Məhkəmə qərarları › İş №2(105)-428/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-428/2021

13.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-428/2021 13.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh3 MMC-nin təsisçisi X1, Cavabdeh3 MMC-nin nümayəndəsi İsmayılov Mübariz İslam oğlunun, Cavabdeh1 nümayəndəsi-vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh2 və Cavabdeh1 qarşı alqısatqı müqavilələrinin bağlandığı andan etibarsız hesab olunması tələbinə dair dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1766/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1766/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında 20 may 2019cu il tarixdə ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr olan qeyri-yaşayış sahəsinə dair bağlanmış “Kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqısı haqqında” alqı-satqı müqaviləsinin və Cavabdeh3 MMC ilə alıcı Cavabdeh1 arasında 27 may 2019-cu il tarixdə bağlanmış “Kooperativ binada qeyriyaşayış sahəsinin alqı-satqısı haqqında” alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, tərəflərin ilkin vəziyyətə qaytarılması, iş üzrə dövlət rüsumu üçün ödənilmiş 10 (on) manat məbləğində pul vəsaitinin əvəzinin cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim E.M.Kazımov). Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-1766/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr olan dəyəri 1.575.000 manat olan qeyriyaşayış sahəsinə dair Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış 20 may 2019cu il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin və Cavabdeh1 arasında bağlanmış 27 may 2019-cu il tarixli alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh1 nümayəndəsi-vəkili X9 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, müvəkkili ilə 27 may 2019-cu il tarixdə Cavabdeh3 MMC ilə arasında kooperativ binada qeyri-yaşayış alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilənin 3-cü bəndinə görə, qeyri-yaşayış sahəsinin lkv.metrinin qiyməti 2.500 manat təşkil edir. Qeyri-yaşayış sahəsinin ümumi dəyəri 1.575.000 (bir milyon beş yüz yetmiş beş min) manat təşkil edir. Müqavilənin şərtlərinə uyğun olaraq müqavilə bağlanan zaman qeyri-yaşayış sahəsinin ümumi dəyəri, yəni 1.575.000 (bir milyon beş yüz yetmiş beş min) manat pul tam olaraq Cavabdeh3 MMC-yə müvəkkilim tərəfindən ödənilmişdir və borc qalmamışdır. Müqavilənin icrası ilə əlaqədar olaraq iddiaçı Cavabdeh1 pay haqqını tam ödəməyinə baxmayaraq Cavabdeh3 MMC həmin qeyri-yaşayış sahəsinin ona verilməsini müxtəlif bəhanələrlə indiyədək yubadaraq qeyri-yaşayış sahəsini ona verməkdən faktiki olaraq boyun qaçırmışdır. Buna görə də o məcbur olaraq iddia ərizəsi ilə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 630 m2 olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi və qeyri-yaşayış sahəsindən istifadə zamanı qanunsuz təsirlərin, maneələrin və mənzil toxunulmazlığını pozan hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 25.11.2019-cu il tarixli 2(001)-6409/2020 saylı qətnaməsi iddia tələbi qismən - “ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 630 m2 olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi” hissəsində təmin edildi. Qətnamədən cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 12.06.2020-ci il tarixli 2(103)-2649/2020 saylı qətnaməsi ilə 1-ci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qətnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 393-cü maddəsinə əsasən qanuni qüvvəyə minmişdir. Abşeron Rayon Məhkəməsi İddiaçı iddiasını təmin edərkən bir çox maddi və prosessual hüquq normalarını pozuntusuna yol vermişdir.Əvvəla, məhkəmə tərəfindən İddiaçı ilə cavabdehlərdən biri Cavabdeh3 MMC-nin təsisçisi X4 arasında bağlanmış müqavilənin Cavabdeh1 heç bir aidiyyəti yoxdur. Çünki o Mülki Məcəllənin tələbinə uyğun olaraq vicdanlı alıcı kimi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 630 m2 olan qeyri-yaşayış sahəsini müqavilə əsasında almışdır və müqavilə bağlanan zaman qeyri-yaşayış sahəsinin ümumi dəyəri, yəni 1.575.000 (bir milyon beş yüz yetmiş beş min) manat pulu tam olaraq Cavabdeh3 MMC- yə ödəmişdir və borcu qalmamışdır. Bu barədə 27 may 2019-cu il tarixli maliyyə arayışını və kassa mədaxil orderini Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə təqdim etmişdir və məhkəmələr tərəfindən baxılaraq iddiasına hüquqi qiymət verilmişdir. Yəni iddiaçının subyektiv hüququnun olmaması açıq-aşkar görünür. İkincisi, Cavabdeh3 MMC-nin təsisçisi X4 və müqavilə bağlanan zaman direktor olmuş X7 məhkəmədə izahat verərək göstərmişlər ki, guya Cavabdeh1 mübahisələndirilən qeyriyaşayış sahəsinin alınması zamanı heç bir məbləğdə pul ödəməmişdir. Bununla bağlı bildirmək istəyir ki, əgər müqavilə bağlanan zaman Cavabdeh1 hər hansı bir məbləğdə pul ödəməmişdisə, niyə görə ona pulun ödənilməsinə dair maliyyə arayışı və kassa mədaxil qəbzi verilmişdir. Digər tərəfdən Cavabdeh3 MMC-nin nümayəndəsinin izahatına Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsində, apellyasiya şikayətinə isə Bakı Apellyasiya Məhkəməsində hüquqi qiymət verilmişdir. Cavabdeh1 iddiası təmin edilmiş, onların apellyasiya şikayəti isə təmin edilməmişdir. Sözü gedən qətnamə qanuni qüvvəyə minmişdir. Bu halı Abşeron Rayon Məhkəməsində də bildirdik. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Üçüncüsü, məhkəmədə şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, Cavabdeh1 müqavilənin ləğvi ilə bağlı teleqram vurmuşdur. Halbuki belə bir teleqram olmamış və Cavabdeh1 göndərilməsi barədə nümayəndə və vəkil olaraq tərəfindən poçt qəbzi istənilsə də belə bir məlumat yoxdur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2(012)- 1766/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, Cavabdeh3 MMC tərəfindən ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr olan dəyəri 1,575 000 manat olan qeyri-yaşayış sahəsinə dair MMC ilə Cavabdeh2 arasında 20 may 2019-cu il tarixdə “Kooperativ binada qeyri-yaşayış sahəsinin” alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə bağlandığı zaman Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında “xxxx” də bağlanmışdır. Həmçinin, müqavilənin şərtlərinə əsasən qeyri-yaşayış sahəsinin dəyərinin ilkin olaraq 300 000 manat, qalan hissəsi isə tərəflər arasında razılaşdırılmış qrafikə uyğun olaraq ödənilməli idi. Müqavilənin digər şərti yalnız qeyri-yaşayış sahəsinin dəyəri tam ödənildikdən sonra həmin sahə alıcının istifadəsinə verilir. Həmin razılaşmada nəzərdə tutulmuşdur ki, alıcı tərəfindən ödəniş tam yerinə yetirilmədiyi təqdirdə tərəflər arasında qeyri-yaşayış sahəsinin alqı-satqısı müqaviləsi və tam ödəmə haqqında verilmiş maliyyə arayışı öz hüquqi qüvvəsini itirmiş hesab olunur. 27 may 2019-cu il tarixdə Cavabdeh2 Cavabdeh3 MMC-yə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr ümumi dəyəri 1.575 000 manat olan qeyri-yaşayış sahəsini Cavabdeh1 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Cavabdeh3 MMC tərəfindən Cavabdeh2 ərizəsi tərəflər arasında bağlanmış “xxxx”nin şərtləri nəzərə alınmaqla 27 may 2019-cu il tarixində MMC ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr ümumi dəyəri 1.575 000 manat olan qeyri-yaşayış sahəsinə dair “Kooperativ binada qeyriyaşayış sahəsi”nin alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdehlər arasında alqı-satqı predmeti olan qeyri-yaşayış sahəsinin müştərək qaydada tikintisinə dair 25 may 2017-ci il tarixdə Cavabdeh3 MMC ilə iddiaçının arasında xxxx bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən 630 kv.metr sahənin 1/2 hissəsi iddiaçıya məxsus olmuşdur. Tərəflər alqı-satqı müqaviləsi bağlayarkən faktiki halı bildikləri halda bunu nəzərə almamışlar. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2(012)-1766/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 MMC-nin təsisçisi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, Cavabdeh3” MMC-nin təsisçisi və direktoru kimi fiziki şəxs İddiaçı ilə 25 may 2017-ci il tarixdə notariat orqanlarında rəsmiləşdirilməklə “xxxx” bağlamışdır. Həmin müqavilənin şərtlərinə görə MMC tərəfindən ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr iki mərtəbəli qeyriyaşayış sahəsinin tikintisi ilə bağlı razılaşmışlar, tərəflər bərabər hissədə vəsait qoymaqla öz üzərilərinə öhdəlik götürmüş, qeyri-yaşayış sahəsinin 1/2 hissəsinə pay hüququna malik olmuş, gələcəkdə qeyri-yaşayış sahəsinin satışının tərəflərin yazılı və şifahi razılığı ilə “Cavabdeh3 MMC-nin həyata keçirilməsinə razılaşmışlar. Qeyri-yaşayış sahəsinin satışı zamanı alıcı müqavilə öhdəliklərini yerinə yetirmədiyi halda, alqı-satqının keçirilməsinə razılıq vermiş tərəf müqavilənin mübahisələndirilməsi hüququnun özünün həyata keçirdiyini şərtləndirdiklərinə baxmayaraq, qeyd olunan tələblərə MMC-nin direktoru və təsisçisi kimi əməl etməmişdir. Nəticədə, sonradan Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış 20 may 2019-cu il tarixli və Cavabdeh1 arasında bağlanmış 27 may 2019-cu il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilələr bağlansa da, bir manat belə vəsait ödənilmədiyindən, həmçinin həmin müqavilələr qanunvericiliyin tələbinə dair heç bir orqanda rəsmiləşdirilmədiyindən bağlandığı andan etibarsız hesab olunmasına etiraz etmir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2(012)- 1766/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2(012)-1766/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək apelyasiya şikayətində göstərilənlərlə razı olmadığını, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş üzrə Cavabdeh2 məhkəmə kollegiyasına ərizə ünvanlayaraq apelyasya şikayətini qəbul etmədiyini, qətnamənin dəyişiilməən saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan “xxxx” MMC ilə fiziki şəxs İddiaçı arasında bağlanmış 25 may 2017-ci il tarixli “Razılaşma” müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “xxxx” MMC tərəfindən ünvan 2 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının arxasında tikinti planına uyğun olaraq ümumi sahəsi 630 kv.metr olan iki mərtəbəli qeyri-yaşayış sahəsinin müştərək qaydada tikintisinə razılaşmışlar. Həmin müqavilənin 1.4-cü bəndindən görünür ki, müqavilə tərəfləri 630 kv.metr olan qeyri-yaşayış sahəsinin ½ hissəsinə pay hüququna malikdirlər. Həmin müqavilənin 1.5-ci bəndindən görünür ki, gələcəkdə qeyri-yaşayış sahəsinin satışını digər tərəfin (İddiaçı) şifahi və ya yazılı razılığı ilə “xxxx” MMC həyata keçirir. Həmin müqavilənin 1.6-cı bəndindən görünür ki, obyektin satışı zamanı alıcı müqavilə öhdəliklərini yerinə yetirmədiyi halda alqı-satqının həyata keçirilməsinə razılıq vermiş tərəf müqavilənin mübahisələndirilməsi hüququnu özü həyata keçirə bilər. İş materiallarında olan “MMC” “xxxx” MMC ilə “alıcı” Cavabdeh2 arasında bağlanmış 20 may 2019-cu il tarixli Kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqısı haqqında müqavilənin əslindən görünür ki, Cavabdeh2 Cavabdeh3 MMC-nin ünvan 2 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr olan qeyri-yaşayış sahəsini alıcıya satmağa, alıcı isə həmin qeyri-yaşayış sahəsini almağa və qabaqcadan müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.3-cü bəndinə əsasən mənzilin ümumi dəyəri 1.575.000 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin 5-ci bəndinə əsasən alıcı tərəfindən qeyri-yaşayış sahəsinin ümumi dəyərinin müəyyən məbləği ilkin ödəniş edir, alıcı pulun qalan hissəsini bərabər hissələrlə olmaqla hər ay ödəməyi öhdəsinə götürür. İş materallarında olan 20 may 2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 2 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr olan qeyri-yaşayış sahəsinin ümumi dəyəri 1.575.000 manat məbləğində alıcı Cavabdeh2 tərəfindən tam ödənilmişdir və MMC-yə borcu yoxdur. İşdə olan “MMC” “xxxx” MMC ilə “alıcı” Cavabdeh1 arasında bağlanmış 27 may 2019-cu il tarixli Kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqısı haqqında müqavilənin əslindən görünür ki, Cavabdeh1 Cavabdeh3 MMC-yə məxsus ünvan 2 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr olan qeyri-yaşayış sahəsini almağı və qabaqcadan müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən qeyri-yaşayış sahəsinin ümumi dəyəri 1.575.000 manat məbləğində müəyyən edilmişdir. İşdə olan “xxxx” MMC ilə “alıcı” Cavabdeh2 arasında bağlanmış 20 may 2019-cu il tarixli “Razılaşma” müqaviləsinin surətindən görünür ki, qeyri-yaşayış sahəsi 1.575.000 manat qiymətləndirilmiş, ilkin olaraq 300.000 manat, qalıq 1.275.000 manat isə hissəhissə olmaqla 2019-cu ilin iyun ayında 400.000 manat, iyul ayında 450.000 manat və avqust ayında 425.000 manat tam ödənilməlidir. Qalıq məbləğ müqavilədə şərtləşdirilmiş qaydada ödənildikdən sonra qeyri-yaşayış sahəsi üzrə alqı-satqı qanuni qüvvəsini alır. Müqavilə üzrə öhdəlik yerinə yetirilənədək qeyri-yaşayış sahəsinin Cavabdeh2 tərəfindən kimə satılmasından asılı olmayaraq alqı-satqı müqaviləsi və maliyyə arayışının hüquqi qüvvəsi olmayacaqdır. İş materiallarında olan 27 may 2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 2 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr olan qeyri-yaşayış sahəsinin ümumi dəyəri 1.575.000 manat məbləğində alıcı Cavabdeh1 tərəfindən tam ödənilmişdir. İşdə olan “xxxx” MMC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında 20 may 2019-cu il tarixdə ünvan 2 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr olan qeyri-yaşayış sahəsinə dair bağlanmış “Kooperativ binada qeyriyaşayış sahəsinin alqı-satqısı haqqında” alqı-satqı müqaviləsi və Cavabdeh3 MMC ilə alıcı Cavabdeh1 arasında 27 may 2019-cu il tarixdə bağlanmış “Kooperativ binada qeyriyaşayış sahəsinin alqı-satqısı haqqında” alqı-satqı müqaviləsi 04 iyul 2019-cu il tarixdən bir tərəfli qaydada ləğv edilmiş və həmin müqavilə üzrə verilmiş maliyyə arayışı hüquqi əhəmiyyət kəsb etmir. İşdə olan “xxxx” MMC tərəfindən İddiaçı ünvanlanmış məktubundan görünür ki, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 25 may 2017-ci il tarixli “Razılaşma” müqaviləsi əsasında ünvan 2 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr olan iki mərtəbəli qeyri-yaşayış sahəsinin müştərək tikintisi barədə razılıq əldə edilmiş, razılaşmaya uyğun tikinti başa çatdırılmış, MMC-nin əvvəlki rəhbərliyi ilə Cavabdeh1 arasında 27 may 2019-cu il tarixdə bağlanmış müqavilənin şərtləri üzrə nəzərdə tutulmuş 1.575.000 manat Cavabdeh1 tərəfindən ödənilmədiyi üçün qeyri-yaşayış sahəsi sonuncuya təhvil verilməmiş və müqavilə hüquqi qüvvəsini itirmişmişdir. İşdə olan Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-6409/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh “xxxx” MMC-yə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi və istifadə zamanı qanunsuz təsirlərin, maneələrin və mənzil toxunulmazlığını pozan hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, iddia qismən təmin edilmiş və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 630 kv.metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 təhvil verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-2649/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsindən görünür ki, apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6409/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə görə şahidlərin ifadələri mülki prosessual icraatda sübutların ayrıca növü kimi təsbit olunmuşdur. Belə ki, şahid ifadələri tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunun və ya olmadığının məhkəmə tərəfindən müəyyən edilərkən əldə edilən məlumatların növü olaraq xüsusi prosessual normalarla tənzimlənir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında 630 kv.metr olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış 20 may 2019-cu il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsində, Cavabdeh1 arasında bağlanmış 27 may 2019-cu il tarixli alqı-satqı müqaviləsində və maliyyə arayışında imzalar ona məxsusdur. O, həmin imzaları heç bir təsir altında imzalamamış və alqı-satqıda şəxsən iştirak etmişdir. O, Cavabdeh1 ümumiyyətlə görməmiş, Cavabdeh2 isə görmüşdür. Ödənişlərin olub-olmadığını görməmiş, lakin müqaviləyə əsasən hissə-hissə ödənişlərin olması barədə məlumatı olmuş, lakin nə Cavabdeh2, nə də Cavabdeh1 ödəniş etmədiyi üçün MMC tərəfindən bununla bağlı onlara teleqram vurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389 və 390-cı maddələrinin ümumi məzmunundan məlum olur ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun Mülki Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 324-cü maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müəyyən edilmişdir ki, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 25 may 2017-ci il tarixli xxxxnə əsasən müqavilə tərəfləri ünvan 2 ünvanında inşa olunan ümumi sahəsi 630 kv.metr olan iki mərtəbəli qeyri-yaşayış sahəsinin müştərək qaydada tikintisinə razılaşmış, tərəflər həmin qeyri-yaşayış sahəsinin ½ hissəsinə pay hüququna malikdir. Qeyri-yaşayış sahəsinin satışını digər tərəfin (İddiaçı) şifahi və ya yazılı razılığı ilə “xxxx” MMC həyata keçirə bilər. “xxxx” MMC ilə Cavabdeh2 arasında bağlanmış 20 may 2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh3 MMC-nin ünvan 2 ünvanında inşa olunan 630 kv.metr olan qeyri-yaşayış sahəsini satmağa, alıcı isə həmin qeyri-yaşayış sahəsini almağı və müəyyənləşdirilmiş haqqını ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış 27 may 2019-cu il tarixli alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh1 mübahisələndirilən qeyri-yaşayış sahəsini almağı və müəyyənləşdirilmiş haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh3 MMC Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış həmin müqavilələri 04 iyul 2019-cu il tarixdən bir tərəfli qaydada ləğv etmiş və həmin müqavilə üzrə verilmiş maliyyə arayışı hüquqi əhəmiyyət kəsb etməmişdir. Daha sonra Əliyev X6 Rayon Məhkəməsinə müraciət edərək ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 630 kv.metr olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini xahiş etmiş və həmin tələb üzrə qətnamə qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-2649/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsilə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmışdır. İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış 20 may 2019-cu il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin və Cavabdeh1 arasında bağlanmış 27 may 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını tələb etmiş, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin əsası kimi aldadılaraq, qeyri-yaşayış sahəsinin satışının onun razılığı olmadan aparılması və müqavilələrin notariat orqanında təsdiqlənməməsi ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.2 və 339.3-cü maddələrinin ümumi məzmununa görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. İş materiallarında olan sənədlərdən də göründüyü kimi, “xxxx” MMC ilə İddiaçı arasında mübahisəli 630 kv.metr olan qeyri-yaşayış sahəsinə dair xxxx bağlanarkən həmin qeyri-yaşayış sahəsinin müştərək qaydada tikintisi barədə razılaşmış, müqavilənin tərəfi olan İddiaçı qeyri-yaşayış sahəsində ½ hissəsinə pay hüququna malikdir. Mübahisələndirilən qeyri-yaşayış sahəsi İddiaçı şifahi və ya yazılı razılığı olmadan “xxxx” MMC tərəfindən 20 may 2019-cu il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 və 27 may 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 həmin müqavilədə göstərilmiş şərtlərlə satılmışdır. Habelə həmin müqavilələr notariat qaydasında təsdiqlənməmişdir. Məhkəmə haqlı olaraq belə qənaətə gəlmişdir ki, Cavabdeh3 MMC ilə Cavabdeh2 Cavabdeh1 arasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair razılaşma aparılan zaman İddiaçı həmin qeyri-yaşayış sahəsində pay hüququnun olması və satışına dair hər hansı bir razılığı nəzərə alınmamışdır. Nəticədə iddiaçının mənafeyini ciddi şəkildə pozaraq sonuncuya məxsus qeyri-yaşayış sahəsindəki pay hüququnun cavabdehlərin adına keçirilməsinə nail olmuşdur. Bunun əsasında Cavabdeh3 MMC tərəfindən cavabdehlərlə mübahisəli mənzillərə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Nəticə etibarilə iddiaçı aldadılmış tərəf kimi haqlı olaraq həmin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bir sözlə, tərəflər müqavilə bağlayanadək olduqları əvvəlki vəziyyətlərinə qaytarılır. “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 MMC ilə Cavabdeh2 və Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilələr etibarsız hesab edildiyindən, tərəflər ilkin vəziyyətə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında 20 may 2019-cu il tarixdə ünvan 2 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr olan qeyri-yaşayış sahəsinə dair bağlanmış “Kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqısı haqqında” alqı-satqı müqavilə və Cavabdeh3 MMC ilə alıcı Cavabdeh1 arasında 27 may 2019-cu il tarixdə bağlanmış “Kooperativ binada qeyriyaşayış sahəsinin alqı-satqısı haqqında” alqı-satqı müqavilə etibarsız hesab edilməli və tərəflər ilkin vəziyyətə qaytarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab etmişdir ki, iddia təmin edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş 10 manat pul vəsaitinin əvəzi cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu normaların tələblərindən çıxış edərək, işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmuu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, apelyant şikayətinin dəlillərini əsaslandıra bilməmiş və buna dair hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa cavabdehin qeyd etdiyi dəlillər məhkəmə tərəfindən arşdırılaraq qətnamədə qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2(012)-1766/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar