Məhkəmə qərarları › İş №2(105)-4026/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-4026/2021

27.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-4026/2021 27.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, vərəsəlik hüququnun tanınması, mirasda payın müəyyən edilməsi və mirasın paylara bölünməsi tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(060)- 4794/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakim A.İ.İsmayılov) iddianı təmin etmənin ləğv edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(060)-4794/2021 saylı qərardadı ilə Sumqayıt şəhəri, Corat qəsəbəsi 279 saylı fərdi evin üzərinə qoyulmuş həbsin götürülməsini qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4794/2021 saylı, 12 avqust 2021-ci il tarixli qərardadı ilə iddianı təmin etmə tədbiri barədə ərizə qismən təmin edilmiş, Sumqayıt şəhəri, Corat qəsəbəsi 279 saylı fərdi evin üzərinə həbs qoyulmuş, ərizə qalan hissədə rədd edilmişdir. Hal-hazırda Cavabdeh2 ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4794/2021 saylı, 12.08.2021-ci il tarixli qərardadı ilə Sumqayıt şəhəri, Corat qəsəbəsi 279 saylı fərdi evin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək mərhum əri X2 məxsus miras əmlakın ona aid hissəsindən imtina olunması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı eyni zamanda məhkəməyə ərizə ilə müraciət edərək mübahisəli Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanda yerləşən 279 saylı evin üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hal-hazırda həmin iş üzrə mübahisə həll edilmiş və qətnamə qəbul olunmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən Sumqayıt şəhər Məhkəməsinin qərardadı ilə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi evin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATİ: İddiaçı şikayəti onunla əsaslandırmışır ki, ərizəyə baxan hakim Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən əvvəllər qaldırılmış iddia ərizəsinin geri götürülməsini və ərizənin baxılmamış saxlanılmasını formal olaraq əsas götürmüşdür. Hazırda o, vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəmişdir. Yenidən məhkəməyə müraciət etmişdir. Mübahisə olunan əmlaka həbs qoyulmasa cavabdeh həmin əmlaka sənərcam verə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(060)-4794/2021 saylı qərardadının ləğv edilməsi haqqında yeni qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı şikayətin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh2 şikayətin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh ünvan 2 ünvanlayaraq işlərin sıxlığını nəzərə alıb işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfləri dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4794/2021 saylı, 17.09.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Sumqayıt şəhər 3 saylı Notariat Ofisi, Cavabdeh2 və qeyrilərinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, vərəsəlik hüququnun tanınması, mirasda payın müəyyən edilməsi və mirasın paylara bölünməsi” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Bu Məcəllənin 355-17.3-cü maddəsində nəzərdə tutulmuş qətnamə qəbul edildikdə bank və (və ya) onun aktivləri ilə bağlı əvvəllər qəbul edilmiş iddianı təmin etmə tədbirləri ləğv edilməlidir. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, hazırki mülki iş üzrə iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanıldığından iş üzrə iddianı təmin etmə tədbiri ləğv etməsi barədə gəldiyi nəticəni düzgün hesab edir. Ona görə də, məhkəmə kollegiyası qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 29 oktyabr 2021-ci il tarixli 2(060)- 4794/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar