Məhkəmə qərarları › İş №2(105)-353/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-353/2022

26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-353/2022 26.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X11, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Guseinov Gasan, cavabdeh X3 nümayəndəsi və vəkili X12 iştirakı ilə Qubadlı Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2(028)-625/2018 saylı qətnaməsindən cavabdeh X5 verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Qubadlı Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2(028)-625/2018 saylı qətnaməsi ilə (hakim N.İ.Abıyev) iddiaçı "xxxx" ASC-nin cavabdeh X8 qarşı lizinq obyektlərinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia qismən təmin edilib, lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Vaz 21214” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı, XTA212140E2187379 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılması, cavabdeh X1 6.393,68 manat əsas borc, 1.599,87 manat mükafat, 500 manat dəbbə pulu olmaqla, cəmi 8.493 (səkkiz min dörd yüz doxsan üç) manat 55 (əlli beş) qəpik məbləğində pulun tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd olunması və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pulun cavabdeh X1 alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdeh X10 apellyasiya şikayəti verib, Qubadlı Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2(028)-625/2018 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edib, lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Vaz 21214” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı, XTA212140E2187379 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı ASC-yə geri qaytarılması, cavabdehdən 25 iyul 2014-cü il tarixli, AL-1138 saylı “Daxili lizinq” müqaviləsinə əsasən əlavə olunmuş “Ödəniş qrafiki”nə görə lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 25 iyul 2017-ci il tarixə 6.393,68 manat əsas borc, 1.599,87 manat mükafat, həmin günə hesablanmış 10.149,57 manat dəbbə pulu olmaqla, cəmi 18.143,12 manat pulun və dövlət rüsumu qismində ödənilmiş 30 manat pulun X1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və X10 arasında bağlanmış 25 iyul 2014-cü il tarixli, AL-1138 saylı daxili lizinq müqaviləsinə əsasən İddiaçı ASC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Vaz 21214” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı, XTA212140E2187379 BAN, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil X14 müvəqqəti sahiblik və istifadəsinə vermişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3 ) əsasən X14 illik 21 faiz olmaqla, 36 ay müddətə hər ay sabit məbləğ olmaqla 320,35 manat, ümumilikdə isə 11532,35 manat məbləğində pulu İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. 16 iyun 2015-ci il tarixdə X14, X10 və İddiaçı ASC arasında AL-1138 (1) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamışdır və 25 iyul 2014-cü il tarixli, AL-1138 saylı “Daxili lizinq” müqaviləsi üzrə X10 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Lizinq şirkətinə sonuncu ödəniş 16 iyun 2015-ci il tarixdə 321 manat məbləğində olmuşdur. Cavabdeh X10 öhdəliklərini tam və vaxtında yerinə yetirmədiyi üçün şirkət tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq lizinq obyektini geri qaytarmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELL YASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh X10 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qubadlı Rayon Məhkəməsi 25 dekabr 2018-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və iş faktiki hallarına düzgün huquqi qiymət verilməmişdir. Belə ki, lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Vaz 21214” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı, XTA212140E2187379 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı ASC-nin əməkdaşları tərəfindən 2015-ci ilin sonlarında ondan alınmışdır. Avtomobil ondan alındığı üçün ödənişləri icra etməmişdir. Avtomobil ondan aldığındığı halda hazırki tələblə məhkəməyə müraciət edilməsi əsassızdır. Həmçinin birinci instansiya məhkəməsi zamanı iş baxılarkən məhkəmə iclasları barədə məlumatı olmamışdır. Məhkəmə işə birtərəfli, onun iştirakı olmadan baxmış və iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə iclaslarında iştirakı təmin edilsəydi, mülki iş tam, hərtərəfli və obyektiv araşdırılardı. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X3 nümayəndəsi və vəkili X16 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Guseinov Gasan apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan AC seriyalı 247849 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2014-cü il buraxılışlı “Vaz 21214” minik markalı **- AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı ASC-dir. İddiaçı ASC (“Lizinq verən”) və X13 (“Lizinq alan”) arasında 25 iyul 2014-cü il tarixdə AL-1138 №li Daxili lizinq müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə görə “Lizinq verən” “Lizinq alan” tərəfindən sifariş edilmiş və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilən 01 saylı Əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə etməyi və muzdal lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Bu müqavilənin 1.7-ci bəndində əsasən lizinq müddəti 36 ay müəyyən edilmişdir. 16 iyun 2015-ci il tarixli AL-1138 (1) saylı “öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən X9 25 iyul 2014-cü il tarixli, AL-1138 saylı daxili lizinq müqaviləsinə əsasən bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 25 iyul 2014-cü il tarixli AL-1138 №li daxili lizinq müqaviləsinə 3 №li əlavə-ödəniş cədvəlindən görünür ki, X7 verilmiş lizinqin 25.07.2014-cü il tarixdən 25.07.2017-ci il tarixədək mükafat ödənişi cəmi 3.032,35 manat, kreditin əsas məbləğinin ödənişi 8.500 manat, cəmi 11.532,35 manat təşkil edir. İş materiallarına əlavə olunmuş 16 iyun 2015-ci il tarixli aktdan görünür ki, İftixar Həşimov və Ağabala Fərhadov öz imzaları ilə İddiaçı ASC-yə məxsus “Vaz 21214” markalı **- AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini apardıqlarını təsdiq edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin Məcəllənin 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Həmin Məcəllənin 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı lizinq müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan lizinq obyektini cavabdeh X4 istifadəsinə və sahibliyinə vermiş, lizinq müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən lizinq obyektində istifadə haqqı hər ay ödənilməli olduğu halda cavabdeh tərəfindən müqavilə şərtləri pozularaq müqavilədən irəli gələn ödənişlər həyata keçirilməmiş və buna görə də iddiaçı qarşısında borc öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasaən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İddia lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Vaz 21214” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı, XTA212140E2187379 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı ASC-nə geri qaytarılması, 25 iyul 2014-cü il tarixli, AL-1138 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 25 iyul 2017-ci il tarixə 6.393,68 manat əsas, 1.599,87 manat mükafatın cavabdeh X2 tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır, lakin hesablanmış dəbbə pulu isə tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 10.149,57 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu azaldılaraq 500 manat müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Vaz 21214” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı, XTA212140E2187379 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı ASC-nə geri qaytarılmalı, 25 iyul 2014-cü il tarixli, AL-1138 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 25 iyul 2017-ci il tarixə 6.393,68 manat əsas, 1.599,87 manat mükafat və 500 manat dəbbə pulu olmaqla, cəmi 8.493,55 manat cavabdeh X1 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı cavabdeh X3 faktiki yaşayış ünvanına rəsmi məhkəmə bildirişi göndərilsə də, işdə olan zərflərin üzərində olan qeydlərdən müəyyən olur ki, zərflər “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Göründüyü kimi iş materiallarında cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməsi məqsədi ilə onun faktiki yaşayış ünvanı Sumqayıt şəhəri, Sarıqaya bağları, İran konsulluğunun binasına göndərilsə də, bildiriş cavabdehə təqdim edilməsi ilə bağlı sənəd mövcud deyildir. Rəsmi qaydada verilməli olan məhkəmə sənədlərinin siyahısı göstərilmiş Azərbaycan Respublikası MPM-nin 134.1 və 134.1.5-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin,apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə məhkəmə tərəfindən rəsmi qaydada verilməlidir. Məhkəmə aktlarının da daxil olduğu məhkəmə sənədlərinin rəsmən verilməsi anlayışını açıqlayan Azərbaycan Respublikası MPMnin 135-ci maddəsinə əsasən,sənədin rəsmən verilməsi məhkəmənin göndərdiyi rəsmi sənədlərin çatdırılmasıdır. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi Azərbaycan Respublikası MPM-nin 135.1 və 135.2-ci maddələrinin tələbinə görə bu məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədlərinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxslərin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlamış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh X10 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və onun iştirakı olmadan işə baxılmış, bununla da çəkişmə prinsipi pozulmuşdur. Məhkəmə kollegiyasının araşdırması zamanı bu hal aradan qaldırılmış, yaşadığı ünvana məhkəmə bildirişi göndərilmiş və cavabdeh X3 mobil telefon nömrəsinə rəsmi “sms bildiriş” göndərilməklə məhkəmə iclasında iştirakının təmin edilməsi ilə əlaqədar müvafiq tədbirlər görülmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməldir. Məhkəmə kollegiyası heab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı "xxxx" ASC-nin cavabdeh X6 qarşı lizinq obyektlərinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia qismən təmin edilib, lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Vaz 21214” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı, XTA212140E2187379 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmalı, cavabdeh X1 6.393,68 manat əsas borc, 1.599,87 manat mükafat, 500 manat dəbbə pulu olmaqla, cəmi 8.493 (səkkiz min dörd yüz doxsan üç) manat 55 (əlli beş) qəpik məbləğində pul tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli və iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu X1 alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X5 verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2(028)-625/2018 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" ASC-nin cavabdeh X6 qarşı lizinq obyektlərinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Vaz 21214” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı, XTA212140E2187379 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Cavabdeh X1 6.393,68 manat əsas, 1.599,87 manat mükafat, 500 manat dəbbə pulu olmaqla, cəmi 8.493 (səkkiz min dörd yüz doxsan üç) manat 55 (əlli beş) qəpik məbləğində pul tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat cavabdeh X1 alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar