Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-424/2023 14.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və X21 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı və Cavabdeh1 Əmirağa qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Əmirağa qızına və Cavabdeh2 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(029)-851/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Əmirağa qızına və Cavabdeh2 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən yaşayış evi və onun yerləşdiyi 0.0464 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın xx.xx.2003-cü ildə miras qoyan X6 vəfatından sonra X3 tərəfindən vəsiyyət üzrə qəbul edilməsi, X3nun 24 noyabr 2005-ci ildə vəfatından sonra həmin mirasın onun tərəfindən qanun üzrə qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1996-cı il tarixdə Qusar şəhəri, Fizuli küçəsi 4 nömrəli evdə anadan olmuş, həmin evdə boya-başa çatmış və hal-hazırda da həmin evdə yaşayır. Valideynləri, X3 ilə anası Cavabdeh1 Əmirağa qızı 07 oktyabr 1994-cü il tarixdə faktiki nikah münasibətlərinə daxil olmuş, həmin tarixdə də anası Mənzərə Qusar şəhəri, Fizuli küçəsi 4 ünvanda yerləşən evə gəlin köçmüşdür. Valideynləri arasında rəsmi nikah 08 iyun 2005-ci il tarixdə qeyd edilmişdir. Anası həmin evə gəlin köçdüyü vaxt atası Nadir, atasının valideynləri X18 və anası X19 yaşamışlar. X2 26 sentyabr 2002-ci il tarixdə vəfat etmişdir. Nənəsinin vəfatından sonra evdə babası Saruxan, atası Nadir, anası Mənzərə, o və bacısı Cavabdeh2 ilə birlikdə yaşamışlar. 04 iyun 2003-cü il tarixdə isə babası X18 vəfat etmişdir. Mərhum babası X18 vəfat etməmişdən əvvəl 21 may 2003-cü il tarixdə Qusar şəhəri, Fizuli küçəsi 4 ünvanında yerləşən fərdi yaşayış evini oğluna, yəni atası Nadir Mityayevə vəsiyyət etmişdir. X3 24 noyabr 2005-ci ildə vəfat etmişdir. Mərhumun vəfatından sonra adı çəkilən evdə anası Mənzərə, o və bacısı Kəmalə yaşayırlar. Mərhum babası Saruxan və nənəsi Saimatdan miras qalmış Qusar şəhəri, Fizuli küçəsi 4 ünvanında yerləşən yaşayış evindən və 0.0464 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı miras qoyanların birinci dərəcədə vərəsələri sayılan əmisi X23 və bibisi X7 anası Cavabdeh1 Əmirağa qızı arasında məhkəmə çəkişmələri olmuşdur. O, göstərilən miras əmlaka vərəsə olaraq həmin məhkəmə çəkişmələrində iştirak etməmişdir. Belə ki, Qusar Rayon Məhkəməsinin 2(029)-223/2017 saylı 05 yanvar 2017-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçılar Mitayev Rafik Saruxan oğlu və X7 anası Mənzərəyə qarşı “mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması, qanun üzrə və vəsiyyət üzrə vərəsəliyin müəyyən olunması, mirasın vərəsələr arasında bölüşdürülməsi, vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi payın ayrılması tələbinə dair” ilkin iddiası “qismən” təmin olunaraq ünvan 2 fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 400 kv.metr torpaq sahəsinə dair mərhum X6 və mərhum X8 hər birinin mülkiyyət paylarının 50 faiz müəyyən edilərək həmin hissələr müvafiq olaraq onların miras kütləsinə daxil edilməsi, mərhumlar Saruxan Mityayevin və Saimat Mityayevanın miras kütləsinə daxil olan, yuxarıda göstərilən əmlakların vərəsələr tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin səbəbləri üzrlü sayılmaqla, həmin müddətin uzadılması, mərhum Saruxan Mitayevin miras kütləsinə daxil olan ünvan 2 fərdi yaşayış evinin və evin yerləşdiyi 0.04 hektar həyətyanı torpaq sahəsinin 50 faiz hissəsinə dair vəsiyyət üzrə vərəsəlik müəyyən edilərək həmin mirasa dair iddiaçı Rafik Mitayevin məcburi payının 1/6 hissə (8.3 faiz), iddiaçı Sevilə Yaqubovanın məcburi payının 1/6 hissə (8.3 faiz) müəyyən edilməsi və həmin mirasa dair mərhum Nadir Mityayevin vərəsələri olan Cavabdeh1, Maraqlı şəxs2, Maraqlı şəxs1, Şahbaz Mityayevin, Cavabdeh2 miras paylarının isə birlikdə 2/3 (33.4 faiz) hissə müəyyən edilməsi, miras qoyan Saimat Mityayevanın miras kütləsinə daxil olan ünvan 2 fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 400 kv.metr torpaq sahəsinin 50 faiz hissəsinə dair qanun üzrə vərəsəlik müəyyən olunaraq həmin mirasa dair iddiaçı Rafik Mitayevin miras payının 2/3 hissə (33.3 faiz) və mərhum Nadir Mityayevin vərəsələri olan Cavabdeh1, Maraqlı şəxs2, Maraqlı şəxs1, Şahbaz Mityayevin, Cavabdeh2 miras paylarının isə birlikdə 1/3 hissə (16.7 faiz) müəyyən edilməsi, yekun olaraq Qusar şəhəri Fizuli küçəsi 4 saylı fərdi yaşayış evinə və evin yerləşdiyi 0.04 hektar həyətyanı torpaq sahəsinə dair Rafik Mitayevin miras payının qanun və vəsiyyət üzrə 41,6 faiz, Sevilə Yaqubovanın miras payının 8,3 faiz, Cavabdeh1, Maraqlı şəxs2, Maraqlı şəxs1, Şahbaz Mityayevin, Cavabdeh2 miras paylarının hər birinə 9.18 faiz olmaqla cəmi 50,1 faiz müəyyən edilməsi və həmin payların müvafiq olaraq həmin şəxslərin mülkiyyətinə verilməsi, Cavabdeh1 Mitayev Rafik Saruxan oğluna və qeyrilərinə qarşı çıxarışın etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən anası Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1557/2017 saylı, 21 iyun 2017-ci il qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq Qusar Rayon Məhkəməsinin 2(029)-223/2017 saylı, 05 yanvar 2017-ci il tarixli qətnaməsi “ilk iddia qismən təmin edilsin” hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin- “ilk iddia təmin edilməyən və Cavabdeh1 Əmirağa qızının X9 və X12 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia təmin edilməsin” hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədə qeyd olunmuşdur ki, ilk iddia üzrə iddiaçılar mirası qəbul etməmiş və mirasın qəbul edilməsi müddətinin hər hansı üzürlü səbəbdən buraxması barədə məhkəməyə heç bir tutarlı sübut təqdim etməmişlər. Həmçinin qətnamədə iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması barədə qənaəti belə əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən yaşayış evinə və onun yerləşdiyi 0.0464 ha həyətyanı torpaq sahəsi üzərində S.M.Mityayevin mülkiyyət hüququ müəyyən edilmədən X8 26 sentyabr 2022-ci il tarixdə vəfatından sonra miras həyətyanı torpaq sahəsində ona çatası paydan ibarət mirasın qaynatası S.Mityayev və əri Nadir Mityayev tərəfindən qəbul edilməsi faktının, 04 iyun 2003-cü il tarixdə qaynatası S.Ş.Mityayevin vəfatından sonra miras əmlakda onun payının vəsiyyətnamə üzrə əri N.S.Mityayev tərəfindən qəbul edilməsi faktının və 24 noyabr 2005-ci il tarixdə əri N.S.Mityayevin vəfatından sonra ondan miras qalmış Qusar şəhəri, Fizuli küçəsi 4 ünvanda yerləşən yaşayış evindən və evin yerləşdiyi 0.0464 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsindən ibarət mirasın bütövlükdə onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi mümkün deyildir. Apellyasiya instansiya məhkəməsinin göstərilən qətnaməsindən iş üzrə iddiaçı X13 verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası özünün 2(102)-8180/2017 saylı, 28 noyabr 2017-ci il tarixli qərarı ilə kassasiya şikayətini təmin edilmədən, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası özünün 2(105)-1557/2017 saylı, 21 iyun 2017-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlamışdır. Beləliklə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə mərhum X4 və X5 miras qalmış Qusar şəhəri, Fizuli küçəsi 4 ünvanında yerləşən yaşayış evindən və 0.0464 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın mərhumun birinci dərəcədə vərəsələri olan X13 və X7 qəbul edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bundan sonra o, Qusar Rayon Məhkəməsinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etmiş, məhkəmə qərardadla ərizəni baxılmamış saxlamış və izah edilmişdir ki, miras əmlak barədə vərəsələr arasında mübahisə mövcud olduğundan işə iddia icraatında baxılmalıdır. Ona görə də o, məhkəməyə yenidən iddia ərizəsi ilə müraciət etmiş, iddia ərizəsində cavabdeh qismində X24 və X14 göstərmişdir. Qusar Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Həmin qətnamədən cavabdeh Rafik Mityayevin verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası özünün 2(105)-59/2022, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iş üzrə Qusar Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul etmişdir. Qətnamədə buna əsas kimi göstərilmişdir ki, iddia ərizəsində cavabdeh qimində göstərilmiş Rafik Mitayev və Sevilə Yaqubova hazırki işdə cavabdeh ola bilməzlər, çünki onların miras əmlakla bağlı tələblərinə qanuni qüvvəsinə minmiş məhkəmə qətnamələri ilə qiymət verilərək onlar tərəfindən mirasın qəbul edilməməsi qərara alınmışdır. Belə olan halda miras əmlaka vərəsəlik hüquqları olan Mənzərə və Kəmalə Mitayevlər cavabdeh ola bilərlər. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, miras əmlaka vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi üçün təkrarən Qusar rayon Notariat Ofisinə müraciət etmiş, həmin Ofisin notariusu D.A.Tağıyev 24 iyun 2022-ci il tarixli X-868 saylı məktubla cavab vermişdir ki, İddiaçı Qusar rayon Notariat Ofisində 04 iyun 2003-cü ildə vəfat etmiş X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciətinə baxılmış və bildirilmişdir ki, X18 vəfat etdikdən sonra Qusar rayon notariat ofisinə mirasın qəbul olunmasına dair müraciət daxil olmamışdır. Bununla bağlı Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. X1 digər varisləri mövcuddur. Mövcud olan digər varislər öz paylarına dair münasibətlərini bildirmədikləri üçün tam şəkildə pay bölgüsünün aparılması mümkün deyildir. Bununla bağlı buraxılmış müddətin bərpası və pay bölgüsünün aparılması üçün məhkəməyə müraciət edilməsi məqsədəuyğundur. Qeyd etmişdir ki, miras evə mərhum babası X6 adına DƏDRX-nın Xaçmaz Ərazi İdarəsinin RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli Hüquqların dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və **********79-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportu alınmışdır. Həmin Çıxarışa əsasən Qusar şəhəri, Fizuli küçəsi 4 ünvanda yerləşən ümumi sahəsi 147 kv.metr olana yaşayış evi və onun yerləşdiyi 0.0464 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ ilə mərhum babası A.Ş.Mityayevin adına qeydə alınmışdır. Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 oktyabr 2019-cu il tarixli 3010 nömrəli arayışı ilə təsdiq olunur ki, ünvan 2 evin sakini X19 2002-ci ildə vəfat etmiş, ondan sonra həmin evdə həyat yoldaşı Mitayev Saruxan Şahbaz oğlu, oğlu X22, gəlini Cavabdeh1 Əmirağa qızı və nəvələri X26, Cavabdeh2 yaşamışlar. X18 2003-cü ildə vəfat etmiş, ondan sonra həmin evdə X22, gəlini Cavabdeh1 Əmirağa qızı, nəvələri X26 və Cavabdeh2 yaşamışlar. X22 2005-ci ildə vəfat etmiş, ondan sonra həmin evdə həyat yoldaşı Cavabdeh1 Əmirağa qızı və uşaqları X26 və Cavabdeh2 yaşayırlar. Qeyd etmişdir ki, 17 oktyabr 2018-ci il tarixdə adını “Şahbaz”dan “Ömər” adına dəyişmişdir. Bu barədə ona Qusar rayon Qeydiyyat şöbəsindən 17 oktyabr 2018-ci il tarixli AZ-İ 017926 saylı adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamədə verilmişdir. O, bütün bu sənədlərlə Qusar rayon Notariat Ofisinə müraciət edərək mərhum babası X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Həmin notariat ofisinin notariusu D.A.Tağıyev ona 01 noyabr 2019-cu il tarixli X984 saylı məktubla cavab vermişdir ki, onun tərəfindən Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət keçirilmiş, X1 digər varisləri mövcuddur, həmin mirası o, birinci növbədə vərəsə kimi həmin evdə yaşamaqla qanun üzrə qəbul etmişdir. Qusar Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(029)-851/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 Əmirağa oğluna və Cavabdeh2 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir (hakim Əli Cəlilov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(029)-851/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işdə olan Qusar RİHB-nin Qusar şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 3010 nömrəli arayışı ilə təsdiq olunur ki, 2003-cü ildə vəfat etmiş babası X6 ölümündən sonra miras qalmış evdə atası Nadir, anası Mənzərə, bacısı Kəmalə və o, yaşamış, 2005-ci ildə atası Nadirin vəfatından sonra həmin evdə o, anası Mənzərə və bacısı Kəmalə yaşayırlar. Yəni bu sənədlə təsdiq olunur ki, miras əmlakı ona sahiblik etməklə vəsiyyət üzrə atası Nadir qəbul etmiş, onun ölümündən sonra isə miras əmlakı qanun üzrə vərəsəliklə o, qəbul etmişdir. İşə baxmış məhkəmə göstərilən maddi hüquq normalarına düzgün riayət etməməklə, ərizəsini əsassız olaraq təmin etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 Əmirağa qızı izahatında Nadir Mityayevin 1984-cü il tarixdə Hüsniyyə Eyyubova ilə ailə həyatı qurduğunu, 1985- 1990-cı illər arasında həmin nikahdan Taryel və Nazlı adında iki uşaqlarının anadan olduğunu, 1992-ci il tarixdə Nadir ilə Hüsniyyənin boşandığını və həmin vaxt Hüsniyyənin iki uşağını da özü ilə apardığını, daha sonra 1994-cü il tarixdə Nadirin onunla evləndiyini, həmin nikahdan 1996-cı il tarixdə Ömərin və 1999-cu il tarixdə Kəmalənin anadan olduğunu, Nadirin 2005-ci il tarixdə vəfat etdiyini, Taryel və Nazlının atalarının yas mərasimində belə iştirak etmədiklərini, eləcə də bu günə qədər miras tələbi barədə heç bir yerə müraciət etmədiklərini, oğlu İddiaçı isə anadan olandan hazırki vaxtadək faktiki olaraq onlarla birlikdə yoldaşından miras qalmış həmin evdə yaşadığını bildirdi. Göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 izahatında qardaşı İddiaçı hazırki vaxtadək faktiki olaraq onlarla birlikdə atalarından miras qaylmış evdə yaşadığını, miras əmlakı faktiki olaraq qəbul etdiyini, bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilərək iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq maraqlı şəxslər X27 və Maraqlı şəxs1 məhkəmə iclasına gəlməmişlər. Lakin Maraqlı şəxs2 məhkəməyə ərizə ünvanlayaraq hərbi xidmətdə olduğunu, bu səbəbdən məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini, xx.xx.1986-cı il tarixdə ünvan 1 nömrəli evdə anadan olduğunu, atasının X22 olduğunu, həmin yaşadığı evdən öz payını tələb etdiyini və ona çatası payın kimsəyə verilməsinə razılıq vermədiyini bildirmişdir. Maraqlı şəxs1 məhkəməyə ərizə ünvanlayaraq imkanı olmadığından məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini, xx.xx.1989-cu il tarixdə ünvan 1 nömrəli evdə anadan olduğunu, atasının X22 olduğunu, həmin yaşadığı evdən öz payını tələb etdiyini və ona çatası payın kimsəyə verilməsinə razılıq vermədiyini bildirmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddiaçının iddia tələbi qismən təmin edilməli, ünvan 1 ünvanda yerləşən yaşayış evinin və onun yerləşdiyi 0.0464 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi İddiaçı, Cavabdeh1 Əmirağa qızı və Cavabdeh2 tərəfindən qəbul etmələri faktı müəyyən edilməli və onların hər birinin qeyd olunan yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə ayrı-ayrılıqda 1/3 hissədə vərəsəlik payları müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir. İş materiallarında olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 116592 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X20 arasında 08 iyun 2005-ci il tarixdə nikah bağlanmış və bu barədə 44 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra Mənzərə Bağışova “Mityayeva” soyadını qəbul etmişdir. İş materiallarında olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 150469 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx xxxxxx 1996-cı ildə anadan olmuşdur. X3, anası X10r. İş materiallarında olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 oktyabr 2018-ci il tarixli, AZ-İ 017926 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1996-cı il tarixdə Qusar şəhərində anadan olmuş X26 adını “Şahbaz” əvəzinə “Ömər”ə dəyişdirmiş və bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 17 oktyabr 2018-ci il tarixdə 09 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Qusar rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 021101 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 25 noyabr 2005ci il tarixdə vəfat etmişdir. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 oktyabr 2019-cu il tarixli, 1222 saylı arayışdan görünür ki, X18 xx.xx.2003-cü ildə Azərbaycan Respublikası Qusar şəhərində vəfat etmişdir. Bu barədə xx.xx.2003-cü il tarixdə Qusar rayon qeydiyyat şöbəsinin 75 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Qusar RİHB-nin Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 3010 nömrəli arayışdan görünür ki, ünvan 2 evin sakini X19 2002-ci ildə vəfat etmiş, ondan sonra həmin evdə həyat yoldaşı Mitayev Saruxan Şahbaz oğlu, oğlu X22, gəlini Cavabdeh1 Əmirağa qızı və nəvələri X26, Cavabdeh2 yaşamışlar. X18 2003-cü ildə vəfat etmiş, ondan sonra həmin evdə X22, gəlini Cavabdeh1 Əmirağa qızı, nəvələri X26 və Cavabdeh2 yaşamışlar. X22 2005-ci ildə vəfat etmiş, ondan sonra həmin evdə həyat yoldaşı Cavabdeh1 Əmirağa qızı və uşaqları X26 və Cavabdeh2 yaşayırlar. İşdə olan Qusar rayon XDS-nin İcraiyyə Komitəsinin 03 mart 1982-ci il tarixli 9/51 nömrəli qərarından görünür ki, Qusar şəhəri, Fizuli küçəsindəki 4 nömrəli ünvanda yerləşən, həqiqətdə Mitayev Saruxan Şahbaz oğluna məxsus fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsinə X16 adına verilmiş 226 nömrəli torpaq qeydi etibarsız sayılmış və ləğv edilmişdir. Rayon kommunal müəssisələri kombinatına Fizuli küçəsindəki 4 nömrəli fərdi yaşayış evinin və ona məxsus 400 kv.metr olan torpaq sahəsinin evin həqiqi sahibi Mitayev Saruxan Şahbaz oğlunun adına keçirilməsi, evin ev dəftərçəsinin və texniki pasportunun S.Mitayevin adına qeyd edilməsi tapşırılmışdır. İşdə olan Azərbaycan Respublikası Qusar rayon İcra Hakimiyyəti başçısının Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən verilmiş 06 iyun 2016-cı il tarixli 28 nömrəli rəyin surətindən görünür ki, Mitayev Rafik Saruxan oğlunun mərhum atası X15 məxsus ünvan 4 ünvanda ünvan 5sən özünə məxsus 464.0 kv.m. həyətyanı torpaq sahəsində 1962-1988-ci illərdə inşa etdiyi fərdi yaşayış evinin bünövrəsi çay daşı, divarları çiy kərpic, dam örtüyü şifer olmaqla 2 (iki) mərtəbəli 2 (iki) yaşayış otaqlı, ümumi sahəsi 121.9 kv.m., yaşayış sahəsi 25.2 kv.m., köməkçi sahəsi 96.7 kv.m. təşkil edir. Həmin torpaq sahəsində 1962-1996-cı illərdə inşa etdiyi ikinci fərdi yaşayış evinin bünövrəsi çay daşı, divarları çiy saman kərpic, dam örtüyü şifer olmaqla 1 (bir) mərtəbəli 1 (bir) yaşayış otaqlı, ümumi sahəsi 25.2 kv.m., yaşayış sahəsi 15.1 kv.m., köməkçi sahəsi 10.1 kv.m. təşkil edir. Fərdi yaşayış evləri şəhərin memarlıq üslubuna və kommunikasiya xətlərinə heç bir xələl gətirmir. Odur ki, X15 məxsus Qusar şəhəri, Fizuli küçəsi ev 4 ünvanda yerləşən fərdi yaşayış evlərini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınması məqsədəmüvafiqdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli və xx.xx.2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı Çıxarışın surətindən görünür ki, Qusar şəhəri, Fizuli küçəsi 4 ünvanda yerləşən 0.0464 ha həyətyanı torpaq sahəsi və üzərində olan ümumi sahəsi 147.0 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X15 məxsusdur. İşdə olan Reyestr nömrəsi **********79-10301, inventar nömrəsi 1686 olan Texniki Pasportun surətindən görünür ki, Qusar şəhəri, Fizuli küçəsi 4 ünvanda yerləşən 0.0464 ha torpaq sahəsi və fərdi yaşayış evi X15 məxsusdur. İşdə olan Qusar rayon Notariat Ofisinin 24 iyun 2022-ci il tarixli X-868 nömrəli məktubundan görünür ki, İddiaçı Qusar rayon Notariat Ofisində 05 iyun 2003-cü ildə vəfat etmiş X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciətinə baxılmış və bildirilmişdir ki, X18 vəfat etdikdən sonra Qusar rayon notariat ofisinə mirasın qəbul olunmasına dair müraciət daxil olmamışdır. X1 digər varisləri mövcuddur. Mövcud olan digər varislər öz paylarına dair münasibətlərini bildirmədikləri üçün tam şəkildə pay bölgüsünün aparılması mümkün deyildir. Bununla bağlı müddətin bərpası və pay bölgüsünün aparılması üçün məhkəməyə müraciət edilməsi məqsədəuyğundur. İşdə olan Qusar Rayon Məhkəməsinin 2(029)-223/2017 saylı, 05 yanvar 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddianın qismən təmin edilməsi, ünvan 2 fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 400 kv.metr torpaq sahəsinə dair mərhum X6 və mərhum X8 hər birinin mülkiyyət paylarının 50 faiz müəyyən edilərək həmin hissələr müvafiq olaraq onların miras kütləsinə daxil edilməsi, mərhumlar Saruxan Mityayevin və Saimat Mityayevanın miras kütləsinə daxil olan, yuxarıda göstərilən əmlakların vərəsələr tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin səbəbləri üzrlü sayılmaqla, həmin müddətin uzadılması, mərhum Saruxan Mityayevin miras kütləsinə daxil olan ünvan 2 fərdi yaşayış evinin və evin yerləşdiyi 0.04 hektar həyətyanı torpaq sahəsinin 50 faiz hissəsinə dair vəsiyyət üzrə vərəsəlik müəyyən edilərək həmin mirasa dair iddiaçı Rafik Mitayevin məcburi payının 1/6 hissə (8.3 faiz), iddiaçı Sevilə Yaqubovanın məcburi payının 1/6 hissə (8.3 faiz) müəyyən edilməsi və həmin mirasa dair mərhum Nadir Mityayevin vərəsələri olan Cavabdeh1, Maraqlı şəxs2, Maraqlı şəxs1, Şahbaz Mityayevin, Cavabdeh2 miras paylarının isə birlikdə 2/3 (33.4 faiz) hissə müəyyən edilməsi, miras qoyan Saimat Mityayevanın miras kütləsinə daxil olan Qusar şəhəri Fizuli küçəsi 4 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 400 kv.metr torpaq sahəsinin 50 faiz hissəsinə dair qanun üzrə vərəsəlik müəyyən olunaraq həmin mirasa dair iddiaçı Rafik Mitayevin miras payının 2/3 hissə (33.3 faiz) və mərhum Nadir Mityayevin vərəsələri olan Cavabdeh1, Maraqlı şəxs2, Maraqlı şəxs1, Şahbaz Mityayevin, Cavabdeh2 miras paylarının isə birlikdə 1/3 hissə (16.7 faiz) müəyyən edilməsi, yekun olaraq Qusar şəhəri Fizuli küçəsi 4 saylı fərdi yaşayış evinə və evin yerləşdiyi 0.04 hektar həyətyanı torpaq sahəsinə dair Rafik Mitayevin miras payının qanun və vəsiyyət üzrə 41,6 faiz; Sevilə Yaqubovanın miras payının 8,3 faiz, Cavabdeh1, Maraqlı şəxs2, Maraqlı şəxs1, Şahbaz Mityayevin, Cavabdeh2 miras paylarının hər birinə 9,18 faiz olmaqla cəmi 50,1 faiz müəyyən edilməsi və həmin payların müvafiq olaraq həmin şəxslərin mülkiyyətinə verilməsi, Cavabdeh1 Mitayev Rafik Saruxan oğluna və qeyrilərinə qarşı çıxarışın etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1557/2017 saylı, 21 iyun 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı M.Ə.Mityayevin apellyasiya şikayətinin qismən təmin edilməsi, Qusar Rayon Məhkəməsinin 05 yanvar 2017-ci il tarixli, 2(029)-223/2017 saylı qətnaməsinin - “ilk iddia qismən təmin edilsin, Qusar şəhəri Fizuli küçəsi 4 saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 400 kv.metr torpaq sahəsinə dair mərhum Mitayev Saruxan Şahbaz oğlunun və mərhum X8 hər birinin mülkiyyət payları 50 faiz müəyyən edilərək həmin hissələr müvafiq olaraq onların miras kütləsinə daxil edilsin. Mərhumlar Saruxan Mitayevin və Saimat Mityayevanın miras kütləsinə daxil olan, yuxarıda göstərilən əmlakların vərəsələr tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin səbəbləri üzrlü sayılmaqla, həmin müddət uzadılsın. Mərhum Saruxan Mitayevin miras kütləsinə daxil olan ünvan 2 fərdi yaşayış evinin və evin yerləşdiyi 0.04 hektar həyətyanı torpaq sahəsinin 50 faiz hissəsinə dair vəsiyyət üzrə vərəsəlik müəyyən edilərək həmin mirasa dair iddiaçı Rafik Mitayevin məcburi payı 1/6 hissə (8.3 faiz), iddiaçı Sevilə Yaqubovanın məcburi payı 1/6 hissə (8.3 faiz) müəyyən edilsin və həmin mirasa dair mərhum Nadir Mityayevin vərəsələri olan Cavabdeh1, Maraqlı şəxs2, Maraqlı şəxs1, Şahbaz Mityayevin, Cavabdeh2 miras payları isə birlikdə 2/3 (33.4 faiz) hissə müəyyən edilsin. Miras qoyan Saimat Mityayevanın miras kütləsinə daxil olan ünvan 2 fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 400 kv.metr torpaq sahəsinin 50 faiz hissəsinə dair qanun üzrə vərəsəlik müəyyən olunaraq həmin mirasa dair iddiaçı Rafik Mitayevin miras payı 2/3 hissə (33.3 faiz) və mərhum Nadir Mityayevin vərəsələri olan Cavabdeh1, Maraqlı şəxs2, Maraqlı şəxs1, Şahbaz Mityayevin, Cavabdeh2 miras payları isə birlikdə 1/3 hissə (16.7 faiz) müəyyən edilsin. Yekun olaraq ünvan 2 fərdi yaşayış evinə və evin yerləşdiyi 0.04 hektar həyətyanı torpaq sahəsinə dair Rafik Mitayevin miras payı qanun və vəsiyyət üzrə 41,6 faiz, Sevilə Yaqubovanın miras payı 8,3 faiz, Cavabdeh1, Maraqlı şəxs2, Maraqlı şəxs1, Şahbaz Mityayevin, Cavabdeh2 miras payları hər birinə 9,18 faiz olmaqla cəmi 50,1 faiz müəyyən edilsin və həmin paylar müvafiq olaraq həmin şəxslərin mülkiyyətinə verilsin” hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin – “ilk iddia təmin edilməyən və Cavabdeh1 Mitayev Rafik Saruxan oğluna və X12 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia təmin edilməsin” hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 8180/17 saylı, 28 noyabr 2017-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı Mitayev Rafik Saruxan oğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1557/2017 nömrəli iş üzrə 21 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-591/2022 saylı qətnaməsindən görünür ki, Qusar Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər X17, X12 və üçüncü şəxs X25 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Sadalananlara əsasən, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı bu nəticəyə gəlinmişdir ki, mübahisəli fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair ilkin sənədlər məhz mərhum Saruxan Mityayevin adına olmuş və bu səbəbdən də həmin əmlaklar ilkin olaraq məhz həmin şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə Saimat Mityayevanın mülkiyyət payı müəyyən olunmalı və bundan sonra vərəsəlik müəyyən olunmalıdır. Saimat Mityayeva vəfat etdikdən sonra mübahisəli torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin ona çatası hissəsinin nə qədər təşkil etməsi və bununla da onun miras kütləsinin dairəsi dəqiq müəyyən edilməmişdir. Həmin şəxsin vəfatından sonra onun mirasına dair vərəsəlik müəyyən olunmamış, onun miras kütləsinin dairəsi bütün vərəsələr üçün qeyri-müəyyən olmuş, heç bir vərəsə tərəfindən onun mirasının qəbul edilməsi istər faktiki, istər notariat orqanına müraciət etmə formasında qeyri-mümkün olmuşdur. X30 vəfat etdikdən sonra da həmin evə və torpaq sahəsinə dair miras qoyanların mülkiyyət payları dəqiq müəyyən edilməmiş, hər birinin mirasına dair ayrıca vərəsəlik müəyyən edilməmişdir. Bundan başqa, həmin şəxslər mirasa dair müvafiq iradə ifadəsi göstərməklə nə notariat orqanına, nə də məhkəməyə müvafiq ərizə ilə müraciə etməmişlər. Bu səbəbdən də, məhkəmə Saimat Mityayevanın mirasının sonuncunun vəfatından sonra Saruxan Mityayev və Nadir Mityayev tərəfindən qəbul edilməsi faktının, daha sonra isə Saruxan Mityayevin mirasının sonuncunun vəfatından sonra Nadir Mityayev tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi qanuni və əsaslı hesab etmir. X37 vəfat etdikdən sonra mübahisəli torpaq sahəsi ilə fərdi yaşayış evinin hər hansı hissəsi onun miras kütləsinə daxil olmamışdır. Bundan başqa məhkəmə iclasında məlum olmuşdur ki, Cavabdeh1 Əmirağa qızının mərhum X11 birinci nikahından 2 uşağı var və həmin şəxslər yetkinlik yaşlarına çatmışlar. Həmin uşaqlar atalarına məxsus mirasa dair heç bir fikir bildirməmişlər və bu barədə heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməli olması qənaətinə gəlmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmiş və şikayətini - 2003-cü ildə vəfat etmiş babası X6 ölümündən sonra miras qalmış evdə atası Nadirin, anası Mənzərənin, bacısı Kəmalənin və onun yaşaması, 2005-ci ildə isə atası Nadirin vəfatından sonra həmin evdə onun, anası Mənzərənin və bacısı Kəmalənin yaşaması, miras əmlakı ona sahiblik etməklə vəsiyyət üzrə atası Nadirin qəbul etməsi, onun ölümündən sonra isə miras əmlakın qanun üzrə vərəsəliklə onların qəbul etməsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi qanunvericilik mirasın qəbulunun iki üsulunu müəyyən etmişdir. Mirasın qəbulunun formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Miras əmlakın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aiddir. Miras əmlakın faktiki cəhətdən qəbulunun təsdiqlənməsinin və sübut edilməsinin böyük əhəmiyyəti vardır. Bu hal müxtəlif orqanlar tərəfindən sənədlərlə təsdiq oluna bilər. Məsələn, miras qoyan ölən anda və miras açılandan sonra vərəsənin miras evdə yaşaması mənzil orqanı tərəfindən verilən müvafiq arayışla təsdiq olunur. Yaxud, miras qoyana məxsus əmlaka görə vərəsənin vergi ödəməsi vergi orqanı tərəfindən verilən arayışla təsdiq oluna bilər və s. Lakin yuxarıda qeyd olunduğu kimi mirasın qəbuluna (istər rəsmi, istərsə də faktiki) yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Mirasın qəbul edilmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Bu müddət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246cı maddəsi ilə dəqiq müəyyən edilmişdir. Həmin maddəyə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, ünvan 2 evin sakini X19 2002-ci ildə vəfat etmiş, ondan sonra həmin evdə həyat yoldaşı Mitayev Saruxan Şahbaz oğlu, oğlu X22, gəlini Cavabdeh1 Əmirağa qızı və nəvələri X26, Cavabdeh2 yaşamışlar. X18 2003-cü ildə vəfat etmiş, ondan sonra həmin evdə X22, gəlini Cavabdeh1 Əmirağa qızı, nəvələri X26 və Cavabdeh2 yaşamışlar. X22 2005-ci ildə vəfat etmiş, ondan sonra həmin evdə həyat yoldaşı Cavabdeh1 Əmirağa qızı və uşaqları X26 və Cavabdeh2 yaşayırlar. 2018-ci il tarixdə X26 adını “Şahbaz” əvəzinə “Ömər”ə dəyişdirmişdir. Göründüyü kimi Saruxan Mityayevin ölümündən sonra miras əmlak oğlu Nadir Mityayev tərəfindən faktiki olaraq qəbul edilmiş, daha sonra Nadir Mityayevin 2005-ci il tarixdə vəfatından sonra isə miras qalmış əmlakı İddiaçı, cavabdehlər Cavabdeh1 Əmirağa qızı və Cavabdeh2 qanunla müəyyən edilmiş müddət ərzində faktiki olaraq qəbul etmişlər. Qeyd edilənlər iş materiallarına əlavə olunmuş sübutlarla, eləcə də məhkəmə kollegiyasının iclasında dindirilmiş tərəflərin özlərinin verdikləri izahatları ilə təsdiq edilmişdir. Göründüyü kimi, ümumən həm iddiaçının, həm də cavabdehlərin miras əmlakı faktiki qəbul etmələri müəyyən edilsə də, birinci instansiya məhkəməsi maddi hüquq normalarına uyğun qətnamə çıxarmaq əvəzinə, Mülki Məcəllənin vərəsəliklə bağlı yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini, eləcə də Mülki Prosessual Məcəllənin sübutetmə vəzifəsinə dair müddəalarını pozmuşdur. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, vərəsələr (tərəflər) mirasın qəbul edilməsinin qeyri-formal üsulundan istifadə etməklə konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyərək, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamışlar və bununla da, mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Odur ki, iddiaçı və cavabdehlərin miras əmlakda paylarının olması halı istisna edilmir. Məhkəmə kollegiyası həmçinin maraqlı şəxslər X28 və Maraqlı şəxs1 ərizələrinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyasının iclasında aparılmış apaşdırma zamanı müəyyən edildi ki, Nadir Mityayev 1984-cü il tarixdə Hüsniyyə Eyyubova ilə ailə həyatı qurmuş, həmin nikahdan xx.xx.1986-cı il tarixdə Maraqlı şəxs2 və xx.xx.1989-cu il tarixdə Maraqlı şəxs1 anadan olmuş, 1992-ci il tarixdə Nadir Mityayev ilə Hüsniyyə Eyyubova ayrılmış və həmin vaxt H.Eyyubova iki uşağını da özü ilə apararaq yaşadığı ünvan 1 saylı evdən çıxıb getmiş və həmin vaxtdan sonra geri qayıtmamışlar, daha sonra 1994-cü il tarixdə X41 Bağışova ilə ailə həyatı qurmuş və həmin nikahdan 1996-cı il tarixdə Ömər və 1999-cu il tarixdə Kəmalə adlı övladları anadan olmuş, lakin miras əmlakı İddiaçı, cavabdehlər Cavabdeh1 Əmirağa qızı və Cavabdeh2 faktiki olaraq qəbul etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 mirasın qəbul edilməsini nə formal, yəni mirasın açıldığı gündən 3 ay müddətində mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişlər, nə də ki, mirası qeyri-formal yəni 1992-ci il tarixdən həmin evdə çıxıb gedərək həmin evdə yaşamamaqla miras əmlakı faktiki olaraq qəbul etməmişlər. Odur ki, maraqlı şəxslərin miras əmlakda paylarının olması halı istinsa edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qusar Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(029)-851/2022 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddiaçının iddia tələbi qismən təmin edilməli, ünvan 1 ünvanda yerləşən yaşayış evinin və onun yerləşdiyi 0.0464 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi İddiaçı, Cavabdeh1 Əmirağa qızı və Cavabdeh2 tərəfindən qəbul etmələri faktı müəyyən edilməli və onların hər birinin qeyd olunan yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə ayrıayrılıqda 1/3 hissədə vərəsəlik payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(029)-851/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanda yerləşən yaşayış evinin və onun yerləşdiyi 0.0464 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi İddiaçı, Cavabdeh1 Əmirağa qızı və Cavabdeh2 tərəfindən qəbul etmələri faktı müəyyən edilsin və onların hər birinin qeyd olunan yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə ayrı-ayrılıqda 1/3 hissədə vərəsəlik payları müəyyən edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-424/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-424/2023
14.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver