Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3921/2021 03.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə İddiaçı X1 "xxxx" MMC və qeyrilərinə qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-78/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı X2 tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : Qusar Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərardadı ilə X1 "xxxx" MMC-yə və qeyrilərinə qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki iş, mülki işin baxılmamış saxlanması və iddia ərizəsinin geri qaytarılması barədə iddiaçı Aftandil Babayevin 14.07.2021-ci il tarixli ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. Həmin qərardaddan Aftandil Babayev tərəfindən şikayət verilməmişdir. X3 məhkəməyə ərizə təqdim edərək iş üzrə icraatın təzələnməsini məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 2(029)-78/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək həmin qərardadın qanunsuz və əsassız olduğunun göstərmiş və həmin qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 2(029)-78/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının MPM-nin 259.0, 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Göründüyü kimi, MPM-də iddiaçı məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, məhkəmənin MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv etməsi nəzərdə tutulsa da, baxılmamış saxlanılmış mülki iş üzrə icraatın təzələnməsi halı nəzərdə tutulmamışdır. Bundan başqa, hazırkı mülki iş MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla deyil, həmin Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsasla baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə düzgün olaraq hesab etmişdir ki, İddiaçı iş üzrə icraatın təzələnməsi haqqında ərizəsi təmin edilə bilməz və iş üzrə icraat təzələnə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə düzgün qərar qəbul etmişdir, bu səbəbdən də qərardadın ləğvi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 2(029)-78/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Telman Məmmədov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-3921/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3921/2021
03.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver