Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-413/2023 15.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X7 və X3 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil2, Cavabdeh1 nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əsassız əldə edilmiş pulun vərəsələrindən tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(060)-8373/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddianın rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-607/2022 nömrəli iş üzrə 29 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Telman Quliyev və Gülnarə Tağızadə) apellyasiya şikayətinin qismən təmin olunması, Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 10000 manat pulun tutulub iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 10 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və Z.Əliyev) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunması, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-607/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 10000 manat məbləğində borcun və 3000 manat məbləğində maddi ziyanın və 31 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2018-ci ildə Sumqayıt şəhər Z.Tağıyev qəsəbəsində mənzil almaq qərarına gəlmiş və həmin vaxt X17 ona özünü makler kimi qələmə verərək bu işdə köməklik göstərəcəyini demişdir. O, həmin vaxt ona Z.Tağıyev qəsəbəsində 1 saylı yataqxananın 9 saylı otağının 13000 manata satıldığını deməklə onu həmin yataqxananın sahibi - mərhum X12 ilə tanış etmiş və həmin vaxt mərhum və onun həyat yoldaşı Şəfiqə ona bildirmişlər ki, razılaşdırılmış pulu onlara versin və onlar da yaxın müddətdə yataqxananı sənədləşdirməklə onun adına alqı- satqı edəcəklər. O, da bu şəxslərə inanaraq 13000 manat pul vermiş və sonradan isə ona məlum olmuşdur ki, bu pulun 3000 manatını həmin makler İlham özünə götürmüş və 10000 manatı ilə yataqxana sahibi kimi özünü təqdim etmiş M.Şiriyevə vermişdir. Lakin bu şəxslər vəd verdikləri vaxtda yataqxananı onun adına rəsmiləşdirməmiş və o, bundan sonra aldadıldığını başa düşərək məhkəmədə maklerə-X13 qarşı iddia qaldırmaqla yataqxanaya görə vermiş olduğu pulları ondan tələb etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2020-ci il tarixli 2(060)- 1492/2020 nömrəli qətnaməsi ilə onun cavabdeh X13 qarşı pul və mənəvi ziyan tələbinə dair iddiası qismən təmin edilməklə cavabdehdən 3400 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun, ümumilikdə 3430 manat məbləğində pulun tutulması qət edilmiş və iddia tələbi qalan hissədə rədd edilmişdir. O, həmin qətnamə ilə razı olmadığı üçün ondan o, və qarşı tərəf apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyanın xx.xx.2021-ci il tarixli 2(105)-212/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qarşı tərəf İ.Hüseynovun apellyasiya şikayəti qismən təmin edilməklə məhkəmə qətnaməsi «cavabdeh X9 3400 manat məbləğində pul alınıb İddiaçı verilsin» hissəsində ləğv edilmiş və iddia qismən təmin edilməklə cavabdeh X9 2500 manat məbləğində pulun alınaraq ona verilməsi qət edilmişdir. O, bu qətnamədən kassasiya şikayəti vermiş, lakin onun şikayəti təmin olunmamış və ona izah edilmişdir ki, o, yataqxanaya görə ödənilmiş pulu yataqxana sahibi kimi özünü ona təqdim etmiş Ağdam rayonundan məcburi köçkün Şiriyev Məmişə verildiyi üçün həmin pulu da ondan tələb etməlidir. Hazırda isə ona məlum olmuşdur ki, Şiriyev Məmiş dünyasını dəyişmişdir. Lakin o, ondan aldığı həmin pul isə Sumqayıt şəhər Z.Tağıyev qəsəbəsində özünə 2 mərtələbəli fərdi yaşayış evi tikmiş və hazırda onun həyat yoldaşı və uşaqları qeyd edilən evdə yaşayırlar. Belə hesab edir ki, Şiriyev Məmiş artıq həyatda olmadığı üçün onun ondan aldığı həmin vəsait onun qanun üzrə birinci növbə vərəsələrindən tutulmalıdır. Onu da qeyd edir ki, M.Şiriyevin həyat yoldaşı Şəfiqə onunla söhbət əsnasında pulu qaytaracağını bildirsə də həmin pulu ona qaytarmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır, belə ki, Azərbaycan Respublikası MPM-nin 8.1.-ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin 14.1.ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Lakin məhkəmə qeyd edilən normanın tələbləri baxımından çıxış etməyərək onun AR DƏDRX 2 saylı ərazi İdarəsinə mərhum M.Şiriyevin adında olmuş əmlaklar barədə və onun ölümündən sonra ailə üzvlərinin vərəsəlik haqqında şəhadətnamə alıb-almamaları barədə notariusa sorğu göndərilməsi ilə əlaqəlar vəsatətlərini təmin etməmiş, araşdırma aparmamış və bu da sonda qanunsuz bir qətnamənin çıxarılması ilə nəticələnmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ilkin tələbinin təmin edilməməsini iddiaçının hazırda vərəsə kimi cavabdehləri əsas götürərək onlardan pul tələb etsə də, lakin onların vərəsə olması barədə heç bir sənədi məhkəməyə təqdim etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, Cavabdeh1 10000 manat pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etmişdir. Bu nəticədən narazı qalan Cavabdeh1 kassasiya şikayəti əsasında işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində ləğv etməklə iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınarkən məhkəmənin iddianın təmin olunmasına əsas verən maddi hüquq norması, başqa sözlə iddia tələbinin qanuni əsası kimi həm borc münasibətlərini (Mülki Məcəllənin 739-cu maddəsi), həm əsassız varlanma qaydalarını (Mülki Məcəllənin 1091 və 1092-ci maddələrini), həm də vərəsələrin miras qoyanın öhdəliklərinə görə məsuliyyətini (Mülki Məcəllənin 1306-cı maddəsi) tənzimləyən mülki qanunvericilik normalarına istinad etdiyinə, Cavabdeh1 hazırda yaşadığı daşınmaz əmlak olan fərdi yaşayış evinin Məmiş Şiriyevin miras aktivinə daxil olduğunu müəyyən etmədiyinə, baxılan iş üzrə apellyasiya instansiya məhkəməsinin hansı maddi hüquq normalarını işin müəyyən edilmiş hansı hallarına tətbiq edərək, iddianın qismən təmin olunması barədə qənaətə gəldiyinin aydın olmadığına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla Cavabdeh1 aid hissədə baxılaraq hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia tələbini bu hissədə rədd edən birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsası kimi həm borc (kredit) münasibətləri (Mülki Məcəllənin 739-cu maddəsi), həm əsassız varlanma qaydalarını (Mülki Məcəllənin 1091 və 1092 maddələri), həm də vərəsələrin miras qoyanın öhdəliklərinə görə məsuliyyətini (Mülki Məcəllənin 1306-cı maddəsi) tənzimləyən mülki qanunvericilik normalarına istinad etmişdir. Halbuki, iddia tələbinin predmeti əsassız əldə edilmiş pulun vərəsələrindən tutulması barədədir. Lakin tərəflər arasında yaranmış mübahisəni həll edən birinci instansiya məhkəməsi mübahisəyə aid olmayan Mülki Məcəllənin 739-cu maddəsini tətbiq etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X19rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X15 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). Hazırda apellyasiya baxışının predmetinə aid baxılan hissədə iddia tələbi əsassız əldə edilmiş pulun Cavabdeh1 tutulması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1091-ci maddəsi təşkil edir. X2 Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsində yerləşən 1 saylı yataqxananın 9 saylı otağının 13000 manat ödəməklə bağlı İddiaçı ilə razılığa gəlməsi və həmin məbləğin 10.000 manat məbləğin mərhum X10 verilməsi və sonuncunun xx.xx.2021-ci il tarixdə ölməsi işin mübahisəsiz halıdır. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (Mülki Məcəllənin 1091.1., 1092.1. maddələri). Qanunun mənasına görə əsassız varlanma heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına zənginləşməni ehtiva edən hüquqa zidd hərəkətdir və əsassız varlanmış şəxs əldə etdiklərini mərhum olanın tələbi ilə ona qaytarılmalıdır. Hazırkı apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, X2 ölümündən sonra 12 mart 2019-cu il tarixdə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində onun həyat yoldaşı Cavabdeh1 yaşasa da, həmin əmlak bağışlama müqaviləsi əsasında qızı X5 bağışlanmış və sonuncunun həmin mənzil üzərində mülkiyyət hüququ RX seriyalı ******* nömrəli çıxarışla qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (Mülki Məcəllənin 1306.1. maddəsi). Göründüyü kimi Cavabdeh1 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras kütləsinə daxil deyil. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, X6 miras qalmış əmlakın Cavabdeh1 tərəfindən qəbul edilməsi halı iş materialları ilə öz təsdiqini tapmadığından, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından onun miras qoyanın borcuna görə məsuliyyət daşıya bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və Cavabdeh1 aid hissədə iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli qətnaməsi qismən Cavabdeh1 aid hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 qarşı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-413/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-413/2023
15.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver