Məhkəmə qərarları › İş №2(105)-358/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-358/2022

21.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-358/2022 21.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X8, Ərizəçi3 nümayəndəsi və vəkili X3 iştirak ilə Abşeron Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(012)-4075/2021 saylı qətnaməsindən maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin rəisi Fuad İbrəhimovun verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(012)-4075/2021 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilib, 22.03.2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-289A, KOD 30800066 nömrəli şəhadətnamənin xx xxxx 1966-cı il tarixdə anadan olmuş Ərizəçi3, xx xxx 2000-ci il tarixdə anadan olmuş Ərizəçi1 və xx xxxxxxx 1994-cü il tarixdə anadan olmuş Ərizəçi2 məxsus olması faktı müəyyən edilmişdir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin rəisi Fuad İbrəhimov apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(012)-4075/2021 saylı qətnaməsinin ləğv edilib, ərizənin təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-289A, KOD 30800066 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi3 və AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi2, AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 tərəfindən Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən verilən cavabda hüquqmüəyyənedici sənədlərdə fərqin olması səbəbindən torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Həmin fərq JN-289A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibi kimi “X12” göstərilməsinə baxmayaraq, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində “Ərizəçi3”, hüquq sahibi kimi “X15” göstərilməsinə baxmayaraq, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində “Ərizəçi2”, hüquq sahibi kimi “X16” göstərilməsinə baxmayaraq, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində “Ərizəçi1” kimi qeyd edilməsindən ibarətdir. Abşeron rayonu, Digah kəndində yerləşən 0.10 ha torpaq sahəsi ərizəçilərin və digər ailə üzvlərinin mülkiyyətindədir. Lakin ərizəçilər həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almamışlar. Torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə ərizəçilərin adı nöqsanlara yol verilməklə qeyd edilmişdir. Göründüyü kimi tələb olunan sənədi verməli olan yeganə orqan həmin sənədi verməkdən imtina etdiyindən və ərizəçilər həmin sənədi başqa qaydada əldə edə bilmədiklərindən məhkəməyə müraciət etmək məcburiyətində qalmışlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin rəisi Fuad İbrəhimov verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 13 iyul 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2, 146.3, 178.1, 178.2-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 308, 310-cu maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi3 nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada ərizəçilər Ərizəçi2 və Ərizəçi1, maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbəi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən ərizəçilər Ərizəçi2 və Ərizəçi1, maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib və iş materialları araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilib, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(012)-4075/2021 saylı qətnaməsi ləğv edilərək, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi3 xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi1 xx.xx.2000ci il tarixdə anadan olmuşdur. AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi2 xx.xx.1994cü il tarixdə anadan olmuşdur. AZ-İ seriyalı 720701 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X13 və X17 arasında nikah Abşeron rayonu Digah qəsəbəsi üzrə nümayəndəliyində 21 noyabr 2011-ci il tarixdə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 28 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. AZ-İİ seriyalı 285904 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X20 və X18 arasında nikah Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 24 iyul 2018-ci il tarixdə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 1940 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Həsənova” soyadı verilmişdir. Abşeron rayonu Digah qəsəbə icra nümayəndəsinin 03.09.1999-cu il tarixli sərəncamından çıxarışın surətindən görünür ki, Abşeron rayonu Digah qəsəbə icra nümayəndəsi tərəfindən Ərizəçi3 ərizəsinə ona qəsəbə daxilində 0,10 hektar torpaq sahəsi verilməsi və ayrılmış torpaqda ona fərdi ev tikmək üçün icazə verilməsi barədə sərəncam verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 22.03.2005-ci il tarixli, JN-289A, KOD 30800066 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu Digah kənd sakinləri X12, X4, X15 və X9 Abşeron rayon Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli, 249 nömrəli qərarı ilə 0.10 ha torpaq sahəsi fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı kimi mülkiyyətlərinə verilmişdir. Abşeron rayon İHB-nın Digah qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01.04.2021-ci il tarixli, 279 №-li arayışdan müəyyən edilir ki, Abşeron rayon aqrar islahat komissiyasının qərarı ilə Digah qəsəbə sakini Ərizəçi3 adına verilmiş 0.10 ha torpaq sahəsinə dair JN289a saylı şəhadətnamədə səhvən onun soyadı X12 yazılmışdır. Həmin şəhadətnamədə qızı X1 hərf səhvi getmişdir, əslində onun soyadı X10r. Eyni şəhadətnamədə qızı X2 hərf səhvi getmişdir, əslində onun soyadı X11r. Maraqlı şəxs tərəfindən Ərizəçi3 ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 03.06.2021ci il tarixli **********82 nömrəli bildirişdən görünür ki, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən Ərizəçi3 və digərlərinə məxsus 0.10 torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 24 may 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətə baxılmışdır. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-289A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahiblərinin soyadı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən soyad arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, JN-289A nömrəli şəhadətnamədə hüquq sahibi kimi “X12”, “X15”, “X16” göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi3”, “Bağıyeva (Məmmədova) Əfsanə Əyyub qızı”, “Bağıyeva (Həsənova) Pərvin Əyyub qızı” kimi qeyd edildiyi aşkar edilmişdir. Yuxarıda qeyd edilənlərin nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. İşin tədqiq olunan hallarından göründüyü kimi ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 22.03.2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-289A, KOD 30800066 nömrəli şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi üçün hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 70.1-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mübahisə predmeti Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-289A, KOD 30800066 nömrəli şəhadətnamənin ərizəçilərə məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qanunvericiliyin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçilər ilk olaraq lazımi sənədləri ala bilmək üçün hüquq müəyyənedici sənədi verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hazırkı hüquqi varisi olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməli və həmin orqan tərəfindən sənəddə olan səhvlərin aradan qaldıraraq yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməməsinin mümkün olmaması bildirilməlidir. Lakin, iş materiallarında ərizəçilər tərəfindən lazımi sənədləri ala bilmək üçün hüquq müəyyənedici sənədi verən orqana müraciətin və müvafiq cavabın alınması barədə heç bir sübut mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.1-ci maddələrinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçilər tərəfindən mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində qanunla müəyyən edilmiş qaydanı tətbiq etmək imkanı itirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.1, 263-264, 365, 384.0.5, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin rəisi Fuad İbrəhimovun verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(012)-4075/2021 saylı qətnaməsi ləğv edilsin. Ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar