Məhkəmə qərarları › İş №2(105)-391/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-391/2023

17.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-391/2023 17.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(060)-5050/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(060)-5050/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən ünvan 1 ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 842.4 (səkkiz yüz qırx iki manat qırx qəpik) manat borcun abonentin hesabından (abonent kodu **********10440) silinməsi qət edilmişdir.(hakim A.Behbudova) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(060)-5050/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 6, otaq 44-də öz ailə üzvləri ilə birgə 7 ildir ki, yaşamır. Bunu xx.xx.2022-ci il tarixli qonşuların aktı da təsdiq edir. ‘Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” xx.xx.2022-ci ildə, ******* №-li akt tərtib edilmiş, sözügedən akta əsasən ona 2731.52 manat itirilmiş qazın bərpası üçün cərimə hesablanmışdır. O, cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmır. Cavabdeh tərəfindən dəymiş ziyanın bərpasına dair tələbnamədə qeyd edilmişdir ki, guya sayğacdan kənar qaz xəttindən istifadə edilmişdir. O, 7 ildir ki, sözügedən ünvanda yaşamır və yaşadığı müddətdə də sayğacdan kənar qaz xəttindən istifadə etməmişdir. İstehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmişdir. Bu səbəbdən də tələb olunan 2731.52 manat məbləği əsassız hesab edir. Həmçinin aktın tərtibində iştirak etməmiş və onu imzalamamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* №-li akta əsasən abonent saldosunda göstərilən 2731.52 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı iddia ərizəsi ilə analoji məzmun daşıyan apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamışdır. Ona görə də iddia tələbini qismən təmin etmişdir ki, iddianın təmin edilməyən hissəsində məhkəmə qətnaməsindən narazıdır. Məhkəmə itirilmiş qazın bərpası üçün hesablanmış 842.40 qəpik məbləğində borcu silmişdir. Lakin yerdə qalan 1889.12 qəpik əsassız hesablanmış borcu isə silinməmişdir. O, uzun müddətdir ki, həmin ünvanda yaşamır və həmin məbləği istifadə etməmişdir. Dəfələrlə bunun səbəbini cavabdehin əməkdaşlarından soruşsa da, bu barədə ona əsaslı bir cavab verilməmişdir. Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 6, otaq 44 ünvanına aid saldoda “sayğac göstəricisi” hissəsində heç bir göstərici görünmür. Amma ünvan 3 ünvanına aid saldoda “Sayğac göstəricisi” istifadə edilən sərfiyyatı göstərir. Bu ona əsas verir ki “Azəriqaz” İB başqa abonentlərin istifadə etdiyi borcu onun ünvanına yazmışlar. O, uzun müddətdir ki, həmin ünvanda yaşamır. “Azəriqaz” İB tərəfində hər ay istifadə olunmuş borc ilə bağlı bildiriş verilməlidir. Heç vaxt onun ünvanına belə bir bildiriş gəlməmişdir. Beləliklə, “Azəriqaz” İB-nin ünvanına hesabladığı borc tam əsassız və qanunsuzdur. Sadalanan hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia tələbi tam təmin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, mübahisəli ünvan yataqxanada bir otaqdan ibarətdir. Yataqxananın mətbəxi isə ümumidir, 5-6 ailə istifadə edir. Sayğac da ümumi mətbəxə aiddir. Onun otağında hər hansı qazla işləyən cihaz yoxdur. Qeyd olunan borcun yaranma əsası ona bəlli deyil. Artıq 7 ildir ki, mübahisəli ünvanda ümumiyyətlə yaşayış yoxdur. Belə olan halda həmin ünvana qazdan istifadəyə görə bu məbləğdə borcun hesablanması absurddur. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 apellyasiya şikayətilə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, qanunsuz qoşulma ilə bağlı akt xx.xx.2022-ci il tarixdə tərtib olunmuşdur. İddiaçıya hesablanan borc məbləği həm debitor borc, həm də itirilmiş qazın dəyəri ilə bağlı hesablanan borcdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci ildə yataqxanaya baxış zamanı sayğacdan kənar xətt aşkar olunmuşdur. Ona görə də itirilmiş qazın bərpası üçün dəymiş ziyan tələb edilir. Yenə iş materiallarında olan xx.xx.2022-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, iddiaçının ünvanına ******* saylı akta əsasən itirilmiş qazın bərpası üçün 8424 kubmetr qaz itkisi hesablanmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli abonent saldosundan görünür ki, ünvan 1 ünvanına ümumilikdə 2731,52 manat boc hesablanmışdır. Yenə mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı adına olan abonent kartından görünür ki, ünvan 4 ünvanında xx.xx.2015-ci il tarixdən qaz sayğacı quraşdırılmış, hal-hazırkı tarixədək mütəmadi olaraq ödənişlər icra edilir. Yenə də iş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı ailə üzvləri ilə birlikdə Siyəzən rayonu, C.Novruzov küçəsində yaşayır. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktda İddiaçı 7 ildən artıq müddətdə ünvan 1 ünvanında yaşamaması qeyd olunmuş və akt iddiaçının qonşuları Hüseyn Allahverdiyev, Lera Hüseynova və Kamran İbayev tərəfindən tərtib olunmuş, imalanmışdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı şikayətində qətnamənin tam ləğvini tələb etsə də, əslində yalnız təmin edilməyən hissəsini mübahisələndirmişdir. Cavabdeh iddia tələbinin təmin edilmiş hisəsində qətnamədən apellyasiya şikayəti verilmədiyindən qətnamə AR MPM-nin 372.6-cı maddəsinə görə həmin hissədə apellyasiya baxışının predmeti ola bilməz. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(060)-5050/2022 nömrəli qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ünvan 1 ünvanına (abonent kodu **********10440) hesablanmış 1889.12 manat borc silinməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 6, otaq 44 ünvanına “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş və Təbii qazdan istifadə qaydaların pozulması haqqında xx.xx.2022-ci ildə, ******* №-li akt tərtib edilərək, sözügedən akta əsasən ona 824.40 manat itirilmiş qazın bərpası üçün cərimə hesablanmışdır. İddiaçı cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmadığından, habelə uzun müddətdən bəri mübahisəli ünvanda yaşamaması əsası ilə həmin ünvana dair ondan tələb olunan ümumilikdə 2731.52 manat borc məbləğinin silinməsi tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə mübahisəni yuxarıdakı formada həll etmiş, narazı qalan iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Qaydaların 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı bəndinə görə isə qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Yenə həmin Qaydaların 6.7-ci bəndinin tələblərinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Daha öncə də qeyd olunduğu kimi işə baxan məhkəmə iddia tələbini qismən təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, sayğaca kənar xəttin qoşulmasının məhz iddiaçının qanunsuz hərəkəti nəticəsində baş verdiyi, habelə belə bir qoşulmanın ümumiyyətlə mövcudluğu müəyyən edilməmişdir. Buna görə də məhkəmə cavabdeh tərəfindən iddiaçının abunə koduna “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 824.40 manat borc silmiş, cavabdeh isə qətnamədən apellyasiya şikayəti verməmiş, başqa sözlə qətnamənin yaratdığı nəticələrlə barışmışdır. Apellyasiya kollegiyası qeyd edir ki, mübahisəli ünvan yataqxanada yerləşən 1 otaqdan ibarət mənzildir. Həmin yataqxanada bir neçə ailə yaşayır və yataqxananın ümumi bir mətbəxi vardır. Qaz sayğacı isə ümumi mətbəxə aiddir. İş materiallarında olan sənədlərdən (Mənzil Kommunal sahəsinin arayışı və xx.xx.2022-ci il tarixli İddiaçı adına ünvan 4 ünvanına dair abonent kartı) aydın olur ki, iddiaçı uzun müddətdir ki, mübahisəli mənzildə yaşamır. Bundan başqa iddiaçının adına ünvan 4 ünvanına dair abonen saldosu və ünvan 1 ünvanına dair abonent saldolarına nəzər saldıqda birinci saldoda qaz sərfiyyatı hissəsində göstərici olduğu halda, mübahisəli ünvanda həmin bölmədə hər hansı göstərici müşahidə olunmur. Habelə mübahisəli ünvana dair cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli aktdan aydın olur ki, həmin akt iddiaçının iştirakı olmadan tərtib olunmuş, aktda iddiaçının imzası yoxdur. Yəni akt formal olaraq tərtib edilmiş və iddiaçıya həmin akt əsasında cərimə hesablanmışdır. Ən əsası isə cavabdeh tərəf iddiaçının abunə kodunə hesablanan 1889.12 manat borcun yaranma mənbəyi, hesablanma meyarını konkret əsaslandıra bilməmiş, borcun debitor borc olması barədə formal izahat verməklə kifayətlənmişdir. Bütün bu ziddiyətli məqamlar onu deməyə əsas verir ki, mübahisəli ünvana dair cavbadeh tərəfindən hesablanmış 1889.12 manat borc ağlabatan məbləğ olmadığı kimi, həmin borcun iddiaçıdan tələb edilməsi qanunsuzdur. Sadalananların yekunu olaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ünvan 1 ünvanına dair abonent saldosunda göstərilən 1889.12 manat borcun silinməsi barədə iddiası da təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Sadalanların davamı olaraq kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qismən əsaslıdır və iddiaçı şikayətinin dəlillərini məhkəmə iclasında qismən sübuta yetirə bilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvi üçün yetərlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda iddianın qiyməti mübahisələndirilən hissədə beş min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(060)-5050/2022 nömrəli qətnaməsi qismən, İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu **********10440) cavabdeh “Azəriqaz” İB tərəfindən hesablanmış 1889.12 manat borcun silinməsinin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu **********10440) cavabdeh “Azəriqaz” İB tərəfindən hesablanmış 1889.12 manat borcun silinməsi hissəsində də təmin edilsin. Qətnamə cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən ünvan 1 ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 842.4 (səkkiz yüz qırx iki manat qırx qəpik) manat borc abonentin hesabından (abonent kodu **********10440) silinməsi və cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qüvvəyə minir. Ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar