Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-409/2021 01.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qərarın ləğv olunması və borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(060)- 7844/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(060)-7844/2019 nömrəli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən həyət evinə dair itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən qəbul edilmiş xx xxxxx 2018-ci il tarixli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 3030 manat borcun silinməsi qət edilmişdir. Qətnamədən Cavabdeh İB apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(105)-494/2020 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh İB kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(105)-494/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. AR Ali Məhkəməsinin 2(102)-3594/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(105)-494/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı Cavabdeh İB-ə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərarın etibarsız hesab edilməsi və həmin qərar əsasında hesablanmış 3030 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərarın ləğv edilməsi, həmin qərar əsasında hesablanmış 3030 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məşədi Əliyev küçəsi, 34 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Cavabdeh İB-nin əməkdaşları ona məxsus həyət evinə gələrək, guya evində olan qaz sayğacına müdaxilə olunması səbəbi ilə xx.xx.2018-ci il tarixli, ******* saylı akt tərtib etmişlər. Həmin akta əsasən ona əsassız olaraq kənar xətt vasitəsilə 15150 kub.metr qazdan istifadə etdiyinə görə 3030 manat vurulmuş ziyanın ödənilməsi üçün borc hesablanmışdır. O, hər hansı kənar qaz xəttindən istifadə etməmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib olunmuş qərar əsassızdır. O, həmin qərarı görməmiş, ona imza etməmişdir. İtirilmiş qazın bərpasına dair qərarda 4 nəfər komissiya üzvləri göstərilsə də, komissiya üzvlərindən Cavid Abbasov və Rəşad Abbasov həmin qərarı imzalamamışlar. Komissiya üzvlərindən Abbas Rüstəmov və Orxan Cabbarlı imzalasalar da, imzalar onlara məxsus deyil. Həmin qərarın tərtib edilməsinə əsas xx.xx.2018-ci il tarixli, ******* saylı akt göstərilsə də, akt xx.xx.2018-ci ildə tərtib olunduğundan onun heç bir hüquqi əsası yoxdur. Belə çıxır ki, qərar sənədlərin saxtalaşdırılması ilə tərtib edilmişdir və etibarsız sayılmaqla ləğv edilməlidir. Cavabdeh İB tərəfindən ona məxsus yaşayış evində təbii X2 xx.xx.2018-ci ilə hesablandığı halda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “X2” n tələblərinə zidd olaraq həmin yoxlamanın nəticələri onun iştirakı olmadan xx.xx.2018-ci ildə, yəni yoxlamadan 3 gün sonra rəsmiləşdirilmişdir ki, bu da qərarda göstərilən pozuntunun qurama, əsassız olduğunu bir daha göstərir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh İB apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hətərəfli araşdırmamış, iddia əsassız olunmasına baxmayaraq qanunsuz qətnamə ilə bu tələb təmin edilmişdir. Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məşədi Əliyev küçəsi, 34 saylı fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Birliyin əməkdaşları tərəfindən yerində ******* saylı, xx.xx.2018-ci il tarixli akt tərtib edilmiş və aktda qeyd olunan nöqsan “ünvana baxış keçirən zaman sayğacdan kənar qaz vintilinin arxasından kənar xəttin istifadə edilməsi açkar edildi" kimi yazılmışdır. Abonentin mənzilinə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısı tutulub akt tərtib edilmişdi. Dövlətə vurduğu ziyan müəyyən edilmiş və xx.xx.2018-ci il tarixli aktla qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 16 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 164 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 16 gün, qış ayları üçün orta günlük iş rejimi 8 saat və hesabat müddəti 164 gün, kombinin maksimal saatlıq qaz sərfi 3m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 16 gün, qış ayları üçün orta günlük iş rejimi 18 saat və hesabat müddəti 164 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 164 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 3030 manat cərimə hesablanmışdır. Vətəndaşlar tərəfindən qaz sayğaclarına müdaxilə halları kütləvi hal almışdır. Sayğaclara müdaxilə hallarının hüquq mühafizə orqanlarının keçirdiyi uğurlu əməliyyat nəticəsində bir neçə dəfə qarşısı alınmış və bəzi şəxslər məsuliyyətə cəlb edilmişdir. Göstərilən faktlar kütləvi informasiya vasitələrində işıqlandırılmışdır. Bu kimi faktlara məhkəmələr tərəfindən səthi yanaşaraq düzgün hüquqi qiymət verilmir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddia isə təmin olunmamalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Apelyasiya baxışında məhkəmə iclasında İddiaçı qətnamənin qanuni olduğunu, buna görə də apelyasiya şikayətinin rədd olunmasını xahiş etdi. O, bildirdi ki, təbii X2nın pozulması haqqında ******* saylı, xx xxxxx 2018-ci il tarixli aktı savadsız olduğu üçün, aktın mahiyyətindən xəbəri olmadan imzalamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan RX ******* saylı reyestrdən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən həyət evinin mülkiyyətçisi xx.xx.2017-ci il tarixdən İddiaçıdur. Yenə iş materiallarında olan təbii X2nın pozulması haqqında ******* saylı, xx xxxxx 2018-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81 məhəllə, 287A saylı evə baxış keçirilərkən qaz xəttinə sayğacdan kənar qoşulma halı aşkar edilmişdir. Akt 4 nəfər əməkdaş, habelə abonent İddiaçı tərəfindən imzalanmışdır. Yenə də iş materiallarında olan Cavabdeh İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri Natiq Qənbərov tərəfindən xx xxxxx 2018-ci il tarixdə təsdiq olunmuş qərarından görünür ki, xx xxxxx 2018-ci il tarixli, ******* saylı akta əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81 məhəllə, 287A saylı evə 15150 kb.metr qazın itirilməsi hesablanmışdır. İşdə olan abonent saldosundan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81 məhəllə, 287A saylı evə 3030 manat borc hesablanmışdır. Yenə işdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)- 6525/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdehnə qarşı iddiası təmin edilmiş, ünvan 1 ünvanında yerləşən həyət evinə dair təbii qazdan istiafdə qaydalarının pozulması haqqında ******* saylı, xx xxxxx 2018-ci il tarixli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 3030 manat borcun silinməsi qət edilmişdir. Yenə də işdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2(105)-3415/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-6525/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş AR Ali Məhkəməsinin 2(102)-1410/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2(105)-3415/2018 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Yenə işə əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(105)-2409/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-6525/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək təbii qazdan istiafdə qaydalarının pozulması haqqında ******* saylı, xx xxxxx 2018-ci il tarixli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 3030 manat borcun silinməsi barədə İddiaçı iddiası rədd edilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6.-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iş üzrə tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, eləcə də iş üzrə Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(060)-7844/2019 nömrəli qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli, ünvan 1 ünvanında yerləşən həyət evinə dair itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən qəbul edilmiş xx xxxxx 2018-ci il tarixli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 3030 manat borcun silinməsi barədə İddiaçı iddiası təmin olunmamalıdır. Məhkəmə iddianı təmin edərkən ona əsaslanmışdır ki, cavabdeh təşkilatın mübahisələndirilən qərarının qəbul edilməsinə xx xxxxx 2018-ci il tarixli, ******* saylı akt əsas olmuşdur. Halbuki, həmin akt xx xxxxx 2018-ci il tarixdə tərtib edilmişdir. Bundan başqa, həmin qərar qəbul olunan zaman komissiyanın üzvləri kimi Cavid Abbasovun və Rəşad Abbasovun adları qeyd olunsa da, onlar qərarı imzalamamışlar və buna görə də iddia təmin olunmalıdır. Məhkəmənin gəldiyi nəticə ilə aşağıda göstərilənlərə əsasən razılaşmaq olmaz. İş materiallarından görünür ki, birinci instansiyası məhkəməsi cavabdeh tərəfindən tərtib olunmuş aktın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın tələblərinin pozulması ilə qəbul edildiyini qeyd etsə də, bu mövqeyini əsaslandırmamışdır. Belə ki, iddiaçı tərəfindən hazırki iddiada həmin akt mübahisələndirilməmiş, halbuki mübahisə predmetini akt əsasında qəbul edilən qərar təşkil etmişdir. Yenə işdən görünür ki, iddiaçı əvvəllər Cavabdeh İB-nin təbii X2nın pozulması haqqında xx xxxxx 2018-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilərək, həmin aktın etibarsız hesab edilməsi və akt əsasında İddiaçı məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məşədi Əliyev küçəsi, 34 saylı fərdi yaşayış evinə hesablanmış 3030 manat məbləğində borcun ləğv edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ciil tarixli qətnaməsi ilə Cavabdeh İB-nin apellyasiya şikayətinin təmin olunmaması, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı həmin iddasının rədd edilməsi qət edilmişdir. Başqa sözlə hazırda xx xxxxx 2018-ci il tarixli, ******* saylı akt qüvvədədir, bu akt isə hazırda ləğv edilməsi tələb olunan xx xxxxx 2018-ci il tarixli qərarın qəbul edilməsinə əsas olmuşdur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. Yenə həmin Qaydaların 6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə iclasında iddiaçı bldirdi ki, aktı savadsız olduğundan və onun mahiyyətini bilmədiyindən imzalamışdır. Məhkəmə kollegiyası onun bu dəlilini inandırıcı hesab etmir. İş materiallarından görünür ki, təbii X2nın pozulması haqqında xx xxxxx 2018-ci il tarixli, ******* saylı akt xx xxxxx 2018-ci il tarixdə təsdiq olunsa da, aktın məzmunundan müəyyən olunur ki, iddiaçının ünvanında baxış xx xxxxx 2018-ci il tarixdə, saat 10:52-də keçirilmişdir. Odur ki, mübahisələndirilən qərarda aktın tarixinin düzgün qeyd olunmamasına dair onu imzalamış iddiaçının dəlili əsassızdır. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus yaşayış evinə sayğacdan kənar qoşulma halı aşkar edilmiş və bu barədə xx xxxxx 2018-ci il tarixli, ******* saylı akt tərtib edilmiş, bu akt abonentin özü tərəfindən imzalanmışdır. Bu akt abonent tərəfindən məhkəmə qaydasında mübahisələndirilsə də, son nəticədə onun ləğv edilməsi barədə tələb təmin edilməmişdir, yəni akt hazırda qüvvədədir. Həmin akt əsasında itirilmiş təbbi qazın dəyərinin hesablanması barədə qəbul edilmiş qərarın ləğv edilməsinə isə heç bir hüquqi əsas qalmamışdır və bu barədə iddia təmin olunmamalıdır. “İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qayadalarının” təsdiq edilməsi haqqında AR DNŞ Şurasının xx xxxx 2011-ci il tarixli, 11 saylı Qərarının 2-ci bəndinə görə Cavabdeh İB Qaydaların öz fəaliyyətində tətbiq olunmasını, eləcə də istehlakçılarla bağlanmış qazın alqı-satqı müqavilələrində nəzərə alınmasını təmin etməlidir. Qaydaların 3-cü bəndinə əsasən bu Qaydalar sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar olunduqda tətbiq olunur. Bu halda, istehlakçı tərəfindən bu hallara uyğun gələn X2nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşmahesabına ödənilir. Ali Məhkəmənin iş üzrə göstərişinə uyğun olaraq müqayisəli təhlil üçün abonent tərəfindən qazdan istifadəyə görə illər üzrə ödəniş cədvəli əldə edilib iş materiallarına əlavə edilmişdir. İş materiallarındakı həmin abonent saldosundan da görünür ki, İddiaçı təbii qazdan istifadə etdiyi 2015-ci il üçün 204 manat, 2016-cı il üçün 202 manat, 2017-ci il üçün 192 manat, 2018-ci il üçün 323 manat, 2019-cu il üçün 399 manat, 2020-ci il üçün 533 manat ödənişlər etmişdir və bu halın özü də 2018-ci ilə qədər sayğacdan kənar qoşulma halını bir daha təsdiq edir. Beləliklə də, bu hallara məcmu halda qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qaz xəttinə onun tərəfindən qanunsuz qoşulma halı baş vermişdir və belə olan halda, qazpaylayıcı itirilmiş qazın dəyərinin hesablanmasında və onu abonentdən tələb etməkdə haqlıdır. Başqa sözlə, məhkəmə kollegiyasının qənaətinə görə ünvan 1 ünvanında yerləşən həyət evinə dair itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən qəbul edilmiş xx xxxxx 2018-ci il tarixli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 3030 manat borcun silinməsi barədə iddia əsassızdır və bu tələb təmin olunmamalıdır. Buna baxmayaraq, məhkəmə mübahisəni hərtərəfli araşdırmamış, qaz xəttinə abonent tərəfindən müdaxilə olunmasını, bu barədə aktın hazırda qüvvədə olmasını, sayğacdan kənar təbii qaz istehlak edilməsini müəyyən etmədən, qanunsuz istehlak edilmiş qazın dəyərinin silinməsi və bu dəyəri müəyyən edən qərarın ləğv olunması barədə düzgün olmayan nəticəyə gəlmişdir. AR MPM-nin 77-ci maddəsinə əsasən sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı məhkəməyə sayğacdan kənar təbii qazdan istifadə etməməsini təsdiq edəcək əsaslı şübhələrdən kənar heç bir legitim və mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təbii qazın dəyərinin hesablanamsı barədə qərarın ləğv edilməsi hissəsində iddia tələbinin əsası sübuta yetirilmədiyindən, bu qərar nəticəsində hesablanmış borcun silinməsi barədə də İddiaçı iddiası təmin oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(060)-7844/2019 saylı qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya və kassasiya şikayətlərinin verilməsi üçün Cavabdeh İB tərəfindən ödənilmiş cəmi 30,80 manat dövlət rüsumu İddiaçı tutularaq ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(060)- 7844/2019 saylı qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Apelyasiya və kassasiya şikayətlərinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş cəmi 30,80 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh İB-yə qaytarılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Elman Rəhimov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-409/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-409/2021
01.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver