Məhkəmə qərarları › İş №2(105)-374/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-374/2023

07.08.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-374/2023 07.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçıın Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: özbaşına tikilinin sökülməsi, maneələrin aradan qaldırılması, ekspert rəyinin qiymətləndirilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X25 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-103/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0,0235 ha ölçülü torpaq sahəsi xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır.

2. İş materiallarından görünür ki, İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ünvan 1i ünvanında yerləşən 0,0235 ha ölçülü torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə A seriyalı, 151271 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.

3. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №- li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0,02 ha ölçülü torpaq sahəsi xx.xx.2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmışdır.

4. Mülki iş materiallarından görünür ki, Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ünvan 1i ünvanında yerləşən 0,02 ha ölçülü torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017- ci il tarixdə A seriyalı, 078766 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.

5. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2022-ci il tarixli, 10/4649 saylı ekspert rəyində qeyd olunur ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən İddiaçı faktiki istifadəsində torpaq sahəsi olmadığından Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi idarəsi tərəfindən verilmiş, AN No 151271 saylı, xx.xx.2017-ci il tarixli, **********46 reyestr nömrəli 0,0235 ha torpaq sahəsinin planı və ölçüsündə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* No-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən) göstərilən döngə nöqtələrinin koordinatları ilə uyğun gəlib-gəlməməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh faktiki istifadəsində olan 0,0221 ha torpaq sahəsinin xx.xx.2016-cı il tarixli, torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatlarının 0,0117 ha hissəsi ilə uyğun gəldiyi və İddiaçı məxsus AN No 151271 saylı, xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlar ilə Cavabdeh məxsus xx.xx.2016-cı il tarixli, torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlarının üst-üstə düşmədiyi müəyyən edilmişdir.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyul 2023-cü il tarixli, 10/4211 nömrəli ekspert rəyində müəyyən olunur ki, - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərzi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-213-32/2-7059/2023 nömrəli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışa əsasən İddiaçı adına qeydə alınmış ünvan 1i ünvanında yerləşən 0,0235 ha torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinantların faktiki yerində mövcud olduğu müəyyən olundu. -Həmin mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışa əsasən Cavabdeh adına qeydə alınmış ünvan 1i ünvanında yerləşən 0,02 ha torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinantların faktiki yerində mövcud olduğu müəyyən olundu. -Qeyd olunan mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışa əsasən İddiaçı adına qeydə alınmış ünvan 1i ünvanında yerləşən 0,0235 ha torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinantları daxilində torpaq sahəsinin 95 kv metr hissəsindən Cavabdeh tərəfindən faktiki olaraq istifdə olunduğu müəyyən olundu. Mütəxəssis rəyinə əsasən iddiaçıya məxsus torpaq sahəsinin cavabdehə məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olundu.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumilikdə 88 m2 sahədə inşa olunmuş mənzilin ona məxsus torpaq sahəsinə düşən hissəsinin cavabdehin hesabına sökülməsi barədə və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1ində yerləşən 0,0235 ha torpaq sahəsini 07 oktyabr 2016-cı il tarixində Abşeron rayonu 1 saylı notariat kontorunda, torpağın hüquqi sahibi olan X10 nümayəndəsi X21 ilə daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanılaraq satın alınmışdır. Həmin torpaq sahəsi 20 oktyabr 2016-cı il tarixində DƏDRX-nin 4 saylı Ərazi İdarəsində qeydiyyata alınaraq iddiaçının hüquqi sahibliyinə verilmişdir. Bundan əlavə 29 aprel 2017-ci il tarixində DƏDRX tərəfindən həmin torpaq sahəsinin plan və ölçüsünün texniki pasportu verilmişdir. 11 avqust 2017-ci il tarixində DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin nümayəndələri ilə onun tərəfindən həmin torpaq sahəsinə baxış keçirilərkən iddiaçıya məxsus torpaq sahəsinin 5m2 hissəsinin qonşuluqda yaşayan X12 tərəfindən zəbt olunaraq öz mənzilinin sahəsinə əlavə olunduğu, torpaq sahəsinin digər tərəfinin isə qonşuluqda yaşayan X14 tərəfindən mişar daşı ilə qanunsuz olaraq hasarlandığı, torpaq sahəsinin əsas hissəsinin isə şəxsiyyəti müəyyən olunmayan şəxs tərəfindən zəbt olunaraq yerində-qanunsuz tikintinin aparılması müəyyən olunmuşdur. İddiaçıya məxsus torpaq sahəsində qanunsuz tikintini aparan şəxsin müəyyən olunması üçün iddiaçı Abşeron rayon Polis İdarəsinə müraciət etmişdir. Son mərhələdə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsinin 48m2 hissəsinin zəbt edildiyi ümumilikdə 88 m2 sahədə inşa edilən mənzilin faktiki sahibi, məhz hazırkı iş üzrə Cavabdehdır. Beləliklə ümumilikdə 88 m2 sahədə inşa olunmuş mənzilin 48 m2 hissəsi qanunsuz olaraq iddiaçıya məxsus torpaq sahəsində tikildiyindən mövcud qanunvericiliyin tələblərinə əsasən cavabdehin hesabına sökülməlidir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

9. Abşeron Rayon Məhkəməsinin (hakim E.Məmmədov) 21 sentyabr 2022-ci il tarixli, 2(012)-103/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla, xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmış ünvan 1i ünvanında yerləşən 0,0235 ha ölçülü torpaq sahəsinin 88 m2 sahəsində inşa olunmuş evin İddiaçı məxsus torpaq sahəsinə düşən hissəsinin Cavabdeh hesabına sökülməsi, iddiaçının mütəxəssis rəyi üçün ödədiyi 311 manat pulun və 10 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehə məxsus olan ümumilikdə 88 m2 sahədə inşa olunmuş mənzilin İddiaçı məxsus torpaq sahəsinə düşən hissəsinin Cavabdeh tərəfindən qanunsuz zəbt olunması işin faktiki halları ilə, həmçinin mütəxəssis və ekspertiza rəyləri ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, hal-hazırda Cavabdeh özbaşına zəbt etdiyi torpaq sahəsindən könüllü çıxmaması iddiaçının daxili və beynəlxalq qanunvericiliklə qorunan öz əmlakına sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu pozur. Məhkəmə yuxarıda qeyd olunanları, o cümlədən cavabdehin izahatını heç bir sübuta əsaslanmadan formal mülahizələrdən ibarət olduğu nəzərə alaraq və aşağıda qeyd olunacaq qanunvericilik normlarını əsas götürərək hesab edir ki, ümumilikdə 88 m2 sahədə inşa olunmuş evin İddiaçı məxsus torpaq sahəsinə düşən hissəsi Cavabdeh hesabına sökülməlidir.

11. Məhkəmə sözügedən qərara, ekspert rəyinə istinad etmiş və hesab etmişdir ki, işin mübahisə edilməyən halı ilə iddiaçıya və ailə üzvlərinə ayrılmış torpaq sahəsinin elektron baza məlumatlarında koordinatları müəyyən edilərək iddiaçının mülkiyyətində olması, lakin həmin sahənin faktiki olaraq cavabdehin istifadəsində olması müəyyən edilmişdir. Başqa sözlə Torpağa mülkiyyət hüququna dair JN-0073, kod 30407038 olan dövlət aktındakı mülk nömrəsi 73 D, sahəsi 21618,36 kv.m. torpaq sahəsi cavabdehlər X3, X4, X5, X2 və X6 qanunsuz sahibliyində olduğundan hazırkı iddia tələbi təmin edilməlidir.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyası 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139,1 152.1, 152.5, 157.2, 164.1, 164.2, 165.1-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49,68 111-ci maddələri, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119, 216-cı maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Qanunvericiliyə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddia ərizəsində də qeyd olunduğu kimi iddiaçının daha öncə ona məxsus torpaq sahəsinin digər hissələrdən üçüncü şəxslər tərəfindən zəbt edilməsi ilə bağlı mövcud məhkəmə mübahisəsinə dair qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-201/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin 26 oktyabr 2020-ci il tarili 04 №li rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 27 yanvar 2021-ci il tarixli 10/2295 № li rəyi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 20 oktyabr 2016-cı il tarixli RX Seriyalı ******* nomrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınnmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən 0,0235 hektar torpaq sahəsinin, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nomrəli çıxarışa əsasən X7 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,02 ha ölçüdə torpaq sahəsinin koordinatlarının üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Həmçinin qeyd olunmuşdur ki, iddiaçının torpaq sahəsi hasara alınarsa cavabdeh X7 habelə yaxınlıqda yerləşən 3 fərdi yaşayış evinin sakinlərinin mülkiyyətində olan torpaq sahələrindən küçəyə çıxış mümkün olmayacaq. Çünki ümumi istifadə olan yolun 10 kv.metri iddiaçının hüquqverici sənədinə işlənmişdir. Həmin üç evdən biri Cavabdeh məxsus olduğundan onun küçəyə çıxışı mümkün olmayacaq. Yəni 10 kv.m torpaq sahəsi əsassız olaraq iddiaçının çıxarışına işlənmişdir. Bununla da torpaqlar arasında yolun olması qaçılmaz olduğundan, yəni iki torpaq arasında yol olduğundan torpaq sahələri üst üstə düşə bilməz. Göstərilən 88 kv.m torpaq sahəsi ümumiyyətlə iddiaçıya aid hissəyə düşə bilməz. Bu mümkünsüzdür. Artıq bu hal sübut olunmuşdur. Torpaq sahələri arasında ümumi istifadədə olan yol keçir, yəni bu torpaq sahələri bitişik yerləşmir. Nəzərə almaq lazımdır ki, iş üzrə rəylər alınmışdır. Həmin rəylərin hamısında iddiaçı ilə cavabdehin torpaq sahələrinin üst-üstə düşmədiyi görünür. Heç bir rəydə cavabdehin iddiaçının 88 kv.m torpaq sahəsini zəbt etdiyi göstərilmir. Cavabdehin iddiaçının 88 kv.m torpaq sahəsini zəbt etməsi heç bir halla sübut olunmur. Ekspert rəyləri ilə torpaq sahələrinin ümumiyyətlə üst-üstə düşmədiyi müəyyən olunur. Lakin bununla belə məhkəmə əsassız iddianı təmin etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddia əsassızdır. İş materiallarında mövcud olan daha əvvəlki məhkəmə tikinti ekspertizasının rəyi ilə tərəflərin torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Belə olan halda heç bir zəbtdən söhbət gedə bilməz. Hazırkı ekspert rəyi əsassızdır. İddiaçının istifadəsində faktiki torpaq sahəsi yoxdur. İşə baxan məhkəmə kifayət qədər əsas olmadan iddianı təmin etmişdir. Qəbul edilmiş qətnamə əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

17. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək hazırkı tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Konstitusiyası; Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 (hissə İ). Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29 (hissə İİ). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. – Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyan və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 238.1 və 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir

21. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 48.2 Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 67.1 Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 83.1 hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. Maddə 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 84.3 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 2(012)- 103/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

25. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cavabdeh tərəfin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Araşdırılan işin faktiki hallarına görə iddiaçının mülkiyyətində ünvan 1ində yerləşən 0,0235 ha torpaq sahəsi vardır. Cavabdeh iddiaçının qonşuluğunda olmaqla, sonuncunun torpaq sahəsinin bir hissəsindən faktiki istifadə etməklə ev inşa etmişdir. İddiaçı cavabdehin inşa etdirdiyi evin bir hissəsinin onun torpaq sahəsinin hüdudlarında olduğunu, bununla da mülkiyyət hüququnun pozulduğunu və mülkiyyət hüququnun bərpa olunmasını iddia edir.

28. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətinin “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.

29. İddiaçının bu tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.4-ci maddəsi təşkil edir. Həmin normaya əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

30. Eyni zamanda iddianın həlli zamanı əlaqəli hüquq normaları kimi torpaq sahəsinə hüquqların yaranması əsaslarını müəyyən edən, habelə şəhərsalma və tikinti qaydalarını tənzimləyən normalar da nəzərə alınmalıdır

31. Kollegiya işə baxarkən əvvəlcə iddiaçı tərəfin müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

32. Mübahisəsi gedən tələb üzrə iddiaçının subyektiv hüququ təsdiq olunduğundan sonrakı dəyərləndirmə iddiaçı tərəfin torpaq sahəsindən və ya onun bir hissəsindən cavabdeh tərəfindən istifadə olunub-olunmamasının müəyyən edilməsindən ibarətdir.

33. Cavabdeh isə sözügedən ərazinin gah onun tərəfindən zəbt olunmadığını bildirir, gah da iddiaçının sənədlərinin düzgün olmadığını bəyan edir.

34. İşin tədqiq olunan faktiki hallarından müəyyən edilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən ünvan 1i ünvanında yerləşən 0,0235 ha ölçülü torpaq sahəsi xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır.

35. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №- li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən 0,02 ha ölçülü torpaq sahəsi xx.xx.2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmışdır. Hər iki torpaq sahəsinin plan və ölçüsü tərtib olunmuşdur. Qeyd olunan torpaq sahələri qonşu torpaq sahələridir. Hazrkı iş üzrə tərəflər mülkiyyətlərində olan torpaq sahələrinin hüquqi statusu baxımından bərabərhüquqlu şəxslərdir. İddiaçının iddiası ondan ibarətdir ki, ona məxsus olan torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən zəbt edilmiş və yerində fərdi yaşayış evi inşa edilmişdir. İddianı təmin edən birinci instansiya məhkəməsi hazırkı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası əsasında əldə edilmiş ekspert rəyinə istinad etmiş və hesab etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsinin faktiki olaraq cavabdehin istifadəsində olması müəyyyən edildiyindən iddia təmin edilməlidir.

36. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən məhkəmə kollegiyası obyektiv həqiqətin üzə çıxarılması məqsədi ilə iş üzrə təkrar məhkəmə tikinti texniki ekspertizası təyin etmiş və əldə edilmiş ekspert rəyində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışa əsasən İddiaçı adına qeydə alınmış ünvan 1i ünvanında yerləşən 0,0235 ha torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinantları daxilində torpaq sahəsinin 95 kv metr hissəsindən Cavabdeh tərəfindən faktiki olaraq istifadə olunduğu müəyyən edilmişdir.

37. Başqa sözlə iddiaçının iddia tələbində qeyd etdiyi hallar əsaslandırılmış ekspert rəyi ilə sübut olunmuş, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillər isə təkzib edilmişdir.

38. Kollegiya nəzərə çatdırmağı lazım bilir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, bu xarakterli işlərdə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

39. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, iddiaçı tərəfin mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmasına baxmayaraq, cavabdeh tərəfin müdaxiləsi ilə qarşılaşır ki, bu da iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Kollegiyanın qənaətinə görə cavabdehin qaldırdığı məsələ yalnız tərəflərin qarşılıqlı razılaşması yolu ilə həll oluna bilər. Cavabdeh hər hansı hüquqi əsas, o cümlədən mülkiyyətçinin razılığı olmadan onun mülkiyyətində inşa etdirdiyi tikilinin qanuni olmasını hesab etməklə, dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozur.

40. Kollegiyanın qənaətinə görə iddiaçının xüsusi mülkiyyətində olan, barəsində mübahisə gedən torpaq sahələrindən istifadə və sahibliyə yönəlmiş torpaq sahəsinə daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərə son qoyulması tələbi qanunvericiliyin tələblərinə tam uyğundur. Çünki mübаhisəsi gedən tоrpаq sаhəsinin cavabdeh tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır.

41. Kollegiyanın araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdeh apellyasiya şikayətində heç bir torpaq sahəsini zəbt etmədiyini, mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu, həmin torpaq sahəsindən neçə illərdir istifadə etdiyini, həmçinin birinci instansiya məhkəməsi tərəfindən tam və ətraflı araşdırma aparılmadığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim etməmişdir. Əksinə müəyyən olunmuşdur ki, cavabdehin tikinti işləri apardığı və zəbt etdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşir.

42. Beləliklə iş materiallarından görünür ki, cavabdeh nə birinci, nə də apellyasiya icraatı zamanı etirazının dəlillərinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, lakin iş üzrə yenidən təkrar ekspertizanın keçirilməsini tələb etmişdir.

43. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iş üzrə təkrar ekspertizanın keçirilməməsinə dair dəlil əsassızdır. Belə ki, qeyd olunduğu kimi həm birinci instansiya məhkəməsində, həm də apellyasiya icraatı zamanı məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Ekspert rəyinə əsasən, mübahisəsi gedən torpaq sahəsi və cavabdehin fərdi yaşayış evinə baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı adına qeydə alınmış ünvan 1i ünvanında yerləşən 0,0235 ha torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinantları daxilində torpaq sahəsinin 95 kv metr hissəsindən Cavabdeh tərəfindən faktiki olaraq istifadə olunur.

44. Cavabdeh ekspert rəyinin əsassız olmasını bildirsə də, bu mövqeyini əsaslandırmamışdır.

45. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Kollegiya hesab edir ki, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 96 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

47. Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2023-cü il tarixli, 10/4211 nömrəli rəyi ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manatdır.

48. Apellyasiya şikayəti təmin edilmədiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdeh X8 alınıb AZ.MEM, VÖEN **********, X11, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir.

49. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(012)-103/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 96 manat X8 alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul cavabdeh X8 alınıb AZ.MEM, VÖEN **********, X11, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar