Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3840/2021 14.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6365/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6365/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh «Azəriqaz» İB tərəfindən 29.04.2021-ci il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən İddiaçı məxsus Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 8-ci məhəllə üzrə 1 saylı məhəllədə yerləşən 514 nömrəli fərdi yaşayış evinə hesablanmış 216 (iki yüz on altı manat) manat cərimə borcu və sayğacın dəyəri kimi tələb olunan 185,73 (yüz səksən beş manat yetmiş üç qəpik) manat borcun **********05140 saylı abonentin hesabından silinməsi qət edilmişdir (hakim Aynur Behbudova). Qətnamədən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6365/2021 saylı, 13 sentyabr 26 iyul 2021-ci il tarixli qətnaməsini tam ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul olunması xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.04.2021-ci il tarixli, ******* saylı akta əsasən abonentin saldosunda qeyd edilən 216 manat borcun və sayğacın dəyərinə görə hesablanmış 185,73 manatın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, qətnamə qanunsuz və əsassızdır, iddiaçının əsassız mülahizələri əsasında qəbul edilmişdir. Ona görə də apellyasiya şikayətini təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6365/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6365/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasıı xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 29.04.2021-ci il tarixli, ******* saylı aktda qeyd edilir ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 8ci məhəllə üzrə 1 saylı məhəllədə yerləşən 514 nömrəli fərdi yaşayış evi **********05140 abonent kodu altında qeydiyyatdadır. Qeyd olunan sayğaca baxış keçirilən zaman sayğacın klapanının işlək olmaması, sayğacın çıxış plastmas borusunun deşilməsi, Sumqayıt QİŞ tərəfindən mexaniki göstəricinin düzgün qeyd olunmaması aşkar edilmişdir. İş materiallarında olan «Azəriqaz» İB-nin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 02.09.2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı mənzilinə quraşdırılmış köhnə sayğac çıxarılaraq yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan 29 aprel 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı ünvanına 29.04.2021-ci il tarixli tərtib edilmiş akta əsasən itirilmiş qazın bərpası üçün 2160 m3 qaz itkisi hesablanmışdır. İş materiallarında olan qazsayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi 21 aprel 2021-ci il tarixli, MSK-29/1710-01450-1 saylı aktın surətindən görünür ki, çıxarılan sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın klapanının işlək olmaması, sayğacın çıxış plastmas borusunun deşilməsi, Sumqayıt QİŞ tərəfindən mexaniki göstəricinin düzgün qeyd olunmaması aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 8-ci məhəllə üzrə 1 saylı məhəllədə yerləşən 514 saylı fərdi yaşayış evinə dair İddiaçı təbii qazdan istifadəyə görə akta əsasən 216 manat məbləğində borcu var. İş materiallarında olan 07 iyul 2021-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 8-ci məhəllə üzrə 1 saylı məhəllədə yerləşən 514 saylı fərdi yaşayış evindən çıxarılmış, istismara yararsız sayğaca görə 185,73 manat borcunun ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 14.07.2021-ci il tarixli, 2(060)-6365/2021 saylı qərardaddan görünür ki, İddiaçı iddianın təmin edilməsinə dair ərizəsi təmin edilərək, iş üzrə mübahisə həll edilib qətnamə çıxarılana qədər cavabdeh «Azəriqaz» İB tərəfindən Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 8-ci məhəllə üzrə 1 saylı məhəllədə yerləşən 514 saylı fərdi yaşayış evinə təbii məişət qazının verilməsinin dayandırılması qadağan edilmişdir. İş materiallarıdan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin olunmudur. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 560.3.2, 425, 1096-cı maddələrinə, eləcə də «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»na istinad etmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı məxsus mənzilə quraşdırılmış qaz sayğacına müdaxilə edilməsi öz təsdiqini tapmadığından, sayğacda yaranmış xətalar nəticəsində təbii məişət qazının itirilmiş sərfiyyatı ilə bağlı iddiaçı məsuliyyət daşımır. Belə olan halda məsuliyyətin iddiaçının öhdəliyinə verməsi və əsassız olaraq borc hesablanması qanunsuz hesab edilərək qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh təşkilat daşıdığından, iddiaçının təqsiri müəyyən edilmədiyindən, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh təşkilat tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh təşkilat tərəfindən iddiaçının abunə koduna hesablanmış 216 manat cərimə borcun və sayğacın dəyəri kimi hesablanmış 185,73 manat məbləğ silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Hazırki işdə işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, qaz sayğacı iddiaçının evində deyil, kənarda quraşdırılıb və nəzərə alınsa ki, iddiaçı fiziki şəxs olan istehlakçıdır, belə olan halda, onun həmin sayğacın işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi istisna olunur. Qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, istehlakçı olaraq iddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehlik daşımır, onun üzərinə sayğacın işlək vəziyyətdə saxlanılmasına görə hər hansı vəzifə qoyula və bu əsasla cərimə də hesablana bilməz. Bu baxımdan borcun hesablanması və sayğacın dəyərinin əsassız olduğu üçün həmin borcun silinməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də düzgündür. Belə ki, cavabdeh qeyd edilən məbləğdə borcun nədən yaranmasını əsaslandırmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas sayıla bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6365/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6365/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3840/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3840/2021
14.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver