Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3624/2021 21.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhər üzrə İcra İdarəsinə, "xxxx" KB ASC-yə və "xxxx" MMC-yə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə» dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2456/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2456/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsi İddiaçı cavabdehlər Sumqayıt şəhər üzrə İcra İdarəsinə, "xxxx" KB ASC-yə və "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmamışdır (hakim Azər İsmayılov). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2456/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Sumqayıt şəhər üzrə İcra İdarəsinə, "xxxx" KB ASC -yə və "xxxx" MMC-yə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin ünvan 1 ünvanda yerləşən, 22 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y-151 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakı alqısatqısı barədə 04 iyun 2019-cu il tarixli müqavilənin və "xxxx" MMC-nin ünvan 2 ünvanda yerləşən, 31 saylı mənzilin, hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y-152 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 04 iyun 2019-cu il tarixli müqavilənin etibarsız və əsassız hesab edilərək ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanda yerləşən 22 saylı mənzil onun mülkiyyətində olmuş, lakin həmin mənzil qanunvericiliyin tələbləri pozulmaqla mülkiyyətindən çıxarılmışdır. Belə ki, o, 13 sentyabr 2012-ci il tarixində cavabdeh "xxxx" KB ASC ilə 86BK/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 23.06.2014-cü il tarixli 58BKƏ/14 saylı əlavə kredit müqaviləsinə əsasən 36 ay müddətinə, 23.06.2017-ci il tarixədək illik 20% ödəmək şərtilə 135000 ABŞ dolları; 17.02.2015-ci il tarixli 5mspBKS/15 saylı əlavə kredit xətti müqaviləsinə əsasən borcluya 12 ay müddətinə 17.02.2016-cı il tarixədək illik 28% ödəmək şərtilə 3000 AZN məbləğində kredit götürmüş, həmin kreditin əsas təminatı kimi ona məxsus olan ünvan 3 ünvanda yerləşən, 22 saylı mənzil; X8 məxsus ünvan 4 ünvanında yerləşən 12 saylı mənzil; X4 məxsus ünvan 2 ünvanında yerləşən 31 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-186/2017 saylı, 22 may 2017-ci il tarixli qətnaməsi ilə "xxxx" KB ASC ilə onun arasında bağlanmış 23.06.2014-cü il tarixli, 58BKƏ/14 saylı və 17.02.2015-ci il tarixli, 6mspBKS/15 saylı əlavə kredit müqaviləsi ləğv edilmiş, 23.06.2014-cü il tarixli, 58BKƏ/14 saylı əlavə kredit müqaviləsindən irəli gələn ödənilməmiş 89507,65 ABŞ dolları əsas borc, 9872,75 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları məbləğində dəbbə borcu, ümumilikdə 99480,40 ABŞ dolları; 17.02.2015-ci il tarixli, 6mspBKS/15 saylı əlavə kredit xətti müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 2978,81 manat, faiz borcu üzrə 396,17 manat, cərimə (dəbbə) üzrə 50 manat, ümumilikdə 3424,98 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə yönəldilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, 60 manat xidmət haqqı cəmi 120 manat pulun ondan tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tələbin mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən, 22 saylı mənzilə; X4 məxsus ünvan 2 ünvanında yerləşən 31 saylı mənzilə yönəldilməsi qət edilmiş, həmçinin ünvan 3 ünvanda yerləşən, 22 saylı mənzilin ilkin satış qiyməti ipoteka müqaviləsinə müvafiq olaraq 74 000 (yetmiş dörd min) manat, ünvan 2 ünvanında yerləşən 31 saylı mənzilin ilkin satış qiyməti 70000 (yetmiş min) manat müəyyən edilmişdir. Ona məxsus ünvan 7 ünvanda yerləşən 22 saylı mənzil Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi üzrə açıq hərraca çıxarılmış və "xxxx" MMC-nin Y-151 saylı, 04 iyun 2019-cu il tarixli yekun protokoluna görə mənzilin ilkin satış qiyməti 74000 manat məbləğində müəyyən edilmiş, lakin ilkin satış qiymətinin enmiş faizləri: “İpoteka haqqında” AR qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda - 15% və 43.7-ci maddəsinə əsasən 25 %, əmlakın son satış qiyməti isə 47175 manat müəyyən edilmiş və həmin mənzil 04 iyun 2019-cu il tarixdə hərracın yekunları üzrə alqı-satqı müqaviləsi bağlanaraq cavabdeh "xxxx" ASC tərəfindən alınmışdır. X4 məxsus ünvan 9 ünvanda yerləşən, 31 saylı mənzil, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi üzrə açıq hərraca çıxarılmış və "xxxx" MMC-nin Y-152 saylı, 04 iyun 2019-cu il tarixli yekun protokoluna görə mənzilin ilkin satış qiyməti 70.000 manat məbləğində müəyyən edilmiş, lakin ilkin satış qiymətinin enmiş faizləri: “İpoteka haqqında” AR Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda - 15% və 43.7-ci maddəsinə əsasən 25 %, əmlakın son satış qiyməti isə 44625 manat müəyyən edilmiş və həmin mənzil 04 iyun 2019-cu il tarixdə hərracın yekunları üzrə alqı-satqı müqaviləsi bağlanaraq cavabdeh "xxxx" ASC tərəfindən alınmışdır. Qeyd etmişdir ki, hərracın keçirilməsi ilə əlaqədar bildirişlər onun ünvanına gəlməmiş, hərracın keçirilməsindən xəbəri olmamışdır. Eyni zamanda Sumqayıt şəhər İcra idarəsinin icra məmuru tərəfindən hərracın keçirilməsi ilə əlaqədar məlumatlandırılmamışdır. Hesab edir ki, Azərbaycan Respublikası Respublikası Xammal və X12 Mərkəzi Külək” MMC-nin ünvan 11 ünvanda yerləşən, 3 otaqdan ibarət 16 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 36/01 nömrəli, 14 iyun 2017-ci il tarixli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 14 iyun 2017-ci il tarixli müqavilə mülki qanunvericiliyin tələblərinə zidd olduğundan, həmin müqavilə əsasında "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat da etibarsız və əsassızdır. Bundan başqa "xxxx" MMC-nin ünvan 12 ünvanında yerləşən, 64 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y-151 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakı alqı-satqısı barədə 04 iyun 2017-ci il tarixli müqavilə mülki qanunvericiliyin tələblərinə zidd olduğundan etibarsız və əsassızdır. Eyni zamanda "xxxx" MMC-nin ünvan 13 ünvanında yerləşən, 31 saylı X4 məxsus mənzilin hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y-151 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakı alqı- satqısı barədə 04 iyun 2017-ci il tarixli müqavilə mülki qanunvericiliyin tələblərinə zidd olduğundan etibarsız və əsassızdır. Azərbaycan Respublikası «İpoteka haqqında» Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşmar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 36.4.2-ci maddəsinə görə, tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda tutmanın yönəldilməsi proseduru davam edə bilməz. AR Mülki Məcəllənin 416.1 -ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Qeyd olunanlara əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2456/2021 saylı mülki iş üzrə 06 avqust 2021-ci il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, mübahisəli əmlak artıq bankın mülkiyyətindədir, iddia mənzildən çıxarılma hissəsində təmin olunub. Mənzilə dair hərrac ilk dəfə 2018-ci ildə təyin olunub və bu barədə hər bir tərəfə rəsmi qaydada məlumat verilib. Sonuncu hərrac 04.06.2019-cu il tarixdə baş tutub. Yəni bütün proseslər qanunauyğun olaraq həyata keçirilib. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2456/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə İddiaçı, cavabdehlər Sumqayıt şəhər üzrə İcra İdarəsinin və “Əmlak İxtisaslaşdırılmış Hərrac MərkəziMMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş Y-151 saylı, 04.06.2019-cu il tarixli “Əmlak İxtisaslaşdırılmış Mərkəzi” hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən, 22 saylı mənzilinə ilkin satış qiyməti 74000 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25% enmiş, əmlakın satılmış son qiyməti isə 47175 manat müəyyən edilmiş və həmin mənzil "xxxx" KB ASC tərəfindən alınmışdır. İş materiallarında olan Y-152 saylı, 04.06.2019-cu il tarixli “Əmlak İxtisaslaşdırılmış Mərkəzi” hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin surətindən görünür ki, X4 məxsus ünvan 2 ünvanda yerləşən, 31 saylı mənzilinə ilkin satış qiyməti 70000 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25% enmiş, əmlakın satılmış son qiyməti isə 44625 manat müəyyən edilmiş və həmin mənzil “"xxxx" KB ASC tərəfindən alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİ bəndinə əsasən Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İşin araşdırılan halları ilə ipoteka predmetləri olmuş İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən, 22 saylı mənzilin və X4 məxsus ünvan 2 ünvanda yerləşən, 31 saylı mənzilin açıq hərrac vasitəsilə satışı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi halı aşkarlanmamış, qeyd olunan əmlakların hərrac vasitəsi ilə satılması qanuni qüvvəsini almış Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-186/2017 saylı, 22 may 2017-ci il tarixli qətnaməsi əsasında qanunvericiliyə uyğun baş tutmuşdur. Bundan başqa İddiaçı iddia tələbində özünə məxsus ünvan 1 ünvanda yerləşən, 22 saylı mənzillə yanaşı, X4 məxsus ünvan 2 ünvanda yerləşən, 31 saylı mənzilin də hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y-152 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 04 iyun 2019-cu il tarixli müqavilənin etibarsız və əsassız hesab edilərək ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına uyğun olaraq qeyd olunan maddi hüquq normaları baxımından düzgün nəticəyə gəlmişdir. Müəyyən olunmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-186/2017 saylı, 22 may 2017-ci il tarixli qətnaməsi ilə "xxxx" KB ASC ilə onun arasında bağlanmış 23.06.2014-cü il tarixli, 58BKƏ/14 saylı və 17.02.2015-ci il tarixli, 6mspBKS/15 saylı əlavə kredit müqaviləsi ləğv edilmiş, 23.06.2014-cü il tarixli, 58BKƏ/14 saylı əlavə kredit müqaviləsindən irəli gələn ödənilməmiş 89507,65 ABŞ dolları əsas borc, 9872,75 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları məbləğində dəbbə borcu, ümumilikdə 99480,40 ABŞ dolları; 17.02.2015-ci il tarixli, 6mspBKS/15 saylı əlavə kredit xətti müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 2978,81 manat, faiz borcu üzrə 396,17 manat, cərimə (dəbbə) üzrə 50 manat, ümumilikdə 3424,98 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə yönəldilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, 60 manat xidmət haqqı cəmi 120 manat pulun ondan tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tələbin mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən, 22 saylı mənzilə; X4 məxsus ünvan 2 ünvanında yerləşən 31 saylı mənzilə yönəldilməsi qət edilmiş, həmçinin ünvan 3 ünvanda yerləşən, 22 saylı mənzilin ilkin satış qiyməti ipoteka müqaviləsinə müvafiq olaraq 74 000 (yetmiş dörd min) manat, ünvan 2 ünvanında yerləşən 31 saylı mənzilin ilkin satış qiyməti 70000 (yetmiş min) manat müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 09.10.2017-ci il tarixli, 2(105)-2694/2017-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" KB ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-186/2017 saylı, 22 may 2017-ci il tarixli qətnaməsi iddia tələbinin ünvan 3 ünvanda yerləşən, 22 saylı mənzilinə yönəldikdən və o satıldıqda ən geci bir ay müddətində İddiaçı və X6 və ünvan 2 ünvanında yerləşən 31 saylı mənzilə yönəldikdən və satıldıqda ən geci bir ay müddətində X2, X1, X3 və X5 çıxarılmasının rədd edilməsi hissəsində ləğv edilməsi və iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməsi, ünvan 3 ünvanda yerləşən, 22 saylı mənzilinə yönəldikdən və o satıldıqda ən geci bir ay müddətində İddiaçı və X6 çıxarılması, ünvan 2 ünvanında yerləşən 31 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan ən geci bir ay müddətində X2, X1, X3 və X5 çıxarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-2018-ci il tarixli, 22.06.2018-ci il tarixli qərardadının kserosurətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 09.10.2017-ci il tarixli, 2(105)-2694/2017-ci il tarixli qətnaməsinin icrasına 1(bir) il möhlət verilməsi barədə icra sənədi üzrə borclu İddiaçı ərizəsi qismən təmin edilmiş, qərardad çıxarıldığı gündən qətnamənin icrasına 6(altı) ay möhlət verilmişdir. Bundan başqa cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasına təqdim etdiyi sənədlərdən görünür ki, hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun qaydada keçirilmişdir. Belə ki, hərracın keçirilməsi vaxtı və yeri barədə kütləvi ionformasiya vasitələrində elan verilmişdir. İddiaçı və digər iş üzrə maraqlı tərəflər hərracın keçirilməsi vaxtı və yeri barədə rəsmi bildirişlərlə məlumatlandırılmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 1) hərraca iki nəfərdən az alıcı gəldikdə; 2) hərracın iştirakçısı olmadıqda; 3) hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokolu imzalamaqdan imtina etdikdə; 4) hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.3-cü maddəsinin tələblərinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Qanunun 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair28 oktyabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. Konstitusiya Məhkəməsinin Plenumu öz qərarında belə nəticəyə gəlmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır və ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən yolu ilə satılır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələrı icra məmurunın sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Bununla da iddiaçının apelyasiya şikayətində göstərdikləri dəlil iş materiallarına əlavə edilmuş ərizə ilə təkzib edilir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apelyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, qətnamənin ləğvi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində sadalanan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2456/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2456/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3624/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3624/2021
21.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver