Məhkəmə qərarları › İş №2(105)-358/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-358/2025

25.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-358/2025 25.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X15 qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X8 Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X8 Filialı cəlb edilməklə) qarşı əsassız hesablanmış borcun silinməsinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-604/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1rşı əsassız hesablanmış borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirktəti X4 əməkdaşları tərəfindən tərtib olunmuş 04 aprel 2024-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən ona əsassız hesablanmış 3965.76 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, ailəsilə birlikdə ünvan 1i ünvanında yerləşən evdə yaşayır. Fərdi istehlakçı kimi o, cavabdeh X9 ilə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlayaraq yaşadığı evində təbii qazdan istifadə edir. Evdə istehlak etdiyi təbii qazın haqqını vaxtlı-vaxtında ödəyir, onun heç bir borcu yoxdur. X10 əməkdaşları ünvan 1i ünvanda yerləşən yaşadığı evə gəlib evdən aralı, küçədə yerləşən qaz sayğacına baxış keçirmiş, ona sayğacdan əvvəl qaz xəttinə müdaxilə olunmaqla rezin boru vasitəsilə qeyri-qanuni təbii qazdan istifadə etdiyi qeyd edilmişdir. O da cavabında X10 əməkdaşlarına sayğaca əl vurmadığını, sayğac küçədə olduğunu, sayğacın üstü örtülmədiyini, qutuda yerləşdirilmədiyini, sayğacdan əvvəl qaz xəttinə kim tərəfindən müdaxilə olunduğundan xəbəri olmadığını bildirmişdir. X10 əməkdaşları 04 aprel 2024-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edərək 3965.76 manat dəymiş ziyan hesablanmışdır. Bildirir ki, o sayğaca əl vurmamışdır. Sayğaca hər ay qaz nəzarətçisi tərəfindən baxılır, sayğacın bütövlüyünü, plomblarını yoxlayır, qaz sərfiyatını hesablayıb ona sayğacın göstərdiyi qaz sərfiyyatı barədə bildiriş verilmişdir. X10 əməkdaşları tərəfindən ötən aylar ərzində ona sayğacda hər hansı bir problem barədə heç bir irad bildirməmişdir, o da, qaz nəzarətçisinin qaz sərfiyatı barədə verdiyi bildirişləri əsasında aybaay qaz pullarını ödəmişdir. Lakin X10 əməkdaşları bunlara məhəl qoymayaraq barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmiş və ona guya 33048 kub.metr qazdan qanunsuz istifadə etməyinə görə 3965.76 AZN borc hesablamışlar. İndi də X10 əməkdaşları ondan həmin borcu tələb edirlər, əks təqdirdə onun evinə verilən qaz təchizatını kəsəcəkləri ilə hədələyirlər. X4 əməkdaşları tərəfindən tərtib edilmiş 04 aprel 2024-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən ona əsassız hesablanmış 3965.76 manat borc silinməlidir. Onun evinə quraşdırılmış qaz sayğacı evindən aralı, küçədə örtüksüz quraşdırılmışdır. O həmin sayğaca kim tərəfindən müdaxilə edildiyini bilmir. Belə ki, həmin sayğac X10 əməkdaşları tərəfindən qoyulmuşdur. Həm də ki, sayğacın üzəri X10 əməkdaşları tərəfindən müvafiq örtük ilə örtülmədiyi üçün Qaydaların 4.7-ci bəndinə əsasən həmin müdaxilələrə görə o- istehlakçı deyil, X14 cavabdehlik daşıyır. Bundan başqa bildirir ki, o, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti X3 əsassız hesablanmış borcun silinməsi ilə bağlı öz pritenziyasını da bildirmişdir, lakin pritenziya bildirdiyindən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh təşlikat ona heç bir məlumat verməmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, abonentin qaz xətlərinə və qaz sayğacına 04 aprel 2024-cü il tarixində Xaçmaz RQİİ-nin Qusar XS-nın əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan kənar rezin boru ilə qoşaraq qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişllə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır. Bu hal aşkar olunan zaman abonent İddiaçı haqqında fərdi yaşayış evində sayğacdan kənar qanunsuz xətt vasitəsi ilə “təbii qazdan istifadə etməsi barədə “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 04 aprel 2024-cü il tarixli ******* saylı akt tərtib edilmiş, abonentin qaz sayğacının keçiricilik qabiliyyətinə uyğun olaraq 33048 kub metr və ya 3965.75 manat itirilmiş qazın ziyanı hesablanaraq bazadakı koduna işlənilmişdir. Bununla da aydın olur ki, iddiaçının tələbi qanuna, sübut və dəlillərə əsaslanmır, İddiaçı öz şəxsi mülahizələrinə və fərziyələrinə uyğun irəli sürdüyü fikirlərdir. Yuxarıda göstərilənlərə görə İddiaçı iddia tələbi məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-604/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Azəriqaz” X7 X13 İdarəsinin Qusar XS-nin əməkdaşları tərəfindən tərtib olunmuş 04 aprel 2024-cü il tarixli ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında İddiaçı əsassız hesablanmış 3790.56 (üç min yeddi yüz doxsan manat əlli altı qəpik) manat borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Əli Cəlilov). Qətnamədən narazı qalan Cavabdeh İB apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-604/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Qusar XS-nin işçiləri abonent İddiaçı sayğacdan kənar xətlə təbii qazdan qanunsuz istifadə halını aşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. Belə ki, qanunsuz təbii qazdan istifadə halı video çəkilişlə müşayət olunmuşdur. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5 bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Bundan başqa “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin hesablanması üzrə təlimat”-ın 3.6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı,etibarlılığının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanmalıdır. İddiaçı BağışovZahir Mollaəmi oğlunun evinin qaz xəttində quraşdırılmış qaz işlədici cihazların saatlıq qaz sərfi nəzərə alınmaqla orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün (12 aydan çox olmayan müddət) qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Qətnamənin məzmununda aparılmış hesablamada əvvəlki ilin orta qaz istehlakının əsas götürülməsinin hüquqi əsası yoxdur. Qaz işlədici cihazların saatlıq qaz sərfiyyatı əsas götürülməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, birinci instansiya məhkəməsi abonentin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulması nəticəsində Cavabdeh İB-nə dəymiş ziyanı heç bir hüquqi normativ akta əsaslanmayan, öz subyektiv mülahizəsinə uyğun 175,2 manat hesablanması heç bir məntiqə uyğun gəlmir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi hal onun ümumiyyətlə qeyri-qanuni qaz xəttindən istifadə etmədiyi barədə fikridir. Lakin iddiaçı bu halı sübut etmək üçün heç bir sənəd təqdim etməmişdir. Məhkəmə iddiaçının söylədiyi mülahizəyə görə qərar qəbul etmişdir. Yuxarıda qeyd olunlardan göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə mövcud sübutlara, öz təsdiqini tapmış faktlara və reallıqlara yox, iddiaçının şəxsi fikrinə, ehtimallara istinadən verdiyi izahata uyğun qətnamə qəbul etmişdir. Məhkəmənin qərar qəbul edərkən iddiaçının qanunsuz qoşulma nəticəsində cavabdehə cəmi 175,2 manat ziyan vurması qənaətinə gəlməsi, işin faktiki hallarına qətiyyən uyğun gəlmir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X8 Filialının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edəən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh Xaçmaz X12 İdarəsi tərəfindən tərtib edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 04 aprel 2024-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində rezin boru ilə qeyri-qanuni qoşulma halı aşkar olunmuşdur. Həmçinin, qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. İddiaçı həmin aktı imzalanmaqdan imtina etmişdir. İş materiallarında olan Cavabdeh Xaçmaz X12 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 04 aprel 2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, 04 aprel 2024-cü il tarixli ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üzrə cəmi 33048 kub.metr qaz sərfiyyatı hesablanmışdır. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci hissəsində qeyd edilir ki, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması və qaz xəttinə qanunsuz qoşulması halı olmuşdur.Belə olan halda birinci instansiya məhkəməsi həmin faktın mövcud olması halı ilə razılaşmış, lakin hesab etmişdir ki, müdaxilə nəticəsində dəymiş ziyanın hesablanması təbii qazdan istifadə qaydaları haqqında yuxarıda qeyd edilmiş qərarın tələblərinə zidd olmuş və şişirdilmişdir. Belə ki, Qaz idarəsi tərəfindən qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixi qeyd edilməmişdir. Cavabdeh tərəfindən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası ilə bağlı sənəd, arayış, sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və mübahisə ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edilmiş “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən iddiaçının pozuntu törətməsi (qazı talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsə də, iş materiallarına əsasən müəyyən edilir ki, Cavabdeh tərəfindən həmin əmələ görə müvafiq tədbirlər həyata keçirilməmiş və iddiaçı barəsində akt tərtib edildikdən dərhal sonra İnzibati Xətalar Məcəlləsinə əsasən o, inzibati məsuliyyətə cəlb edilməli olduğu halda, həmin tələblərə riayət edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən akt tərtib olunduqdan sonra qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilmədiyindən və nəticə etibarilə iddiaçı tərəfindən cavabdehə ziyan vurulmasına dair iddiaçının təqsiri yuxarıda qeyd olunan “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən qaydada təsdiq olunmamışdır, buna görə də apellyasiya şikayəti təmin edilə bilməz. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, qanunun yuxarıda göstərilən tələbinə əsasən həmin dəlillər iddia tələbinin təmin edilməməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-604/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar