Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-363/2022 22.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, ilkin İddiaçı nümayəndəsi vəkil X6, qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi Vəkil3 iştirakı ilə, İlkin İddiaçı ilkin iddia üzrə Cavabdeh üçüncü şəxslər DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və qeydiyyatın gecikdirilməsi ilə əlaqədar əmələ gəlmiş zərərin əvəzini ödənilməsinə dair qarşılıqlı iddia tələbi, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Cavabdeh qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(060)-5237/2021-034 nömrəli qətnaməsindən ilkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı Sumqayıt şəhəri 1 saylı Notariat Ofisində aralarında bağlanmış 18.05.2021-ci il tarixli 4ə-169 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılmasına dair iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı ünvan 1 ünvanında yerləşən 0,15706 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1639,8 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydiyyatının aparılması, dövlət reyestrindən çıxarışın verilməsi və qeydiyyatın gecikdirilməsi ilə əlaqədar əmələ gəlmiş zərərin əvəzi ünvan 1 ünvanında yerləşən 0,15706 ha torpaq sahəsinə dair ona dövlət reyestrindən çıxarış verilənədək hər ay 41186 manatın İddiaçı alınaraq ona verilməsinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhəri 1 saylı notariat ofisində bağlanmış 18.05.2021-ci il tarixli 4ə-169 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İlkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı cavabdeh X4 üçüncü şəxslər DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinə qarşı daşımaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə arasında bağlanmış 18.05.2021-ci il tarixli 4ə-169 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 18 may 2021ci il tarixdə Sumqayıt şəhəri 1 saylı Notariat ofisində “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” imzalanmazdan öncə müqavilə tərəfləri müqavilənin mühüm şərti hesab olunan əmlakın satış dəyəri barədə razılaşmışlar ki, alq-satqı müqaviləsinin predmeti olan İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,15706 ha torpa sahəsi və üzərində yerləşən yerləşən ümumi 1639, 8 kv. m olan qeyri-yaşayış binası ******* (bir milyon altı yüz min) manata satılacaqdır və Cavabdeh nümayəndəsi vasitəsilə həmin qiymətə əmlakı almağa razılaşmışdır, bundan başqa cavabdeh tərəf iddiaçı ilə belə razılaşmışlar ki, əmlakın təqdim edilməsinə görə pulun ödənilməsi ilə bağlı bank xərclərini, müqavilənin notariat qaydada təsdiq edilməsi və dövlət qeydiyyatına alınması xərclərini cavabdeh-alıcı tərəfindən, alqı-satqı əməliyyatı ilə bağlı vergini iddiaçı-satıcı İddiaçı ödəməlidir. Bundan əlavə alqı-satqı predmeti hesab olunan daşınmaz əmlak üçüncü şəxslərlə bağlanmış icarə müqaviləsinə əsasən sonuncuların icarə hüquqları ilə yüklüdür, İddiaçı razılığı və icazəsi ilə əmlakın icarəçisi əmlakda 130000 (bir yüz otuz min) manat dəyərində təmir-yaxşılaşdırma, bərpa-rekonstruksiya işləri aparmış, binaya aksessuarlar quraşdırmış və bununla əlaqədar İddiaçıla icarəçi arasında 06.03.2020-ci il tarixdə razılaşma imzalanmış və İddiaçı icarəçi qarşısında öhdəlik götürmüşdür ki, müqavilənin müddəti qurtardıqda və ya müqavilə pozulduqda, icarə əmlakı özgəninkiləşdirilərək başqa şəxsin mülkiyyətinə keçdikdə, icarə əmlakına çəkilmiş xərc əmlak sahibi tərəfindən icarəçiyə ödənilməlidir. İddiaçı Cavabdeh (nümayəndəsinə) alqı-satqı müqaviləsi imzalanmazdan xeyli qabaq bütün bu məsələləri bildirmiş, əmlakın icarə hüquqları ilə yüklü olduğunu və daşınmaz əmlakın alqı- satqı müqaviləsində əmlakın icarə hüquqları ilə yüklü olduğunun mütləq qeyd olunmasını cavabdeh-alıcı Cavabdeh tələb etmiş və gələcəkdə əmlakın icarəçisinin əmlaka çəkdiyi xərclərin məhz yeni mülkiyyətçi kimi Cavabdeh tərəfindən ödənilməsini və Cavabdeh buna razı olduqda, yalnız bu halda əmlakın alqı-satqı müqaviləsinin baş tutacağını bildirmişdir. Cavabdeh İddiaçıla alqı-satqı müqaviləsi bağlamazdan əvvəl müqavilənin aşağıdakı mühüm şərtləri barədə razılığa gəlmişdir: İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini ******* (bir milyon altı yüz min) manata almaq, əmlakın təqdim edilməsinə görə pulun ödənilməsi ilə bağlı bank xərclərini, müqavilənin notariat qaydada təsdiq edilməsi və dövlət qeydiyyatına alınması xərclərini ödəmək, icarəçi ilə müqavilə münasibətlərini davam etdirmək və müqavilə pozulduğu halda icarəçinin etdiyi təmir və rekonstruksiya işlərinə 130000 manat pul vəsaitini icarəçiyə ödəmək və bu şərtləri alqı-satqı müqaviləsinə daxil etmək. Tərəflər arasında əmlakın alqı-satqısı ilə bağlı beh razılaşması olmamışdır. İddiaçı arvadı - əmlakın birgə mülkiyyətçisi Cariyyə Abbasova cavabdeh-alıcı Cavabdeh nümayəndəsinin onlarla apardığı kobud danışıqlarından ehtiyat edərək alıcının onları aldatması mümkünlüyünü düşünərək, əmlakın cavabdehə satılmasına razı olmadığını bildirmişdir. Cavabdeh nümayəndəsi İddiaçı bildirmişdir ki, Sumqayıt şəhəri 1 saylı Notariat ofisinin notariusu onlara yaxın adamdır, münasibətləri yaxındır və təklif etmişdir ki, həmin notariat ofisində alqı-satqı müqaviləsi imzalansın, İddiaçı cavabdehin onu aldatmayacağına ümid edərək razılaşmışdır ki, Sumqayıt şəhəri 1 saylı Notariat ofisində alqı-satqı müqaviləsini imzalasın və 18 may 2021-ci il tarixdə ünvan 6 gəlmiş, notariat ofisinin dəhlizində cavabdehin nümayəndəsi çox tələsdiyini bildirərək, ona ərizəyə və müqavilənin ikinci səhifəsinə “tanış oldum” sözü yazdırmış və ikinci səhifəyə imza etdirmişdir, onlar veb-kameranın qarşısında dayanmışlar, notariat ofisindən bayıra çıxan zaman cavabdehin nümayəndəsi İddiaçı bildirmişdir ki, əmlakın pulunu - ******* manatı notariusun depozit hesabına köçürəcəklər, bir gün sonra pulu hesabdan çıxara bilər, hesabdan pulu çıxararkən hər hansı bir faiz tutulmayacaqdır, həmin faiz pulunu onlar ödəyəcəklər. İddiaçı 71 yaşı vardır, cavabdehin nümayəndəsi onun yaşlı olmasından istifadə edərək onu əqdi tələskənliklə imzalatmaqla əqdin həqiqi məzmunu barədə yanlış məlumat verərək, satılan əmlakın şərtləşdirilmiş qiymətini müqavilədə kəskin azaltmış, İddiaçı yaşlı olmasından istifadə edərək onu aldatmışdır. İddiaçı 18 may 2021-ci il tarixdə Cavabdeh nümayəndəsinə inanaraq “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə və daşınmaz əmlakın satılması barədə ərizəyə imza etmişdir. Bir gün sonra İddiaçı hesabdan pulu çıxarmaq və “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin bir nüsxəsini notariat ofisindən götürmək üçün ünvan 6 gələrək alqı-satqı müqaviləsini götürüb tanış olduqda görmüşdür ki, müqavilənin 1 -ci səhifəsində çox kiçik şriftlə satılan əmlakın qiyməti ******* manat qeyd olunmuşdur, müqavilədə əmlakın icarədə olduğu və icarə hüquqları ilə yüklü olduğu qeyd olunmamışdır, alıcının icarəçiyə 130000 manat xərcin ödənilməsi qeyd olunmamışdır, satdığı qeyri-yaşayış sahəsinin satış qiyməti ******* manat yox, ******* manat göstərilmişdir, həmçinin müqavilədə əmlakın təqdim edilməsinə görə pulun ödənilməsi ilə bağlı bank xərclərini İddiaçı ödəyəcəyi qeyd olunmuşdur. İddiaçıla Cavabdeh (nümayəndəsi) arasında ciddi mübahisə yaranmış və 19 may 2021-ci il tarixdə Cavabdeh nümayəndəsi guya iddiaçının az vergi xərci çıxması üçün əmlakın satış qiymətini ******* manat göstərmişdir, əmlakın qalan pulunu, yəni 587500 (beş yüz səksən yeddi min beş yüz) manatı 20 may 2021-ci il tarixdə nağd şəkildə İddiaçı verəcəyini və icarəçiləri də razı salacağını bildirmişdir. Lakin 20 may 2021-ci il tarixdə Cavabdeh və nümayəndəsi ünvan 6 gəlməmişlər, iddiaçıya vəd etdikləri qalan 587500 manat pulu gətirib ona ödəməmişlər, bundan əlavə Cavabdeh nümayəndəsi İddiaçı hədələyərək müqaviləni ləğv etdirdiyi halda, ondan əlavə olaraq 20000 manat pul alacağını bildirmişdir. İddiaçı 20 may 2021-ci il tarixdə dərhal üçüncü şəxs Sumqayıt şəhəri 1 saylı Notariat ofisinə yazılı ərizə təqdim edərək 18.05.2021-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı Müqaviləsi’min ləğv edilməsini, müqavilənin daşınmaz əmlakın dövlət reyestrinə göndərilməməsini tələb etmişdir. Eyni zamanda İddiaçı 20.05.2021-ci il tarixdə üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə Hüquqların dövlət qeydiyyatının dayandırılması haqqında ərizə təqdim edərək qeyri-yaşayış sahəsi üzərində alıcının mülkiyyət hüquqlarının dövlət qeydiyyatının dayandırılmasını tələb etmişdir. Bundan başqa İddiaçı 24 may 2021-ci il tarixdə cavabdeh-alıcı Cavabdeh poçt vasitəsilə “18 may 2021-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı” Müqaviləsinin ləğv edilməsi barədə” Təklif məktubu göndərmiş, cavabdehdən müqavilənin ləğv edilməsini, ödədiyi pulu geri götürməsini təklif etmişdir. Təklif məktubu 26.05.2021-ci il tarixdə cavabdehə təqdim olunmuşdur. İddiaçı Cavabdeh və üçüncü şəxslərə mübahisəli alqı-satqı müqaviləsinin ləğv edilməsi və dövlət qeydiyyatının dayandırılması üçün təcili tədbirlər görmüşdür. Buna baxmayaraq cavabdehalıcı Cavabdeh qeyri-yaşayış sahəsini özü üçün münasib, əlverişli qiymətə əldə etdiyindən və müqavilə iddiaçı tərəfdən imzalandığından artıq hesab etmişdir ki, əmlakı ucuz qiymətə əldə edib və bu səbəbdən müqavilənin ləğv edilməsini istəməmiş, mülkiyyətçini aldatmaqla əqdə imzaladıb ələ keçirdiyi əmlakı geri qaytarmaqdan yayınmışdır. Sözü gedən 18.05.2021-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı Müqaviləsi” imzalandığı andan mübahisəli əqd olmuşdur, əqd imzalanarkən İddiaçı əqdin həqiqi məzmunu barədə dəqiq məlumatlı olmamış, iddiaçının gözlədiyi, arzu etdiyi hüquqi nəticələr əmələ gəlməmişdir, belə ki, əmlakın oferta şəklində danışıq zaman qiyməti ******* manat olduğu halda, əqddə həmin məbləğ azaldılaraq ******* manat, digər bir tərəfdən əmlakın icarə hüquqları ilə yüklü olması göstərilməyərək icarəçilərin gələcəkdə çəkdyi xərci tələb etmək imkanının məhdudlaşması ilə sonuncu üçün əlverişsiz vəziyyətin yaranmasına gətirib çıxarmışdır. Əqdin məzmununa, iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt (tərəf nə istədiyini və bunun üçün nə etdiyini aydın dərk etməmişdir) pozulmuşdur. Müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir. Mübahisələndirilən alqı-satqı müqaviləsinin mühüm şərtləri İddiaçı cavabdehlə razılığa gəldikləri müqavilədən qabaq razılığı ilə uyğun gəlmir və bu uyğunsuzluq İddiaçı əmlak mənafelərinə zərər vurur. Sözü gedən alqı-satqı müqaviləsi bağlanan zaman müqavilənin (əqdin) məzmununa, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtlərə riayət edilməmişdir. Hazırki əqd mübahisə edilən əqddir. Cavabdeh tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqddir. Cavabdeh İddiaçı qarşı daşınmaz əmlakın dövlət reyestrde qeydə alınması və qeydiyyatın gecikdirilməsi ilə əlaqədar əmələ gəlmiş zərərin əvəzini cavabdeh tərəfindən iddiaçıya ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, ünvan 1 ünvanında yerləşən 0,15706 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1639,8 kv. metr olan qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydiyyatının aparılması, dövlət reyestrindən çıxarışın verilməsi və qeydiyyatın gecikdirilməsi ilə əlaqədar əmələ gəlmiş zərərin əvəzi ünvan 1 ünvanında yerləşən 0,15706 ha torpaq sahəsinə dair ona dövlət reyetsrindən çıxarış verilənədək 41186 manatın İddiaçı alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında AN-İ 924656 saylı, 18 may 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqısatqı müqaviləsinə əsasən, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,15706 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1639,8 kv.m olan qeyri-yaşayış binası Cavabdeh mülkiyyətinə verilmişdir. İddiaçı ilə Cavabdeh arasında olan qarşılıqlı razılaşmaya əsasən həmin daşınmaz əmlakın dəyəri ******* (bir milyon iyirmi min) manat məbləğində müəyyən edilmişdir. İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia tələbini qəbul etmirlər. Belə ki, ilkin iddia ərizəsində ilkin iddia üzrə İddiaçı iddia ərizəsində müqavilə bağlamamışdan öncə həmin əmlakın dəyərini ******* (bir milyon altı yüz min) manat razılaşdıqlarını bildirmişdir. Lakin Cavabdeh ilə İddiaçı arasında olan razılaşmaya əsasən həmin əmlakın dəyəri ******* (bir milyon iyirmi min) manat məbləğində müəyyən edilmiş və həmin məbləğ ödənilmişdir. Cavabdeh tərəfindən tərəflər arasındakı bütün razılaşmalar yerinə yetirilmiş, lazım olunan xərclər ödənilmişdir, Həmçinin ünvan 1 ünvanında yerləşən 15706 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1639,8 kv.m olan qeyriyaşayış binasının icbari sığortası olan 2126,25 (iki min yüz iyirmi altı manat, iyirmi beş qəpik) məbləğində pul Cavabdeh tərəfindən "xxxx" ASC-nin hesabına ödənilmişdir. Həmçinin ilkin iddia üzrə İddiaçı AN-1 ******* saylı, 18 may 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlayarkən həmin müqavilə şərtləri ilə tanış olaraq onu imzalamışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 15 mart 2021-ci il tarixli 16130321 -156097901 L nömrəli kredit müqaviləsinə əsasən bank Cavabdeh 36 ay müddətinə 14 faizlə ******* (bir milyon) manat məbləğində kredit vermişdir. Həmin müqavilənin təminatı kimi "xxxx" ASC ilə Cavabdeh arasında 15 mart 2021-ci il tarixli ipoteka müqaviləsi imzalanmış, ünvan 3 ünvanında yerləşən mülkiyyət növü bələdiyyə, hüququn növü icarə olan 0,2005 ha torpaq sahəsi və üzərində yerləşən təyinatı-iaşə, ümumi sahəsi 2648.1 kv.m olan xüsusi mülkiyyətli 2 mərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Bununla yanaşı həmin müqavilənin təminatı kimi "xxxx" ASC ilə X9 arasında 15 mart 2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, Sumqayıt şəhəri, 21-ci mkr, 156 ünvanında yerləşən 0,18 ha xüsusi mülkiyyətli torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 10 otaqlı, ümumi sahəsi 665 kv.m, yardımçı sahəsi 346.2 kv.m, yaşayış sahəsi 318.8 kv.m fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 15 mart 2021-ci il tarixli 16130321 -156097901 L nömrəli kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, həmin kredit müqaviləsi üçün aylıq ödəniş 186.18 (otuz dörd min yüz səksən altı manat 18 qəpik) məbləğində təşkil edir. Cavabdeh bu kredit müqaviləsini ünvan 1 ünvanında yerləşən 0,15706 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1639,8 kv.m olan qeyri-yaşayış binasını İddiaçı alqı-satqı edərək əldə etmək üçün götürmüşdür. Həmin daşınmaz əmlakı əldə etməkdə qarşılıqlı iddia üzrə iddiaçının məqsədi həmin əmlakdan gəlir götürmək olmuşdur. Lakin həmin daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının qeydiyyatının aparılmadığı və dövlət reyestrindən çıxarışın verilməməsi səbəbindən bu mümkün olmamışdır. Hesab edirlər ki, əgər həmin daşınmaz əmlaka dair Cavabdeh çıxarış verilsəydi, 1 ay ərzində kredit ödənişindən əlavə 7000 (yeddi min) manat məbləğində gəlir əldə edəcəkdir. Beləliklə dövlət reyestrindən çıxarışın verilməsi və qeydiyyatın gecikdirilməsi ilə əlaqədar Cavabdeh bu günə qədər 34186 manat aylıq kredit ödənişi və ümumilikdə 41186 (qırx bir min yüz səksən altı) manat məbləğində zərər dəymişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Şiraslan Əliş oğluna qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18.05.2021-ci il tarixli 4ə-169 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. X1 Şiraslan Əliş oğluna qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qeyd edilən alqı-satqı müqaviləsinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0,15706 ha torpaq sahəsi və üzərində yerləşən 1639,8 kv.m olan qeyri-yaşayış binası Cavabdeh satılmışdır. Lakin, bundan öncə həmin daşınmaz əmlak X8 tərəfindən icarəyə götürülmüş və alqı-satqı müqaviləsi bağlanarkən icarə müqaviləsi qüvvədə olmuşdur. İcarəçi qeyd edilən daşınmaz əmlaka 130000 manat təmir xərci çəkmişdir. Bu səbəbdən də icarəçi ilə icarədar arasında notarial təsdiq edilmiş əlavə razılaşmaya əsasən əgər əmlak başqa şəxsin mülkiyyətinə verilərsə icarə müqaviləsinin alıcıya münasibətdə də qüvvədə olması və icarəçinin çəkdiyi xərclərin yeni mülkiyyətçi tərəfindən ödənilməsi barədə şərt mövcud olmalı idi. Lakin, daşınmaz əmlakın alqı-satqı müqaviləsində qeyd edilən bənd nəzərdə tutulmamaqla əmlakın icarə hüququ ilə yüklü olması nəzərə alınmamışdır. Bununla da icarəçinin hüquqları pozulmuşdur. Qeyd edilən şərt müqavildə nəzərdə tutulmadığı üçün daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlkin İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddiaya aid hissəsində ləğv edilməsi, həmin hissədə ilkin iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X1 Şiraslan Əliş oğluna qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qeyd edilən alqı-satqı müqaviləsinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0,15706 ha torpaq sahəsi və üzərində yerləşən 1639,8 kv.m olan qeyri-yaşayış binası Cavabdeh satılmışdır. Lakin, bundan öncə həmin daşınmaz əmlak X8 tərəfindən icarəyə götürülmüş və alqı-satqı müqaviləsi bağlanarkən icarə müqaviləsi qüvvədə olmuşdur. İcarəçi qeyd edilən daşınmaz əmlaka 130000 manat təmir xərci çəkmişdir. Bu səbəbdən də icarəçi ilə icarədar arasında notarial təsdiq edilmiş əlavə razılaşmaya əsasən əgər əmlak başqa şəxsin mülkiyyətinə verilərsə icarə müqaviləsinin alıcıya münasibətdə də qüvvədə olması və icarəçinin çəkdiyi xərclərin yeni mülkiyyətçi tərəfindən ödənilməsi barədə şərt mövcud olmalı idi. Lakin, daşınmaz əmlakın alqı-satqı müqaviləsində qeyd edilən bənd nəzərdə tutulmamaqla əmlakın icarə hüququ ilə yüklü olması nəzərə alınmamışdır. Bununla da icarəçinin hüquqları pozulmuşdur. Qeyd edilən şərt müqavildə nəzərdə tutulmadığı üçün daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunmalıdır. Qarşılıqlı iddiaçı Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddia tələbinə aid hissədə ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qarşılıqlı iddia tələbini təmin etməməklə qanunvericiliyin tələblərini pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı nümayəndəsi vəkil X11 apellyasiya şikayətini müdafiə edərək, qarşılıqlı iddiaçının apellyasiya şikayətini qəbul etməyərək qətnamənin ilk iddia tələbinə aid hissədə ləğv edilməsi və həmin hissədə ilk iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, ilkin iddiaçının apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin qarşılıqlı iddia tələbinə dair hissədə ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən üçüncü şəxs Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin nümayəndəsi X3 izahatında mövcud müqavilənin qanunvericiliyin tələblərinə uyğun bağlandığını, heç bir qanun pozuntusuna yol verilmədiyini, hazırda bütün müqavilələrin elektron qaydada tərtib olunmaqla təsdiq edildiyini, o cümlədən müqavilənin məzmunun tərəflərə oxunub, izah edildiyini bildirmişdir. O, həmçinin ilkin iddiaçı notariat ofisinə ünvanladığı ərizədə də qeyri-yaşayış binasının 1.012.500 manata satılması barədə razılığa gəldiyini bildirmişdir. Sığorta şəhadətnaməsinin 19.05.2021-ci il göstərildiyi halda 18.05.2021-ci il tarixli müqaviləyə daxil edilməsi barədə ilkin iddiaçının nümayəndəsinin dəlilinə gəldikdə isə qeyd etmişdir ki, tərəflər arasında müqavilənin bağlanması iş gününün sonuna təsadüf etdiyindən, həmin tarix müqavilənin bağlanması yox, müqavilənin qüvvəyə mindiyi tarixdir. Bu hal isə müqavilənin etibarsızlığı üçün əsas ola bilməz. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə üçüncü şəxslər X5 və DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin, qarşılıqlı iddia tələbinin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən şəxsin iddiasının rədd edilməsini İddiaçıla Cavabdeh arasında 18 may 2021-ci il tarixli alğı-satqı müqaviləsi bağlandıqda qanunvericiliyin bütün tələblərinə əməl olunması, tərəflər notariusun iştirakı ilə sərbəst şəkildə iradə ifadələrini bildirmələri, tərəflərin iradə ifadəsi zədələnməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan ilkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməni ilkin və qarşılıqlı iddia tələblərinə aid hissədə mübahisələndirmişlər. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, mübahisəli qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə İddiaçı məxsus olmuş və sonuncu həmin əmlakı 05.03.2020-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən Sadiq Əliyevin icarəsinə vermiş və 18.05.2021-ci il tarixdə isə alqı-satqı müqaviləsi ilə Cavabdeh satmışdır. Baxılan iş üzrə mübahisələndirilən hissədə ilkin iddia tələbi müqavilənin etibarsızlığı və tərəflərin əvvəlki vəziyyətə qaytarılması, qarşılıqlı iddia tələbi əmlakın dövlət reyestrində qeydə alınması və zərərin ödənilməsi barədədir. İlkin iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 339.2. maddəsi, qarşılıqlı iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 144.3. maddəsi təşkil edir. Məhkəmə kollegiyası hər iki tərəfin apellyasiya şikayəti verdiyini eləcə də ilkin iddia tələbi qarşılıqlı iddia tələbini özündən asılı etdiyini nəzərə alaraq ilkin olaraq ilkin iddia tələbinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Mülki Məcəllənin 339.2. maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır (Ə.Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.1., 337.2. maddələri). Lakin hazırki işdə əqdin etibarsızlığına əsas olan hallar, yəni mübahisələndirilən əqdin bağlanması zamanı mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərin pozulması halları mövcud deyil. Belə ki, ilkin iddiaçı müqavilənin etibarsızlığının əsası kimi razılaşdıqları 1.600.000 manat məbləğin müqavilədə göstərilməməsi, icraçı ilə müqavilə münasibətlərini davam etdirmək və müqavilə pozulduğu halda icarəçinin etdiyi təmir və rekonstruksiya işlərinə xərclədiyi 130.000 manat pul vəsaitini icarəçiyə ödəməsi barədə şərtlərin müqaviləyə daxil edilməməsinə istinad etmişdir. Halbuki, ilkin iddiaçı müqavilənin notariat ofisində bağlanmasında şəxsən özü iştirak etmiş və ünvan 6 ünvanladığı 18.05.2021-ci il tarixli ərizəsində mübahisəli qeyir-yaşayış sahəsini 1.012.500 manata satılması barədə razılığa gəldiyini, müqavilənin notarial qaydasında təsdiqlənməsini, həmin məbləğin müqavilə təsdiq edildikdən sonra notariusun depozit hesabı vasitəsi ilə ödənilməsini xahiş etmiş və həmin ərizəni hər iki tərəf imzalamışdır. Eyni zamanda tərəflərin imzaladığı 18.05.2021-ci il tarixli müqavilədən, eləcə də həmin tarixli ödəniş tapşırığından görünür ki, əmlakın satış qiyməti kimi 1.012.500 manat göstərilmişdir. Göründüyü kimi mübahisəli əmlakın 1.600.000 razılaşdıqları halda, müqavilədə 1.012.500 manat göstərilməsi, ilkin iddiaçının tələbində və izahatında göstərdiyindən başqa, işin digər halları ilə öz təsdiqini tapmamışdır. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müqavilədə tərəflərin razılaşdıqları məbləğin düzgün göstərilməməsi həmin əqdin etibarsızlığı üçün əsas ola bilməz. İcarəçi ilə müqavilə münasibətlərini davam etdirmək və pozulduğu halda icarəçinin çəkdiyi xərclərin 130.000 manatın icarəçiyə ödənilməsi barədə şərtlərinin alqı-satqı müqaviləsinə daxil edilməməsi barədə ilkin iddiaçının dəlilinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin müqavilə bağlanana qədər belə bir razılaşmalarının olması və alıcı Cavabdeh belə bir öhdəlik götürməsi də iş materialları ilə öz təsdiqini tapmamışdır. İlkin iddiaçının nümayəndəsi Vəkil1 sığorta şəhadətnaməsinin 19.05.2021-ci ildə bağlandığı halda, 18.05.2021-ci il tarixli alqı-satqı müqaviləsinə daxil olması barədə dəlilinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, şəhadətnamədəki 19.05.2021-ci il tarix müqavilənin bağlandığı yox, qüvvəyə mindiyi vaxtdır. Eyni zamanda işə əlavə edilmiş qəbzdən görünür ki, sığorta ödənişi 18.05.2021-ci il saat 17:48 dəqiqədə olmuşdur. Göründüyü kimi icbari sığorta müqaviləsi 19.05.2021-ci il tarixdə deyil, 18.05.2021-ci il tarixdə bağlanmış və həmin tarixdə də ödəniş həyata keçirilmişdir və bu hallar mövcud müqavilənin etibarsızlığı üçün əsas ola bilməz. Bu baxımdan məhkəmə kollegiyası ilk iddiaçının apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlilləri ilə razılaşmır və hesab edir ki, bu dəlillər ilkin iddia tələbinin təmin edilməsi üçün əsas deyil. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri). Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 16.11.2016-cı il tarixli qərarı). Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə həmin dəlillərlə razılaşmır və hesab edir ki, qarşılıqlı iddia tələbini də təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İlkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-363/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-363/2022
22.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver