Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-410/2022 25.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, ilk iddia üzrə İddiaçı və ilk iddia üzrə cavabdeh Quba Bələdiyyəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Quba Bələdiyyəsi və Quba X1rşı “Quba Bələdiyyəsinin 14.07.2020-ci il tarixli, X4 həmkarlar təşkilatlarının 21,01.2020-ci il tarixli iclasının qərarlarının, Quba Bələdiyyəsinin sədrinin 22.01.2021-ci il tarixli 13 saylı əmrinin və Quba Bələdiyyəsi sədrinin 29.03.2020-ci il tarixli işdən azad edilməsilə bağlı əmrinin ləğv edilməsi barədə” və iddiaçı Cavabdeh1 İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(027)- 894/2021 saylı qətnaməsindən ilk iddia tələbi üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq M ÜƏ Y Y Ə N ETDİ: Quba Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(027)- 894/2021 saylı qətnaməsi ilə ilk iddia tələbi üzrə İddiaçı cavabdeh Quba Bələdiyyəsi və Quba X1rşı iddiası və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddiası təmin edilməmişdir (hakim Rahim Həsənov). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(027)- 894/2021 saylı qətnaməsi qətnaməsinin ilkin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməsi, Quba Bələdiyyəsinin 14.01.2021-ci il tarixli iclas protokolunun 5-ci məsələ ilə bağlı ştat ixtisarı ilə əlaqədar qərarının, X4 həmkarlar təşkilatının 21.01.2021-ci il tarixli iclas protokoluna əsaslanan Quba Bələdiyyəsinin qərarının, Quba Bələdiyyəsi sədrinin 29 mart 2021-ci il tarixli, 28 saylı əmrinin ləğv edilməsi, Quba Bələdiyyəsinin sədri Cavabdeh1 ona qarşı qərəzli mövqeyinə görə haqqında apardığı böhtan kompansiyası, kollektiv arasında qəsdən gözdən salındığına, barəsində həqiqətə uyğun olmayan yalan məlumatlar yayaraq ona vurduğu maddi və mənəvi ziyana görə 10.000 (on min) manat məbləğində təzminat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİ N H A L L A R İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Bələdiyyəsinin 14.01.2021-ci il tarixli iclas protokolunun 5-ci məsələ ilə bağlı ştat ixtisarı barədə qərarının ləğv edilməsi, X4 həmkarlar təşkilatının 21.01,2021-ci il tarixli iclas protokoluna əsaslanan qərarının ləğv edilməsi, Quba Bələdiyyəsi sədrinin 22.01.2021-ci il tarixli 13 nömrəli əmrinin, Quba bələdiyyəsi sədrinin 29.03.2020-ci il tarixli işdən azad edilməyi ilə bağlı əmrinin ləğv edilməsi, Quba Bələdiyyəsinin sədri Cavabdeh1 ona qarşı qərəzli mövqeyinə görə haqqında apardığı böhtan kompaniyası, kollektiv arasında qəsdən gözdən salındığına, barəsində həqiqətə uyğun olmayan yalan məlumatlar yayaraq ona vurduğu maddi və mənəvi ziyana görə 10.000 (on min) manat məbləğində təzminat ödəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı ona vurduğu maddi ziyan məbləği olaraq 15000 (on beş min) manat və ona vurduğu mənəvi ziyan məbləği olaraq 55000 (əlli beş min) manat məbləğində pul vəsaitlərinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında iddiaçı ilk iddia üzrə İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirirdi ki, birinci instansiya məhkəməsinin əsaslandığı hüquq normalarından biri Əmək Məcəlləsinin 70 və 80-ci maddələridir. Məhkəmə Əmək Məcəlləsinin sözügedən maddələrini səhv təfsir etmişdir. Bundan əlavə məhkəmə Əmək Məcəlləsinin 77-ci maddəsini tətbiq etməli olduğu halda etməmişdir. Belə ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin mənasına görə ştatlar ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunmuş əmək stajından asılı olaraq müəyyən müddətdə rəsmi xəbərdar edilməlidirlər. İş materiallarından göründüyü kimi cavabdehlər Quba Bələdiyyəsi və X4 həmkarlar təşkilatı onun vəzifəsi ilə əlaqəli bələdiyyənin məsləhətçi ştatının ixtisar olunması barədə qərar qəbul etməzdən əvvəl onu rəsmi xəbərdar etməmişlər. Digər tərəfdən məhkəmə mübahisəli əqdlərin qəbul edilməsinə səbəbin bələdiyyə sədrinin bələdiyyə kollektivinə qarşı qanunazidd, o cümlədən özbaşına hərəkətləri barədə Quba Bələdiyyəsinin sədrinə, X4 həmkarlar təşkilatının sədrinə və Quba Prokurorluğuna göndərdiyi rəsmi müraciətlərinə qərəzli olduğuna münasibət bildirməmişdir. Cavabdeh Quba Bələdiyyəsinin qanunsuz hərəkətləri barədə onun 2021-ci ilin yanvar ayında ünvanladığı şikayəti əsasında AR ƏN-nin Xaçmaz Regional Ədliyyə İdarəsində aparılmış araşdırmanın nəticəsinə dair qərarın AR ƏN Xaçmaz Regional Ədliyyə İdarəsindən tələb edilməsinə dair 22.08.2021-ci il tarixli vəsatətinə baxmamışdır. Bununla da məhkəmə AR MPM-nin 47.1, 47.2-ci maddələri ilə onaə verilmiş hüququnu pozmuşdur. İstər iddia ərizəsində, istərsə də məhkəmə çıxışında bildirmişdir ki, Quba Bələdiyyəsinin sədri Cavabdeh1 kollektiv arasında ayrı-seçkiliyə yol verərək kollektivi parçalaması, özünün yaxın rəfiqəsi Bahar Həsənova və sürücüsünə imtiyazlı şərait yaradaraq işə davamiyyət kitabına onların adının daxil edilməsinə yol verməmişdir. Bu da Əmək Məcəlləsinin 16-cı maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsi MPM-nin 47-ci maddəsi ilə ona verilmiş vəsatət vermək hüququnu pozaraq bələdiyyə sədrinin vergi və ödənişlər şöbəsinin əməkdaşlarına qarşı qanunazidd hərəkətlərini təsdiq edən, iş materiallarında olan Quba Bələdiyyəsinin sədri Cavabdeh1 19 avqust 2020-ci il tarixli, 546 saylı xəbərdarlığın və həmin şəxslərə qarşı Cavabdeh1 qərəzliliyinin davamlılığını ifadə edən 19 noyabr 2020-ci il tarixli, 09 saylı əmrin qeyd edildiyi “Əmrlər kitabı”nın cavabdeh Quba Bələdiyyəsindən tələb edilməsinə dair 04 aprel 2021-ci il tarixli sübutların tələbinə dair vəsatətinə münasibət bildirməmişdir. Quba Bələdiyyəsinin sədri Cavabdeh1 ona qarşı qərəzliliyinə səbəb özbaşına hərəkətləri və onun vəzifə səlahiyyətlərinə uyğun olaraq həmin hərəkətlərə etirazları olmuşdur. Belə ki, iş materiallarında olan Quba Bələdiyyəsinin sədri Cavabdeh1 19 avqust 2020-ci il tarixli, 546 saylı xəbərdarlığın surətindən göründüyü kimi o, vergi və ödənişlər şöbəsinin əməkdaşlarına və müdirinə xəbərdarlıq edərək barələrində qanunvericiliyə müvafiq qaydada tədbir görüləcəyini bildirmişdir. Lakin vergi və ödənişlər şöbəsi əməkdaşlarının nöqsanlarının nədən ibarət olduğu bəlli deyildir. Bundan başqa iş materiallarında olan Quba Bələdiyyəsinin sədri Cavabdeh1 19 noyabr 2020-ci il tarixli, 69 saylı əmrinin surətindən göründüyü kimi o, vergi və ödənişlər şöbəsinin müdiri Dilbər Əhmədzadəyə axırıncı xəbərdarlıqla şiddətli töhmət vermişdir. Yenə də Quba Bələdiyyəsinin vergi və ödənişlər şöbəsinin müdiri Dilbər Əhmədzadəyə nöqsanlarının nədən ibarət olduğu bəlli deyildir. Əmək Məcəlləsinin 72-ci maddəsinə uyğun olmayan üsullarla vergi və ödənişlər şöbəsinin müdiri Dilbər Əhmədzadəyə qarşı bələdiyyə sədrinin qanunsuz təqibinə etirazını bildirərək bu barədə ona rəsmi təqdimat verib. Quba Bələdiyyəsinin 21 yanvar 2021-ci il tarixli iclasında Quba Bələdiyyəsinin sədri Cavabdeh1 vergilərin yığılmasında yaranan problemlərlə əlaqədar əmək haqqlarının ödənilməsində çətinliklərin yarandığına görə az əhəmiyyət kəsb edən bəzi ştatların ixtisar edilməsi zərurətinə dair X3 Təşkilatına göndərdiyi 14.01.2021-ci il tarixli təqdimatına baxılmışdır. Həmin təqdimatla bağlı məhkəmdə bildirmişdi ki, bələdiyyədə maliyyə problemi mövcud deyildir. Vətəndaşların vergi ödənişləri vaxtaşırı olaraq həm banklar, həm də poçtlar vasitəsi bələdiyyə büdcəsinə daxil olur. Bundan başqa Quba Bələdiyyəsi hətta COVİD-19 pandemiyası ilə əlaqədar karantin rejimi dövründə mütəmadi olaraq həm birbaşa, həm də hərrac yolu ilə torpaqlar sataraq büdcənin maliyyə təminatını tam həyata keçirir. Az əhəmiyyət kəsb edən bəzi ştatların ixtisar edilməsi adı altında məhz onun qulluq etdiyi “Quba Bələdiyyəsinin məsləhətçisi” ştatı nəzərdə tutulmuş və həmin ştat əhəmiyyətsiz hesab edilərək ləğv edilmişdir.“Quba Bələdiyyəsinin məsləhətçisi” ştatının az əhəmiyyətli olmasının uydurma və əleyhinə qərəzli olduğunu məhkəmə araşdırmamışdır. Lakin onun iş fəaliyyəti, həmin ştatın çox əhəmiyyətli olduğunu təsdiq edir. Belə ki, iyul 2020-ci il tarixdə o, növbəti əmək məzuniyyətində olduğu üçüncü günü istehsalat zərurəti əsasları ilə Quba Bələdiyyəsinin sədri Cavabdeh1 əmri ilə o əmək fəaliyyətinə qaytarılmışdır. Digər tərəfdən, yanvar 2020-ci il tarixdən yanvar 2021-ci il tarix dövründə bələdiyyənin icra aparatındakı əməkdaşların arasında ən çox tapşırıqları icra edən, mübahisələri araşdıran və həmin məsələlərlə bağlı məktubları tərtib edən əməkdaş bələdiyyənin məsləhətçisi kimi o olmuşdur. Həmin faktlar “Ərizələrin və məktubların qeydiyyatı” kitabındakı işin icrasına aid qeydlərdə əks olunur. Bundan başqa son 05 il ərzində Quba Bələdiyyəsi ilə bağlı onlarla məhkəmə mübahisələrində Quba Bələdiyyəsinin adında nümayəndə qismində iştirak etmək yalnız ona etibar edilmişdir. Onun səriştəli nümayəndəlik fəaliyyəti nəticəsində bütün məhkəmə mübahisələrində Quba Bələdiyyəsinin xeyrinə məhkəmə aktları qəbul edilmişdir. Həmin faktlar bir daha onu təsdiq edir ki, onun qulluq etdiyi məsləhətçi ştatının az əhəmiyyətli olması kimi qiymətləndirilməsi uydurmadır, həmin məsələnin uydurulması bələdiyyə sədri Cavabdeh1nm ona qarşı qərəzliliyinin ifadəsidir. İş materillarından göründüyü kimi Quba Bələdiyyəsinin 29 dekabr 2020-ci il və 14 yanvar 2021-ci il tarixli iclasları COVİD-19 pandemiyası ilə əlaqədar sərt karantin rejimi dövründə onlayn qaydada keçirilmişdir. Lakin bələdiyyənin X3 təşklatının 06 yanvar 2021-ci il və 21 yanvar 2021-ci il tarixli iclasları yenə də COVİD-19 pandemiyası ilə əlaqədar sərt karantin rejimi dövründə, lakin onlayn qaydada yox, karantin rejimi qaydalarına zidd olaraq əyani şəkildə keçirilmişdir. Həmin faktlarla bağlı sübutların - onlayn iclas protokollarının DVD-R optik diskə köçürülərək məhkəməyə təqdim edilməsi üçün həmin sübutların tələbinə dair vəsatətlə məhkəməyə müraciətinə məhkəmə baxmamışdır. Bundan başqa Anar Murtuzovun, Məhəmməd Əzizovun (Əski İqriq üzrə nümayəndə), Məhəmməd Abasovun (sədrin sabiq köməkçisi) və bələdiyyə üzvü Emin Yunisovun şahid qismində ifadələrinin alınmasını məhkəmədən xahiş etmiş, məhkəmə bunu əhəmiyyətsiz hesab etmişdir. Bütün qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2(027)-894/2021 saylı qətnaməsinin ilkin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməsi, Quba Bələdiyyəsinin 14.01.2021-ci il tarixli iclas protokolunun 5-ci məsələ ilə bağlı ştat ixtisarı ilə əlaqədar qərarının, X4 həmkarlar təşkilatının 21.01.2021-ci il tarixli iclas protokoluna əsaslanan Quba Bələdiyyəsinin qərarının, Quba Bələdiyyəsi sədrinin 29 mart 2021-ci il tarixli, 28 saylı əmrinin ləğv edilməsi, Quba Bələdiyyəsinin sədri Cavabdeh1 ona qarşı qərəzli mövqeyinə görə haqqında apardığı böhtan kompansiyası, kollektiv arasında qəsdən gözdən salındığına, barəsində həqiqətə uyğun olmayan yalan məlumatlar yayaraq ona vurduğu maddi və mənəvi ziyana görə 10.000 (on min) manat məbləğində təzminat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh Quba Bələdiyyəsinin vəkili Vəkil apellyasiya şikayətini qəbul etmədi və bildirdi ki, ilkin iddiaçı əksini iddia etsə də ştatın ixtisarına dair iclas baş tutmuş, bu barədə protokol tərtib olunmuşdur. İddiaçı bələdiyyə qulluqçusudur. Onun həmin iclasda mütləq qaydada iştirakı nəzərdə tutulmur. Bundan əlavə onun iclasa dəvət olunmasına da ehtiyac yox idi. İclas bələdiyyə üzvlərinin iştirakı ilə keçirilib. Hazırki gündə bələdiyyələrin bir çoxunda məsləhətçi ştatı ixtisar olunmaqdadır. Bundan əlavə iddiaçının ali hüquq təhsili yoxdur. İxtisarın səbəbi pandemiya şəraitidir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2(027)-894/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə cavabdeh X4 Həmkarlar Təşkilatının nümayəndəsinə, qarşılıqlı iddiaçı Cavabdeh1 və maraqlı şəxs Cavabdeh2 Azər oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığınışübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik vəçəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ilkin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməsi, Quba Bələdiyyəsinin 14.01.2021-ci il tarixli iclas protokolunun 5-ci məsələ ilə bağlı ştat ixtisarı ilə əlaqədar qərarının, X4 həmkarlar təşkilatının 21.01.2021-ci il tarixli iclas protokoluna əsaslanan Quba Bələdiyyəsinin qərarının, Quba Bələdiyyəsi sədrinin 29 mart 2021-ci il tarixli, 28 saylı əmrinin ləğv edilməsi, Quba Bələdiyyəsinin sədri Cavabdeh1 ona qarşı qərəzli mövqeyinə görə haqqında apardığı böhtan kompansiyası, kollektiv arasında qəsdən gözdən salındığına, barəsində həqiqətə uyğun olmayan yalan məlumatlar yayaraq ona vurduğu maddi və mənəvi ziyana görə 10.000 (on min) manat məbləğində təzminat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qətnaməsi həmin hissədə yoxlanılmalıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutları işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2(027)-894/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinəəsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01.05.2014-cü il tarixdən Quba Bələdiyyəsinin məsləhətçi vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 14.01.2021-ci il tarixli protokolun surətindən görünür ki, Əmək Məcəllləsinin 70-ci maddəsinin “b” bəndinə müvafiq olaraq Quba rayon Bələdiyəsinin məsləhəçi ştatının ixtisar edilməsi qərara alınmışdır. İş materiallarında olan 21.01.2021-ci il tarixli protokolun surətindən görünür ki, Quba Bələdiyyəsi sədrinin 14.01.2021-ci il tarixli təqdimatının müzakirəsi zamanı bələdiyyənin məsləhətçi ştatının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ixtisar olunması və həmçinin həmin vəzifədə çalışan işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbləri gözlənilməklə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan 29.03.2021-ci il tarixli, 28 saylı əmrin surətindən görünür ki, Əmək Məcəllləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq Quba Bələdiyyəsinin məsləhətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və işçi 29.03.2021-ci il tarixdən işdən azad olunmuşdur. İş materiallarında olan 21.01.2021-ci il tarixli aktdan görünür ki, Quba Bələdiyyəsinin məsləhətçisi İddiaçı 21.01.2021-ci il tarixdə Quba Bələdiyyəsinin sədri Cavabdeh1 təqdimatı əsasında Quba Bələdiyyəsində keçrilən Həmkarlar Təşkilatının iclası zamanı iclasdakı gündəlik oxunan kimi iclası tərk etmişdir. İş materiallarında olan 25.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Quba Bələdiyyəsinin 14.01.2021-ci il tarixli iclasının qərarı və Həmkarlar təşkilatının protokolu əsasında Quba Bələdiyyəsinin məsləhətçi ştatının Əmək Məcəllləsinin 70-ci maddəsinin “b” bəndinə müvafiq olaraq ixtisar edilməsi qərarlaşdırılmışdır. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq on ildən artıq əmək stajı olduğuna görə 09 təqvim həftəsi öncəsindən İddiaçı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Quba şəhər bələdiyyəsinin ilk həmkarlar təşkilatının 14.01.2021-ci il tarixli rəyindən görünür ki, Quba Bələdiyyəsinin ilk həmkarlar təşkilatı olaraq Quba Bələdiyyəsində işçilərin sayının azaldılması və ştatın ixtisarının Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və müvafiq normativ-hüquqi aktlara uyğun həyata keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Müəyyən edilmişdir ki, Quba Bələdiyyəsində məsləhətçi vəzifəsində işləyən İddiaçı bələdiyyədə məsləhəçi ştatı ixtisar edildiyindən bələdiyyənin 29.03.2021-ci il tarixli, 28 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və 29.03.2021-ci il tarixdən işdən azad olunmuşdur. Bununla əlaqədar əmək qanunvericiliyinə uyğun olaraq müvafiq prosedur qaydalara əməl edilmiş, bələdiyyədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmış, stajına uyğun olaraq işçiyə rəsmi xəbərdar edilmiş, həmçinin ona işdən çıxarma müavinəti ödənilmişdir. İddiaçının ərizəsində qeyd etdiyi digər hallar (bələdiyyə sədrinin ona qarşı qərəzli olması, onu cəzalandırmaq istəməsi, barəsində həqiqətə uyğun olmayan yalan məlumatlar yayması, ona maddi və mənəvi ziyan vurması və s.) şəxsi fikir və fərziyyələrindən ibarət olmuş, həmin halları təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən iddianı və qarşılıqlı iddianı təmin etməmişdir. Apelyantın apelyasiya şikayətindən görünür ki, o, qətnamənin ilkin iddia tələbinə dair hissədə mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı apellyasiya şikayətində qətnamənin ilkin iddia tələbinə dair hissədə ləğv edilməsi və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin o, apellyasiya şikayətini əsaslandırmamış, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə iddia ərizəsi eynilik təşkil edir. Qeyd edilən dəlillərə isə məhkəmə qətnaməsinə araşdırılaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilkin iddia tələbinə dair gəlmiş olduğu nəticəni əsaslı hesab edir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və tətbiq etdiyi qanunvericilik normaları işin hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərində göstərilən dəlilləri ümümi ifadələr olduğu üçün formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmi Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli və Quba Rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2(027)-894/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 393 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2(027)-894/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-410/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-410/2022
25.01.2022 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver