Məhkəmə qərarları › İş №2(105)-3754/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3754/2021

16.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3754/2021 16.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(060)-6042/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sahibliyi və istifadəsində olan ünvan 1 ünvanındakı yerləşən 175 m2 torpaq sahəsinin üzərindəki ümumi sahəsi 107.68 m2 olan bir mərtəbəli fərdi yaşayış evinin alqısatqısı haqqında cavabdehlər arasında bağlanılmış 28.01.2020-ci il tarixli, 3M-19 saylı “İlkin Müqavilənin” etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(060)-6042/2021 saylı qərardadı ilə iddiaçı Cavabdeh2 İddiaçı qarşı evə köçürmə tələbinə dair başqa bir mülki işə baxılıb qurtaranadək hazırki iş üzrə icraat dayandırılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(060)-6042/2021 saylı qərardadının ləğv edilməsini, məhkəmə işinin davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin icraatında olan Cavabdeh2 İddiaçı qarşı “evə köçürülmə” tələbinə dair mülki işlə hazırki mülki iş arasında hər hansı asılılıq yoxdur. Belə ki, həmin iddianın təmin edilib-edilməməsinin hazırki iddia tələbinin həll edilməsinə aidiyyatı və təsiri yoxdur. Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(060)-6042/2021 saylı qərardadı ilə şikayət əsassız hesab edilərək baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası məruzəçi hakim məruzəsini dinləyib, iş materiallarını iddiaçının şikayəti ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(060)-6042/2021 saylı qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş materialları həmin məhkəməyə qaytarılmalıdır. İşin tədqiq olunan hallarından görünür ki, iddiaçı Cavabdeh2 Cavabdeh1 müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb edilməklə cavabdeh İddiaçı qarşı “evə köçürülmə” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Qətnamədən apelyasiya şikayəti verilmiş, iş Bakı Apelyasiya Məhkəməsində icraatdadır. Qeyd edildiyi kimi İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı fərdi yaşayış evinin alqısatqısı haqqında müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sahibliyi və istifadəsində olan ünvan 1 ünvanındakı yerləşən 175 m2 torpaq sahəsinin üzərindəki ümumi sahəsi 107.68 m2 olan bir mərtəbəli fərdi yaşayış evinin alqı-satqısı haqqında cavabdehlər arasında bağlanılmış 28.01.2020-ci il tarixli, 3M-19 saylı “İlkin Müqavilənin” etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsinin də istinad etdiyi kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli qərarında qeyd etmişdir ki, qanunverici Mulki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-in 254cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-in 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Hər iki işin müqayisəli təhlili onu göstərir ki, hazırki mülki işin Bakı Apelyasiya Məhkəməsində icraatda olan mülki işdən asılılığı yoxdur. Belə ki, hazırki iş üzrə iddianın predmetini ilkin müqavilənin etibarsızlığı təşkil edirsə, digər iş üzrə iddianın predmetini evə köçürmə təşkil edir. Göründüyü kimi, hər iki iddia üzrə qarşılıqlı bağlılıq olsa da, mübahisənin nizamlanmasını mümkünsüz edən asılılıq yoxdur. Başqa sözlə, hər ik iddia üzrə işlərə baxılmasının bir-birinə maneçiliyi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırmaqla əsassız nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.3-cü maddələrinə görə apelyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(060)-6042/2021 saylı qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.3 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(060)-6042/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar