Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-436/2023 13.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzilə olan payın naturada ayrılması və digər tələblərinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7347/2022 saylı, 11 noyabr 2022ci il tarixli qərardadından iddiaçının nümayəndəsi, Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin ümumi mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən 23 saylı mənzilə olan payının naturada ayrılması, payın naturada ayrılması mümkün olmadıqda isə, cavabdehin razılığı alınmaqla hər birinə 20 min manat kompensasiya verilməklə, onların ünvan 1 ünvanda yerləşən 23 saylı mənzilə mülkiyyət hüququna xitam verilməsi, cavabdehin buna razılığı olmazsa, tərəflərin ümumi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 23 saylı mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7347/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı mənzilə olan payın naturada ayrılması və digər tələblərinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya qaytarılması qərara alınmışdır (hakim Emin Abdullayev). İddiaçının nümayəndəsi, Vəkil qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7347/2022 saylı, 09 dekabr 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7347/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi, Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı tamamilə qanunsuz və əsasdır. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin ümumi mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən 23 saylı mənzilə olan payının naturada ayrılması, payın naturada ayrılması mümkün olmadıqda isə, cavabdehin razılığı alınmaqla hər birinə 20 min manat kompensasiya verilməklə, onların ünvan 1 ünvanda yerləşən 23 saylı mənzilə mülkiyyət hüququna xitam verilməsi, cavabdehin buna razılığı olmazsa, tərəflərin ümumi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 23 saylı mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi bu tələblər bir-biri ilə əlaqəli tələbdir. Birinin təmin olunması digərinin təmin olunmasını istisna edir. Bu tələblərə bir icraatda baxılması həm məhkəmənin həm də tərəflərin əlavə vaxt itkisinə yol verməməsinə, işin daha obyektiv və ağlabatan müddətdə həllinə imkan yaradır. Bundan əlavə, qeyd edir ki, başqa şəxslərin analoji iddiaları tərəfindən bir neçə dəfə məhkəmədə qaldırılmış, Sumqayıt Şəhər Məhkəməsinin digər hakimi analoji iş üzrə iddia tələbini təmin etmiş (iş nömrə:2(060)-248/2022), hazırda isə digər hakimin icraatında analoji iş məhkəmə baxışına təyin olunmuşdur (iş nömrə e-2(060)-4321/2022). Hesab edir ki, tələblər bir-biri ilə əlaqəlidir və onlara bir icraatda baxılması mümkündür. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-7347/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunsun və mülki işin icraata qəbul edilməsi barədə qərardad çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizəsi icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə müəyyən etmişdir ki, bir iddia ərizəsində bir-birindən fərqli bir neçə iddia tələbinin qoyulması və həmin tələblərin təmin edilib-edilməməsinin bir-birindən asılı edilməsi, məhkəmədən növbə ilə hər bir tələb üzrə ayrıca araşdırma aparılmasını tələb edir ki, bu da mülki işlərə baxılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətlərin pozulmasına və işə baxılmasının həddən artıq uzanan bir prosedura çevrilməsinə səbəb ola bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanunvericiliyə uyğun hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1. iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır 149.2.3.Ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir Hazırki işdən görünür ki, iddiaçı ümumi mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən 23 saylı mənzilə olan payının naturada ayrılması, payın naturada ayrılması mümkün olmadıqda isə, cavabdehin razılığı alınmaqla hər birinə 20 min manat kompensasiya verilməklə, onların ünvan 1 ünvanda yerləşən 23 saylı mənzilə mülkiyyət hüququna xitam verilməsi, cavabdehin buna razılığı olmazsa, tərəflərin ümumi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 23 saylı mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi bu tələblər bir-biri ilə əlaqəli tələbdir. Birinin təmin olunması digərinin təmin olunmasını istisna edir. Bundan başqa bu tələblərə bir icraatda baxılması həm məhkəmənin həm də tərəflərin əlavə vaxt itkisinə yol verməməsinə, işin daha obyektiv və ağlabatan müddətdə həllinə imkan yaradır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbləri bir biri ilə əlaqəli olduğundan, eləcə də onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnəcəyindən iddia tələbi icraata qəbul edilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası yuxarıda qeyd edilən əsaslarla iddia ərizəsindəki tələblərin bir-biri ilə əlaqəli olmaması əsası ilə geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır və hesab edir ki, iddiaçının şikayəti təmin edilməli, qərardad ləğv edilməli, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının nümayəndəsi və Vəkil şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7347/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı mənzilə olan payın naturada ayrılması və digər tələblərinə dair mülki iş mahiyyəti üzrə baxılması Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-436/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-436/2023
13.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver