Məhkəmə qərarları › İş №2(105)-422/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-422/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-422/2024 05.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Nəsı̇ rov Nəzər Nəsı̇ r oğlunun cavabdehlər Hacıyeva Razı̇ yyə Eldar qızına və “Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestrı̇ ” Publı̇ k Hüquqi Şəxsı̇ nin 14 saylı Şamaxı Ərazı̇ İ̇darəsinə qarşı mülki iş üzrə (Açar sözlər: iş üzrə icraata xitam verilməsi, iş məhkəmədə baxılmalı deyil) X16 Süleymanovanın sədrliyi və məruzəsi, X20 Məmmədov və X5 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı, Cavabdeh “Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestrı̇ ” Publı̇ k Hüquqi Şəxsı̇ nin 14 saylı Şamaxı Ərazı̇ İ̇darəsinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Nəsı̇ rov Nəzər Nəsı̇ r oğlunun cavabdehlər Hacıyeva Razı̇ yyə Eldar qızına və “Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestrı̇ ” Publı̇ k Hüquqi Şəxsı̇ nin 14 saylı Şamaxı Ərazı̇ İ̇darəsinə qarşı “torpağa dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2(074)-733/2023 nömrəli qətnaməsindən cavabdeh “Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestrı̇ ” Publı̇ k Hüquqi Şəxsı̇ nin 14 saylı Şamaxı Ərazı̇ İ̇darəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN114F saylı, 41017018 kodlu şəhadətnamədə göstərilən 0,20 ha torpaq sahəsinin 0,10 ha hissəsinə dair xx.xx.2004-cü il tarixdə alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Şamaxı Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2(074)-733/2023 nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-114F saylı 41017018 kodlu şəhadətnamədə göstərilən 0,20 ha torpaq sahəsinin 0,10 ha hissəsinə dair xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir.

Apellyasiya instansiya məhkəməsində icraat

3. Şamaxı Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2(074)-733/2023 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh “Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestrı̇ ” Publı̇ k Hüquqi Şəxsı̇ nin 14 saylı Şamaxı Ərazı̇ İ̇darəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə məhkəmə nəzərə almamışdır ki, Şamaxı rayon dövlət notariat kontorunda bağlanmış xx.xx.2004-cü il tarixli 4ə-1-187 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən əldə olunmuş Şamaxı rayonun Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsi Torpaq İslahatı zamanı X10 mülkiyyətinə verilmiş və onun adına JN-114F saylı, 41017018 nömrəli şəhadətnamə tərtib olunmuşdur. Buna baxmayaraq, qətnamənin qət etdi hissəsində 0.10 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi X11 ilə bağlanmış hesab edilmişdir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasım araşdırmalıdır. Alqı-satqısı bağlanmış hesab olunan 0.10 ha torpaq sahəsinə X8 tam nülkiyyət hüququ olmamışdır. Belə ki, JN-114F saylı, 41017018 nömrəli şəhadətnamə X8 adına yox, X10 adınadır. X12 başqa şəxsə məxsus olan torpaq sahəsini sata bilməzdi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyət hüququnun, o cümlədən xüsusi mülkiyyət hüququnun qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə prossesi zamanı məhkəmə tərəfindən evin yerləşdiyi 0.10 ha torpaq sahəsinə X1 hüququnun olub-olmaması tam araşdırılmamış qətnamə çıxarılmışdır. Bununla da MPM-nin 217-218-ci maddələrinin tələbləri pozulmuşdur. Şamaxı rayonun Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsinə X8 mülkiyyət hüququnun təsdiq edən hüquqi sənədlər təqdim olunmamışdır.

5. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

6. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

7. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh “Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestrı̇ ” Publı̇ k Hüquqi Şəxsı̇ nin 14 saylı Şamaxı Ərazı̇ İ̇darəsi verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.5. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 387.2.8. İddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Mallə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

9. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin fikrini dinləyərək, toplanmış sübutları araşdırıb bu nəticə gəlir ki, Şamaxı Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2(074)-733/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması mülki-prosessual qanunverciliyin mənasına, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. Torpağın mülkiyyətə verilməsinə dair JN-114F kod 41017018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kənd sakini X10 mülkiyyətinə Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17 saylı qərarı ilə 0,20 ha torpaq sahəsi verilmişdir. Şamaxı rayon Məlhəm Bələdiyyəsinin arayışından görünür ki, Şamaxı rayonu, Çuxuryurd kənd sakini İddiaçı həqiqətən xx.xx.2004-cü il tarixdə (müqavilə № 231882) Cavabdeh1 almış olduğu Məlhəm bələdiyyəsinin Çuxuryurd kəndi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üçün Məlhəm bələdiyyəsinə torpaq vergisi ödəmişdir. Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Çuxuryurd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, İddiaçı Şamaxı rayonu Çuxuryurd kənd 02 nömrəli təsərrüfatbaşına kitabda 125 nömrəli şəxsi hesabda 0,10 ha torpaq sahəsi və fərdi yaşayış evi vardır. xx.xx.1990-cı il tarixdə bağlanmış və notarial qaydada təqsdiq olunmuş müqavilənin surətindən görünür ki, X15 2000,0 kv.metr həyətyanı torpaq sahəsində yerləşən Şamaxı rayonu Çuxuryurd kəndində 2 otaqlı, 1 mərtəbəli 22,8 kv.metr yaşayış sahəsi və 34,2 kv.metr ümumi sahəsi olan evi X2. xx.xx.2002-ci il tarixdə notarial qaydada təsdiq olunmuş müqavilədən görünür ki, X6 rayonu Çuxuryurd kəndində yerləşən 1955-ci ildə tikilmiş, ümumi sahəsi 2000,0 kv.metr torpaq sahəsində yerləşən 34,2 kv.metr yaşayış sahəsi, 22,8 kv.metr iki otaqlı divarı bağdadıdan olan yaşayış evini X22 adından çıxış edən X3. Qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən bir mərtəbədən, iki yaşayış otağından, 34,2 kv.m. ümumi sahəsən ibarət fərdi yaşayış evi şəxsi mülkiyyət əsasında Şamaxı rayon DNK-nun xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 adına qeydə alınmışdır. xx.xx.2002-ci il tarilxi 231882 nömrəli müqavilədən görünür ki, X4 rayonu Çuxuryurd kəndində yerləşən 1955-ci ildə tikilmiş, ümumi sahəsi 1000,0 kv.metr torpaq sahəsində yerləşən 34,2 kv.metr yaşayış sahəsi, 22,8 kv.metr iki otaqlı divarı bağdadıdan olan yaşayış evini İddiaçı satmışdır. İş materiallarından görünür ki, Şamaxı rayonu Çuxuryurd kəndində olan 1000,0 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına texniki pasport verilmişdir. Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində təsbit edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Mülki prosessual qanunvericiliyin istinad olunan müddəasının mənasından göründüyü kimi iki halda məhkəmədə mülki işə başlamaq mümkündür-pozulmuş hüququn bərpası üçün və ya qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün. İddia ərizəsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN114F saylı, 41017018 kodlu şəhadətnamədə göstərilən 0,20 ha torpaq sahəsinin 0,10 ha hissəsinə dair xx.xx.2004-cü il tarixdə alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü İl tarixli, 2(074)-733/2023 nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddianın təmin edilmiş, məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, fərdi yaşayış evinin cavabdeh tərəfindən iddiaçıya satılmasına dair xx.xx.2004-cü il təsdiq olunmuş alqı-satqı müqavilədə fərdi yaşayış evinin bütövlükdə göstərilməsini, kənd yerlərində fərdi yaşayış evlərinin üzərində yerləşdiyi torpaq sahəsi istisna olmaqla satılmasının praktikada tətbiq edilmədiyindən, alıcının fərdi yaşayış evini bu qaydada əldə etməsinin ağlabatan olmadığını, eləcə də, fərdi yaşayış evi satıldığı vaxtdan cavabdehin fərdi yaşayış evini və torpaq sahəsini alıcıya təhvil verdiyini nəzərə alaraq, müqavilə tərəflərinin torpaq sahəsinin də satılmasında razılığa gəlmələrini, lakin bunun alqı-satqı müqaviləsinin məzmununa daxil etmədikləri nəticəsinə gəlir, cavabdeh evlə birlikdə torpaq sahəsinin də satılmasına dair iradə ifadə etdiyindən, torpaq sahəsindən və tikilidən ibarət daşınmaz əmlakı iddiaçıya sataraq, ona təhvil verdiyindən, iddiaçı hazırda öz ailə üzvləri ilə birlikdə həmin evdə yaşadıqlarından, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina etmək əvəzinə iddia ərizəsini icraata qəbul edərək işə mahiyyəti üzrə baxıb qətnamə qəbul etməklə prosessual hüquq normalarını pozmuşdur . Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Göründüyü kimi xx.xx.2002-ci il tarilxi 231882 nömrəli müqavilə bağlayaraq X4 rayonu Çuxuryurd kəndində yerləşən 1955-ci ildə tikilmiş, ümumi sahəsi 1000,0 kv.metr torpaq sahəsində yerləşən 34,2 kv.metr yaşayış sahəsi, 22,8 kv.metr iki otaqlı divarı bağdadıdan olan yaşayış evini İddiaçı satmışdır. Kollegiyanın qənaətinə görə iddiaçı qanunvericiliyin qeyd edilən tələblərinə əməl edərək torpaq sahəsinə dair alqı-satqı müqaviləsini notarial qaydada təsdiq etdirmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. İşin şərh olunan hallarından göründüyü kimi yuxarıda qeyd olunan hallar araşdırılan mübahisə üzrə istisna təşkil edir. Belə ki, müəyyən olundu ki, tərəflər arasında notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi mövcuddur, həmin müqavilə qanunvericiliyn tələbinə uyğun olaraq bağlanmışdır. Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz Əmlakın Dövlət X24 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan birini təşkil edir. Hazırkı iş üzrə iddiaçı olan İddiaçı qeyd edilən alqı-satqı müqaviləsini Daşınmaz Əmlakın Dövlət X24 8.0.3-cü maddəsinə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsinə təqdim etmiş, lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsi yuxarıda qeyd edilən alqı-satqı müqaviləsini qeydə almaqdan imtina etmişdir. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsinin İddiaçı ünvanlanmış məktubunda göstərilir ki, qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılarkən məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Axundov küçəsi 3/9-da yaşayan Cavabdeh1 xx.xx.2004-cü il tarixdə Şamaxı rayon DNK-da təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən, aldığınız fərdi yaşayış evin yerləşdiyi həyətyanı torpaq sahəsi 0,10 göstərilmişdir. Lakin, həmin torpaq sahəsinə iəğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən evin birinci mülkiyyətçisi X10 adına xx.xx.2002-ci il larixdə JN-114FA nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Evin yerləşdiyi 0.10 ha həyətyanı sahəsi X10 mülkiyyətində olduğuna görə, həmin həyətyanı torpaq sahəsini Sizin adınıza qeydiyyata alınması qanunaziddir. Evin yerləşdiyi torpaq sahəsinə dair alqı-satqı müqaviləsi təqdim ediləcəyi təqdirdə, əmlakın üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada yenidən baxılacaqdır. Kollegiyanın qənaətinə görə iddiaçı tərəf daşınmaz əmlakla bağlı alqı-satqı müqaviləsinin tələblərinə əməl edərək yuxarıda qeyd edilən torpaq sahəsinə dair notarial qaydada müqavilə bağlamışdır. Həmin müqaviləni yenidən məhkəmə qaydasında qanuni hala gətirməyə lüzum yoxdur və eyni zamanda bu qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunmalıdır ki, cavabdeh təşkilatın sözügedən imtinası iddiaçıya araşdırılan iddia ilə məhkəməyə müraciət etməsinə əsas vermir. «İnzibati icraat haqqında» Qanunun 72-ci maddəsində inzibati orqanların qəbul etdiyi inzibati aktlardan inzibati şikayətin inzibati qaydada və ya məhkəmə qaydasında verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 31.1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələri və 3-cü bölməsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları inzibati orqanlar siyahısına daxil edilmişdir. Kollegiya hesab edir ki, iddiaçı həmin müqaviləni qeydə almaqdan imtina edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsinin bu imtinasını qanunazidd hesab etdiyi halda inzibati icraat qaydasında inzibati orqanın hərəkətlərini mübahisələndirmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Kollegiya qeyd edir ki, iddiaçı mübahisəli torpaq sahəsinin qanuni əsaslarla onun mülkiyyətinə verilməsinə dair digər şəxslərə qarşı məhkəmə müdafiəsi hüquqndan istifadə edə bilər. İşin sadalanan hallarına qanunvericiliyin müvafiq normalarına istinadən qiymət verərək kollegiya hesab edir kt, araşdırılan iddia məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddia ərizəsini iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina etməlidir. Kollegiya qeyd edir ki, mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Kollegiyanın qənaətincə iddiaçının araşıdırılan tələbi mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddia kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarxli Qərarında qeyd edilmişdir ki, MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in həmin maddəsində nəzərdə tutulmuş prosessual pozuntuları iki qrupa bölmək olar. Birinci qrupa birinci instansiya məhkəməsinin qətnaməsinin hər bir halda ləğv olunmasına əsas olmuş prosessual pozuntular aiddir. Belə pozuntular kobud pozuntular adlandırılır. Həmin pozuntular MPM-in 387.2.1-387.2.7-ci maddələrində göstərilmiş və bu pozuntular şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə şərtsiz əsasdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi və prosesual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, nəticədə isə düzgün olmayan məhkəmə aktqı qəbul edilmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə icraata xitam verildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsümu tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 372, 397-398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh “Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestrı̇ ” Publı̇ k Hüquqi Şəxsı̇ nin 14 saylı Şamaxı Ərazı̇ İ̇darəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü İl tarixli, 2(074)-733/2023 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı Nəsı̇ rov Nəzər Nəsı̇ r oğlunun cavabdehlər Hacıyeva Razı̇ yyə Eldar qızına və “Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestrı̇ ” Publı̇ k Hüquqi Şəxsı̇ nin 14 saylı Şamaxı Ərazı̇ İ̇darəsinə qarşı “torpağa dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsümu iddiaçı və cavabdehin özünə aid edilsin. Qərardaddan, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verə bilər. Qərardad, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar