Məhkəmə qərarları › İş №2(105)-402/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-402/2025

22.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-402/2025 22.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X34 və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14, X5 iştirakı ilə, İddiaçı cavabdeh Qusar rayon Notariat Ofisinə qarşı vərəsəlik və mülkiyyət hüquqları haqqında şəhadətnamələrə əsas olmuş qeydlərə düzəliş edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(029)-1/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Qasımov) İddiaçı cavabdeh Qusar rayon Notariat Ofisinə qarşı vərəsəlik və mülkiyyət hüquqları haqqında şəhadətnamələrə əsas olmuş qeydlərə düzəliş edilməsi tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1278/24 nömrəli, 06 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Məmmədov (sədrlik edən və məruzəçi), L.Rəhimli və A.Süleymanova) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 dekabr 2024-cü il tarixli qərarı ilə (Z.Babayev (sədrlik edən və məruzəçi), Z.Əliyev və V.Baxışova) iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1278/2024 nömrəli, 06 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və mülki iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alımışdır. İŞİN HALLARİ İddiaçı cavabdeh Qusar rayon Notariat Ofisinə qarşı vərəsəlik və mülkiyyət hüquqları haqqında şəhadətnamələrə əsas olmuş qeydlərə düzəliş edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayon notariat kontoru tərəfindən ***-**** olan vərəsəlik işinin materiallarında reyestrdə 2V-210 ilə qeydə alınmış 05 noyabr 2014-cü il tarixdə İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə və Azərbaycan Respublikasının Əmlak Məsələləri dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Ərazi İdarəsi tərəfindən miras əmlaka dair 14 noyabr 2014-cü il tarixli Seriya ******* saylı mülkiyyət hüququ haqqında verilmiş çıxarışa əsas olmuş qeydlərindən ½ hissəsi qeyd sözlərinin çıxarılması və cavabdehlərin üzərinə düzəlişləri olunmuş yeni vərəsəlik haqqında şəhadətnamənin və mülkiyyət haqqında çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09 sentyabr 1996-cı il tarixdə ünvan 1i icra nümayəndəsi tərəfindən təsdiq edilmiş 186 nömrə ilə qeydə alınmış vəsiyyətnamə ilə 1910-cu il təvəllüdlü 86 yaşlı X24 vəfat anında ona məxsus bütün əmlakını Bakıda yaşayan (vəfat etmiş oğlu X15 oğlu olan) nəvəsi İddiaçı vəsiyyət etmişdir. Vəsiyyətnamə 1996-ci il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəllənin 1964-cü ilin redaksiyasında olan 537-ci maddənin 2-ci hissəsinə və 538-ci maddəsinə istinadən icra olunmuşdur. xx.xx.2006-ci ildə X2 rayonu Urva kəndində vəfat etmişdir və ölümündən sonra vəsiyyətnaməyə əsasən onun bütün əmlakı onun nəvəsi İddiaçı tərəfindən bütövlüklə (tam) faktiki qəbul etdiyindən Qusar rayon notariat kontoru tərəfindən 05 noyabr 2014-cü il tarixdə həmin əmlakın 0.30 ha torpaq və həmin torpaq sahəsində olan yaşayış evinin ½ hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, onun əsasında 14 noyabr 2014-cü il tarixli seriya ******* saylı mülkiyyət hüququ haqqında çıxarış verilmişdir. X10 miras kütləsinə olan əmlakın yerdə qalan ½ hissəsi məcburi payın verilməsi üçün cavabdeh tərəfindən açıq saxlanılmışdır. Miras qalmış əmlakı faktiki olaraq bütövlüklə vəsiyyətnaməyə uyğun şəkildə İddiaçı qəbul etmiş, yiyəlik etmiş və qəbul edilməsi açıq nümayiş olunmuşdur. Lakin, cavabdeh tərəfindən əsassız olaraq iş üzrə tətbiq olunmayan yeni 2000-ci ildə qəbul olunmuş Mülki Məcəllənin müddəasını tətbiq etdiyindən ½ hissəsi məcburi pay kimi açıq saxlandığından İddiaçı vərəsəlik hüququ pozulmuşdur. Cavabdeh hazırda mübahisələndirilən qeydlərin düzəldilməsindən imtina etmişdir. Hesab edir ki, bu səbəbdən cavabdeh tərəfindən verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş mirasa dair mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsas olmuş 1/2 hissənin açıq saxlanmasına dair qeydlərin ləğv edilməsi ilə düzəlişlərin aparılması məhkəmə tərəfindən edilməlidir. X24 xx.xx.1996-ci ildə İddiaçı vəsiyyətnaməni vermiş və həmin hüquqi sənədinə əsasən vəsiyyət edən şəxs öz iradəsini bildirmiş və öz əmlaklara və gələcəkdə olan əmlaklara və hüquqlara dair İddiaçı xeyrinə sərəncamını vermişdir. Eyni zamanda digər qanun üzrə vərəsələr vərəsəlik hüququndan məhrum olunmuşdur. Həmin məhrum etmə müddəası vəsiyyətnamənin 2-ci bəndində 1964-cü ildə qəbul olunmuş və xx.xx.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 537-ci maddənin 2-ci hissəsinin əsasında müəyyən olunmuşdur. Qeyd etdiyi kimi, tərəflər arasında hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları 1996-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin müddəaları təşkil edir və buna görə də iş üzrə həmin maddi hüquq normaları tətbiq olunmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitysiyanm 149-cu maddəsinin 7-ci hissəsinə əsasən qanunun geriyə qüvvəsi yoxdur. Şəhadətnamə 1996-ci ildə verildiyindən həmin hüquqi münasibətlər 1964-cü ildən xx.xx.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin müddəaları ilə tənzimlənir və tətbiq olunur. Lakin, hazırki şəhadətnamə verildiyi anda tətbiq olunmamalı xx.xx.2000- ci ildə qüvvəyə minmiş və həmin ildən sonraya hüquq münasibətlərinə aid olmuş yeni Mülki Məcəlləni tətbiq etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Qusar Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən məcburi paya malik olan şəxslər müəyyən olunmamışdır. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən, (Vərəsəliyin açılması) “vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.” qeyd etdiyi kimi, məcburi paya malik olan şəxslər məhkəmə prosessində müəyyən olunmadığından, məcburi pay açıq saxlanılmamalı idi və açıq saxlanılsa da iddiaçıya heç bir aidiyyəti yoxdur. Çunki, nə maddi nə prosessual hüquq normaları ilə müəyyən olunmuş qayda tərəfindən X14 məcburi payın sahib olmasına yol verilmir. Qeyd etmək lazımdır ki, dəfələrlə məhkəmə iclaslarında Sumqayıt Apellyasiya Məhkəmə Mülki Kollegiyalarında iddiaçı X25 bildirmişdir ki, miras olan evin və torpağın onun yaşadığı evin və torpağın arasında hasar var. Osman öz evində qonşuluğunda yaşayır. Arifin evinə və torpağına nəzarət etmir və orada olmur. Torpağında olmur, becərmir, əkmir. Miras olan evdə onun əmlakı yoxdur. Orada cavabdeh İddiaçı məxsus əmlakı var. X16 (İddiaçı anası) 1994-cü ildən bu günədək yaşayır. Bu ev 1963-cü ildə özü və əri X17 torpaq üzərində inşa etdiyi evdir. Bu səbəbdən rəhmətlik X23 bu evi və torpağı öz vəfat etmiş oğlu Şərifin oğlu Arifə vəsiyyət etmişdir. Göründüyü kimi, iddiaçı X26 qeyd olunan vərəsəliyə dair subyektiv hüququ olmayan şəxsdir. Onun mövcud olmayan və buna görə də pozulmamış hüququnun və qanunla qorunmayan və müdafiə olunmayan iddiası məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarına riayət və tətbiq etməklə müdafiə olunmamışdır. Məhkəmənin əmlak bölgüsü ilə bağlı mübahisənin olması əsassızdır, ona görə ki, miras olan əmlak vəfat etmiş Səlmi Şərifova tərəfindən bütövlükdə İddiaçı vəsiyyət olunmuş, bütün vərəsələr həmin vəsiyyətnamə ilə vərəsəlik hüququndan məhrum olunmuşlar. Eyni zamanda məcburi paya malik olan şəxslər mövcud deyil. Məhkəmənin Mülki Məcəllənin (xx.xx.2000-ci il) 1200-cü maddəsinə istinad etməsi əsassızdır və qeyd olunan maddi hüquq normalarını pozur. Ona görə ki, əgər yeni qanun geriyə tətbiq olunsa onda vərəsə İddiaçı miras kütləsinə dair vərəsəlik hüququ pozulmasına gətirir, çünki qanun üzrə vərəsələrin məcburi paya hüququ açılır. Qanun isə bu halda yeni qanunun geriyə tətbiq etməsinin Mülki Məcəllənin (2000-ci il) 7.3-cü maddəsinə əsasən qadağan edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh Qusar rayon Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, X18, X21, X22, Kabaşova Mərziyyə Şahismayıl qızına məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının hazırkı iddia notariat orqanına qarşı yönəldilə bilməməsi, çünki notariat orqanı vərəsəlik hüquq münasibətinin iştirakçısı deyil, mirasın notarial üsulla bölgüsünü həyata keçirən (mübahisə olmadığı təqdirdə) orqan olması, mirasın bölgüsü ilə bağlı mübahisə olduqda isə bölgünün həyata keçirilməsi üçün məhkəməyə müraciət olunmalı, iddia tələbi isə digər vərəsələrə qarşı yönəlməli olması, qanunvericiliyin tələbinə əsasən vəsiyyətnamənin məzmununa bu və ya digər formada düzəlişlərin edilməsi yalnız vəsiyyətnamə verənin ərizəsi əsasında mümkün ola bilməsi ilə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul etmiş, bu nəticədən narazı qalan iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən gəldiyini nəticəni iddiaçının iddia tələbində həmin düzəlişin edilməsi ilə bağlı daha əvvəl cavabdehə müraciət etməsi, lakin cavabdehin hazırda mübahisələndirilən qeydlərin düzəldilməsindən imtina etməsi barədə göstərdiklərinə diqqət yetirilmədiyi, həmin halı o, cümlədən iddiaçının təqdim etdiyi vəsiyyətnaməyə əsasən miras əmlakın torpaq sahəsi və həmin torpaq sahəsində fərdi yaşayış evinin ½ hissəsini təşkil etməsini, iddiaçıya vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin də qeyd olunan hissədə verilməsinin, həyata keçirilmiş Notariat Ofisinin gəldiyi nəticənin qanuniliyinin Mülki Məcəllənin 64-cü fəslinin, həmçinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın tələbinə uyğun yoxlanılmadığını, iddia tələbinin qanuni əsası kimi qeyd olunan normalara əsaslanmaqla, mübahisənin həlli üçün tələb üzrə miras aktivindən məcburi pay almaq hüququ olan şəxslərin dairəsinin müəyyən edilərək işə cəlb edilməsi, həmin şəxslərin miras əmlakdakı məcburi payının həddinin müəyyən edilməsi, o cümlədən iddiaçının iddia tələbində qeyd etdiyi payının artmasının, yaxud miras kütləsinə tam pay hüququna dair şəhadətnamənin verilməsinin mümkünlüyünü müəyyənləşdirmədən natamam yekun qərar qəbul etməsini, işdə iştirak edən və etməli olan şəxslərin izahatlarını müqayisəli şəkildə tədqiq edib yoxlamaması, həmçinin işdə olan digər sübutlara obyektiv baxıb onlara MPM-nin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından hüquqi qiymət verməməsi və ən əsası məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, iddia tələbini rədd etmək barədə nəticəyə gəlməsini və işə yenidən baxılarkən iddiaçının vəsiyyətnamə üzrə vərəsəlik hüququ ilə yanaşı mirasdan məcburi pay almaq hüququ olan şəxslərin vərəsəlik hüququna, mirası qəbul edib-etməmələri ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməmələri əsasında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarlarında qeyd olunmuş hüquqi mövqeyinə uyğun qiymət verilməli olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Baxılan iş üzrə iddia tələbinin məzmununa əsasən vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilərək miras əmlaka dair bütövlükdə yeni vərəsəlik haqqında şəhadətnamənin və mülkiyyət haqqında çıxarışın verilməsi barədədir. ünvan 1i ünvanında yerləşən **********17-10301 reyestr nömrəli 0,30 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ üzrə X10 adına qeydiyyata alınması və sonuncunun 16 dekabr 2006-cı il tarixdə vəfat etməsi işin mübahisəsiz halıdır. İşdən görünür ki, iddiaçı xx.xx.2006-ci ildə vəfat etmiş nənəsi Səlmi Şərifovanın xx.xx.1996-cı il tarixdə vəsiyyətnamə ilə özünə məxsus Qusar rayon Urva kəndində yerləşən 0.30 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evini ona vəsiyyət etməsini, onun miras əmlakı faktiki olaraq bütövlüklə vəsiyyətnaməyə uyğun şəkildə qəbul etdiyi halda, Qusar rayon Notariat Ofisi tərəfindən xx.xx.2014-cü il tarixdə miras əmlakın ½ hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyini, mirasın qalan ½ hissəsini isə məcburi pay kimi açıq saxlanmaqla (mübahisələndirilən qeydlərin düzəldilməsindən imtina edilməsi) onun vərəsəlik hüququnun pozduğunu və eləcə də mərhum S.Şərifovanın vəsiyyətnamə ilə digər qanun üzrə vərəsələri vərəsəlik hüququndan məhrum etməsini oz iradə ifadəsində bildirməsini əsas gətirərək mövcud tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə kollegiyası ilk növbədə mərhum S.Şərifovanın vəsiyyətnamə ilə digər qanun üzrə vərəsələri vərəsəlik hüququndan məhrum etməsi barədə iddiaçının dəlilinə gəldikdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məlum olduğu kimi, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər (Mülki Məcəllənin 1166-cı maddəsi). Həmin Məcəllənin 1176-cı maddəsində müəyyən olunmuş qaydaya görə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Qeyd edilməlidir ki, vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması vəsiyyət azadlığı prinsipinə əsaslanır. Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir. Lakin vəsiyyətnamə ilə mirasdan məhrumetmə məcburi pay hüququ olan şəxslərə şamil edilmir. Belə ki, mülki qanunvericilik məcburi pay almaq hüququndan məhrumetmənin yalnız məhkəmə qərarı əsasında həyata keçirilməsini nəzərdə tutur. Qanunverici tərəfindən göstərilən norma ilə vəsiyyət edənə hələ öz sağlığında məhkəməyə müraciət edərək məcburi pay almaq hüququ olan şəxsləri bu hüquqdan məhrum etmək imkanının verilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququ ilə vərəsəlik hüququnda sosial ədalət prinsipi əsasında tarazlığın yaranmasına xidmət edir. Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Göründüyü kimi məcburi pay almaq hüququndan məhrumetmə, ümumi qaydada vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda həyata keçirilə bilər. Bu mənada məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilini əsaslı hesab etmir. Məhkəmə kollegiyası həmçinin iddiaçının tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarını 1996-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin müddəaları təşkil etməsi barədə dəlilini gəldikdə isə qeyd edir ki, mövcud işdə xx.xx.1996-cı il tarixli vəsiyyətnamə deyil, məhz həmin vəsiyyətnaməyə əsasən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarlılığı mübahisə predmeti təşkil etdiyindən, hazırki mübahisəyə 1996-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin müddəaları tətbiq oluna bilməz. İşdən göründüyü kimi mübahisə predmeti təşkil edən əmlak mərhum X19 məxsus olmuş və sonuncu sağlığında özünə məxsus həmin əmlakı nəvəsi İddiaçı vəsiyyət etmişdir. Mərum S.Şərifovanın yeddi övladı olmuş, onlardan biri iddiaçının atası Şərif Şərifov xx.xx.1994-cü ildə, digəri Sonayət Şərifova xx.xx.2023-cü il tarixdə vəfat etmiş, qızları Ruqiyyə, Səlimə, Familə və oğlu Sadişah Şərifovlar isə sağdırlar. Digər sağ olan oğlu Osman Şərifov isə məhkəmə aktına əsasən mirası qəbul etməmişdir. Mövcud tələbi üzrə işə baxan məhkəmə miras aktivindən məcburi pay almaq hüququ olan şəxslərin dairəsinin müəyyənləşdirərək, işə cəlb etməmiş və sonda iddianı rədd etməklə səhv nəticəyə gəlmişdir. Məlum olduğu kimi, Mülki Məcəllənin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq mirasda məcburi pay malik olan şəxslərdir. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümə bağlı sərəncam kimi vəsiyyətin, ölümündən qabaq iki il ərzində edilmiş bağışlamanın) qanunla məhdudlaşdırılmasıdır. Bu imkan başqa şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Bu məhdudiyyətlərdən biri də mülkiyyətçinin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) miras əmlakdan almalı olduqları minimum aktivdir – məcburi paydır. Başqa sözlə, miras qoyan öz əmlakını istədiyi şəxsə özgəninkiləşdirmək və ya vəsiyyət etmək hüququ, sadalanan şəxslərin almalı olduqları və qanunla müəyyən edilmiş həddə məhdudlaşdırılır. Beləliklə, şəxs arzu etsə də ölümündən sonra qanunun müəyyənləşdirdiyi yaxınlarına çatmalı olan miras dəyərlərini başqa şəxslərə verə və ya qanunun nəzərdə tutduğundan fərqli nisbətlərdə paylaşdıra bilməz. Lakin iddiaçıya vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaminin verilməsi zamanı isə Notariat Ofisi Mülki qanunvericilin və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın tələblərini pozmuşdur. Nəzərə alınmalıdır ki, vərəsəlik şəhadətnaməsi, onda vərəsə kimi qeyd olunmuş şəxsin, şəhadətnamədə göstərilmiş vərəsəlik hüququnu təsdiq edən rəsmi sənəddir. Buna görə də vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Vərəsəlik şəhadətnaməsinin verilməsi qaydaları "Azərbaycan Respublikasında notariat hərəkətlərinin həyata keçirilməsi qaydaları haqqında" AR Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş Təlimat ilə tənzimlənir. Təlimata əsasən, vərəsələrin ərizəsi üzrə mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında onlara keçən əmlaka vərəsəlik hüququ haqqında vərəsəlik şəhadətnaməsi verir. Vərəsəlik şəhadətnaməsi vərəsələrə miras açıldığı gündən altı ay keçdikdən sonra verilir. Beləki, miras əmlak yalnız bütün vərəsələr arasında bölüşdürüldükdən sonra onlar öz paylarına hüquqlarını təsdiq edən şəhadətnamə alırlar. Vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etmiş vərəsələrdən başqa vərəsə olmadığı haqqında notariusda tam məlumat olarsa, vəsiyyət şəhadətnaməsi altı aydan tez verilə bilər. Vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamə verərkən notarius miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olub-olmadığını, vərəsəliyin açıldığı vaxtı və yeri, şəhadətnamə verilməli əmlakın tərkibini və olduğu yeri, mirasda məcbur paya hüququ olan şəxslərin olub-olmadığını, vəsiyyətnamənin ləğv edilib-edilmədiyini, dəyişdiribdəyişdirilmədiyini sübutlar tələb etməklə diqqətlə aydınlaşdırmalı, eləcə də bu cür şəhadətnamənin verilməsi zamanı notarius vəsiyyətnamənin vərəsə tərəfindən təqdim olunmuş əsl nüsxəsini və dublikatını notariat ofsində saxlamalıdır. Göründüyü kimi iddiaçıya vəsiyyət üzrə şəhadətnamə verilərkən həmin hallar notarus tərəfindən diqqətlə yoxlanılmamış (mirasda məcbur paya hüququ olan şəxslərin dairəsi aydınlaşdırılmamış), nəticədə iddiaçıya mirasdan vəsiyyət üzrə alacağı pay şəhadətnamədə düzgün müəyyən edilməmişdir. İddiaçının nümayəndəsi Vəkil məcburi pay hüququna malik olan şəxslərin bu hüquqlarını itirməsi barədə dəlilinə gəldikdə isə məhkəmə kollegiyası cavabdeh Osman Şərifova münasibətdə razılaşsa da, digərlərinə münasibətdə isə əsassız hesab edir. Belə ki, istinad olunan Qusar Rayon Məhkəməsinin 2(029)-718/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin iş üzrə Osman Şərifovdan başqa digər məcburi vərəsələr həmin işdə iştirak etməmişlər. Qeyd olunan məhkəmə aktı hazırki iş üzrə Osman Şərifov istisna olmaqla digər məcburi vərəsələrə münasibətdə MPM-nin 82.3 və 233.3-cü maddələrinin tələbləri baxımından preyudisiya yaratmır. Məcburi vərəsələrdən Familə, Səlimə, Ruqiyyə və Şadişah Şərifovun əvvəlki (2(029)- 718/2019 nömrəli) işdə olan notarial təsdiqli ərizələrinə münasibətdə isə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 1202-ci maddəsində mirasdan məcburi pay almaq hüququ olan vərəsənin özünün bu hüququndan imtina etmək hüququ nəzərdə tutulmuşdur. Şəxsin başqası tərəfindən məcbur edilmədən öz ifadəsinə əsaslanan bu bu imtinası məcburi pay almaq üzrə öz hüququna xitam verilməsinə və həmin paya digər şəxsin hüquq əldə etməsinə qanuni əsasdır. Qəbulundan imtina edilmiş pay isə vəsiyyət üzrə digər vərəsəyə (vərəsələrə) keçir. Başqa sözlə, məcburi pay almaq hüququ olan şəxsin bu payı almaqdan imtinası digər vərəsələrin məcburi payının artırılmasına səbəb olmur. Lakin bu zaman o da nəzərə alınmalıdır ki, məcburi payın qəbul edilməsi və ondan imtina olunması, ümumiyyətlə, mirasın qəbul edilməsi və ondan imtina olunması üçün müəyyən edilmiş vaxt ərzində mirasın açıldığı yerdəki notariat ofisinə yazılı ərizə verməklə həyata keçirilməlidir. Mirasın qəbulundan imtina müddəti Mülki Məcəllənin 1256-cı maddəsi ilə tənzimlənir. Bu maddədə payın qəbul edilməsindən imtina edilməsi həmin paya malik olan şəxsin vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində miras payının qəbulundan imtina edə bilər. Baxılan işdən göründüyü kimi miras S.Şərifovanın xx.xx.2006-cı ildə ölümü ilə açılsa da Osman Şərifov istisna olmaqla yuxarıdakı digər məcburi vərəsələr, o cümlədən Familə, Səlimə, Ruqiyyə və Şadişah məcburi pay hüquqlarından Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş müddətdə imtina etməmişlər. Nəzərə alınmalıdır ki, maddədəki üç aylıq müddət kəsici müddət olduğundan vərəsənin bu müddətin ötürməsi artıq ona mirasdan imtina etməyə imkan vermir. Sonuncuların ərizələri isə mirasın açıldığı andan deyil, xx.xx.2019-cu il tarixdə verildiyindən, bu onların miras paylarından imtina kimi qəbul edilə bilməz. Digər məcburi vərəsə Sonayət Şərifova (Əhmədova) isə 2023-cü ildə vəfat etdiyindən, hazırki işin xx.xx.2020-ci ildən icraatda olduğu nəzərə alaraq mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd olunmuş hüquqi mövqeyə uyğun qiymət verilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununl bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsidir. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. ...miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. ...mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir”. Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarına görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilir və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bu, o deməkdir ki, miras əmlakın Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq bölüşdürülməsi üçün əsas şərt vərəsənin mirası qəbul etməsi yox, onun mirasdan imtina etməməsidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Sonayət Şərifova sağlığında anasından miras qalmış əmlakdan imtina etmədiyindən, onun mirasda məcburi payı qanun üzrə vərəsəsi Kabaşova Mərziyyə Şahismayıl qızına keçmiş olur. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır (Mülki Məcəllənin 1274, 1275-ci maddələri). Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, mərhum S.Şərifovadan miras qalmış (Qusar rayonu, Urva kəndində yerləşən 0.30 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi) əmlakda məcburi vərəsələrin payları onların qanun üzrə əldə edəcəkləri 1/7 payın yarısı, yəni 1/14 olduğundan, məcburi vərəsələr X18, X21, X22, (X3 vərəsəsi) Kabaşova Mərziyyə Şahismayıl qızı və X5 hər birinin 1/14 pay olmaqla, ümumilikdə 5/14, mirasdan məhrum olmuş Osman Şərifov və iddiaçının mərhum atası Şərif Şərifovun hər birinin (1/14+1/14=2/14) payı vəsiyyət üzrə İddiaçı 1/2 payına əlavə edildikdə, sonuncunun miras əmlakda payı (7/14+2/14=9/14) təşkil edir. Bu baxımdan məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan mövqeyini və qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Qusar rayon Notariat Ofisi tərəfindən xx.xx.2014-cü il tarixli vəsiyyət üzrə vərəsəlik şəhadətnamə və onun əsasında verilmiş xx.xx.2014-cü il tarixli çıxarış ləğv edilməli, X1 miras qalmış Qusar rayonu, Urva kəndində yerləşən 0.30 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 9/14 pay hissəsinə İddiaçı, 1/14 pay hissəsinə X4, 1/14 pay hissəsinə X7, 1/14 pay hissəsinə X8, 1/14 pay hissəsinə Kabaşova Mərziyyə Şahismayıl qızının, 1/14 pay hissəsinə X5 miras payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Qusar rayon Notariat Ofisi tərəfindən xx.xx.2014-cü il tarixli vəsiyyət üzrə vərəsəlik şəhadətnamə və onun əsasında verilmiş xx.xx.2014-cü il tarixli reyestr çıxarışı ləğv edilsin. X1 miras qalmış Qusar rayonu, Urva kəndində yerləşən 0.30 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 9/14 pay hissəsinə İddiaçı, 1/14 pay hissəsinə X4, 1/14 pay hissəsinə X7, 1/14 pay hissəsinə X8, 1/14 pay hissəsinə Kabaşova Mərziyyə Şahismayıl qızının, 1/14 pay hissəsinə X5 miras əmlakda payları müəyyən edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısında dəyişiklik etməklə Qusar rayonu, Urva kəndində yerləşən 0.30 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 9/14 pay hissəsinə İddiaçı, 1/14 pay hissəsinə X9, 1/14 pay hissəsinə X11, 1/14 pay hissəsinə X12, 1/14 pay hissəsinə Kabaşova Mərziyyə Şahismayıl qızına, 1/14 pay hissəsinə X13 paylarına uyğun yeni çıxarışın verilməsi həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar