Məhkəmə qərarları › İş №2(105)-399/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-399/2024

29.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-399/2024 29.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi Nümayəndə2, Maraqlı şəxs2 vəkili və nümayəndəsi Vəkil2, onun nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Ərizəçi hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(031)-622/2022 nömrəli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna Dair JN- 0055 KOD 30408058 saylı dövlət Aktında adı səhv yazıldığından həmin hüquqmüəyyənedici sənədin ona, yəni Ərizəçi, Cəlil Cəlilova və Cəmilə Cəlilovaya məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi mülkiyyət hüquqlarından istifadə etmək istəyir. Lakin Torpağıa Mülkiyyət Hüququna Dair JN-0055 KOD 30408058 saylı dövlət Aktında adı və yaxınının adı Ərizəçi yerinə səhvən X2 yazıldığından bu hüquqlarını həyata keçirə bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Xahiş edir ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-0055 KOD 30408058 saylı dövlət Aktında adı səhv yazıldığından həmin hüquqmüəyyənedici sənədin ona, yəni Ərizəçi, Cəlil Cəlilova və Cəmilə Cəlilovaya məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılsın. Şabran Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(031)-622/2022 nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsi, torpağa mülkiyyət hüququna dair JN-0055 KOD 30408058 saylı Dövlət Aktında mülkiyyətçinin adı səhv yazıldığından həmin hüquqmüəyyənedici sənədin Ərizəçi, Cəlil Cəlilova və Cəmilə Cəlilovaya məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir (hakim Çingiz İsgəndərov). Qətnamədən narazı qalan Maraqlı şəxs2 apellyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin 2(031)–622/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və Ərizəçi Şabran Rayon Məhkəməsinə müraciət edərək Torpağa Mülkiyyət Hüququna Dair JN-0055 KOD 30408058 saylı Dövlət Aktında adı səhv yazıldığından həmin hüquqmüəyyənedici sənədin ona, yəni Ərizəçi, Cəlil Cəlilova və Cəmilə Cəlilovaya məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qəbul edilmiş qətnamə ilə razı deyil. Belə ki, məhkəmə tərəfındən işin faktiki olan halları müəyyən edilmədən düzgün nəticəyə gəlməmişdir. Qeyd etmişdir ki, həmin torpaq sahəsi 1999-cu ildən bu günədək onun qanuni istifadəsində olmasına dair dəlilləri var. Pozulmuş hüquqlarını müdafıə edə bilmək məqsədi ilə onun hazırki iş üzrə maraqlı şəxs qismində tanınmaq zərurəti yaranmışdır. Həmin qətnamə onun hüquqlarına toxunmaqla yanaşı həqiqəti aşkara çıxarmaq və tələbə dair münasibətini bildirmək imkanından məhrum etmişdir. Belə ki, tələbin mahiyyətindən də göründüyü kimi həmin torpaq sahəsinin ərizəçiylə bir bağlılığı yoxdur. Torpaq mülkiyyətçiləri (əgər varsa da) tərəfındən iradə ifadəsi kimi 1999-cu ildən son bir ilədək heç bir tələb irəli sürülməməsi aşkar şəkildə ortadadır. Həmin dövr üçün olan torpaq qiymətləri ilə hazırda olan torpaq qiymətlərində fərq yarandığı üçün oxşar addan istifadə edən ərizəçi artıq mübahisə yaratmaq, torpağın onlara aid olmasını göstərmək və təbii ki, sonradan icarə verilmiş kimi bəhanə etməklə pul tələb etmək bəhanəsidir. Məhkəmə tərəfindən işin ədalətli şəkildə araşdırılmaması, torpaq sahəsinə baxış keçirməməsi, vergilər, koordinatlar, faktiki istifadə və bu kimi real hallar araşdırılmadığı üçün əsassız olaraq ərizə təmin edilmişdir. Bunun da nəticəsində bu hissəsində münasibətləri tənzimləyən maddi hüquq normalarını deyil, sırf ərizənin təmin edilməsi yönündə münasibətləri tənzimləyən qanunvericilik aktlarını tətbiq etmişdir. Halbuki, məhkəmə araşdırma nəticəsində ortaya çıxan real vəziyyəti aşkara çıxara bilərdi və həmin torpaq sahəsinin ərizəçilərlə heç bir bağlılığının olması aşkara çıxardı. Bəli həmin torpaq sahəsini o almışdır və bu günədək də istifadə edir. Sənədləşdirməməyinin səbəbi isə başqadır. Lakin ərizəçinin bu torpağa heç bir bağlılığı yoxdur. Burada onun tələb hüququ var və qanunveriçilik də bu münasibətləri tənzimləyəcək kifayət qədər normaları vardır. Torpaq sahibləri əqdin onların üzərinə düşən hissəsində öhdəlikləri icra etməməsi, həmin aktın rəsmiləşdirilməsindən süurlu şəkilda boyun qaçırmalarına (münasibətlərin yarandığı dövr üçün qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsi) əsasən sənədləşdirməmişdir və bu növdən olan maddi hüquq normaları tətbiq edilərək tələbi əsasında məhkəmə tərəfindən müzakirə obyekti olan torpaq sahəsinə çevrilə bilərdi. Qeyd etmişdir ki, maddi hüquq normalarının pozulması hissəsində məhkəmə tərəfindən bunun kimi amillər nəzərə alınmamış və bunun nəticəsində də tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etməmiş və sırf ərizəçinin mövqeyinə uyğun qətnamə çıxarmışdır. Həmin torpaq sahəsi tərəfindən istifadə edilməklə yanaşı orada tərəfindən yaxşılaşdırma işləri görülmüş, şəxsi vəsaiti hesabına həmin torpaq sahəsində su-artezian quyusu qazdıraraq onu faydalı şəklə gətirməklə yanaşı torpaq sahəsinin abadlaşdırılması üçün istifadə etmişdir. Hər il torpaq sahəsi üçün müəyyən edilmiş ödənişləri həyata keçirmişdir. Artıq torpaq sahəsi hazır vəziyyətə gətirildiyi üçün, mövcud qiymətlərdə qiymət artımı müşahidə edildiyi üçün ərizəçi fürsətdən istifadə edərək ad oxşarlığından istifadə edərək torpağı mənimsəmək və sonradan ona qarşı mübahisələr yaratmaqdır. Lakin məhkəmə tərəfindən bu hissələrə qiymət verilmədən işin birtərəfli, yəni ərizəçinin mövqeyindən çıxış etməsinə şərait yaratmış və nəticədə qərəzli qətnamə ilə işə yekun vurulmuşdur. Tərəfindən torpaq sahəsi faktiki olaraq istifadə təyinatına uyğun istifadə edilir. Bu sahiblik dövlət tərəfindən qorunur və qanunveriçiliklə tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi bu münasibətləri tənzimləməklə qanunvericilikdə nizamlanmasını təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs2 vəkili və nümayəndəsi Vəkil2 və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi və onun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmadığından Şabran Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(031)-622/2022 nömrəli qətnaməsi ləğv edilərək, ərizə baxılmamış saxlanılmalıdır. İş materiallarında olan AZ-İ seriyalı 383691 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X3 24 yanvar 2008-ci ildə nikahlarınırəsmi qeyd etdirmişlər. İş materiallarında olan İİ-BP seriyalı 392078 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx xxxx 1987-ci ildə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 28 mart 2022-ci il tarixli məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş Torpağıa Mülkiyyət Hüququna Dair JN-0055 KOD 30408058 saylı dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad, soyad və ata adlarının yazlışında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan Torpağıa Mülkiyyət Hüququna Dair JN-0055 KOD 30408058 saylı dövlət Aktından görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 10 iyul 1998ci il tarixli 04 saylı qərarına əsasən X1, Cəlilov Cəlilin və Cəlilova Cəmilənin mülkiyyətinə kənd təsərrüfatı məqsulları istehsalı məqsədi ilə 1.55 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağıa Mülkiyyət Hüququna Dair JN-0088 KOD 30408058 saylı dövlət Aktından görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli 04 saylı qərarına əsasən Ərizəçi İbrəhim qızının, Cəlilov Daşdəmir, Cəlilova Nərgizə, Cəlilov Nərimanın mülkiyyətinə kənd təsərrüfatı məqsulları istehsalı məqsədi ilə 2.06 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Şabran Rayon Rəhimli Bələdiyyəsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosuna ünvanladığı 27 fevral 2024-cü il tarixli, 27 saylı məktubdan görünür ki, Şabran Rayon Padar kənd ərazisində yerləşən JN-055, Kod 30408058 nömrəli Cəlilova Gülsafa, Cəlilov Cəlil və Cəlilova Cəmiləyə məxsus Torpağa Mülkiyyət Hüqquna dair Dövlət Aktı ilə JN-088, Kod 30408058 nömrəli Ərizəçi, Cəlilov Daşdəmir, Cəlilov Nəriman, Cəlilova Nərgizəyə məxsus Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ayrı-ayrı sənədlərdir. Azərbaycan Respublikası MPM-in 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 306.4-cü maddəsin əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Apellyasiya şikayətinin dəlillərində göründüyü kimi maraqlı şəxs iki müxtəlif dövlət aktında göstərilən torpaq sahələri üzrə mülkiyyətçilərin adlarının düzgün yazıldığını mübahisələndirir.Buna görə ərizəçi ümumi əsaslarla iddia icraatı qaydasında qaldırdığı məsələi mübahisəlndirə bilər. Həmin Məcəllənin 384.0. və 384.0.5-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs2 apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(031)-622/2022 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən olunmasına dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar