Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-408/2024 07.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı Avçı qızının, iddiaçının nümayəndəsi Vəkil, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı Avçı qızının Cavabdeh və üçüncü şəxs Qusar rayonu Notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(029)-618/2023 nömrəli qətnaməsindən İddiaçı Avçı qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Cəlilov) İddiaçı Avçı qızının Cavabdeh və üçüncü şəxs Qusar rayonu Notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı Avçı qızı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Avçı qızı Cavabdeh və üçüncü şəxs Qusar rayonu Notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 28 dekabr 2022-ci il tarixli 4Ə-2687 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu Xürel kəndində yerləşən 1.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ona, yəni İddiaçı Avçı qızına, oğlu Nümayəndə1 və qızı X1 məxsusdur. Onun mülkiyyət payı ½ hissə, oğlu Elmarın və qızı Elnarənin mülkiyyət payları isə ¼ hissə müəyyən olunmuşdur. Cavabdeh da onun oğludur. Onun Xürel kəndində fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi də vardır. Həmin ev əvvəllər ərinə məxsus olmuş, əri vəfat etdikdən sonra isə vərəsəlik yolu ilə onun mülkiyyətinə keçmişdir. O, həmin evdə oğlu Elmar və onun ailəsi ilə birlikdə yaşayır. Digər oğlu, Cavabdeh isə Qusar şəhərində yaşayır. 2022-ci ilin dekabr ayında o, oğlu Elnura artıq qocaldığını, xəstə olduğunu, evi və torpaq sahələrini qızı Elnarə Əskərovaya vəsiyyət etmək istədiyini bildirmişdir. 28 dekabr 2022-ci il tarixdə Elnur onu Qusar rayon Notariat ofisinə aparmış və orada evini və torpaq sahələrini qızı Elnarəyə vəsiyyət etmək üçün hansısa sənədlərə imza etməli olduğunu bildirmişdir. O da ona inanaraq həmin sənədlərə imza etmişdir. Həmin vaxtdan bir müddət keçdikdən sonra Elnurun ona və öz qardaşlarına qarşı münasibəti tamamilə dəyişməyə başlamış və onun bütün əmlaklarının artıq ona məxsus olduğunu bildirmişdir. Həmçinin, onun və oğlu Elmarın ailə üzvləri ilə birlikdə həmin evdən çıxmaqlarını tələb etməyə başlamış, bundan sonra oğlu Elmarın vasitəsi ilə Qusar rayon Notariat ofisinə müraciət etmiş və 28 mart 2023-cü il tarixdə ona məlum olmuşdur ki, oğlu Cavabdeh evi və torpaq sahələrini qızına vəsiyyət etmək adı ilə onu aldadaraq özünün adına olan vəsiyyətnaməyə və bağışlama müqaviləsinə imza etdirmişdir. 29 mart 2023-cü il tarixdə isə o, Qusar rayon Notariat ofisinə müraciət edərək vəsiyyətnaməni ləğv etdirmişdir. Lakin, bağışlama müqaviləsinin ləğv edilməsi üçün Elnurun da Notariat ofisinə gəlib imza etməli olduğunu bildirmişlər. Bundan başqa, ona məlum olmuşdur ki, Elnur onu Notariat ofisinə aparmamışdan əvvəl evin bütün sənədlərini, şəxsiyyət vəsiqəsini evdən gizli şəkildə götürüb aparmışdır. Bundan sonra Cavabdehla onun və digər oğlu Elmar və Elmir arasında mübahisələr yaranmış, Elnur onu və qardaşlarını hədələməyə başlamışdır. Hətta, bir dəfə Cavabdeh yaşadıqları evə gələrək açıq şəkildə onları hədələmiş, onlara hücum çəkmiş, xuliqanlıq hərəkətləri etmişdir. Bununla bağlı Cavabdeh barəsində polisə və prokurorluğa şikayət olunmuş, Elnurun ona məxsus sənədləri və şəxsiyyət vəsiqəsini ondan xəbərsiz aparması da həmin orqanlara bildirilmişdir. Qusar rayon Polis Şöbəsinin İB tərəfindən müraciətləri əsasında araşdırma aparılmış və xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qəbul edilmiş qərar Qusar RPŞ-nin İTB-yə verilmiş, ona isə məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Bununla da, ona açıq şəkildə aydın olmuşdur ki, oğlu Cavabdeh onu aldatmış, onun yaşından, xəstəliyindən və hüquqi savadsızlığından sui-istifadə edərək torpaq sahəsini ələ keçirməklə əsassız şəkildə varlanmışdır. O, 28 mart 2023-cü il tarixdə onunla Cavabdeh arasında bağışlama müqaviləsinin bağlanmasından xəbər tutduğu vaxtdan dərhal sonra Elnura öz etirazını bildirməklə bağışlama müqaviləsini mübahisələndirmiş, ailə üzvləri, digər övladları buna şahiddirlər. Buna cavab olaraq Cavabdeh aqressivləşmiş, yuxarıda qeyd etdiyi qanuna zidd hərəkətlər etmişdir. Cavabdeh onu aldatması həm də onunla təsdiq olunur ki, onun bütün övladları bilirlər ki, o, bütün əmlaklarını qızı Elnarə Əskərovaya vəsiyyət etmək istəyir. Onun Cavabdehla birlikdə notariat ofisinə getməyinin əsas məqsədi də bu olmuş və o oğlu Elnurun onun notariat ofisinə aparmasının səbəbi kimi onun qızı Elnarənin adına vəsiyyətnamə yazmağına kömək etməsini zənn etməyi olmuşdur. Bununla da, onunla Cavabdeh arasında 28 dekabr 2022-ci il tarixli 4Ə-2687 reyestr nömrəli bağışlama müqaviləsi bağlanarkən onun iradə ifadəsi zədələnmiş və ona görə də həmin əqdin etibarsız hesab olunmasını tələb edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Əskərova X5 Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Onun tərəfindən məhkəməyə təqdim olunan sübutlar qiymətləndirilməmişdir. İş materiallarından da göründüyü kimi cavabdeh öz iddia tələbini əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. Onun tərəfindən maddi sübut kimi təqdim olunmuş Qusar RPŞ-nin və prokurorluğun araşdırmaların nəticələri haqqında qəbul edilmiş qərarların surətləri və s. təqdim olunan sübutlar naməlum səbəbdən işə əlavə olunmamış və iş materiallarında yer alan sübutlar qiymətləndirilməmiş, Cavabdeh əsassız mülahizələri əsasında Qusar Rayon Məhkəməsi tərəfindən qətnamə çıxarılmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı Avçı qızı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin 26 oktyabr 2023cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini hazırkı mübahisə üzrə tərəflər arasında bağlanılmış daşınmaz əmlakın bağışlanmasına dair müqaviləsinin etibarlılığını şübhə altına alan halların müəyyən edilməməsi və bağışlanma müqaviləsi bu cür bir əqdin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada həyata keçirilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək bu nəticəni mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Baxılan iş üzrə iddia tələbi bağışlama müqaviləsinin etibarsızlığı barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 339.2-ci maddəsi təşkil edir. Qusar rayonu Xürel kəndində yerləşən 1.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı Avçı qızına, ¼ hissədə Nümayəndə1 və ¼ hissədə X1 məxsus olması, cinayət işinin başlanması haqqında Qusar RPŞ-nin TB-nin xx.xx.2023-cü il tarixli qərarın xx.xx.2023-cü il tarixdə Qusar rayon Prokurorluğu tərəfindən ləğv edilməsi, Qusar RPŞ-nin İB-niın xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati tədbirlər görülməsi üçün təhqiqat orqanına göndərilməklə İddiaçı tələbinin mülki mübahisə olduğundan, məhkəməyə müraciət etməli olmasının izah edilməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məlum olduğu kumi, Mülki Məcəllənin 666.1. maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı). İşdən görünür ki, mübahisəli torpaq sahəsi ½ pay hüququ üzrə İddiaçı, qalan ¼ pay hüquqları isə Elnarə və Nümayəndə1lara məxsus olmuş, o yaşlandığını və xəstə olmasını nəzərə alıb özünə məxsus evi və torpaq sahəsini qızı Elnarəyə vəsiyyət etmək niyyətini Cavabdeh bildirmiş, 28 dekabr 2022-ci il tarixdə oğlu Elnur Qusar rayon Muruq Qışlaq kəndindən yas mərasimindən qayıdarkən onu notariat ofisinə aparmış, orada əmlakını qızı Elnarəyə vəsiyyət niyyətini Elnura əvvəlcədən bildirdiyindən ona inanaraq həmin sənədlərə imza etmişdir. Lakin bir müddət sonra Elnurun ona və öz qardaşlarına qarşı münasibəti tamamilə dəyişmiş, əmlakların hamısının artıq ona məxsus olduğunu bildirərək onun və oğlu Elmarın ailə üzvləri ilə birlikdə həmin evdən çıxmalarını tələb etməyə başlamış, bundan sonra oğlu Elmarın vasitəsi ilə Qusar rayon Notariat ofisinə müraciət etmiş və 28 mart 2023-cü il tarixdə ona məlum olmuşdur ki, oğlu Cavabdeh evi və torpaq sahələrini qızına vəsiyyət etmək adı ilə onu aldadaraq öz adına vəsiyyətnamə və bağışlama müqaviləsinə imza etdirmişdir. Bundan sonra vəsiyyətnaməni ləğv etdirsə də, Elnur Notariat ofisinə gəlmədiyindən müqaviləni ləğv etdirə bilməmiş, məcbur olub polis və prokurorluq orqanlarına şikayət etmiş və nəticədə ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Qeyd olunmalıdır ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada, yəni subyektiv tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə, eləcə də əqdin formasına dair şərtlərlə qruplaşdırılmışdır. Odur ki, hər hansı əqdin, o cümlədən bağışlamanın etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Nəzərə alınmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fəqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Bu Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair 26 aprel 2024-cü il tarixli qərarında da bir daha öz əksini tapmışdır. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyətli məqamlar aradan qaldırılmalıdır. İşdən göründüyü kimi iddiaçı istər iddia ərizəsində, istərsə də polis və prokurorluq oqanlarına müraciətlərində oğlu Cavabdeh tərəfindən aldanıldığı israrla bildirərək, özünə məxsus əmlakları qızı Elnarəyə vəsiyyət etmək niyyətində olduğunu, məhz bu məqsədlə oğlu Elnura inanaraq notariusa gedərək müqaviləyə imza atdığını bildirmişdir. Onun heç vaxt torpaq sahəsini cavabdehə bağışlamaq niyyətinin olmadığını, bu niyyətdə olsaydı aldanıldığını xəbər tutan kimi dərhal Cavabdeh etirazını bildirərək notariat ofisinə gedib vəsiyyətnaməni ləğv etdirməklə, (bağışlamanın ləğvindən isə cavabdeh imtina etmiş) elə həmin günü də hüquq mühafizə orqanlarına müraciət etməzdi. Eyni zamanda xx.xx.2023cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarla razılaşmadığından, həmin qərarın xx.xx.2023-cü il tarixdə ləğvinə nail olaraq istintaqın Cavabdeh barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati tədbirlər görülməsi üçün təhqiqat orqanına göndərilməsi barədə nəticəsindən asılı olaraq məhkəməyə mövcud tələblə müraciət etməsi məhz onun bu müqavilənin bağlanmasında iradə ifadəsinin olmadığını və onun müqavilənin ləğv edilməsində bir daha israrlı olduğuna dəlalət edir. Həmçinin o da vurğulanmalıdır ki, məhkəmənin sorğusu əsasında məhkəməyə göndərilmiş Cavabdeh Qusar RPŞ-nin İstintaq Bölməsinə verdiyi izahatından da görünür ki, anası İddiaçı evi və əmlakını bacısı Elnarə Əskərovanın adına keçirmək istəyi barədə iradə ifadəsini əvvəlcədən ona bildirmiş və anası ilə razılaşaraq birlikdə notariusa getmişlər. Notarius bacısının xarici vətəndaş olduğundan bunun mümkün olmadığını və bundan sonra anasının ona etdiyi təklifi qəbul etdiyini bildirmişdir. Cavabdeh Elnur Əsgərov apellyasiya baxışında bu halı bir daha təsdiq etmiş olsa da, lakin məhkəmə kollegiyasının dəvət olunaraq dindirilən notarius Nümayəndə4 Elnarə Əskərovanın xarici vətəndaş olduğu üçün mübahisəli torpaq sahəsinin ona bağışlanmasının mümkünsüzlüyü barədə iddiaçı ilə heç bir söhbəti olmadığını və Cavabdeh bu izahatının həqiqətə uyğun olmadığını bildirmişdir. Əksinə əmlaklara dair bütün hüquqmüəyyənedici sənədlərin Cavabdeh olduğunu və bir gün əvvəl notariat ofsinə gələrək bacısının adına sənədləşmək üçün hansı sənədlər lazım olduğu barədə ətraflı məlumat əldə etdikdən sonra ertəsi gün 28 dekabr 2023-cü il tarixdə anası İddiaçı götürüb notariuat ofisinə gəlmişdir. Cavabdeh notariusun əməkdaşının notariat əməliyyatlarının aparılması üçün lazım olan sənədlərin siyahısı barədə yazılı məlumatların onda olduğunu, lakin bu onun əleyhinə olacağından ehtiyatlandığını bildirərək həmin sənədləri məhkəmə kollegiyasının təqdim etməkdən imtina etmişdir. Notarius Nümayəndə4 həmçinin qeyd etmişdir ki, başqa işlə bağlı təcili getməli olduğundan həmin vaxt zalda əyləşən İddiaçı yaxınlaşaraq əqdin bağlanmasına etirazının olub-olmadığını aydınlaşdırarkən, həqiqətən də əmlakı kimə bağışlamasını iddiaçıdan soruşmamış, digər ikinci əqd olan vəsiyyətnamə verməsini belə ondan soruşmağı nəzərindən qaçırmışdır. Halbuki, Notariat haqqında Qanunun 45-ci maddəsinə görə notarius qanunvericiliklə nəzərdə tutulmuş hallarda notariat qaydada təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edərkən əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamaq vəzifəsi daşıyır. Həmçinin qeyd etmək lazımdır ki, istər birinci, istərsə də apellyasiya baxışı zamanı cavabdeh torpaq sahəsinin ona bağışlanmasına görə iddiaçıya 5000 manat pul ödənildiyini qeyd etsə də, nəzərə almaq lazımdır ki, bu hal bağışlama müqaviləsinin hüquqi mahiyyətinə və yaratdığı hüquqi nəticəyə ziddir. Ona görə ki, qanunvericilik bu müqaviləni hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməyən əvəzsiz müqavilə kimi müəyyən etmişdir. Bundan başqa tərəflərin də qeyd etdikləri kimi mübahisə predmeti təşkil edən torpaq sahəsi hələ hədiyyə alan tərəfindən qəbul edilməmişdir. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə real müqavilə hesab edilən mövcud bağışlama müqaviləsi Mülki Məcəllənin 666.1. maddəsinin tələbinə uyğun olmamışdır. Göründüyü kimi tərəflər arasında bu müqavilənin bağlanması zamanı iddiaçının həqiqi iradə ifadəsi mövcud olmadığı, əksinə mübahisəli torpaq sahəsini Cavabdeh deyil, məhz qızı Elnarə Əskərovanın adına keçirmək istəyi və bu iradə ifadəsini əqd bağamazdan əvvəl danışıqları zamanı əvvəlcədən cavabdehə bildirməsi, bu məqsədlə də ona inanaraq notariat ofisinə getməsi, lakin müqavilənin cavabdehlə bağlanacağı halda iddiaçının buna razılıq verməyəcəyini bildiyi halda, onu aldadaraq əqdin bağlanmasına nail olması öz təsdiqini tapdığından, müqavilənin etibarlılıq şərtləri, o cümlədən Mülki Məcəllənin 339.2-ci maddəsinin tələbləri pozulmuşdur. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 9 dekabr 2019-cu il və N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli qərarları). Mülki Məcəllənin 339.2. maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Ə.Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.1., 337.2. maddələri). Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisəldirilən bağışlama müqaviləsi iddiaçının iradə ifadəsinin olmaması, aldadılaraq bağlanması öz təsdiqini tapdığından, müqavilənin etibarsızlığına dair iddianın faktiki əsasları Mülki Məcəllənin 339.2-ci maddəsinin dispozitiv şərtləri ilə uzlaşdığından, iddia tələbi tələbi təmin edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı Avçı qızının apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı Avçı qızı ilə Cavabdeh arasında Qusar rayonu Notariat ofisində bağlanmış 28 dekabr 2022-ci il tarixli 4Ə-2687 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-408/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-408/2024
07.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver