Məhkəmə qərarları › İş №2(105)-3714/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3714/2021

07.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3714/2021 07.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk, Cavabdeh “Azəriqaz” İB-yə qarşı borcun silinməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki işə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(060)-5988/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(060)-5988/2021 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbinin təmin edilməsi, “Azəriqaz” İB tərəfindən Cavabdeh məxsus Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, 5-ci məhəllə 0000-1960-a aid **********01960 abonent koduna hesablanmış 216 manat borc və sayğacın dəyər olaraq hesablanmış 64,67 manatın silinməsi, iddianın verilməsinə görə 20 manat dövlət rüsumunun cavabdeh “Azəriqaz” İB-dən tutularaq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Qətnamədən ilk iddia üzrə iddiaçı “Azəriqaz” İB tərəfindən apellyasiya şikayəti verilərək apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(060)-5988/2021 saylı qətnaməsinin ləğv edilib yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: “Azəriqaz” İB məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən qaz sayğacının yararsız hala salınmasına görə hesablanmış 216 manat məbləğində dəymiş ziyan, yararsız hala salınmış sayğacın dəyəri olaraq 64,67 manat və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 300,67 manat pulun tutularaq “Azəriqaz” İB -nə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB tərəfindən Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllə 00001960 saylı evə hesablanmış 216 manat borcun və sayğacıın dəyəri olaraq hesablanmış 64,67 manatın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı «Azəriqaz» İstehsalat Birliyinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi əsassızdır. Belə ki, “Azəriqaz” İstehsalat Birliyi 10.11.2020-ci il tarixli, 2397 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana **********01960 saylı abonent kodu verilmişdir. Qeyd edilən ünvanı təbii qazla təchiz edən qaz xəttininüzərinə G-4 markalı, **********5 saylı sayğac quraşdırılmışdır. İstehlakçı qaz sayğacına müdaxilə edərək sayğacı yararsız hala salmış və təbii qazı talamışdır. Birliyin əməkdaşları tərəfindən qaz sayğacı abonentin iştirakı ilə çıxarılmış və yeni qaz sayğacı ilə əvəz edilmişdir. Çıxarılan qaz sayğacı dövlət yoxlamasına göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəyinə əssən sayğaca baxış keçirilmiş, sayğacın alt gövdəsinin alt tərəfdən deşici alətlə deşilməsi, sayğacın yararsız olduğu aşkar edilmişdir. Bu səbəbdən itirilmiş qazın sərfiyyatına görə 216 manat borc yazılmış və yararsız hala salınmış sayğacın dəyəri 64,67 manat ümumilikdə 280,67 manat abonentdən tələb edilmişdir. Sumqayıt Şəhər Məhkəməsi qeyd olunan halları araşdırmadan, qeyri-obyektiv olaraq iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(060)-5988/2021 saylı qətnaməsinin ləğv edib yeni qətnamə qəbul edilməsi xhaiş edilmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə iddiaçı «Azəriqaz» İB-nə və cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan 07.06.2021-ci il tarixli abonent saldosundan görünür ki, Cavabdeh ilə “Azəriqaz” İB arasında bağlanmış müqaviləyə əsasən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllə, ev 0000-1960-a qaz sayğacı quraşdırılmış, sayğaca əsasən mənzilə qaz xidmətlərinə görə 216 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan ******* saylı təbbi X1nın pozulması haqqında aktın surətindən görünür ki, 19.02.2021-cu il tarixdə dövlət yoxlamasına gətirilmiş sayğacların müayinəsi laboratoriyasının rəyinə G4 markalı (**********5) qaz sayğacının gövdəsi alt hissədən deşiçi alətlə deşilib. İş materiallarında olan 2397 saylı, 10.11.2020-ci il tarixli qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Sumqayıt şəhəri, X2 qəsəbəsi, 5-ci məhəllədə yerləşən 0000-1960 saylı evə “G-4” markalı 20110582 nömrəli qaz sayğacı quraşdırılmışdır.Həmin müqavilənin 4.3-cü bəndindən görünür ki, həmin mənzildə PQ-4 , kombi qaz qurğuları mövcuddur Birinci instansiya məhkəməsi sayğacın ilkin iddia üzrə cavabdehin evindən kənarda yerləşməsi, sayğacın nasaz vəziyyətə düşməsinin ilkin iddia üzrə cavabdehin təqsirindən baş verməsinin sübut edilməməsi əsası ilə ilk iddianı rədd etmiş, qarşılıqlı iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80№li qərarı ilə təsdiq olunmuş “X1”nın 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Hazırki işdə də işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, qaz sayğacı ilk iddia üzrə cavabdehin mənzilində deyil, mənzildən kənarda quraşdırılıb və nəzərə alınsa ki, cavabdeh fiziki şəxs olan istehlakçıdır, belə olan halda, onun həmin sayğacın işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi istisna olunur. Qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilməmişdir. Həmçinin, qaz sayğacı laboratoriyada yöxlanılarkən abonentin iştirakı təmin edilməmişdir. Göstərilənlərə əsasən qaz sayğacındakı pozuntuya görə istehlakçı məsuliyyət daşımadığından, akt və həmin aktın əsasında istehlakçının abonent hesabına hesablanmış 2160 kub.m itirilmiş qazın dəyəri olan 216 manat məbləğində borcun abonentin hesabına yazılması qanunsuzdur..Yaranmış vəziyyətdə fiziki şəxs olan cavabdehin yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına cavabdeh tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü iddiaçının üzərində olmuşdur. Lakin iddiaçı təşkilat sayğacın yararsız vəziyyətə düşməsilə əlaqədar hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhz cavabdehin sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, iddiaçı təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, cavabdehin zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, istehlakçı olaraq cavabdeh qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehlik daşımır, onun üzərinə sayğacın işlək vəziyyətdə saxlanılmasına görə hər hansı vəzifə qoyula və bu əsasla cərimə də hesablana bilməz. Bu baxımdan, akt üzrə 216 manat məbləğində borcun hesablanması əsassız olduğu üçün həmin borcun cavabdehdən tələb edilməsi də düzgün deyildir. Həmçinin sayğacın yararsız vəziyyətə salınmasında cavabdehin təqsiri sübuta yetirilmədiyindən sayğacın dəyəri də ondan tələb edilə bilməz. Belə ki, istehlakçı olaraq iddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehlik daşımır, onun üzərinə sayğacın işlək vəziyyətdə saxlanılmasına görə hər hansı vəzifə qoyula və bu əsasla cərimə də hesablana bilməz. “X1”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cü bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Göründüyü kimi, “X1”nın 4.9-cu bəndinə görə qaz sayğacının dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) o halda istehlakçının vəsaiti hesabına həyata keçirilir ki, sayğacdakı zədələnmə istehlakçının təqsiri üzündən baş vermiş olsun. Əks halda, qeyd edilən Qaydaların 4.2-ci bəndinə görə məişət qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına dəyişilir. Qeyd edildiyi kimi iddiaçıya məxsus mənzildə qaz sayğacının zədələnməsində cavabdehin hər hansı təqsiri yoxdur və yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış borcun hesablanması da əsassız olmuşdur. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə cavabdeh fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Belə ki, iddiaçı tərəfindən sayğacın ilkin iddia üzrə cavabdehin təqsiri ucbatından yararsız vəziyyətə düşməsi barədə sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhz iddiaçının sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, istehlakçı olaraq iddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehlik daşımır, onun üzərinə sayğacın işlək vəziyyətdə saxlanılmasına görə hər hansı vəzifə qoyula və bu əsasla cərimə də hesablana bilməz. Bu baxımdan akt üzrə borcun hesablanması əsassız olduğu üçün həmin borcun iddiaçıdan tələb edilməsi də düzgün deyildir. Qeyd edildiyi kimi cavabdehə məxsus mənzildə qaz sayğacının zədələnməsində cavabdehin hər hansı təqsiri yoxdur və yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış borcun hesablanması da əsassız olmuşdur. Yuxarıda sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı oalraq ilk iddianı rədd etmiş, qarşılıqlı iddianı təmine tmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, iddiaçının nümayəndəsi apellyasiya şikayətində akt tərtib olunmuş ünvan üzrə borcun cavabdeh tərəfindən yarandığını sübut edə bilməmiş, buna dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia tələbi təmin edilmədiyi üçün ilk iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumu ilk iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia üzrə iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edildiyi üçün ödənilməli olan 20 manat dövlət rüsumu cavabdehdən ilk iddia üzrə iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(060)-5988/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(060)-5988/2021 saylı dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin olunmasın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar