə 09 aprel 2007-ci ildə nikahlarını rəsmi qeyd etdirərək evlənib ailə qurmuş, X2na məxsus Quba rayonu İİ Nügədi kəndində yerləşən yaşayış evinə gəlin köçmüş və cehiz əmlakını da həmin evə aparmışdır. X2 24 iyun 2011- ci ildə ölmüş, qaynanasına xəstə olarkən o baxıb qulluq etmiş, dəfn mərasimini əri ilə birlikdə etmişlər, qaynanası sağlığından və ölümündən sonra evdə X7 ilə birlikdə yaşamış, qaynı İddiaçı Bakı şəhərində özünə məxsus evdə öz ailəsi ilə birlikdə ailə qurduğu vaxtdan hal-hazıra kimi həmin evdə yaşamışdır. X7 08 aprel 2019-cu ildə vəfat etmiş, onun ölümündən sonra həmin evdə yaşamışdır. X23ynanası X12 qanun üzrə vərəsəsi olduğundan o mərhum həyat yoldaşı Rövşən Paşayevin qanun üzrə vərəsəsisdir və həmin evdə yaşamaqla mirası faktiki idarə edərək qəbul etmişdir. Halhazırda İddiaçı ona həmin evdə yaşamağa icazə vermir, ümumiyyətlə onun evdən çıxararaq evə buraxmır. Onun bütün cehiz əmlakı, geyim əşyaları və digər ona məxsus əmlakları həmin evdədir. Onun başqa yaşayış yeri yoxdur. Valideynlərinin yaşadığı ev olduqca darısqaldır. Özü heç bir yerdə işləmir, maddi imkanı aşağıdır, kirayə qalmağa imkanı çatmır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh6 Quba Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, qarşılıqlı iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə çıxarıldığından ləğv edilməlidir. Quba Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə müəyyən edilmiş halları və faktları nəzərə almadan qanunsuz qətnamə çıxarmış və onun vərəsəlik hüquqları pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçı Cavabdeh6 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və ilkin iddia tələbinin qismən təmin və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin təmin edilməsini vərəsələrdən yalnız İddiaçı miras qoyan X5 qalmış miras əmlakı qəbul etməsi, onu idarə etməsi və ona sahiblik etməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsini isə qarşılıqlı iddiaçının ərinin anasından onun ərinə düşən miras payını qəbul etməməsi, hazırkı vəziyyətdə onun müvafiq iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan qarşılıqlı iddiaçı apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərək qətnamənin ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı iş üzrə ilkin iddia tələbi miras əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi, qarşılıqlı iddia tələbi isə yaşayış evinə köçürülmə barədədir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, X4 Zərövşə Sədul qızı ilə 15 mart 1958-ci ildə ailə qurmuş, Rəhman Paşayev 27 dekabr 2000-ci ildə, Zərövşə Paşayeva isə 24 iyun 2011-ci ildə ölmüş və sonradan Quba rayon İİ Nügədi kəndində yerləşən 0,15 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi miras qalmışdır. İşin mübahisə olunmayan digər halı isə ondan ibarətdir ki, 09 aprel 2007-ci il tarixdə Cavabdeh6 iddiaçının qardaşı X16 ilə ailə quraraq, miras qoyanlara məxsus fərdi yaşayış evinə gəlin köçmüşdür. Məhkəmə kollegiyası ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan 0,1326 ha torpaq sahəsində yerləşən evdən Cavabdeh6 məxsus cehiz əmlakının çıxarılmasına dair qərar çıxarmağa xahiş etmiş, Cavabdeh6 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 31 may 2019-cü il tarixli şəhadətnamənin ləğv edilməsi, həmin şəhadətnamə əsasında İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış etibarsız hesab edilməsi, mərhum X5 miras qalmış Quba rayonu İİ Nügədi kəndində yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsinə mərhum X7nun və onun ölümündən sonra isə onun və uşaqlarının mirasın qəbul etmə faktının müəyyən olunması, həmçinin vərəsəlik üzrə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Quba Rayon Məhkəməsinin 2(028)-1820/2019 nömrəli iş üzrə 7 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh6 qarşı cehiz əmlakının çıxarılması barədə ilk iddiası təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək, İddiaçı adına Quba regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən verilmiş 31 may 2019-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, həmin şəhadətnamə əsasında İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmiş, Cavabdeh6 apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 07 oktyabr 2019-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin edilməmiş hissəsində ləğv edilmiş, bu hissədə yeni qətnamə qəbul edilmiş, həmin hissədə qarşılıqlı iddia qismən təmin edilmiş, mərhum X5 miras qalmış Quba rayonu İİ Nügədi kəndində yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsinin X16, onun ölümündən sonra isə Cavabdeh6 tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuş, bu əmlakda Cavabdeh6 payı 1/2 hissədə müəyyən edilmiş, birinci instansiya məhkəməsinin 07 oktyabr 2019-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, İddiaçı adına Quba regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən verilmiş 31 may 2019-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, həmin şəhadətnamə əsasında İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bu nəticədən narazı qalan ilkin İddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2022-ci il tarixli qərarı ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 fevral 2022-ci il tarixli qətnaməsinin yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi qüvvədə olan məhkəmə aktları ilə mərhum X5 miras qalmış Quba rayonu İİ Nügədi kəndində yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsinin Cavabdeh6 tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuş, bu əmlakda Cavabdeh6 ½ hissədə payı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə əlavə olunmuş notariat ofisinə ünvnlanmış ərizələrdən görünür ki, Cavabdeh2 (iş materialı 64, 73 səhifə), Cavabdeh7 (iş materialı 65, 124 səhifə), Cavabdeh4 (iş materialı 66, 75 səhifə), Cavabdeh3 (iş materialı 74, 98 səhifə), Cavabdeh5 (iş materialı 76, 100 səhifə), Cavabdeh8 (iş materialı 80, 96 səhifə), X20 (iş materialı 94, 110 səhifə) mirası qəbul etməkdən imtina etmişlər. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz (Mülki Məcəllənin 1262, 1268.1-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, onların miras payı qanun üzrə digər vərəsələr arasında bərabər bölünməlidir. Mülki Məcəllənin 1159.1.1. maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2. maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məkhəmə qətnaməsi ilə mübahisəli mənzilə dair Cavabdeh6 payı ½ hissədə müəyyən edildiyindən, ilkin iddia tələbi qismən təmin edilməli, miras qoyan X5 miras qalmış Quba rayonu İİ Nügədi kəndində 0,15 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 47,8 kv.m olan fərdi yaşayış evinə 1/2 hissədə İddiaçı payı müəyyən edilməlidir. Qarşılıqlı iddia tələbinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, miras qoyan X5 qalmış Quba rayonu İİ Nügədi kəndində 0,15 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 47,8 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlaka 1/2 hissədə Cavabdeh6 payı müəyyən edildiyindən, qarşılıqlı iddia tələbi təmin edilməli, Cavabdeh6 Quba rayonu İİ Nügədi kəndində yerləşən yaşayış evinə köçürülməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, ilkin iddia tələbinin qismən, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Qarşılıqlı iddiaçı Cavabdeh6 apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi qismən təmin edilsin. Miras qoyan X5 qalmış Quba rayonu İİ Nügədi kəndində 0,15 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 47,8 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlaka 1/2 hissə İddiaçı payı müəyyən edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdeh6 Quba rayonu İİ Nügədi kəndində 0,15 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 47,8 kv.m olan fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-35/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-35/2023
18.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver