Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3557/2021 30.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiyaa Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı həyətə gedən gediş-gəliş yolunu özbaşına tutaraq üzərində qanunsuz tikdirdiyi məftil-tor hasarın öz hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(026)-6/2021 saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiyaa şikayətinə Sumqayıt Apellyasiyaa Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(026)-6/2021 saylı qətnaməsi ilə (hakim M.Quliyev) iddia təmin edilərək, Cavabdeh Qobustan rayonunun Təklə kəndi ərazisində yerləşən İddiaçı həyətinə gedən gediş-gəliş yolunu özbaşına tutaraq üzərində qanunsuz tikdirdiyi məftil-tor hasar cavabdeh tərəfindən öz vəsaiti hesabına sökülməsi, Cavabdeh 100 manat ekspertiza xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh ondan apellyasiyaa şikayəti verərək Qobustan Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(026)-6/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiyaa Məhkəməsinin Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2(105)-1400/2021 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Qobustan Rayon Məhkəməsinin iş üzrə 28 yanvar 2021-ci il tarixli 2(026)-6/2021 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin 2(102)- 4795/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiyaa Məhkəməsinin Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2(105)-1400/2021 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, onun həyətinə gedən gediş-gəliş yolunu özbaşına tutaraq üzərində qanunsuz tikdirdiyi məftil-tor hasarın öz hesabına sökülməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2004-cü ildə yaşadığı Qobustan rayonunun Təklə kəndində fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsi almış və həmin sahədə 2005-ci ildə ev tikdirmişdir. 2011-ci ilə kimi ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Həmin vaxt Cavabdeh onun evinin yanında olan boş torpaq sahəsini alıb orada ev tikdirən zaman onun həyətinə gedən yol düz və hamar olduğundan evin bir hissəsinin tikintisini oraya salmaq istəmiş və həmin yolun əvəzində ona həyətyanı torpaq sahəsindən yer verəcəyini dediyinə görə Cavabdehlə razılaşmışdır, çünki fikirləşmişdir ki, onlar ömürlük qonşudurlar. Cavabdeh ayırdığı yola 15 Kamaz maşını ilə daş-şeben tökərək evinə qədər yolu düzəltdirmişdir ki, palçıq-toz olmasın. Lakin 2011-ci ildə işi ilə əlaqədar ailəsini də götürüb Bakı şəhərinə getmiş, bir müddət qaldıqdan sonra kəndə gələrkən Cavabdeh həmin yolu məftil-torla hasara aldığını görüb ondan yolu niyə bağladığını soruşmuş və ona tor hasarı sökməsini bildirmişdir. Cavabdeh isə ona iri və xırda buynuzlu heyvanların həyətinə girdiyini və onun evdə yaşamadığı üçün yolu hasara aldığını bildirərək ona “nə vaxt kəndə qayıtsan məftil-tor hasarı sökəcəyəm” demişdir. 2020-ci ilin may ayında pandemiya ilə əlaqədar iş olmadığından ailəsi ilə birlikdə yaşamaq üçün kənddəki evinə gəlmişdir. Cavabdeh onun evinə gedən yolun üstündə çəkdiyi məftiltor hasarı sökməsini bildirmiş, lakin cavabdeh ona yaxın müddətdə hasarı sökəcəyinə söz versə də bu günə kimi tor hasarı sökməmişdir. Ev tikdirdiyi torpaq sahəsinə dair torpağın mülkiyyətə verilməsinə dair JN261 saylı, 30709018 kodlu şəhadətnamə və daşınmaz əmlakın texniki qiymətləndirilməsi barədə sənəd də almışdır. Onun evinə həmin yoldan başqa gediş-gəliş yolu olmamış, Cavabdeh bu yolun üzərində ev tikmiş və onu aldadaraq evinə gələn yolu zəbt etmişdir. Caməmmədin bu əməlindən Qobustan rayon İHB-nın Təklə kəndi üzrə icra nümayəndəliyinə və kənd bələdiyyəsinə müraciət etmiş, onlar Cavabdeh yolu açması barədə dəfələrlə rəsmi və şifahi xəbərdarlıq etmişlər. Lakin Cavabdeh yolu könüllü açmaq istəmir. Buna görə də yolun açılması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir və iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh Cavabdeh apellyasiyaa şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, iddiaçının açılmasını tələb etdiyi yol onun həyətyanı sahəsidir. İddiaçı ərizəsi əsasında icra nümayəndəliyindən gəlib həmin yerə baxış keçirilmiş və hər hansı bir qanunsuz tikili aşkar edilməmişdir. Mübahisəli torpaq sahəsinə ekspertlər tərəfindən baxış keçirilən zaman, yaylaqda olduğundan orada iştirak edə bilməmişdir. Mübahisə edilən torpaq sahəsi iddiaçının adına deyildir, bu torpaq sahəsi Sahib adlı şəxsin adınadır. Məhkəmə tərəfindən əsl iddiaçı tapılıb İddiaçılə əvəz edilməmişdir. İş üzrə keçirilmiş ekspertiza rəyi düzgün verilməmişdir. Mübahisə edilən torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Məhkəmənin öz qətnaməsini əsaslandırmaq üçün gəldiyi nəticədən biri də Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 iyun 2020-ci il tarixli, 239 saylı arayışıdır. Bu arayışda isə göstərilmişdir ki, JN-261 A saylı şəhadətnamədə Şahin adı səhvən Sahib kimi yazılmışdır. Məhkəmə də həmin arayışı əsas götürərək iddianı təmin etmiş, bu zaman MPM-nin 307.2.5-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə qətnaməsi düzgün əsaslandırılmamış, mübahisə üzrə maddi və prosessual normalar düzgün tətbiq edilməmişdir. Məhkəmə işin faktiki hallarına uyğun gəlməyən nəticəyə gəldiyindən qətnamə ləğv olunmalıdır. Apellyasiyaa baxışı zamanı məhkəmə iclasında iş üzrə İddiaçı apellyasiyaa şikayətinə etiraz etdi və onun rədd edilməsini xahiş etdi. Cavabdeh, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qobustan rayonu Təklə Bələdiyyəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına təkrar gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə adları göstərilən şəxslərin (onların nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN 261A saylı, 30709018 kodlu şəhadətnamənin surətindən görünür ki, S.S.Hacıyevin adına Qobustan rayon Aqrar İslahat Komissiyasının 15 aprel 2004-cü il tarixli, 03 saylı qərarı ilə Qobustan rayonunun Təklə kəndindən 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Yenə işdə olan Azərbaycan Respublikası daşınmaz əmlakın texniki qiymətləndirilməsi barədə 26 sentyabr 2014-ci il tarixli sənədin surətindən görünür ki, Qobustan rayonunun Təklə kəndində İddiaçı adına fərdi yaşayış evi tikmək üçün 0,12 ha torpaq sahəsi ayrılmışdır. Yenə də işdə olan Qobustan rayon İHB-nın Təklə kənd inzibati ərazi dairəsinin üzrə nümayəndəsinin verdiyi 16 iyun 2020-ci il tarixli, 220 saylı arayışdan görünür ki, İddiaçı adına kəndin 02 nömrəli təsərrüfatbaşına kitabının 151 saylı təsərrüfatında ona məxsus 0,12 ha həyətyanı torpaq sahəsi və yaşayış evi vardır. İş materiallarında olan Qobustan rayon İHB-nın Təklə kənd inzibati ərazi dairəsinin üzrə nümayəndəsinin verdiyi 16 iyun 2020-ci il tarixli, 221 saylı məktubundan görünür ki, kənd sakini İddiaçı 12 may 2020-ci il tarixdə nümayəndəliyə ünvanlandığı Cavabdeh tərəfindən tutlmuş yolun açılmasına dair ərizəsinə əsasən əraziyə baxış keçirilmiş, İddiaçı uzun müddət kənddə yaşamadığından onun evinə gedən çınqıl yolun C. Əmralıyev tərəfindən tor hasara alındığı müəyyən edilmişdir. Cavabdeh tor hasara aldığı yolun açılması təklif olunmuş, lakin Cavabdeh yolu açmayacağını bildirmişdir. Yenə iş materiallarında olan Qobustan rayon İHB-nın Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi 23 iyun 2020-ci il tarixli, 239 saylı arayışdan görünür ki, X2 adına verilmiş JN-261A nömrəli torpağın mülkiyyətə verilməsinə dair həyətyanı şəhadətnamədə onun adı səhvən X4 yazılmışdır. Qobustan rayonunun Təklə kəndində X5 adlı vətəndaş yoxdur və həmin şəhadətnamə İddiaçı məxsusdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2020-ci il tarixli, 10/2670 saylı ekspert rəyindən görünür ki, Qobustan rayonunun Təklə kəndi ərazisində, həmin mübahisəli yol sahəsinin Cavabdeh tərəfindən tor məftil ilə hasara alınmış torpaq sahəsinin Təklə bələdiyyəsinə məxsus olduğu müəyyən edilmişdir. Hasara alınmış torpaq sahəsinin Cavabdeh məxsus deyil, Təklə bələdiyyəsinə məxsus olduğu müəyyən edilmişdir. Aparılmış tədqiqat nəticəsində, naturaya uyğun hazırlanmış və təqdim edilmiş sxemə əsasən mübahisəli yol sahəsinin İddiaçı ayrılan torpaq sahəsinə gedən yol sahəsi olduğu müəyyən edilmişdir (sxem əlavə edilib). Təklə kəndinin hazirlanmış həyətyanı layihəsi ilə naturada mövcud həyətyanı sahələr uyğun gəlmədiyindən, kənd arası yolları əks etdirən başqa texniki sənəd aşkar edilmədiyindən, İddiaçı mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə digər sahədən yol olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İşə əlavə edilmiş Qobustan rayon İHB-nin Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Qobustan Rayon Məhkəməsinə ünvanlanmış məktubdan məlum olur ki, kənd üzrə Təsərrüfatbaşına kitaba əsasən Cavabdeh adına 0,12 ha torpaq sahəsi vardır. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiyaa instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiyaa instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiyaa şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiyaa instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən iddiaçının izahatını dinləyərək, apellyasiyaa şikayətinin dəlillərini, həmçinin mübahisə üzrə Ali Məhkəmənin mövqeyini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Qobustan rayonu Aqrar İslahat Komissiyasının 15 aprel 2004-cü il tarixli, 03 saylı qərarı ilə Qobustan rayonunun Təklə kənd sakini İddiaçı adına fərdi yaşayış evi tikmək üçün kənd ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmış, lakin torpağın mülkiyyətə verilməsinə dair JN 261 saylı KOD 30709018 saylı şəhadətnamədə İddiaçı adı səhvən X1 yazılmışdır. İddiaçı həyətinə gedən gediş-gəliş yolu qonşusu Cavabdeh tərəfindən dəmir torla hasara alınmış və İddiaçı həyətinə gedən yol qanunsuz olaraq bağlanmışdır. Təklə kənd icra nümayəndəliyi tərəfindən Cavabdeh qanunsuz bağladığı yolun açılması bildirilsə də, o həmin yolu açmayacağını bildirmişdir. Bundan əlavə Cavabdeh məxsus yaşayış evinə və torpaq sahəsinə dair hüquq müəyyən edici sənədlər iş materiallarında mövcud deyildir, çünki o, bu sənədləri məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi mübahisə üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı həyətinə gedən gediş-gəliş yolu qonşusu Cavabdeh tərəfindən dəmir-torla hasara alınmış və İddiaçı həyətinə gedən yol qanunsuz olaraq bağlanmışdır. Birinci instansiya məhkəməsi gəldiyi bu nəticəni həmin icraat zamanı keçirilmiş ekspertizanın nəticəsində verilmiş rəylə əsaslandırmışdır. Həmin rəylə müəyyən olunur ki, hasara alınmış torpaq sahəsinin Cavabdeh deyil, Təklə bələdiyyəsinə məxsus olduğu müəyyən edilmişdir. Mübahisəli yol sahəsinin İddiaçı ayrılan torpaq sahəsinə gedən yol sahəsi olduğu müəyyən edilmişdir (sxem əlavə edilib). Təklə kəndinin hazirlanmış həyətyanı layihəsi ilə naturada mövcud həyətyanı sahələr uyğun gəlmədiyindən, kənd arası yolları əks etdirən başqa texniki sənəd aşkar edilmədiyindən İddiaçı mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə digər sahədən yol olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Yenə Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Eyni Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazimi icazələr alınmadan və ya şəhər salma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Yenə həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən tikintiyə mülkiyyət hüququ tanına bilməz. Yenə də həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmayan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti əsasında sökülə bilər. Eyni Məcəllənin 238.1.-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Mülki Məcəllənin 560.1.-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Yenə həmin Məcəllənin 560.2.-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarından məlum olur ki, cavabdeh tərəfindən tutularaq hasarlanmış torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən, iddiaçının “qanuni gözlənti” hüququ olan fərdi yaşayış evinə gedən yoldur. İşin araşdırılmış halları baxımından isə iddiaçının digər hər hansı yoldan istifadə etməsi müəyyən edilməmiş qalmışdır. Belə olan halda, iddiaçının yeganə istifadə etdiyi yolun zəbtdən azad edilməsini tələb etmək imkanının olması yolverilən hesab edilən tələb olaraq qiymətləndirilə bilər. İddiaçı hazırkı iddianı qaıldırmağa subyektiv hüququ vardır, çünki yol tələb edilən ərazi bələdiyyə mülkiyyətində olsa belə, ümumi istifadədə olan torpaq sahəsidir. Həmin torpaq sahəsindən zəruri yol İddiaçı istifadəsindəki ev üçün tələb edilir, yolu isə məhz qonşu Cavabdeh bağlamışdır. Cavabdeh hazırkı hərəkətləri etməklə hüquqdan sui-istifadə edir ki, bu da qanunla qadağandır. Məhkəmə kollegiyası mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə əsasən razılaşır və hesab edir ki, bu nəticə həm işin faktiki hallarına, həm də göstərilən maddi hüquq normalarına uyğundur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə 17.01.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli, “X6rşı” iş üzrə 26.10.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Beləliklə, işin tədqiq olunan faktiki hallarına əsaslanaraq məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Torpağın mülkiyyətə verilməsinə dair JN 261A saylı, 30709018 kodlu şəhadətnamədəki adla iddiaçının adının fərqli olması, bu səbəbdən də iddiaçının əsil iddiaçı ilə əvəz edilməli olması barədə cavabdehin dəlilini də məhkəmə kollegiyası əsassız sayır. Əvvəla, bu hal iddiaçının yaşadığı evə gedən yolun bağlanması üçün əsas ola bilməz. Digər tərəfdən, işin tədqiq olunan faktiki hallarından görünür ki, iddiaçı həmin evdə yaşayır, evin faktiki sahibi və istifadəçisi odur. Bağlanan yol da məhz onun yaşadığı evə gedən yoldur. Cavabdeh özü də bu halı mübahisələndirmir. Bu səbəbdən iddiaçının sənəddə göstərilən adı ilə, onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adının düz gəlməməsi hazırki mübahisənin predmeti ola bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh öz tələbinin əsasını və şikayətindəki qeyd etdiyi dəlilləri sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Qobustan Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(026)- 6/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-3557/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3557/2021
30.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver