Məhkəmə qərarları › İş №2(105)-377/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-377/2022

10.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-377/2022 10.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X19 Tağızadənin sədrliyi və məruzəsi, X5 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili: X22, Cavabdehlər: X8, Cavabdeh3, Cavabdehlərin vəkili: Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 Xinbaba qızına, X6, Cavabdeh1, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Qusar rayon Notariat Osifinə qarşı alqı-satqı əqdinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddianın təmin edilməsi, X10 və İddiaçı1 adından Cavabdeh1 ilə Cavabdeh3 arasında Cavabdeh5ndə bağlanmış 07.10.2020-ci il tarixli reyestrdə 4Ə/2103 sayla qeyd edilmiş, AN-1 ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 və İddiaçı1 adından Cavabdeh1 ilə Cavabdeh3 arasında Cavabdeh5ndə bağlanmış 07.10.2020-ci il tarixli reyestrdə 4Ə/2103 sayla qeyd edilmiş, AN-1 ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar ərizəsini onunla əsalandırmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Amsar-Palasa kəndində yerləşən 0,14 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 176 kv.m olan fərdi yaşayış evi X20 (torpaq sahəsi ¾ hissə, fərdi yaşayış evi ½ hissə) və X2 (torpaq sahəsi ¼ hissə, fərdi yaşayış evi ½ hissə) məxsus olmuşdur. Şəxsi işləri ilə bağlı onlar Türkiyə Respublikasına getmişlər və əmlaklarının alğısatqısı ilə bağlı Cavabdeh2 Xinbaba qızına etibarnamə vermişlər. Sonradan məlumatları olmuşdur ki, Cavabdeh2 onlara məxsus torpaq sahəsini və evi satmışdır. Bunun necə baş verməsini öyrəndikdə onlara məlum olmuş ki. Cavabdeh2 verdikləri etibarnamə əsasında, ona verdikləri səlahiyyətləri Cavabdeh1 ötürmüş, lakin onlara bu barədə heç bir xəbərdarlıq edilməmişdir. Bundan başqa Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Amsar Palasa kəndində yerləşən 0,14 ha torpaq sahəsi üzərində olan ümumi sahəsi 176 kv.m olan fərdi yaşayış evini həmin qeydiyyatda olan İddiaçı2 razılığı olmadan satmışlar. Torpaq sahəsinin və evin satılmasına görə onlara heç bir məbləğdə pul ödənilməmişdir. Əmlaklar formal qiymətə satılmış, faktiki olaraq alğı-satqı həyata keçirilməmiş, məqsəd isə onların əmlakını mənimsəmək olmuşdur. Torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 176.2 kv.m olan əmlakın qiymətinin alğısatqı müqaviləsində qat-qat aşağı qiymət göstərmək, yəni 5200 manat yazmaq özü belə müqavilənin görünüş üçün bağlandığını sübut edir. Ona görə ki, həmin ərazidə 5200 manata nəinki 0,14 ha torpaq sahəsi və üzərində yerləşən ev, heç 0,05 ha torpaq sahəsi təsadüfən tapılar. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. İddiaçının qardaşı X7 cavabdeh Təranə Orucovaya etibarnamə vermişdir. T.Orucova isə Cavabdeh1 etibarnamə vermişdir. Əqdin göstəriş məqsədi ilə bağlanmadığını, iddiaçının qardaşı İ.Lamanovun Cavabdeh2 həbsdə olan ərinin buraxdıracağı vədinə verərək 30.000 manat məbləğində pul aldığını, həmin pulu qaytara bilmədiyinə görə, Cavabdeh2 hüquq mühafizə orqanlarına şikayət etməməsi üçün mübahisə predmetini təşkil edən evi ona verəcəyini vəd etmişdir. İddiaçılardan yalnız İddiaçı1 alqı-satqının predmeti olmuş əmlakın 2 nəfər mülkiyyətçilərindən biridir, digər mülkiyyətçi İddiaçı1 eşitdiyinə görə vəfat etmişdir. İddiaçı2 isə mübahisələndirilən əmlaka heç bir aidiyyatı yoxdur. Odur ki, onun alqı-satqı müqaviləsi hansı maraqlarına toxunulması müəyyən edir. İddiaçı1 və Ş.B.Lamanova özlərinə məxsus əmlak üzərində sərəncam vermək səlahiyyətlərini Cavabdeh2 etibar etmişdir. Bu cür etibarnamələrdə məhkəmənin irad bildirdiyi kimi etibar edilənə tapşırıq və ya göstəriş olmur. Tapşırıq və göstəriş verilməsinə dair müvafiq əqdlər baglanılır. Məhkəmənin iş üzrə gəldiyi nəticə səhvdir, mübahisənin həllində məhkəmənin tətbiq etdiyi maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Quba Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qətnaməsini ləğv edib, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini qəbul etdi, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehlərin vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı1 nümayəndəsi və vəkili E.İ.Əlixanlı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə İddiaçı2, Cavabdeh1, Cavabdeh5 və İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, tərəflər arasında olan müqavilənin qanuna zidd bağlanmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Quba rayonu, Amsar-Palasa kəndində yerləşən fərdi yaşayış evi X15 və İddiaçı1 mükliyyətindədir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Amsar-Palasa kəndində yerləşən 0,14 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi Ş.B.Lamanovanın və İddiaçı1 mükliyyətindədir. İşə əlavə olan Quba RİHB-nın Zərdabi qəsəbəsi İƏD üzrə nümayəndəliyinin 19.08.2020-ci il tarixdə Ş.B.Lamanovanın və İddiaçı1 AR-İ 911404, AR-İ 911403 nömrəli etibarnamə ilə səlahiyyətli nümayəndəsi Cavabdeh2 verilmiş arayışından görünür ki, ondan ötrü ki, Ş.B.Lamanovaya və İddiaçı1 məxsus ünvan 1 ünvanında 31.08.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********35-10301 reyestr nömrəli olan ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən Çıxarışda qeyd edilmiş 1978-ci ildə tikilmiş, 2 (iki) mərtəbəli, 4 (dörd) yaşayış otağından ibarət, ümumi sahəsi 176.2kv.m, yaşayış sahəsi 92.8 kv.m, köməkçi sahəsi 83.4 kv.m olan fərdi yaşayış evində nümayəndəliyin Təsərrüfatbaşına kitabına əsasən X21, İddiaçı1, X16, X3 və X4 təsərrüfat üzvləridir. İş materiallarında olan Quba RİHB-nın Zərdabi qəsəbəsi İƏD üzrə nümayəndəliyinin 01.10.2020-ci il tarixdə T.X,Osmanovaya verilmiş arayışından görünür ki, X21, İddiaçı1, X16, X3 və X1 rayonu, Amsar-qışlaq kəndində 2013-cü il tarixdən yaşamırlar. İşə əlavə olan Daşınmaz Əmlakın 07.10.2021-ci il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsindən görünür ki, Ş.B.Lamanovanın və İddiaçı1 mülkiyyətində olan Quba rayonu, Amsar-Palasa kəndində yerləşən 0,14 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh1 tərəfindən 5200 manata Cavabdeh3 satılmışdır. İş materiallarında olan 22.10.2019-cu il tarixli, AR-İİ 911403 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi İ.İ.Lamanov etibar edənin səlahiyyətlərini Cavabdeh2 vermişdir. İş materiallarında olan 22.09.2019-cu il tarixli, AR-İ 865616 nömrəli etibarnamənin surətindən görünür ki, İ.İ.Lamanov səlahiyyətlərini etibarnamə əsasında Cavabdeh3 vermişdir İşdə olan 06.10.2020-ci il tarixli, AR-İİ 141632 nömrəli və 06.10.2020ci il tarixli, AR-İİ 141633 nömrəli etibarnamələrin surətindən görünür ki, Ş.B.Lamanovanın və İddiaçı1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi T.X,Osmanova, etibar edənlərin səlahiyyətlərini Cavabdeh1 vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) müvafiq olaraq bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.1, 337.3). Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir (maddə 340.2). Mülki prosessual qanunvericiliyin sübutetmə yükü ilə bağlı normalarına əsasən əqdin etibarsızlığına əsas olan halların mövcudluğunu sübut etmək əqdin etibarsızlığını tələb edən tərəfin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Etibarsız əqdlər, əsasən iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün məhkəmə qərarının tələb edilməsi meyarına görə. Əqdin elementinin qüsurlu olması meyarına görə etibarsız əqdlərin də dörd növü fərqləndirilir: subyektiv tərkibi qüsurlu olan etibarsız əqdlər; iradəsi qüsurlu olan etibarsız əqdilər; forması qüsurlu olan etibarsız əqdlər; məzmunu qüsurlu olan etibarsız əqdlər. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fərqləndirilir: daxili iradə olmadan bağlanan əqd; daxili iradəsi düzgün formalaşmayan əqdlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrini hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hesab olunur. Məhkəmə araşdırması zamanı müyyən olunmuşdur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Amsar-Palasa kəndində yerləşən 0,14 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi X15 və İddiaçı1 mülkiyyətindədir. İddiaçılar X10 və İddiaçı1 adından Cavabdeh1 ilə Cavabdeh3 arasında Cavabdeh5ndə bağlanmış 07.10.2020-ci il tarixli reyestrdə 4Ə/2103 sayla qeyd edilmiş, AN-1 ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, mübahisəli əmlakın alğı-satqısı zamanı əmlakın mülkiyyətçiləri etibaredilən şəxslər tərəfindən məlumatlandırılmamışlar. Belə ki, 22.10.2019-cu il tarixli, AR-İİ 911403 nömrəli etibarnamə əsasında İddiaçı1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 etibar edənin səlahiyyətlərini Cavabdeh2 Xinbaba qızına vermişdir. Cavabdeh X11 isə 06.10.2020-ci il tarixli, AR-İİ 141632 nömrəli və 06.10.2020-ci il tarixli, AR-İİ 141633 nömrəli etibarnamələr əsasında X15 və İddiaçı1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh2 Xinbaba qızı, etibar edənlərin səlahiyyətlərini Cavabdeh1 vermişdir. Sonuncu etibarnamə əsasında Cavabdeh1 07.10.2021-ci il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsi əsasında Quba rayonu, Amsar-Palasa kəndində yerləşən 0,14 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evini 5200 manata Cavabdeh3 satmışdır. Bundan başqa, müəyyən olunmuşdur ki, Cavabdeh2 Xinbaba qızı Cavabdeh3 anasıdır. Cavabdehlər arasında yaxın qohumluq əlaqələrinin olması, ona görə də etibarnamə əsasında iddiaçıların səlahiyyətlərinin Cavabdeh2 Cavabdeh1 ötürülməsi və iddiaçılara məxsus əmlakın iddiaçıların xəbəri olmadan Cavabdeh2 oğlu Aynur Sədullayevin adına özgəninkiləşdirilməsi bağlanılan alğı-satqı müqaviləsinin formal xarakter daşıdığının təkzib edilməz sübutudur. Bundan başqa, Quba rayonu, Amsar-Palasa kəndində yerləşən 0,14 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin 07.10.2021-ci il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsi əsasında dəyərindən aşağı qiymətə, yəni 5200 manata satılması əqdin qeyri-ciddi olmasını bir daha təsdiq edir.Həmçinin alğı-satıq zamanı alıcı satıcıya pul ödəməmişdir. Həmçinin, iddiaçı tərəf cavabdehlərə etibarnamə versə də, nəticə etibarı ilə etibar edən şəxsin əleyhinə, onun iradəsindən kənar şəkildə hərəkət edilməsinə yol verilməməlidir. İddiaçıların əmlakın satılması ilə əlaqədar qarşı tərəfə tapşırıq və ya göstəriş verməsinə dair hər hansı bir fakt mövcud deyildir. Alğı-satqı müqaviləsinin iddiaçıların xəbəri və razılığı olmadan bağlanmasını o hal da təsdiq edir ki, cavabdehlər tərəfindən bu müqavilənin bağlanması ilə bağlı iddiaçılara heç bir informasiya və hesabat verilməmiş, satılan əmlakın dəyəri isə onlara ödənməmişdir. Bu halın baş verməməsi mülkiyyət sahiblərinin ümumiyyətlə əmlakın satışı ilə bağlı cavabdehlərə nə şifahi, nə də yazılı tapşırıq və səlahiyyət vermədiyini göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 364.1-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, məhkəmə iclasında cavabdehlər Cavabdeh1 iddia tələbini qəbul edərək, iddianı etiraf etmişdir. Belə ki, İ.İ.Lamanov Cavabdeh2 30.000 manatın əvəzi olaraq, ona iddiaçının adından etibarnamə vermiş və evi heç bir məbləğdə pul alınmadan özgəninkiləşdirmişlər. Cavabdeh1 məhkəməyə notariat qaydasında təsdiq edilmiş ərizə ilə müraciət edərək, İddiaçı1 ona qarşı olan iddia tələbini qəbul etmiş və iddianı etiraf etmişdir. İddia tələbinin predmetini təşkil edən alğısatqı müqaviləsi əsasında hər hansı bir məbləğdə ona pul ödənilmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə qeyd olunan iddia üzrə cavabdehin iddianı etiraf etməsini, yuxarıda göstərilən Qanunun maddəsinə əsasən, qanuna zidd olmadığını müəyyən edir. Məhkəmə kollegiyası cavabdehin iş üzrə digər İddiaçı2 isə mübahisələndirilən əmlaka heç bir aidiyyatı olmaması barədə gətirdiyi dəlili əsassız hesab edir ki, belə ki, mübahisələndirilən əmlakda İddiaçı2 bərabər payı mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin iş üzrə 30 avqust 2021-ci il tarixli 2(027)-1249/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar