Məhkəmə qərarları › İş №2(105)-3926/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3926/2021

16.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3926/2021 16.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Məmmədov Fuad Əli oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X3, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, onun vəkili İbrahimov Ramiz Hilal oğlunun, ilk və qarşılıqlı iddialar üzrə cavabdeh “Narm” məhdud məsuliyyətli cəmiyyətinin direktoru X2 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2(012)-1523/2020 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2(012)-1523/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı cavabdehlər “Narm” məhdud məsuliyyətli cəmiyyətinə və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin mülkiyyətçisi kimi tanınması və mənzilin təhvil verilməsi tələbinə dair ilk iddia qismən təmin edilmiş, “Narm” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh1 arasında olan 24 avqust 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, “Narm” məhdud məsuliyyətli cəmiyyətinin üzərinə Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında çoxmərtəbəli yaşayış evinin 6-cı mərtəbəsinin, ümumi sahəsi 84 kv.metr olan, 2 otaqdan ibarət, 2-ci blok, 66-cı mənzilinin İddiaçı təhvil verilməsi və təmirlə bağlı maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 İddiaçı və “Narm” məhdud məsuliyyətli cəmiyyətinə qarşı mənzilə dair müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.03.2021-ci il tarixli, 2(105)-782/2021 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-1523/2020 saylı, 20.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12.10.2021-ci il tarixli, 2(102)-4793/2021 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 mart 2021-ci il tarixli, 2(105)- 782/2021 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında işə baxılarkən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ərizə ilə müraciət edərək Abşeron Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2(012)-1523/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirib, apellyasiya şikayətindən imtina barədə ərizəsinin təmin edilərək, apellyasiya şikayətindən imtinasının qəbul edilib ona münasibətdə apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətindən imtinanın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk və qarşılıqlı iddialar üzrə cavabdeh “Narm” məhdud məsuliyyətli cəmiyyətinin direktoru X4 apellyasiya şikayətindən imtinanın qəbul edilməsini xahiş etdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ərizəsi təmin edilməli, onun apellyasiya şikayətindən imtinası qəbul edilməli və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, məhkəmə kollegiyasına təqdim edilmiş ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 16.12.2021-ci il tarixli ərizəsindən görünür ki, “Narm” məhdud məsuliyyətli cəmiyyətinin ilə aralarında mübahisəli mənzillə bağlı razılaşma olduğundan Abşeron Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2(012)-1523/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirərək ona münasibətdə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2(012)-1523/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina barədə ərizəsinin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətindən imtinası qanuna zidd deyildir, hər hansı bir şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətindən imtina barədə ərizəsi təmin edilməli, onun apellyasiya şikayətindən imtinası qəbul edilməli və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 369-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRAR A A L D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2(012)-1523/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası barədə ərizəsi təmin edilsin, onun apellyasiya şikayətindən imtinası qəbul edilsin və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar