Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-441/2022 10.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X13 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: X15, Cavabdehin nümayəndəsi: X6, Cavabdehin vəkili: X5 iştirakları ilə, İddiaçı Cavabdeh və Abşeron rayonu 1 saylı Notariat Kontoruna qarşı miras payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı Cavabdeh və üçüncü şəxs Abşeron rayonu 1 saylı Notariat Kontoruna qarşı Abşeron rayonu, Məmmədli kəndi, Xəqani küçəsi, ev 5 məhrum atası X9 (çıxarış əsasında) miras qalmış əmlak payının yeddi paya bölünməsinə və bacılarına məxsus 3 payı nəzərə almaqla məcburi pay üzrə vərəsəlik hüquqularının 4 payının ona aid tanınmasına dair iddiasının rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndi, Xəqani küçəsi, ev 5 məhrum atası X9 (çıxarış əsasında) miras qalmış əmlak payının yeddi paya bölünməsinə və bacılarına məxsus 3 payı nəzərə almaqla məcburi pay üzrə vərəsəlik hüquqularının 4 payının ona aid tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onlar 4 bacı, 3 qardaş olmuşlar. Atası 2012-ci il tarixdə rəhmətə getmişdir. O və bacısı X17 atası rəhmətə gedənədək mübahisə predmeti olan evdə yaşamışlar. Atası rəhmətə getdikdən sonra qardaşı Cavabdeh ailəsi ilə birlikdə evə köçərək yaşamağa başlamışdır. O və bacıları atasının və anasının yas mərasimlərində də iştirak etmişlər. Qardaşı evə köçdükdən bir neçə il sonra evi öz adına keçirmək üçün cəhdlər etməyə başladı. Belə ki, 2017-ci il tarixdə Cavabdeh iki dəfə onu aldadaraq notariusa aparmış və evi öz adına keçirməyə çalışmışdır. Cavabdeh atasına məxsus evdə ailəsi ilə birlikdə yaşayır və nə onu, nədəki bacılarını ata evinə getməyə qoymur. İddiaçının atası A.R.Əliyevin adına mülkiyyət hüququna dair ******* RX seriyalı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarış mövcuddur. Həmin çıxarışa əsasən o, daxil olmaqla beş nəfər ailə üzvləri qeyd edilən yaşayış evində qeydiyyatda olmaqla mülkiyyət hüququna sahibliyi öz təsdiqini tapmışdır, ancaq A.R.Əliyev vəfat etdiyindən sonra yəni, 19.08.2012-ci il tarixdə Cavabdeh müxtəlif yollarla qeyd edilən əmlaka sahib olmağa çalışaraq, həmin ünvanda öz ailəsi ilə yaşayaraq, iddiaçını vərəsəlik hüququndan məhrum edərək, Notariat Kontoruna saxta ərizə verməklə onun konstitusion dövlət tərəfindən qorunan hüquqlarını pozur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli həyət evində onların hamısı ailəlikcə uzun müddət yaşayaraq çıxarışda qeyiyyatda olmaqla bu günə qədər həmin evdə onun və bacılarının vərəsəlik hüququ olan halda və həmin əmlakda vərəsəlik payı mövcud olması qanunvericiliklə müəyyən olunan halda məhkəmə tərəfindən qəsdən bu hal nəzərə alınmamışdır. 06 avqust 1979-cu il tarixdən mübahisəli evdə anadan olmuş və bacıları da onunla birgə atası evində birgə təsərrüfat aparmışlar. Çıxarışda onların hamısının payı göstərilmişdir. Lakin məhkəmə tərəfindən bir çox maddi hüquq normalarının tələbləri pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 2(012)-454/2021 saylı qətnaməsinin əsassız və qanunsuz olduğuna görə ləğv edilməsi və iş üzrə onun iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı, nümayəndəsi və vəkili İ.F.Əsədov apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər və apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Cavabdeh nümayəndəsi T.Q.Qılmanova apellyasiya şikayətin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin vəkili N.A.Hüseynova apellyasiya şikayətin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçının bacısılarının adından iddia tələbi irəli sürməyə subyektiv hüququnun olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş seriya RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ümumi sahəsi 0.0899 ha olan Abşeron rayonu, Məmmədli kəndi, Xəqani küçəsi, ev 5 paylı mülkiyyət hüququ üzrə X18, Cavabdeh, İddiaçı, X7, X10 və X8 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 18.08.2012-ci il tarixdə qeydə alınmışdır. İşdə olan Abşeron rayonu Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş AZ-İ 558802 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, A.R.Əliyev 20 avqust 2012-ci ildə Abşeron rayonu, Məmmədli kəndində insult keçirməsi nəticəsində vəfat etmişdir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, mübahisə predmeti olan Abşeron rayonu, Məmmədli kəndi, Xəqani küçəsində yerləşən 5 saylı ev 18.08.2012-ci il tarixdə ******* saylı çıxarış əsasında paylı mülkiyyət şəklində iddiaçının atası A.R.Əliyev, anası S.A.Əliyeva, iddiaçının qardaşı, hazırki Cavabdeh, cavabdehin həyat yoldaşı X4, cavabdehin qızı X14 və İddiaçı məxsus olmuş, A.Əliyev Arif 20.08.2012ci il tarixdə, S.Əliyeva isə 23.01.2017-ci il tarixdə vəfat etmişdir. İddiaçı cavabdehdən atasına məxsus əmlakdan bacılarına məxsus 3 pay nəzərə alılnmaqla məcburi pay üzrə vərəsəlik hüquqlarının 4 payının ona verilməsini xahiş edir. Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Beləliklə işin faktiki hallarından görünür ki, iddiaçı qanunla müəyyən edilmiş müddətdə atasından qalan miras payı qəbul etmədiyindən məhkəmə iddianın təmin olunmasını qeyri-mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçının bacılarına məxsus pay hüquqlarının da ona verilməsini xahiş etməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin rədd olunması barədə, düzgün olmamasını apellyasiya şikayətində qeyd olunmasını qəbul etmir. Belə ki, iddiaçı belə bir subyektiv hüquqa malik olmasının hüquqi əsaslarını əsaslandıra bilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, belə tələb hüququ subyektiv cəhətdən yalnız iddiaçının bacılarına məxsus olduğundan iddia tələbi həmin hissədə də rədd edilməsi barədə gəldiyinə nəticə düzgür. Məhkəmə prosesi zamanı müəyyən edildi ki, Abşeron rayon 1 saylı notariat ofisində A.Əliyevin adına vərəsəlik işi açılmışdır, lakin tərəflər bu məsələ ilə bağlı hazıradək Notariat kontoruna müraciət etməmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 17 sentyabr 2021-ci il tarixli 2(012)-454/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-441/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-441/2022
10.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver