Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-438/2025 30.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəlb olunmaqla, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-2072/2024 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları N. A3 ******* seriyalı “Doğum haqqında şəhadətnamə”nin surətindən göründüyü kimi, Ərizəçi xx.xx.N970-ci ildə Quba rayonu, Davudoba kəndində anadan olmuşdur.
2. Ərizəçi məxsus olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi, -şəxsin soyadı “Ayıbov”, adı “Baba”, ata adı “Nəsir” oğlu kimi qeyd edilmiş və doğum tarixi xx.xx.N970-ci il qeyd olunmuşdur.
3. Quba rayon İHB-nın Hacıhüseynli kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il 4N8 saylı arayışdan görünür ki, Ərizəçi hal-hazırda Quba rayonu, Davudoba kəndində yaşayır.
4. Ərizəçi məxsus hərbi biletin 7-ci vərəqində qeyddən göründüyü kimi, qərargah rəisi F.Ağalarov tərəfindən Ərizəçi “Ağdam cəbhəsində gedən döyüşlərdə iştirak etmişdir” qeydi təsdiqlənmişdir.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 708 nömrəli arayışından göründüyü kimi, N №-li hərbi hissə komandirinin 24.0AN994-cü il tarixli NN3 №-li əmrində (əsas: §-N4, səh-N5, sıra-N5, əmrdə soyadı “Anbov” yazılmışdır) N27 №-li təlim mərkəzindən göndərilmiş, 6-cı MAT-da şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təchizatlarla təmin olunmuş hərbi mükəlləfiyyətlilərin siyahısında “Anbov” Baba Nəsir oğlunun adı qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli N №-li əmrinə əsasən, 2-ci motoatıcı taborun hərbi qulluqçusu, pulemyotçu, N970-ci il təvəllüdlü, sıravi Ayıbov XN azad edildiyindən N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 38 №-li əmrilə (əsas: §-N, səh-3N, sıra-N8) 2-ci motoatıcı taborun şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün rayon hərbi komissarlığının sərəncamına göndərilmişdir. xx.xx.N996-cı il tarixə kimi döyüş bölgəsində xidmət etdiyinə görə, həmin tarixə kimi məvacibi üçqat ödənilmişdir.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 2/2-3424 nömrəli arayışından göründüyü kimi, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli N082 nömrəli arayışına əsasən xx.xx.N994-cü ildən xx.xx.N996-cı ilədək hərbi xidmətinizə dair məlumatlar olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur
Birinci instansiya məhkəməsində icraat
7. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin arayışında qeyd olunan N saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, NN3 nömrəli əmrində (N4-cü paraqraf, səhifə N5, sıra N5) və hərbi mükəlləfiyyətçilərin siyahısında “X5” kimi yazılmış qeydin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, N988-N990-cı illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. N aprel N994-cü il tarixində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün çağırılmışdır. Həmin tarixdən xx.xx.N996-cı ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində və Ağdam istiqamətində cəbhədə gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N996-cı il tarixli, 26 saylı əmrinə əsasən Ordu sıralarından azad edilmiş və hərbi hissə komandirinin N fevral N996-cı il tarixli 38 saylı əmrilə şəxsi heyətin siyahısından çıxarılmış, qeydiyyata düşmək üçün rayon hərbi komissarlığına göndərilmiş, Quba rayon Hərbi Komissarlığında qeydiyyata alınmışdır. Qeyd olunanlar onun hərbi biletində yazılmışdır. O Müharibə Veteranı adının verilməsi üçün Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Lakin ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışına əsasən N aprel N994-cü ildən 24 yanvar N996-cı ilədək hərbi xidmətimə dair məlumatlar olmadığına görə Sizə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi mümkün olmamışdır. Buna səbəb N saylı hərbi hissə komandirinin N aprel N994-cü il tarixli NN3 saylı əmrində hərbi mükəlləfıyyətlilərin siyahısında soyadının “Ayıbov” əvəzinə səhvən “Anbov” yazılması olmuşdur. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışında qeyd olunmuşdur. Halbuki onun şəxsiyyət vəsiqədində, hərbi biletində, eyni zamanda bütün digər sənədlərində soyadı olduğu kimi Ayıbovdur.
9. İş üzrə maraqlı tərəf Azərbaycan Respublikası Müdafiə Nazirliyi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, Ərizəçi “hüquqi müəyyənedici səndələrin həmin şəxsə məxsus olması faktı müəyyən edilməsi"nə dair ərizəsi üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir və ərizə onunla əsaslandırılmışdır ki, təcrübədə bu kateqoriya işlərin ümumiləşdirilməsi və rəhbər tövsiyələrin verilməsi zərurəti olduğundan ali məhkəmə instansiyası olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən N2 aprel 20N9-cu il tarixli 03 saylı qərar qəbul edilmişdir. Belə ki, Plenum qərarının N.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmçinin, Plenum qərarının N4-cü maddəsində deyilir: “Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.” Beləliklə də, hazırkı iş üzrə ərizəçinin məqsədi başqa qaydada əldə edə bilməsi mümkün olmayan faktın xüsusi icraat qaydasında məhkəmə tərəfindən tanınması deyil, hərbi xidmət keçməsini təsdiq edən müvafiq sənədlərdə (hazırki vəziyyətdə hərbi biletdə) natamam olan qeydlərin məhkəmə tərəfindən tam fakt kimi tanınmasına və beləliklə də iş üzrə yekun məhkəmə qərarının gələcəkdə inzibati icraat zamanı preyudisial əhəmiyyətə malik qərar kimi istifadə etməkdən ibarətdir. Bu isə qüvvədə olana mülkiprosessual qanunvericiliyin 26N.0.N-ci maddəsinin və Plenum qərarının qeyd edilən rəhbər göstərişlərinə zidd olduğundan mümkün hesab edilə bilməz. N0. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-2072/2024 nömrəli qətnaməsi ilə ərizənin qismən təmin edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, NN3 nömrəli əmrinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi, ödənilmiş N00 manat məbləğində dövlət rüsumunun ərizəçiyə aid edilməsi qət edilmişdir (hakim Aydın Babayev). NN. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 307.N, 307.2.5-ci maddələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” N2 aprel 20N9-cu il tarixli qərarındakı hüquqi mövqeyi ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri N2. Qətnamədən maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)- 2072/2024 saylı qətnaməsinin ləğv edilməsi, ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. N3. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən işin halları məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmamış, bu da ərizənin əsassız olaraq təmin edilməsinə səbəb olmuşdur. Qətnamə AR MPM-nin xüsusi icraat qaydasında baxılması üçün nəzərdə tutulmuş müddəalarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.20N9-cu il tarixli 3 nömrəli Qərarına zidd olduğundan ləğv olunmalıdır. N4. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunun N-ci, 3-cü maddələrinə əsaəsn məhkəmə qətnamə qəbul edərkən “arxiv sənədi”nin mühafizə edilən informasiya daşıyıcısının növündən asılı olmayaraq əhəmiyyət kəsb edən sənəd olmasının və orada dəyişiklik edilməsinin arxivlərin qorunmasına və inkişafına dövlət təminatı vəzifəsinə zidd olduğunu nəzərə almamışdır. N5. Ərizəçi “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya müraciət etmiş onun müraciətinə komissiya’’nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli N082 nömrəli arayışına əsasən xx.xx.N994-cü ildən xx.xx.N996-cı ilədək hərbi xidmətinizə dair məlumatlar olmadığına görə ona “Müharibə veteranı” adının verilməsindən imtina olunduqdan sonra məhkəməyə müraciət etməsi həmin statusun verilməsi ilə bağlı mübahisənin olduğunu sübut edir. Bununla bağlı faktın tanınması ilə bağlı ümumi məhkəmənin əvəzinə inzibati aktın mübahisələndirməsi ilə bağlı inzibati məhkəməyə müraciət etməli idi. N6. Ərizəçinin tələbinin əsassız olmasının prosessual əsası mülki-prosessual qanunvericiliyin 307.2.5-ci maddəsində birmənalı olaraq təsbit edilmişdir. Belə ki, AR MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyət orqanları (Azərbaycan Respublikasının ƏdliyyəNazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmə tərəfindən baxılır. Normanın dispozisiyasından göründüyü kimi şəxsin sənəddə göstərilən adının şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olmasının məhkəmə qaydasında müəyyən edilsə də hərbi sənədlər burada istisna təşkil edir. N7. Təcrübədə bu kateqoriya işlərin ümumiləşdirilməsi və rəhbər tövsiyələrin verilməsi zərurəti olduğundan ali məhkəmə instansiyası olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən N2 aprel 20N9-cu il tarixli 03 saylı qərar qəbul edilmişdir. Belə ki, Plenum qərarının 6.N-ci maddəsinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və s.) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericliliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədi vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Beləliklə də normanın və normanı şərh edən Plenum Qərarının mahiyyətindən aydın olur ki, qanunverici hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsini təsbit etsə də hərbi sənədlər burada istisna təşkil edir və onların şəxsə məxsus olmasıməhkəmə tərəfindən müəyyən edilə bilməz. N8. Məhkəmə mülki işə baxarkən nəzərə almamışdır ki, ərizə MPM-nin 308, 3N0-cu maddələrində göstərilən meyarlara uyğun olmadan verilmişdir, ərizəçiyə həmin faktın tanınması nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasını sübut etmədiyi halda ərizəsi məhkəmə tərəfindən təmin edilmişdir. N9. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 708 nömrəli arayışında N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli NN3 nömrəli əmrində (əsas: §-N4, səh-N5, sıra-N5, əmrdə soyadı “Anbov" yazılmışdır) N27 nömrəli təlim mərkəzindən göndərilmiş, 6-cı MAT-da şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təchizatlarla təmin olunmuş hərbi mükəlləfiyyətlərin siyahısında “Anbov” Baba Nəsir oğlu kimi qöstərilən abreviaturaların, məhkəmənin nəyə əsasən xx.xx.N994-cü il tarixli, NN3 nömrəli əmrinin Ərizəçi aid olması məlum deyil.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları 2N. Məhkəmə iclasında Ərizəçi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
22. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məkhəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
23. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
24. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.N. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; (...)
26. Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri 260.N. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. (...) 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır.
27. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.N. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. (...) 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; (...)
28. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
29. Maddə 3N0. Ərizənin məzmunu və ərizəyə baxılması (...) 3N0.N. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. (...)
30. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
3N. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.N- 259.0.5-ci və 259.0.8—259.0.N2-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 26N-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.NN-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir (...)
32. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.N. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.N.N. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (...)
33. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən N0 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
34. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.N. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
35. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N2 aprel 20N9-cu il tarixli qərarı Bənd 6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.
36. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3N mart 20NN-ci il tarixli qərarı Bənd 4.N. Qeyd etmək lazımdır ki, bəzi kateqoriya işlər üçün mübahisənin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydası müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.N-ci maddəsinə görə həmin əsasla ərizənin baxılmamış saxlanılmasına yalnız o hallarda yol verilir ki, bu ya qanunvericilikdə, yaxud da tərəflər arasında bağlanılmış müqavilə ilə həll edilmiş olur. Məsələn: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinə görə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər; Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinə görə əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər.
Apellyasiya baxışının hədləri
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.N və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 20NN-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.N-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.N və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
39. Apellyasiya şikayətindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-2072/2024 nömrəli qətnaməsi tam həcmdə mübahisələndirilmişdir. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-2072/2024 nömrəli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. 4N. Belə ki, işin halları ondan ibarətdir ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin arayışında qeyd olunan N saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, NN3 nömrəli əmrində (N4cü paraqraf, səhifə N5, sıra N5) və hərbi mükəlləfiyyətçilərin siyahısında “X5” kimi yazılmış qeydin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
42. Ərizəni qismən təmin edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hüquqmüəyyənedici sənəd N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli NN3 №li əmrində Ərizəçi soyadı səhvən “Anbov” kimi qeyd edilmişdir. Göründüyü kimi, Ərizəçi həmin əmrdə göstərilən soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən soyadı ilə uyğun gəlmir və hüquq müəyyənedici sənəddə hüquq sahibinin adı və ata adı düz qeyd olunduğu halda, soyadı ilə onun şəxsiyyətini təsdiq edən sənəddə və digər sənədlərdəki soyadı arasında fərq aşkardır. Ərizə natamam olan qeydlərin tam fakt kimi tanınması ilə bağlı deyil, bir qeyd üzrə, hətta bir hərf üzrə natamamlıqdan irəli gələn hala bağlı sənədin məxsusluğu ilə bağlıdır və digər əmrlərdə (Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli N №-li əmri və N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 38 №-li əmri) ərizəçi barədə ad, soyad və ata adı qeydləri 2-ci motoatıcı taborun hərbi qulluqçusu, pulemyotçu, N970-ci il təvəllüdlü, sıravi “Ərizəçi” kimi müəyyən olunmaqla maraqlı şəxsin cavab məktubu ilə natamamlıq müəyyən olunmamışdır ki, sənədin məxsusluğunu müəyyən edən və preyudisial əhəmiyyətə malik bir yekun qərar digər hüququn həyata keçirilməsi baxımından mütləq hal kimi çıxış etsin. Beləliklə məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin arayışında qeyd olunan N saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, NN3 nömrəli əmrinin (N4-cü paraqraf, səhifə N5, sıra N5) Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir.
43. Maraqlı şəxsin apellyasiya şikayətinin dəlillərində isə göstərilmişdir ki, qanunverici hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsini təsbit etsə də hərbi sənədlər burada istisna təşkil edir və onların şəxsə məxsus olmasıməhkəmə tərəfindən müəyyən edilə bilməz.
44. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
45. Həmin Məcəllənin 3N0.N-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
46. İş materiallarından görünür ki, ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin arayışında qeyd olunan N saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, NN3 nömrəli əmrində və hərbi mükəlləfiyyətçilərin siyahısında yazılmış qeydin Ərizəçi məxsus olması faktının müəyyən edilməsini xahiş etsə də, qeyd olunan sənədlərdə müvafiq düzəlişlərin edilməsi ilə bağlı məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi ilə bağlı maraqlı şəxsə müraciət etməmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur.
47. Göründüyü kimi, birinci instansiya məhkəməsi göstərilən hallara əhəmiyyət vermədən ərizəni qaytarmalı olduğu halda icraata qəbul edərək baxmış və MPM-in göstərilən tələblərini pozaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, NN3 nömrəli əmrinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə aid hissədə qətnamə çıxarmışdır.
48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni mövcud mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməməsi əsası ilə geri qaytarmalı və yaxud da icraata götürdükdən sonra MPM-in 259.0.N-ci maddəsinə əsasən baxılmamış saxlamalı olduğu halda, ərizədə olan nöqsanı aradan qaldırmadan işə baxmış və göstərilən tələblə bağlı qətnamə çıxarmış, bununla da prosessual hüquq pozuntusuna yol vermişdir.
49. Azərbaycan Respublikası MPM-in 384.0.5-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.N-259.0.5-ci və 259.0.8-259.0.N2-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 26N-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
50. Beləliklə, göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-2072/2024 nömrəli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. 5N. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, MPM-in 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır.
52. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 384.0.5, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-2072/2024 nömrəli qətnaməsi ləğv edilsin, ərizə baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ərizəçinin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.