Məhkəmə qərarları › İş №2(105)-403/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-403/2025

20.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-403/2025 20.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X10 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Toğrul Bəhruz oğlu Axundovun ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4, Cavabdehin nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı "mənzilin təhvil verilməsi" ilə bağlı qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, e-2(012)-957/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı MTK Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MTK tərəfindən ünvan 1 ünvanda tikiləcək yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, 5 otaqlı, ümumi sahəsi 368.4 kv.m olan 83 saylı mənzilin Cavabdeh verilməsi barədə kooperativlə bağlanmış xx.xx.2004-cü il tarixli “Kooperativ binada mənzil tikintisi üçün müqavilə”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda tikilən yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, 5 otaqlı, ümumi sahəsi 368.4 kv.m olan 83 saylı mənzilə dair İddiaçı MTK ilə xx.xx.2004-cü il tarixdə bağlanmış müqavilə öhdəliklərinin MTK tərəfindən icra edilərək Bakı şəhərində həmin ərazidəki mənzillərin dəyərinə ekvivalent mənzilin təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, e-2(012)-957/2023 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) ilk iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. İlk iddia üzrə ilk Cavabdeh Abşeron Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, e-2(012)-957/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, ilk iddia üzrə müqavilənin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi və qarşılıqlı iddia üzrə mənzil tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-160/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Məmmədov – sədrlik edən və məruzəçi, L.Rəhimli və İ.Dəmirov) apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsi, ilkin iddiaçının “müqavilənin etibarsız hesab edilməsi” barədə tələbinin təmin edilməməsi, qarşılıqlı iddiaçının “müqavilə öhdəliklərinin ilkin iddiaçı tərəfindən icra edilərək Bakı şəhərində həmin ərazidəki mənzillərin dəyərinə ekvivalent mənzilin təhvil verilməsi” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə İddiaçı Mənzil Tikinti Kooperativi (vəkil X8) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2024-cü il tarixli, 2(102)-2726/2024 nömrəli Qərarı ilə (hakimlər Zaur Əliyev (məruzəçi), Zəki Babayev və Əhməd Əhmədov) kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-160/2024 nömrəli iş üzrə 23 aprel 2024-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə (ilkin iddianın həllinə dair hissədə) ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh X7 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddia, Əlı̇ yev Fərman Müstəcəb oğlunun "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin təhvil verilməsi” barədə qarşılıqlı iddia tələbinə dair 2(105)-82/2025 nömrəli mülki iş olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 167.2-ci maddəsinə əsasən hakim işi məhkəmədə baxılmağa hazırlayarkən işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir. 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4. Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsləri dinləyərək hesab edir ki, məhkəmənin icraatında olan hər iki iş üzrə iddiaçı tərəf eyni və mübahisə predmeti oxşar olmaqla, o cümlədən posessual qənaət baxımından İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı "mənzilin təhvil verilməsi" ilə bağlı qarşılıqlı iddia tələbinə dair hazırkı 2(105)-403/2025 nömrəli mülki iş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh X7 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddia, Əlı̇ yev Fərman Müstəcəb oğlunun "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin təhvil verilməsi” barədə qarşılıqlı iddia tələbinə dair 2(105)-82/2025 nömrəli mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilməli, mülki işdə 2(105)-82/2025 nömrəsi saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 169.3,169.4, 263- 264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı "mənzilin təhvil verilməsi" ilə bağlı qarşılıqlı iddia tələbinə dair 2(105)-403/2025 nömrəli mülki iş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh X7 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddia, Əlı̇ yev Fərman Müstəcəb oğlunun "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin təhvil verilməsi” barədə qarşılıqlı iddia tələbinə dair 2(105)-82/2025 nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilsin, mülki işdə 2(105)-82/2025 nömrəsi saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar