Məhkəmə qərarları › İş №2(105)-3931/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3931/2021

27.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3931/2021 27.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı tərəfindən Cavabdeh tələb olunan 4872.49 manatdan 3604.20 manat silinməklə 1268 (min iki yüz altmış səkkiz) manat 29 (iyirmi doqquz) qəpik saxlanılması, Cavabdeh 1268 (min iki yüz altmış səkkiz) manat 29 (iyirmi doqquz) qəpik qaz sərfiyatına görə borc və 20,80 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1289,09 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NAB Z********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı İB-yə vurulmuş 3720,99 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 3750,99 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, 4842,49 manat vurulmuş maddi zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 4872,49 manat pul məbləğinin Cavabdeh oğundan məcburi qaydada tutularaq İddiaçı İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 11.06.2018-ci il tarixində T/17818 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və tərəflər arasında imzalanmış, həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********01650 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Smart G-4 İTRON tipli 1502AZ130H6055312 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X5nın tələblərinə əməl etmək) və “X5” nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X5nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında 31.01.2018-ci il tarixli ******* saylı akt əsasında 863,40 manat, 27.02.2018-cu il tarixli ******* saylı akt əsasında 201,60 manat, 30.04.2018-ci il tarixli ******* saylı 878,40 manat, 03.06.2019-ci il tarixli ******* saylı akt əsasında 147,60 manat, 30.08.2019-cu il tarixli ******* saylı 64,80 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 57,60 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 194,40 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 31.05.2020-ci il tarixli ******* saylı akt əsasında 216 manat olmaqla, ümumilikdə 3574,20 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin göstərilən aktlar üzrə borc məbləğindən başqa 2020-cı ilin aprel-may ayları üzrə sərfiyyata görə 145,70 manat borc yaranmış, 2017-ci ilin noyabr ayına 2017-ci ilin noyabr ayına keçən dövrə aid 1,09 manat borcu olmuşdur. İddia ərizəsi məhkəməyə təqdim edildikdən sonrakı dövrdə cavabdehin borcu daha da artmiş, 30.06.2021-ci il tarixə 4842,49 manat təşkil etmişdir. Belə ki, 01.04.2020ci il tarixdə quraşdırılmış Ester G-4T Diafraqma tipli, 12529597 nömrəli mexaniki qaz sayğacı ilə 2020-ci ilin iyun-dekabr ayı üzrə 754,50 manat sərfiyyat borcu, 2020-ci ilin iyul ayında 11,80 manat yeni tarifə keçidlə bağlı yaranmış borc 754,50+11,80 manat= 766,30 manat, 2021-ci ilin yanvar-may ayı üzrə 324,60 manat sərfiyyat borcu, 2021-ci ilin mart ayında 30,20 manat yeni tarifə keçidlə bağlı yaranmış borc 324.60+30,20 manat= 354,80 manat olmaqla 766,30 manat + 354,80 manat = 1121,10 manat sərfiyyat borcu yaranmışdır. Ümumi olaraq 3574,20 manat (aktlar üzrə)+145,70 manat (ilkin iddia tələbində qeyd edilmiş sərfiyyat borcu)+ 1121,10 manat (sərfiyyat borcu-06/2020-05/2021 tarixi üzrə)+1,09 (əvvəlki tarixə borc) + 0,40 manat (06/2020-ci il üçün GPG16055312 saylı smart sayğac üzrə borc) = 4842,49 manat borc yaranmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi Ç.N.Dibirov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. İddiaçı ilə abonent Cavabdeh arasında 11.06.2018-ci il tarixində T/17818 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və tərəflər arasında imzalanmış, həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********01650 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Smart G-4 İTRON tipli 1502AZ130H6055312 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh daima saygaca müdaxilə etmişdir. Bu müddət ərzində heç bir ödəniş etməmişdir. Məhkəmə tərəfindən birinci aktın nəzərə alınmasını düzgün hesab etmirlər. Odur ki, Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli 2(012)- 3911/2021 saylı qətnaməsinin iddianın rədd edilən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi Z.R.Qurbanov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərək, cavabdeh tərəfindən iddiaçıya ziyanın dəyməsinin tam sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi Ç.N.Dibirovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materialarında olan 31.01.2018-ci il tarixli ******* saylı akt əsasında 863,40 manat, 27.02.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat, 30.04.2018-ci il tarixli ******* saylı 878,40 manat, 03.06.2019-cu il tarixli ******* saylı akt əsasında 147,60 manat, 30.08.2019-cu il tarixli ******* saylı 64,80 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 57,60 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 194,40 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 31.05.2020-ci il tarixli ******* saylı akt əsasında 216 manat olmaqla, ümumilikdə 3574,20 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Cavabdeh 01.04.2020-ci il tarixdə quraşdırılmış Ester G-4T Diafraqma tipli, 12529597 nömrəli mexaniki qaz sayğacı ilə 2020-ci ilin aprel-may ayları üçün 145,70 manat sərfiyat borcu, (sərfiyyat borcu- 06/2020-05/2021 tarixi üzrə)+1,09 (əvvəlki tarixə borc) + 0,40 manat (06/2020-ci il üçün GPG16055312 saylı smart sayğac üzrə borc), 2020-ci ilin iyun-dekabr ayı üzrə 754,50 manat sərfiyyat borcu, 2020-ci ilin iyul ayında 11,80 manat yeni tarifə keçidlə bağlı yaranmış borc 754,50 + 11,80 manat= 766,30 manat, 2021-ci ilin yanvar-may ayı üzrə 324,60 manat sərfiyyat borcu, 2021-ci ilin mart ayında 30,20 manat yeni tarifə keçidlə bağlı yaranmış borc 324.60+30,20 manat=354,80 manat olmaqla 766,30 manat+354,80 manat = 1268,29 manat sərfiyyat borcu yaranmış və həmin borc cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər aktlar əsasında hesablanmış zərərin tutulması hissəsində dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsasən formal mülahizələrdir və apellyasiya şikayətinin tələb edilən formada tam təmin edilməsi üçün əsas ola bilməz. İddiaçı tərəf apellyasiya şikayətinin dəlillərini və iddianın tam təmin olunmasını sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı şirkət sayğacdan kənar qoşulma iılə bağlı 3574,20 manat (aktlar üzrə) vurulmuş maddi zərərin Cavabdeh məcburi qaydada tutularaq İddiaçı İB-yə ödənilməsini xahiş etsə də, iddiaçı şirkətin nümayəndəsi iddia ərizəsində göstərilən aktların mötəbər sübut kimi qəbul edilməsi üçün yetərincə sübutlar təqdim etməmiş, kənar qoşulmaları təstiq edən fotoşəkillər və ya video görüntülər,yaxud həmin halı təstiq edən digər sübutlat təqdim edə bilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, adıçəkilən aktlardan istehlakçının xəbərdar edilməsini təsdiq edən sübutlar da məhkəmədə müəyəyn edilmir. Bundan əlavə cavabdehdən işlədilmiş qaz sərfiyatına görə pulun tələb edilməsi, həmçinin həmin dövrlər üçün təbii qazdan qeyri-qanuni istifadəyə görə cərimə borcunun tələb edilməsi məhkəmədə həmin aktların mötəbərliyinə kifayət qədər şübhə yaratdığından, məhkəmə həmin aktları sübut kimi qəbul edilməsini mümkün hesab etmir və qeyd edilənləri məcmu halında qiymətləndirərək məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi aktlar üzrə hesablanmış cərimə borcu tələbi hissəsində rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görsün. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatm enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, İddiaçı təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər(rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir.Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin işlədilmiş qaz sərfiyatına görə hesablanmış ümumilikdə 1268,29 manat borc cavabdehdən iddiaçı təşkilatın xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzdür. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X2 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 27 sentyabr 2021-ci il tarixli 2(012)- 3911/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar