Məhkəmə qərarları › İş №2(105)-3613/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3613/2021

15.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3613/2021 15.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 Şamaxı Rayon Qaz Xidmət sahəsinə və Cavabdeh1nə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Ə.İsmayılov) ilkin iddianın təmin edilməsi, Azəriqaz” İstehsalat Birliyi tərəfindən qanunsuz hesablanmış 1403 manat 70 qəpik borc ilkin iddia üzrə İddiaçı abunə hesabından silinməsi, ilkin iddia üzrə İddiaçı 11.10.2017-ci il tarixli № MSK-29/1710-00761 saylı qaz sayğacının yoxlanılması barədə akt əsasında ödədyi 446 manat pulun ilkin iddia üzrə İddiaçı geri qaytarılması, qarşılqılı iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1nə və Cavabdeh1 Şamaxı Qaz Xidmət Sahəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən qanunsuz hesablanmış 1403 manat 70 qəpik borcun silinməsi və əsassız olaraq ondan tutulmuş 466 manat məbləğin ona qaytarılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhərində yaşayır. Şamaxı rayonu Çuxuryurd kəndində evi var. Əksərən Bakı şəhərində olur. Evi, həyəti bir nəfərə tapşırmışdır. 2016-cı ildə cavabdehlər evinə gələn qaz xəttinin sayğacını dəyişərək “Smart“ tipli sayğac qoymuşlar. Kart həmin evə baxan adamdadır. Lazım olanda özü karta pul yükləyir, o, gələndə ödənişlərini ona göstərir, o, da onun pulunu ödəyir. Bu ilin əvvəlində evinə gələn zaman sayğaca baxmış, keçən ildən qalan işlənməmiş məbləğin 10 qəpiklə hesablanmalı olduğunu hesab etmiş, amma belə olmadığını görüb qaz idarəsinə müraciət etmişdir. Daha sonra ona smart kartı verildikdə onun 1403 manat 70 qəpik borcunun olduğu, həmin borcun 466 manatının karta pul yükləndikdə tutulduğu, qalan 937 manat 70 qəpik borcun qaldığı bildirilmişdir. Bu borcun nədən yarandığını soruşduqda ona heç bir sənəd verməmiş, yalnız etdiyim ödənişlərin cədvəli verilmiş, həmin cədvəldən ona aydın olmuşdur ki, 2016-cı ildə ona 1403 manat 70 qəpik borc yazılmış, amma hardan yazılması məlum deyil. O, hər ay bildişdə yazıldığı qədər ödənişlərini ödəmiş, yəni 2017-ci ildə 70 manat, 2018-ci ildə 25 manat və 2019-cu ildə 51 manat. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Çuxuryurd kəndində yaşayan İddiaçı mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 1403,70 manat borc məbləğinin və iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun, tutularaq ’’Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsinə dair qətnamə xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 19.08.2016-cı il tarixində "Azəriqaz” X5 RQlİ-nin Şamaxı Xidmət Sahəsinin əməkdaşları Şamaxı rayonu Çuxuryurd kəndində yaşayan İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək üçün açaraq götürmüşlər. Bununla bağlı 19.08.2020-ci i! tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G-6 markalı, 722312 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 11.11.2027-ci il tarixli, MSK-29/1710-00761 nömrəli akta əsasən sayğacın hesablama mexanizminin ilişərək işləməsi aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Şamaxı rayonu Çuxuryurd kəndində yaşayan İddiaçı istifadə etdiyi qazın dəyərini ödəməmiş və İddiaçı Şamaxı XS-nin abonent bazasındakı **********00390 nömrəli abonent koduna 1403,70 manat məbləğində istifadə edilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçı ilə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında “356 saylı 29 iyun 2000-ci il tarixli Fərmanında deyilir ki, işlədilən hər kub metr qazın dəyəri ödənməlidir. Beləliklə, cavabdeh onumla bağlanılmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən,hesab “istehlakçı”ya “paylayıcı” tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi X.R.Əlizadə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Sayğaca müdaxilədə istehlakçının maddi maragı olmuş və istehlakçının həmin müdaxilənin onun tərəfindən yox kənar şəxsin təsiri nəticəsində olması barədə söylədikləri özünü müdafiə və maddi məsuliyyətdən yayınma xarakteri daşıyır. Bu səbəbdəndə də iddiaçının sayğaca müdaxilə etmədiyi barədə söylədikləri iş materialları ilə öz təstiqini tapmır. İddiaçı qanunvericiliyin tələblərinə görə yaşadıgı ünvan üzrə quraşdırılmış qaz saygacının toxunulmazlığına cavabdeh olan şəxs hesab olunmaqla həmin sayğaca müdaxilə nəticəsində sayğacın sıradan çıxması nəticəsində paylayıcı Cavabdeh1 İB-nə dəymiş ziyana görə məsuliyyət daşıyır. Lakin məhkəmə bunları nəzərə almamışdır. Şamaxı Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 2(074)-569/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi R.M.Şabanov məhkəmyə ərizə göndərərək, məhkəmə iclasının başqa vaxta keçirilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilk iddia ərizəsini təmin edərək, qarşılıqlı iddianı rədd edərək borcun qanuna uyğun hesablanmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi X.R.Əlizadənin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 19.08.2016-cı il tarixli № ******* saylı aktın surətindən görünür ki, İddiaçı evində olan “Belarus” tipli, c-6 markalı 722312 nömrəli qaz sayğacı “İtron” c-4 tipli ******* nömrəli qaz sayğacı ilə əvəz olunmuşdur. İşdə olan Cavabdeh1 11.10.2017-ci il tarixli № MSK29/1710-00761 saylı qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, 722312 nömrəli qaz sayğacının yoxlanılması zamanı sayğacın hesablayıcı mexanizminin ilişərək işlədiyi aşkar edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, 19.08.2016-cı il tarixdə "Azəriqaz” X5 RQlİ-nin Şamaxı Xidmət Sahəsinin əməkdaşları Şamaxı rayonu Çuxuryurd kəndində yaşayan İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək üçün açaraq götürmüşlər. Bununla bağlı 19.08.2020-ci i! tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G-6 markalı, 722312 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 11.11.2017-ci il tarixli, MSK29/1710-00761 nömrəli akta əsasən sayğacın hesablama mexanizminin ilişərək işləməsi aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Məhkəmə hesab edir ki, 11.10.2017-ci il tarixli № MSK-29/1710-00761 saylı qaz sayğacının yoxlanılması barədə akt əsasında sayğacın hesablama mexanizminin ilişərək işləməsi aşkar edilmiş, sayğac istismara yararsız hesab edildiyi bildirilsədə onun hansı şəraitdə yoxlanılması göstərilməmiş, həmin sayğac yoxlanılan zaman istehlakçının iştirakı təmin olunmamışdır Belə olan halda istehlakçıya 1403,70 manat borc məbləğinin hesablanması tamamilə qanunsuz olmuşdur. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı ona akt üzrə ödənilmiş 466 manat pulun qaytarılmasını xahiş etməkdə haqlıdır. Belə olan halda 11.10.2017-ci il tarixli № MSK-29/1710-00761 saylı qaz sayğacının yoxlanılması barədə akt əsasında istehlakçının ödədyi 466 manat pul ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İlk iddia üzrə cavabdeh borc hesablanmasını cavabdehin abonenti olduğu ünvanda sayğacın hesablama mexanizminin ilişərək işləməsi və sayğacın istismara yararsız hesab edilməsi ilə əsasdandırmış, qanunsuz istifadə halının təsdiqi üçün cavabdehin abonenti olduğu ünvandakı sayğacın ilişərək işləməsi və sayğacın istismara yararsız hesab edilməsinə istinad etmiş, lakin sayğacın bu vəziyyətdə olmasının təbii qazdan qeyri qanuni istifadəyə səbəb olmasına, eləcə də sayğacın bu vəziyyətdə cavabdehin təqsirli hərəkətləri nəticəsində olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə olan sübutlarla, cavabdehin abonenti olduğu ünvanda quraşdırılmış sayğacın onun tərəfindən ilişərək işləməsi və sayğacın istismara yararsız hesab edilməsi halı təsdiq edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “X8”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə bağlanmış müqavilənin 2.3.1 , 2.3.2 və 3.4 bəndlərinin tələblərinə əsasən , istehlakçı bu müqavilənin və X8nın tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini Bank və ya Poçt şöbələri vasitəsilə tam ödəməlidir.Həmin müqavilənin 5.2 bəndinə əsasən yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatın enerjidaşıyıcıları İlə təminatının yaxşılaşdırılması tədbirləri haqqında “356 saylı 29 iyun 2000-ci il tarixli Fərmanında deyilir ki, işlədilən hər kub metr qazın dəyəri ödənməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1 -ci maddəsinə əsasən , fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin məcəllənin 136.4-cü maddəsində kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqların daxil olması göstərilmişdir. Beləliliklə də məhkəmə ilk iddia üzrə hesab edir ki, ilk iddia üzrə cavabdehin qanunsuz hesabladığı 1403,70 manat borcun ödənilməsini tələb etmək hüququ yaranmadığından ilkin iddia təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə belə nəticəyə gəlir ki, cavabdehin abonenti olduğu ünvandakı sayğacın ilişərək işləməsi və sayğacın istismara yararsız hesab edilməsinə istinad etmiş, lakin sayğacın bu vəziyyətdə olmasının təbii qazdan qeyri qanuni istifadəyə səbəb olmasına, eləcə də sayğacın bu vəziyyətdə cavabdehin təqsirli hərəkətləri nəticəsində olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən tələb olunan məbləğ 2010-cu ildən başlayaraq 2016-cı ilədək yaranan borcdur. Həmin borcun cavabdeh təşkilat 3 il müddətində ödənilməsini tələb etməkdə haqlı olardı. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin bu iş üzrə 28 iyul 2021-ci il tarixli 2(074)-569/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar