Məhkəmə qərarları › İş №2(105)-3797/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3797/2021

22.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3797/2021 22.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı “X1 Bankı”-nın cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi və dəymiş maddi ziyanın tutulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7996/2021 saylı, 15.09.2021-ci il tarixli qərardadından iddiaçı “X1 Bankı” tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Bankı” cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi və dəymiş maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış 02.07.2009-cu il tarixli borc müqaviləsinin uydurma əqd olduğundan etibarsız hesab edilməsi, Cavabdeh2 tərəfindən iddia qaldırılması və iddia təmin tədbirləri tətbiq olunması nəticəsində 48.426.756.12 avro məbləğində əldən çıxmış faydanın cavabdehlər Cavabdeh2 və qeyrilərindən tutularaq İddiaçı “X1 Bankı”-na ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 15.09.2021-ci il tarixli, 2(060)-7996/2021 saylı qərardadı ilə iddiaçı “X1 Bankı”-nın cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi və dəymiş maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Hazırda iddiaçı “X1 Bankı” qeyd olunan qərardaddan şikayət verərək, 15.09.2021-ci il tarixli, 2(060)-7996/2021 saylı qərardadın ləğv edilməsi və işin icraata qəbul edilməsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7996/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı “X1 Bankı”-nın şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "X1" Bankının cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı kredit müqaviləsinə əsasən əsas borc 48.734.005,73 AVRO, faizlər üzrə 31.769.268,39 AVRO, cərimə üzrə 207.986,05 AVRO olmaqla ümumilikdə 80.711.260,19 AVRO məbləğində vəsait hesablanmış, bu sonuncu vəsaitin qaytarılmasının zəmanəti kimi “EL.SƏ.Nİ" məhdud məsuliyyətli cəmiyyətinin xiisusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116.3 kv.m olan (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 21.12.2017-cıı il tarixdə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla mülkiyyət hüququ qeydiyyata alınmışdır) 24 mərtəbəli 2 girişli yaşayış binası "xxxx" MMC arasında bağlanmış 28.12.2017-ci il tarixli, 3 M-1382 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən həmin daşınmaz əmlaklar "X1" Bankına ipotekaya qoyulmuş və ipoteka hüququ 2018-ci ilin yanvar ayında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmışdır. hazırki iş üzrə cavabdeh olanı Cavabdeh2 cavabdehlər “Eİ.SƏ.Nİ" MMC və Cavabdeh3 qarşı "borcun, ona hesablanmış faizlərin qaytarılması və əvəzinin borclunun əmlakına yönəldilməsi tələbinə dair" iddia ərizəsi Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının iddia tələbi Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, cavabdehlər "xxxx" MMC və Cavabdeh3 müştərək qaydada Cavabdeh2 xeyrinə 7.547.750 manat və dəbbə pulu iizrə 1.000.000 manat, cəmi 8.547.750 manat tutulması qət edilmişdir. Qətnamənin əsasını 02.07.2009-cı i! tarixdə Cavabdeh2 ilə Cavabdeh3 arasında buğlanmış borc müqaviləsi olmuşdur. Lakin hesab edir ki, həmin borc müqaviləsi uydurma əqdir, odur ki, etibarsız hesab olunmalıdır. Bununla əlaqədar 3 cavabdehə qarşı iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi verilmişdir. Lakin Sumqayıt Şəhər Məhkəməsinin 15.09.2021-ci il tarixli qərardadl ilə iddia ərizəsi geri qaytarılmışdır. Hesab edilir ki, məhkəmənin mübahisəli 15.09.2021-ci il tarixli qərardadı əsassızdır, qanunlara söykənmir, qərəzlidir, odur ki, ləğv edilməlidir. Belə ki, mübahisəli qərardadda göstərilir ki, "Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Lakin İddiaçı “X1 Bankı” Cavabdeh2 tərəfindən iddia qaldırılması və iddia təmin tədbirləri tətbiq olunması nəticəsində 48.426.756.İ2 avro məbləğində əldən çıxmış faydanın cavablər Cavabdeh2 Tanrı verdi oğlundan və qeyrilərindən tutulmasını tələb etsə də, hənıın şəxsləri iddia ərizəsində cavabdeh qismində göstərməmiş, onların adlarını və poçt ünvanlarını qeyd etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddia ərizəsinin başlığında hər 3 cavabdehin adları və poçt ünvanları dəqiqliklə göstərilmişdir. Başqa sözlə, bunlar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh3dur. İddia ərizəsinin xahiş edirəm hissəsində ixtisara yol verilərək, cavabdehlərin biri göstərilməklə digər ikisi "qeyriləri" kimi göstərilmişdir. Halbuki, iddia ərizəsinin başlığında cavabdehlərin hər biri ayrı- ayrılıqda qeyd olunmaqla onların adları və poçt ünvanları tam qeyd edilmişdir. Daha sonra, məhkəmə qərardadında qeyd olunur ki, iddiaçının nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar." Məhkəmənin gəldiyi hu nəticə də səhvdir və qanunlara söykənmir. Belə ki, hazırki iddia tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmir. Cavabdeh2 ilə digər cavabdehlər "xxxx" MMC və Cavabdeh3 arasında 02.07.2009cu il tarixli uydurma borc müqaviləsinin bağlanması nəticəsində iddiaçıya maddi zərər vurulmuşdur. Başqa sözlə, bu maddi zərər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəticəsində deyil, Cavabdeh2 ilə digər cavabdehlər "xxxx" MMC və Cavabdeh3 arasında uydurma borc müqaviləsinin bağlanması ilə yaranmışdır. Bu uydurma borc müqaviləsinin bağlanması isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqəsi yoxdur. Bu hallar iddia ərizəsindən açıq-aşkar görünməsinə baxmayaraq məhkəmə bu hallara qeyriobyektiv hüquqi qiymət vermişdir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 15.09.2021-ci il tarixli, 2(060)-7996/2021 saylı qərardadının ləğv edilməsi və işin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 15.09.2021-ci il tarixli, 2(060)-7996/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, məhkəmə “X1 Bankı” Cavabdeh2 tərəfindən iddia qaldırılması və iddia təmin tədbirləri tətbiq olunması nəticəsində 48.426.756.12 avro məbləğində əldən çıxmış faydanın cavabdehlər Cavabdeh2 və qeyrilərindən tutulmasını tələb etsə də, həmin şəxsləri iddia ərizəsində cavabdeh qismində göstərməməsi, eləcə də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri tərəfindən baxılmasını müəyyən edərək ərizəni geri qaytarılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İş materiallarından görünür ki, iddiaçı tələbində əldən çıxmış faydanın cavabdehlər Cavabdeh2 və qeyrilərindən tutulmasını xahiş etsə də, tələb edilən əldən çıxmış faydanın tutulacaq tərəflərin adlarını qeyd etməmiş, qeyri-müəyyən tələb xahiş etmişdir. Bundan əlavə iddia ərizəsindən görünür ki, iddiaçı təşkilat ilə cavabdeh "xxxx" MMC arasında sahibkarlıq fəaliyyəti ilə bağlı müqavilə olmuş və cavabdehə kredit vermiş, hazırda da "xxxx" MMC-yə verdiyi pul vəsaitinin dövriyyədən çıxarılması nəticəsində dəymiş zərəri tələb edir Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bu baxımdan, birinci instansiya məhkəməsinin AR Mülki Prosessual Məcəlləsinin qeyd edilən normalarına istinad edərək iddia ərizəsinin geri qaytarılması barədəgəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7996/2021 saylı, 15.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7996/2021 saylı, 15.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı “X1 Bankı” tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar