Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-439/2024 11.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X8 Məmmədov və X2 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(012)-169/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 2 saylı notariat ofisində 2V-86 reyestrlə təsdiq edilmiş Babayev Sabir Aşur oğlunun adından cavabdehlərin adlarına verilmiş 25 may 2011-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İK-nin bağ sahələrinin verilməsi üzrə komissiyasının xx.xx.1997-ci il tarixli,05 saylı qərarı və 19 may 1997-ci il tarixli, 1026 saylı icarə müqaviləsi əsasında Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1277 saylı bağ torpaq sahəsi onun və atası Babayev Sabir Aşur oğlunun ümumi mülkiyyətinə verilmişdir. xx.xx.1927-ci il təvəllüdlü atası S.A.Babayev xx.xx.2013-cü il tarixdə ölmüşdür. Onun ölümündən sonra cavabdehlər ona qarşı torpaq barədə iddialarla çıxış etməyə başlamışlar. Onlar torpaq barədə tələblərinin əsası olaraq atası tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli vəsiyyətnaməyə istinad etmişlər. Vəsiyyətnaməni təsdiq etmiş Abşeron rayon 2 saylı notariat ofisindən alınmış vəsiyyətnamənin təsdiq edilmiş surətində atasının adından qeyd edilmiş imza S.A.Babayevin imzası deyil və notariat işində olan şəxsiyyət vəsiqəsinin surətində olan imzası ilə müqayisə etdikdə kəskin fərqlənir. Əgər atası həqiqətən də vəsiyyətnamə qoymuş olsaydı, onda vəsiyyətnamədə qeyd edilmiş imzadan əlavə öz dəsti xətti ilə soyadını da qeyd etməli idi. Bundan əlavə, mübahisə predmeti olan vəsiyyətnamədə, vəsiyyətnamə üzrə vərəsələrin ünvanları göstərilmişdir. Vəsiyyətnamədə göstərilən tarixdə atasının artıq 84 yaşı var idi və səhhəti ilə əlaqədar o, hətta yaşadığı ünvanı belə xatırlamırdı. Göründüyü kimi, həmin vəsiyyətnamənin ərsəyə gəlməsinin təşəbbüskarları məhz cavabdehlər olmuşlar. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Torpağın mülkiyyətə verilməsinə dair JN-218H saylı, 30800118 kodlu şəhadətnamənin surətindən görünür ki, Sumqayıt şəhər İK-nin bağ sahələrinin verilməsi üzrə komissiyasının xx.xx.1997-ci il tarixli, 05 saylı qərarı və 19 may 1997-ci il tarixli, 1026 saylı icarə müqaviləsi əsasında Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1277 saylı bağ torpaq sahəsi Babayev Sabir Aşur oğlunun və İddiaçı ümumi mülkiyyətinə verilmişdir.
5. Abşeron rayon 2 saylı DNK-da 2V-01-86 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2011-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Babayev Sabir Aşur oğlu ona məxsus bütün daşınar və daşınmaz əmlakını övladları X1, Cavabdeh2 və nəvəsi X5 vəsiyyət etmişdir. Vəsiyyətnaməni S.A.Babayevin imzalamasını 2 şahid təsdiq etmişdir.
6. AZ-İ 635775 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Babayev Sabir Aşur oğlu xx.xx.2013-cü il tarixdə ölmüşdür.
7. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/721 saylı rəyindən görünür ki, xx.xx.2011-ci il tarixli vəsiyyətnamədəki “İMZA” qrafasındakı imzalar Babayev Sabir Aşur oğlu tərəfindən icra edilmişdir.
8. İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarından görünür ki, iddiaçı X4 cavabdehlər İddiaçı və Sumqayıt şəhər 2 saylı Dövlət Notariat Kontoruna, üçüncü şəxs AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı mərhum Babayev Sabir Aşur oğlunun mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1277 ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsindən mərhuma düşən payın 0,03 ha hissəsinin cavabdeh İddiaçı 27 sentyabr 2011-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi (ləğv edilməsi), onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, vəsiyyətnamə əsasında miras əmlak üzrə 1277 saylı bağ sahəsindən ona düşən vərəsəlik payının müəyyən edilməsi və həmin paya çıxarış verilməsinin AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddia ərizəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh İddiaçı kassasiya şikayətinə baxılmış və kassasiya şikayəti təmin edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(012)- 169/2023 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) İddiaçı cavabdehlər Cavabdeh1, Adıgözəlova (Babayeva) Minabacı Sabir qızına və Cavabdeh2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun İddiaçı özünə aid edilməsi, aparılmış ekspert tədqiqatının dəyəri kimi 110 manat pulun İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1166, 1167, 1170.1, 1179.2, 1180, 331, 337.1, 338 və 339-cu maddələri, “Notariat haqqında” Qanunun 45 və 47-ci maddələri, Mülki Prosessual Məcəllənin 77.1, 4.1, 119.1, 14.2, 217.3, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(012)-169/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.1927-ci il təvəllüdlü atası Babayev Sabir Aşur oğlu xx.xx.2013-cü il tarixdə ölmüşdür. Atasının ölümündən sonra cavabdehlər xx.xx.2011-ci il tarixli vəsiyyətnaməni əsas götürərək ona qarşı mirasla bağlı iddialarla məhkəməyə müraciət etmişlər. Vəsiyyətnamənin etibarlığına şübhə yarandığına görə o, həmin vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, hesab edir ki, xx.xx.2011-ci il tarixli vəsiyyətnamədə olan imzalar atası Babayev Sabir Aşur oğlu tərəfindən icra edilməmişdir. Həmin imzalar Babayev Sabir Aşur oğlunun şəxsiyyət vəsiqəsində, sağlığında öz adından verilmiş xx.xx.2011-ci il tarixli etibarnamədə və 3.12.2011-ci il tarixli bağışlama müqaviləsində icra etdiyi imzalardan aşkar şəkildə fərqlidir. Əgər atası həqiqətən vəsiyyətnaməni öz iradəsinə uyğun tərtib etsə idi onda, qanunvericiliyin tələblərinə görə vəsiyyətnamədə olan imzadan əlavə öz dəsti xətti ilə soyadını da qeyd etməli idi. Vəsiyyətnamə tərtib olunan tarixdə mərhum S.A.Babayevin artıq 84 yaşı var idi və o, səhhəti ilə əlaqədar hətta yaşadığı ünvanı belə yadda saxlaya bilməzdi. O, məhkəməyə mübahisə predmeti olan xx.xx.2011ci il tarixli vəsiyyətnaməyə dair kifayət qədər mötəbər sübutlar təqdim etməsinə baxmayaraq, məhkəmə həmin sübutları düzgün qiymətləndirməmiş bu da əsassız və qanunsuz məhkəmə qətnaməsinin çıxarılması ilə nəticələnmişdir. İş üzrə təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 4/721 rəyi xx.xx.2023-cü il tarixində keçirilmiş məhkəmə iclasında tədqiq edilən zaman o, həmin ekspertiza rəyinin natamam olduğunu məhkəmənin diqqətinə çatdırıb, əlavə məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatəti məhkəməyə təqdim etsə də, məhkəmə əsassız olaraq vəsatəti təmin etməmişdir. Göründüyü kimi, məhkəmə təqdim edilmiş sübutları düzgün qiymətləndirməmiş, nəticədə iş üzrə əsassız qətnamə qət etmişdir. Məhkəmə maddi normaların tətbiqində və təvsirində səhvə yol vermiş və işin faktiki hallarına düzgün qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. b) Apellyasiya icraatı iştirakçılarının izahatları
14. İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, vərəsəlik şəhadətnaməsi barədə 2017-ci ildə məlumatı olub. Tərəflər arasında başqa məhkəmə mübahisəsi olduğu üçün hazırki iddia ilə 2022-ci ildə məhkəməyə müraciət etməli olub.
15. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
16. İş üzrə cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon 2 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Maddə 1170.1. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Maddə 1180. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
19. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 45. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Maddə 47. Notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. Vəsiyyətnamələrin nümayəndələrin vasitəsi ilə təsdiq olunması, eləcə də bir neçə şəxs adından bir vəsiyyətnamə təsdiq edilməsi qadağandır. Yalnız ərlə arvadın qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamələrinin təsdiq edilməsinə yol verilir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(012)-169/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflərdən İddiaçılə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bacıqardaşdırlar. Cavabdeh1 isə mərhum Sabir Babayevin nəvəsidir. İşdən görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-21BH saylı, 30800118 kodlu şəhadətnamə ilə Sumqayıt şəhər İK-nin bağ sahələrinin verilməsi üzrə komissiyasının xx.xx.1997-ci il tarixli, 05 saylı qərarı və 19 may 1997-ci il tarixli, 1026 saylı icarə müqaviləsi əsasında Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1277 saylı bağ torpaq sahəsi Babayev Sabir Aşur oğlunun və İddiaçı ümumi mülkiyyətinə verilmişdir. Sabir Babayev Abşeron rayon 2 saylı DNK-da 2V-01-86 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2011-ci il tarixli vəsiyyətnamə ilə özünə məxsus bütün daşınar və daşınmaz əmlakını övladları X3 və Cavabdeh2 və nəvəsi Məmmədova (Babayeva) Məhbubə Rasim qızına vəsiyyət etmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 2 saylı notariat ofisində 2V-86 reyestrlə təsdiq edilmiş Babayev Sabir Aşur oğlunun adından cavabdehlərin adlarına verilmiş 25 may 2011-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ona istinad edir ki, qeyd edilən vəsiyyətnamədəki imza onun atasına, yəni mərhum Babayev Sabir Aşur oğluna məxsus deyildir.
23. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir.
24. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı vəsiyyətnamənin etibarsız hesab edilməsini xahiş etsə də, onun etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, habelə məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Mübahisələndirilən vəsiyyətnamə tərtib edilərkən hüquq normalarının pozuntusu halları olmamışdır. Belə olan halda qeyd edilən vəsiyyətnamənin etibarsızlığından söhbət gedə bilməz.
25. Məhkəmə həmçinin qeyd emişdir ki, mərhum Sabir Babayevun özünə məxsus əmlakını övladları X3 və Cavabdeh2 və nəvəsi Cavabdeh1 vəsiyyət etməsi barədə vəsiyyətnamə müvafiq notarius tərəfindən təsdiq edilmişdir. Sabir Babayev fəaliyyət qabiliyyətli olmuş, vəsiyyətini şüurlu surətdə etmiş və hər hansı təsir (hədə-qorxu və s.) altında qalması notarius tərəfindən müəyyən edilməmişdir. Həmin vəsiyyətnamədəki imza iddiaçı tərəfindən mübahisələndirildiyindən məhkəmənin müvafiq qərardadına əsasən bu xüsusda ekspert tədqiqatı aparılmış və həmin əqddəki imzanın məhz Sabir Babayev tərəfindən icra edildiyi müəyyən edilmişdir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, həmin vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib olunmuşdur və yaratdığı nəticələr hüquqa uyğundur.
26. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Vəsiyyətnamələr vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazıldıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
27. Mülki işin tədqiq olunan hallarından aydın olur ki, Sabir Babayev qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş vəsiyyətnamə əsasında özünə məxsus əmlakını övladlarına və nəvəsinə (cavabdehlərə) vəsiyyət etmiş, vəsiyyətnamə notarius tərəfindən qanunla nəzərdə tutulmuş qaydada təsdiq edilmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən vəsiyyətnamə tərtib edilərkən qanunvericilikdə nəzərdə tutulan hüquq normalarının pozuntusu halları aşkar olunmamışdır.
28. İddiaçı məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq vermiş olduğu apellyasiya şikayətinin dəlili olaraq xx.xx.2011-ci il tarixli vəsiyyətnamədə olan imzaların atası Babayev Sabir Aşur oğlu tərəfindən icra edilmədiyini göstərimşdir.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin əsasları ilə eyni olmaqla birinci instansiya məhkəməsi mübahisələndirilən bütün halları hərtərəfli, obyektiv və tam araşdırmışdır, bu baxımdan məhkəmə kollegiyası əlavə araşdırma aparılmasına zərurət görmür. Kollegiyanın qənaətincə birinci instansiya məhkəməsi mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün qərar qəbul etmişdir.
30. Kollegiya həmçinin qeyd edir ki, işin araşdırılan halları, iddiaçının izahatı ilə müəyyən edildi ki, iddiaçı mübahisə predmeti olan vəsiyyətnamə barədə 2017-ci ildən məlumat olduğu halda 2022-ci ildə araşdırılan iddia ilə məhkəməyə müraciət etmiş, bununla da qanunvericilikdə nəzərdə tutulmş müddətlər daxilində əqdi mübahisələndirmə müddətini də ötürmüşdür.
31. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkməsinin düzgün və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(012)-169/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(012)-169/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.