Məhkəmə qərarları › İş №2(105)-4039/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-4039/2021

20.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-4039/2021 20.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında Maraqlı şəxsnə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 363-cü maddəsinin tələblərinə uyğunluğu məsələsinə məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.A.Məmmədov) İddiaçı Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında Maraqlı şəxsnə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət Cavabdeh adına qeydə alınmış AN 45056 saylı ********** qeydiyyat nömrəli 12 noyabr 2019-cu il tarixli AN 450458 saylı ********** qeydiyyat nömrəli, 12 noyabr 2019-cu il tarixli Çıxarışın və Şəhadətnamələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Zizik kəndində olan 0.41 hektar torpaq sahəsi islahat dövründə 03 avqust 2000-ci ildə onun mülkiyyətinə veriilib. Bir müddət özü bağa baxaraq istifadə edib, sonralar təxminən 2006-cı ildə həmyerlisi olan Cavabdeh istifadə etmək üçün 15 illik icarəyə verib, həmən vaxt onun başqa işləri oldugu üçün vaxtı olmadığından öz razılığı ilə cavabdehə torpaq sahəsini istifadə etməyə vermişdir. Onun ailə üzvləriylə birlikdə 0.41 hektar olan torpaq sahəsinin 0.0541 hektarı əkin sahəsi, 0.3599 hektarı bağ olub. 2006-cı ildə cavabdehə öz mülkiyyətində olan JN 545 kod 30304028 olan 0.41 hektar torpaq sahəsini 15 illik icarəyə verib ki, cavabdeh onun bağ və əkin sahəsindən yalnız istifadə etsin. Aralarında müqavilə imzaladıqdan sonra cavabdehdən torpaq sahəsinin sənədlərini istəyəndə hərdəfə müxtəlif bəhanələr edərək sənədləri verməkdən yayınmışdır. 15 il keçdikdən sonra cavabdehdən torpaq sahələrini və sənədlərini istəyəndə cavabdeh onun torpaq sahəsinə aid olan sənədləri öz adına özəlləşdirdiyi sənədləri göstərərək bildirib ki, sənədlər bunlardı və başqa sənəd yoxdur. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edib, ona məktub vasitəsi ilə imtina gəlmişdir ki, bu torpaq sahəsi mübahisəlidir və çıxarış vardır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəməyə maddi sübutlar təqdim etsədə, məhkəmə onun sübutlarına əsassız baxaraq iddiasını rədd etmişdir. Məhkəmə tərəfindən bir çox maddi normalar pozulmuşdur. Quba Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(027)-2034/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə qət edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və mümkün hesab edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin mümkün hesab olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfləri izahatını dinləyib, aşağıda şərh olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Quba Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında Maraqlı şəxsnə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il qətnaməsinin surəti 28 oktyabr 2021-ci il tarixli məktubla rəsmi qaydada tərəflərə göndərilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 19 noyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilən hallar aradan qaldırıldıqdan sonra şikayəti verən şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Bundan əlavə olaraq iddiaçı A.İ.Aqasiyev məhkəməyə dövlət rüsumu ödədikdə Sumqayıt Apellyasiya Məhkəməsinin hesabına deyil, məhkəmələr hesabına ödənilmişdir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.4 və 8.4.1-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilərkən bu Qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun 50% miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təstiq edən sübutlar əlavə edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun («Avtomobil Yolları» X4 mədaxil mənbələrinə aid edilənlərdən başqa) 25% həmin xidmətləri və hüquqi hərəkətləri təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə onların xəzinə hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 363.3, 366.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Quba Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(027)-2034/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar