Məhkəmə qərarları › İş №2(105)-43/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-43/2022

27.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-43/2022 27.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, Cavabdeh2 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3, Roghieh Hassanzadehin cavabdehlər X1, Cavabdeh2, üçüncü şəxslər 4 saylı Notariat Kontoruna və ƏMDK yanında DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı bağışlanma müqaviləsinin hissəvi ləğv edilməsi, çıxarışın ləğv edilməsi, torpaqdan istifadə hüququnun və evin hissəsinə vərəsəlik hüququnun tanınması, evə köçürmə, evdən və torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(060)-9286/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3, Roghieh Hassanzadeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, Roghieh Hassanzadehin cavabdehlər X1, Cavabdeh2, üçüncü şəxslər 4 saylı Notariat Kontoruna və ƏMDK yanında DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı bağışlanma müqaviləsinin hissəvi ləğv edilməsi, çıxarışın ləğv edilməsi, torpaqdan istifadə hüququnun və evin hissəsinə vərəsəlik hüququnun tanınması, evə köçürmə, evdən və torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarma tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3, Roghieh Hassanzadeh qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, Roghieh Hassanzadeh cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Sumqayıt 4 saylı Notariat konturuna və DƏDRXnin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin hissəvi ləğv edilməsi, çıxarışın ləğv edilməsi, torpaqdan istifadə hüququnun və evin hissəsinə vərəsəlik hüququnun tanınması, evə köçürmə, evdən və torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarma tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, Azimi Einollah tərəfindən Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137 V ünvanında yerləşən bağ evinin Cavabdeh1 hədiyyə edilməsinə dair 16 aprel 2018-ci il tarixli, 4Ə-692 reyestr nömrəli bağışlama müqaviləsinin bağ evinin 5/10 hissədə ləğv edilməsi, onların hər birinin həmin evin 1/10 hissəsinə və torpaqdan istifadə hüququnun 1/10 hissəsinə vərəsəlik hüquqlarının tanınması, evə köçürülmələri, evdən və torpaq sahəsindən istifadələrinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, Cavabdeh2 yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və Cavabdeh2 bağ evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azimi Einollah tərəfindən Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137 V ünvanında yerləşən bağ evinin Cavabdeh1 hədiyyə edilməsinə dair 16 aprel 2018-ci il tarixli, 4Ə-692 reyestr nömrəli bağışlama müqaviləsinin bağ evinin 5/10 hissədə ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın ləğv edilməsi, onların hər birinin həmin evin 1/10 hissəsinə və torpaqdan istifadə hüququnun 1/10 hissəsinə vərəsəlik hüquqlarının tanınması, evə köçürülmələri, evdən və torpaq sahəsindən istifadələrinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, Cavabdeh2 yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və onun bağ evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 atası, Roghieh Hassanzadehin həyat yoldaşı Azimi Einollah Ezzatolah oğlu (Əzimi Eynullah) 10 may 2018-ci il tarixdə İran İslam Respublikasının Tehran şəhərində vəfat etmişdir. Azimi Einollah Ezzatolah oğlunun ölümü Tehran şəhəri üzrə VVAQ idarəsi tərəfindən 12 may 2018-ci il tarixdə, 374244 nömrə ilə qeydə alınmışdır. Azimi Einollah əvvəllər Sumqayıt şəhərində Cavabdeh2 ilə faktiki nikah münasibətində yaşamışdır. Onlar birlikdə yaşayarkən hazırkı iş üzrə cavabdeh, xx.xx.2002-ci il təvəllüdlü oğlanları X3 doğulmuşdur. Azimi Einollah ünvan 1 ünvanında yerləşən bağ evi üzərindəki mülkiyyət hüququ 17 may 2007-ci il tarixdə, ********* qeydiyyat nömrəli çıxaırşla qeydə alınmışdır. Evdə dəyişiklik edildiyi üçün çıxarış 09 fevral 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla əvəz edilmişdir. Həmin çıxarışa əsasən bağ evinin yerləşdiyi dövlətə məxsus 0,159 ha torpaq sahəsinə onun istifadə hüququ da qeydə alınmışdır. Azimi Einollah qeyd olunan bağ evini vəfat edənədək, yəni 16 aprel 2018-ci il tarixli, 4Ə-692 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən oğlu, hazrkı iş üzrə Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Bu barədə iddiaçılara Azimi Einollah vəfat etdikdən sonra, bu yaxınlarda bağ evinə vərəsəlik şəhadətnaməsi almaq məqsədilə nümayəndələri vasitəsilə bağ evinə dair reyestr məlumatlarını aldıqdan sonra məlum olmuşdur. Buna qədər cavabdehlər və Azimi Einollahın özü iddiaçılara deməmişdir. Ona görə də iddiaçıların məlumatı olmamışdır. Hazırda ev Cavabdeh1 mülkiyyətində, torpaq sahəsi isə istifadəsində olduğundan, iddiaçılar qanun üzrə vərəsəlik şəhadətnaməsi və çıxarış ala bilmirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçılar Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı1 mübahisəl bağ evində qeydiyyatdadır. Qüvvədə olan qanunvericiliyə görə həmin ev onun daimi yaşayış yeridir. Atasının vəfatı ilə o, mirası faktiki qəbul etmiş hesab olunur. Bundan başqa İddiaçı1 və digər iddiaçılara İİR-da mərhumun vəfatından sonra ona məxsus olmuş bütün əmlaka vərəsəlik şəhadətnaməsi verilmişdir. Mirasın açıldığı yer mərhumun daimi yaşadığı və öldüyü İİR-dır. Məhkəmə belə mühüm xüsusata əhəmiyyət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçılara və üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni mübahisələndirilən bağışlama müqaviləsinin ləğv edilməsi üçün heç bir əsas mövcud olmadığından iddia ərizəsində göstərilən digər iddia tələblərini də əsassız olması ilə əsaslandırmışdır. İddiaçılar bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı iş üzrə iddia tələbləri bağışlanma müqaviləsinin hissəvi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, torpaqdan istifadə hüququnun və evin hissəsinə vərəsəlik hüququnun tanınması, evə köçürmə, evdən və torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarma barədədir. İşin mübahisə olunmayan halı isə ondan ibarətdir ki, Azimi Einollah Ezzatolah oğlu (Əzimi Eynullah) 10 may 2018-ci il tarixdə İran İslam Respublikasının Tehran şəhərində vəfat etmiş və o, ölümündən əvvəl mülkiyyətində olmuş Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137 V ünvanında yerləşən bağ evini oğlu Əbbas Azimiyə bağışlamışdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1200-cü maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iddia tələbinin bağışlanma müqaviləsinin ləğv edilməsi ilə bağlı qeyd edir ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-346/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Vladimir Ruvinov) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, Roghieh Hassanzadehin cavabdehlər X2 və Cavabdeh1 qarşı iddia tələbi qismən təmin edilmiş, Azimi Einollaha məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137 Vnin Cavabdeh1 bağışlaması haqqında Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda bağlanmış 16 aprel 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən Cavabdeh1 adına olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137 V-yə dair verilmiş çıxarışın ləğv edilməsi, etibarnamənin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-755/2021 nömrəli, 13 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə, Lətifə Məmmədova) apellyasiya şikayətinin təmin edilməməsi, Qubadlı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(028)-346/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-755/2021 nömrəli, 18 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi qüvvədə olan məhkəmə aktları ilə Azimi Einollaha məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137 V-nin Cavabdeh1 bağışlaması haqqında Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda bağlanmış 16 aprel 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilməklə həmin müqaviləyə əsasən Cavabdeh1 adına olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137 V-yə dair verilmiş dövlət reystri tərəfindən verilmiş çıxarış ləğv edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan bağışlanma müqaviləsi etibarsız hesab olunduğundan, artıq həmin əqdin ayrıca icraat qaydasında ləğv edilməsi üçün əsas yoxdur. İddiaçıların hər birinin həmin evin 1/10 hissəsinə və torpaqdan istifadə hüququnun 1/10 hissəsinə vərəsəlik hüquqlarının tanınması, evdən və torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə iddia tələblərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evin 11/12 hissəsi üzərində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Xidməti tərəfindən verilmiş çıxarışla Roghieh Hassanzadehin mülkiyyət hüququ olduğundan, eləcə də evdən və torpaq sahəsindən cavabdehlərin istifadəyə maneçilik törətmələri məhkəmədə öz təsdiqini tapmadığından, iddiaçıların hər birinin həmin evin 1/10 hissəsinə və torpaqdan istifadə hüququnun 1/10 hissəsinə vərəsəlik hüquqlarının tanınması, evdən və torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi hissəsində də iddia tələbi təmin edilməməlidir. İddia tələbinin Cavabdeh2 yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və sonuncunun bağ evindən çıxarılması hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin evin 1/10 hissəsi Cavabdeh2 oğlu Əbbas Azimiyə münasibətdə açıq saxlanıldığından, başqa sözlə desək sonuncunun həmin hissəyə vərəsəlik qaydasında mülkiyyət hüququ olduğu istisna olunmadığından, eləcə də miras əmlak üzrə vərəsələr arasında paylarına uyğun real bölgü aparılmadığından, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Məhkəmə kollegiyası iddia tələbinin evə köçürülmə hissəsinə gəldikdə isə hesab edir ki, həmin evin 11/12 hissəsi üzərində iddiaçı Roghieh Hassanzadehin mülkiyyət hüququ olduğundan, hazırkı halda yalnız Roghieh Hassanzadehə münasibətdə iddia tələbi evə köçürülmə hissəsində təmin edilməli, digər iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 münasibətdə isə təmin edilməməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3, Roghieh Hassanzadehin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı Roghieh Hassanzadeh Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137 V ünvanında yerləşən bağ evinə köçürülsün. İddia tələbləri qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar