Məhkəmə qərarları › İş №2(105)-404/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-404/2023

09.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-404/2023 09.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququ üzrə mübahisələr, mirasın qəbulu müddətinin uzadılması ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X36 və X17 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, tərcüməçi X18, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27, digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mirasın qəbulu müddətinin uzadılması (üçüncü şəxslər: X31 və X32) tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4954/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən üçüncü şəxs X32 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək onun X7mış mirasın qəbulunun gecikdirməyinin səbəbini üzrlü sayaraq miras əmlakın qəbulu üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xalası X33 xx.xx.2021-ci ildə vəfat etmişdir. Xalasından ünvan 1 ünvanda yerləşən 44 saylı mənzil miras qalmışdır. Bununla əlaqədar iddiaçı həmin əmlaka qanun üzrə vərsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Sumqavıt Şəhər 1 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. Cavabdeh iddiaçıya vərərsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Cavabdehin imtinası iddiaçının mirasın qəbulu müddətinin ötürməyilə əsaslandırılmışdır. İddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti üzrlü səbəbdən gecikdirmişdir. Belə ki, o, 2022-ci ilin fevral ayında mirasın qəbulu ilə bağlı Sumqayıt şəhər 3 saylı notariat ofisinə müraciət etmişdir. Sumqayıt Şəhər 3 saylı notariat ofisinin notariusu iddiaçıya birinci növbə vərəsə olmadığından yalnız mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulu üçün müraciət edə biləcəyini bildirmişdir. İddiaçı da bu səbəbdən 13 iyun 2022-ci il tarixdən sonra mirasın qəbulu ilə bağlı Cavabdehnə müraciət etmişdir. Cavabdeh notariusu tərəfindən iddiaçıya imtina məktubu təqdim edilmişdir. Odur ki, hazırki iddia ərizsəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4954/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X21 miras qalmış ünvan 1, 44 saylı mənzilin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilərək uzadılması qət edilmişdir. (hakim Emin Abdullayev). Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini bu cür əsaslandırmışdır ki, iddiaçı, Anna Popkovanın ölümündən sonra mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 6 aylıq müddət bitdiyi vaxtdan cəmi 11 gün sonra notariat orqanına müraciət etmişdir. Belə ki, o həmin 6 aylıq müddət bitdikdən uzun müddət sonra notariusa müraciət etmiş olsaydı, bu onun bildirdiklərinin həqiqiliyinə şübhə ilə yanaşmaq üçün əsas olardı. Lakin hazırkı vəziyyətdə iddiaçının bildirdiklərinin həqiqiliyini şübhə altına almaq üçün hər hansı əsas yoxdur. Həmçinin iş materialları ilə müəyyən edilir ki, Anna Popkovanın iddiaçıdan və üçüncü şəxs Nikolay Popkovdan başqa qohumu yoxdur. Yəni ondan qalan miras əmlak yalnız həmin şəxslər tərəfindən qəbul edilə bilər. Nikolay Popkov isə miras əmlakla bağlı hər hansı iddiasının olmadığını bilmişdir. Belə olan halda məhkəmə iddiaçının miras əmlakın qəbul edilməsi üçün buraxdığı müddətin uzadılmasına hər hansı maneə görmür. Üçüncü şəxs X42 Popkovanın vərəsəsi olduğunu iddia etsə də onun iddiaçı ilə qohumluğu faktı hələ ki, hüquqi cəhətdən öz təsdiqini tapmadığından, onun mirasın qəbulu müddətinin uzadılmasına etirazı əsassız hesab edilməlidir. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1243.1, 1243.2, 1246, 1248.1-ci maddələrinə və “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən üçüncü şəxs X32 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4954/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Qətnamə maddi hüquq normlarının pozulması ilə nəticələnmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən mirasın qəbul edilməsi üçün qanunvericilik altı ay müddət müəyyən etmişdir. Həmin müddət ötürüldükdən sonra mirasın qəbul edilməsi üçün mirasın qəbul edilmə müddəti məhkəmə tərəfindən üzrlü sayılaraq uzadıla bilər. Bu halda vərəsə mirası həmin müddətdə qəbul etməsinə hansı üzrlü halların mane olduğunu əsaslandırmalı və bununla bağlı sübutlar təqdim etməlidir. İddiaçı iddia ərizəsində qeyd edir ki, iddiaçının xalası X33 xx.xx.2021-ci ildə vəfat etmişdir. Xalasından miras qalmış ünvan 1 ünvanda yerləşən 44 saylı mənzilə qanun üzrə vərsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı iddiaçı Cavabdehnə ərizə ilə müraciət etmişdir. Cavabdeh iddiaçıya vərərsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Cavabdehin imtinası iddiaçının mirasın qəbulu müddətinin ötürməyilə əsaslandırılmışdır. İddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti üzrlü səbəbdən gecikdirmişdir. Belə ki, o, 2022-ci ilin fevral ayında mirasın qəbulu ilə bağlı Sumqayıt şəhər 3 saylı notariat ofisinə müraciət etmişdir. Sumqayıt Şəhər 3 saylı notariat ofisinin notariusu iddiaçıya birinci növbə vərəsə olmadığından yalnız mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulu üçün müraciət edə biləcəyini bildirmişdir. İddiaçı da bu səbəbdən 13 iyun 2022-ci il tarixdən sonra mirasın qəbulu ilə bağlı Cavabdehnə müraciət etmişdir. Cavabdeh notariusu tərəfindən iddiaçıya imtina məktubu təqdim edilmişdir. İddia tələbində qeyd olunan halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə digər üçüncü şəxs X31 iddiaçı ilə eyni mövqedə olan şəxsdir və məhz bu səbəbdən o iddianın təmin edilməsinə etiraz etmir. Ona görə də onun ifadəsi mötəbər sübut kimi qəbul oluna bilməz. Məhkəmənin üçüncü şəxs Nadejda Kazimi ilə Anna Papkovanın qohumluq əlaqələrinin hüquqi cəhətdən təsdiq olunmaması barədə mövqeyi ilə bağlı qeyd edir ki, həmin faktı digər üçüncü şəxs X31 məhkəmədə təsdiq etmişdir. Ona görə də məhz Kazimi Nadejda üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Yəni bu işin mübahisəsiz halıdır ki, Kazimi Nadejda mərhum Anna Popkovanın vərəsəsidir. Ona görə də onun mirasın qəbulu müddətinin uzadılmasına etirazı tamamilə qanuni və əsaslıdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X20 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, məhkəmə qətnaməsi qanunsuzdur. Belə ki, mülki qanunvericiliyin tələbinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı tərəf müddətin ötürülməsini səbəbi kimi qeyd edib ki, miras əmlakın qəbulu üçün onlar notariusa müraciət ediblər. Notarius isə onlara bildirib ki, onlar birinci növbəli vərəsə deyillər və 6 ay keçdikdən sonra müraciət edə bilərlər. Lakin bu halı məhkəmədə sübuta yetirə bilməyiblər. İddiaçı iddiasının əsaslarını sübuta yetirə bilməmiş, formal mülahizələrə əsaslanmışdır. İddiaçı bilirdi ki, üçüncü şəxs də miras əmlak üçün notariusa müraciə edib. Lakin miras əmlakı bütövlükdə qəbul etmək təmsil etdiyi şəxsi işdə tərəf qismində qoymayıb. Nadejda Kazimi işə tərəf qismində qətnamədən təsadüfi xəbər tutduqdan sonra cəlb olunmuşdur. O, notariusa vaxtında müraciət etmişdir. Ölüm haqqında şəhadətnamə də onda olub. İddiaçı miras əmlakın qəbulu üçün müddəti ötürüb. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Göstərilənlərə əsasən nümayəndə şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətin dəlilləri əsassızdır. İş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında iştirak etmiş X31 izahatında bildirmişdir ki, xalası X34 öləndən sonra 2 ay keçməmiş 2020-ci ilin fevral ayında Sumqayıt şəhər 3 saylı Dövlət Notariat Kontoruna iddiaçı ilə birlikdə müraciət etmişlər. Notarius birinci növbə vərəsə olmadıqları üçün, ölümdən 6 ay müddət keçdikdən sonra 3 ay ərzində notariusa müraciət edə biləcəklərini onlara izah edib. İddiaçı Rusiya Federasiyasında yaşayır. Notarius tərəfi belə məlumatlandırdığı üçün 6 ayın tamamından 11 gün sonra 1 saylı Notariat Kontoruna müraciət ediblər. Həmin notariusa müraciətin səbəbi vərəsəlik işinin orada açılması olub. Bu zaman da notarius imtina verib ki, müddət ötüb. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşdən aydın olduğu kimi iddiaçı qanunda nəzərdə tutulan 6 ay müddəti cəmi 11 gün ötürmüşdür. Bu gecikmənin səbəbi də notariusun anlaşılmayan izahı olub. Notarius həmin müraciətlə bağlı isə iddiaçıya rəsmi heç bir sənəd verməyib. Məhkəmə işin bütün bu hallarını lazımi və hərtərəfli şəkildə araşdırmış və iş üzrə əsaslı qətnamə qəbul etmişdir. Daha sonra qeyd etdi ki, iddiaçı 2022-ci ilin fevral ayında notariusa müraciət etsə də ona 6 ay müddətində müraciət etməsi barədə rəsmi məktub verilməmişdir. Bundan başqa bildirmişdir ki, iddiaçı mioras əmlakı faktiki qəbul etməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs X31 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Onlar iddiaçı ilə birlikdə ilk dəfə notariusa vaxtında müraciət etmişlər. Notariusun izahı əsasında yəni birinci növbə vərəsə olmadıqlarından 6 ay sonra təkrar müraciətdə artıq müddətin ötürülməsi bildirilmişdir. O, Nadejda Kazimi ilə mərhum Anna Papkova arasındakı qohumluq əlaqələrini tam dəqiq bilmir. Onda olan məlumata əsasən Nadejda mərhum Annanın bacısı qızıdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavadeh Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 1133.1 Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2 Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1 Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1243.1 Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2 Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4954/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən iddiaçı X14 ölümündən sonra harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq ünvan 2 ünvanında qeydiyyatda olan mənzili bütün əmlakına bütün səbəblərə görə vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı iş aparmağı X28 həvalə etmişdir. İddiaçı miras qalmış əmlakın qəbulu ilə bağlı cavabdehə müraciət etsə də cavabdehin xx.xx.2022-ci il tarixli, 918 saylı məktubunda mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsi səbəbindən iddiaçılara imtina cavabı verilmişdir. Həmin məktubdan görünür ki, iddiaçının adından miras əmlakın qəbulu ilə bağlı müraciəti Nikolay Popkov xx.xx.2022-ci il tarixində etmişdir. Cavabdehin Kazimi Nadejdaya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda ona xx.xx.2021-ci ildə vəfat etmiş mərhum xalası X33 ilə qohumluq münasibətini təsdiq edən sənədlərin olmaması səbəbindən aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli Sərəncamı ilə Kazimi Nadejda xx.xx.1937-ci il təvəllüdlü X22 üzərində qəyyum təyin edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X29 xx.xx.2018-ci il tarixli arxiv çıxarışında Şamaxı rayon Cuxuryurd kənd ZDS İcraiyyə Komitəsinin 1951-1953-cü illərin Kirovka kəndinin təsərrüfatbaşına kitablarında X22 mərhum anası X23 təsərrüfatında 1937-ci ildə anadan olması qeyd edilmişdir. Çıxarışda ailə üzvləri kimi Anna Popkova, atası X37 və anası X35 göstərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X29 xx.xx.2022-ci il tarixli arxiv çıxarışına əsasən Şamaxı RİH-nin Çuxuryurd İƏD-si nümayəndəliyinin 1954-1956-cı illərin Kirovka kəndi üzrə Qaytanlanmış təsərrüfatbaşına kitablarında Kirovka kənd sakini şəxsi hesab №-442 olan X19 təsərrüfatında ailə tərkibi aşağıdakı kimi göstərilmişdir: oğlu X25, qızı X30, X26. Doğum haqqında akt qeydi barədə arayışa əsasən X15 xx.xx.1957-ci il tarixdə, Sumqayıt şəhərində anadan olmuşdur. X40 Vasiyeviç, anası X6 qeyd olunmuşdur. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1488 saylı məktubunda göstərilmişdir ki, xx.xx.2021-ci ildə vəfat etmiş X33 ilə X12 bacı olması faktı Dövlət X29 verdiyi xx.xx.2022-ci il tarixli, nömrəli arxiv çıxarışına və SSR Daxili İşlər Nazirliyinin X8 Vəziyyət Aktları şöbəsinin verdiyi ******* əli doğum haqqında şəhadətnaməyə, iddiaçının isə Sumqayıt ZAQS şöbəsinin verdiyi İİİ JQ 448828 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X5 olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətinə əsasən iddiaçı xx.xx.1975-ci ildə anadan olmuşdur. Onun atası X9, anası isə X10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2022ci il tarixli məktubuna əsasən X33 tərəfindən Bakı şəhəri 10 saylı dövlət notariat ofisində 30 iyun 1988-ci il tarixdə K-8-1650 reyestr nömrəli vəsiyyətnaməni Sumqayıt şəhəri 2 saylı dövlət notariat ofisində 05 iyun 1995-ci il tarixdə 2B-2/149 reyestr nömrəli yeni vəsiyyətnamə qoyaraq qismən dəyişdirmişdir və sonuncu vəsiyyətnamənin xx.xx.2022-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Notariat ofisinə ünvanlanmış Nadejda İvanovnanın **********201 saylı ərizəsi ilə müəyyən edilir ki, o, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 2/13A, mənzil 44-də yaşamış və xx.xx.2021-ci ildə vəfat etmiş xalası X21 irs qalmış Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 2/13A, mənzil 44-dən ibarət olan miras əmlakı qəbul etmişdir. Notariat ofisinə ünvanlanmış iddiaçının **********432 saylı ərizəsi ilə müəyyən edilir ki, o, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 2/13A, mənzil 44-də yaşamış və xx.xx.2021-ci ildə vəfat etmiş xalası X21 irs qalmış Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 2/13A, mənzil 44-dən ibarət olan miras əmlakı qəbul etmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 2/13A, mənzil 44 xüsusi mülkiyyətindədir. Ölüm haqqında şəhadətnamələrin surətlərinə əsasən X33 xx.xx.2021-ci, X6 xx.xx.1993-cü ildə, X24 xx.xx.2019-cu ildə vəfat etmişdir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kolegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olaz. Belə ki, iş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 2/13A, mənzil 44 X22 xüsusi mülkiyyətindədir. Ölüm haqqında şəhadətnamələrin surətlərinə əsasən X33 xx.xx.2021-ci ildə vəfat etmişdir. İddiaçı (etibarnamə üzrə nümayəndəsi X31) Cavabdehnə ünvanlanmış 24 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 2/13A, mənzil 44-də yaşamış və xx.xx.2021-ci ildə vəfat etmiş xalası X21 irs qalmış Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 2/13A, mənzil 44-dən ibarət olan miras əmlakı qəbul etmişdir. Cavabdeh İddiaçı ünvanlanmış 24 iyun 2022-ci il tarixli 918 saylı məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X16 miras qalmış 23 iyul 2019-cu il tarixdə vəfat etmiş X3 üzrə çatası paya: Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 2/13, mənzil 44-ə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı X1 Oksana Maqomedovnanın Moskva şəhər notariusunun vediyi 23 may 2022-ci il tarixli, 77/2003-n/77-2022-1-578 nömrəli etibarnaməyə əsasən nümayəndəsi X31 tərəfindən xx.xx.32022-ci il tarixdə Cavabdehnə ərizə ilə müraciəti daxil olmuşdur. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı mirasın qəbulu müddətini ötürmüş, mirasın faktiki qəbulu, ona sahiblik etməsi barədə sübutlar təqdim edilmədiyindən ona qanun üzə vərəsəlik hüququ haqqında şəadətnamənin verilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 40-cı maddəsinin 1-ci bəndinin tələbinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 40-cı maddəsinin 1-ci bəndinin tələblərinə əsasən hərəkətin aparılması qanuna zidd olduqda Notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcələsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2 Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1 Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1243.1 Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2 Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İş materiallarından isə görünür ki, X33 xx.xx.2021-ci ildə vəfat etmişdir. İddiaçı isə 24 iyun 2022-ci il tarixdə vərəsəliyin qəbulu ilə əlaqədar notariat orqanına müraciət etmişdir. Yəni qanunla müəyyən edilmiş müddəti ötürməklə notariat orqanına müraciət etmişdir. Məhkəmə kollegiyası iddiaçının 2022-ci ilin fevral ayında notariat orqanına müraciət etməsi, lakin notariat orqanı tərəfindən 6 ay müddətdən sonra müraciət etməsi və buna görə də qanunla müəyyən edilmiş müddəti ötürmədiyinə dair dəlilini əsassız sayır. Belə ki, iddiaçı buna dair hər hansı bir rəsmi sənəd təqdim etməmişdir. Bundan başqa məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi (vəkili) iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü, lakin üzrlü səbəbdən ötürüldüyünü, eləcə də iddiaçı tərəfindən miras əmlakın faktiki olaraq qəbul edilmədiyini qeyd etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə iddianın təmin olunmasına dair gəlmiş olduğu nəticə ilə razılaşmır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğu üçün təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4954/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4954/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar