Məhkəmə qərarları › İş №2(105)-445/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-445/2022

26.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-445/2022 26.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X8, iddiaçılar İddiaçı1, İddiaçı2 və X2 nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(060)-602/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(060)-602/2021 saylı qətnaməsi ilə (hakim E.X.Hüseynov) iddiaçılar İddiaçı1, İddiaçı2 və X2 Cavabdeh qarşı miras əmlakda payların müəyyən olunması tələbinə dair iddia təmin edilib, ** BB *** dövlət qeydiyyat nişanlı, “ OPEL VECTRA” markalı avtomobilin dəyəri 6500 manat müəyyən edilərək, ** BB *** dövlət qeydiyyat nişanlı, “ OPEL VECTRA” markalı avtomobilin dəyəri olan 6500 manat vərəsələr Cavabdeh, İddiaçı1, İddiaçı2 və X5 arasında bərabər bölünmüş, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun Cavabdeh tutularaq X4 (Kod:210005,VÖEN:**********,Müxbir hesab:AZ41NABZ********************) müxbir hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(060)-602/2021 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X9 məxsus «Opel Vectra» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərinin müəyyən edilərək vərəsələrin miras əmlakda paylarının bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar bacı və qardaşdırlar. X3 30 sentyabr 2017-ci ildə vəfat etmişdir. Atalarının vəfatı tarixinə qanun üzrə vərəsələri onlar və Cavabdehdır. Cavabdeh mərhum X3nun ikinci arvadıdır. Sumqayıt “ASAN xidmət” Mərkəzinin notariat kontoru tərəfindən 04.04.2018-ci ildə onlara 30.09.2017-ci ildə vəfat etmiş mərhum X3nun qanun üzrə vərəsələri kimi “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə uyğun olaraq mərhum atalarına məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 saylı bağ torpaq sahəsi vərəsələr arasında bölünmüşdür. Cavabdeh mərhum atalarına məxsus olan «OPEL VECTRA» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşını atalarının ölümündən sonra satmışdır. Cavabdeh maşının dəyərini onlardan gizli saxlamışdır. Halbuki, “OPEL VECTRA " markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşın qanun üzrə vərəsələr arasında bərabər bölünməli idi. Cavabdeh həmin avtomaşını sataraq pulunu mənimsəmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 06 aprel 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və X2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 30 sentyabr 2017-ci ildə kəskin limfoblast leykemiyadan ölmüşdür. 04.04.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X6 vərəsələri İddiaçı1, İddiaçı2 və İddiaçı3 miras əmlakdan ¾ hissədə pay almalıdırlar. Miras əmlak Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 ünvanında yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsindən ibarətdir. Əmlakın ¼ hissəsinə 31.03.2018-ci il tarixdə 2v-329 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. DƏDRX-nin verdiyi RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 ünvanında yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsinin ¼ hissənin mülkiyyətçisi İddiaçı1, ¼ hissənin mülkiyyətçisi İddiaçı2 ¼ hissənin mülkiyyətçisi İddiaçı3 və ¼ hissənin mülkiyyətçisi Cavabdehdır. Azərbaycan Respublikası DİN BDYPİ-nin 22.10.2020-ci il tarixli, 96813-1220 saylı məktubuna əlavə olunmuş elektron məlumatdan görünür ki, X9 məxsus ** BB *** dövlət qeydiyyat nişanlı, “Opel Vectra” markalı avtomobil etibarnamə əsasında 07.03.2020-ci ildə Cavabdeh tərəfindən X1. Azərbaycan Respublikası DİN BDYPİ-nin 22.10.2020-ci il tarixli, 96813-1220 saylı məktubuna əlavə olunmuş elektron məlumatdan görünür ki, X9 məxsus ** BB *** dövlət qeydiyyat nişanlı, “Opel Vectra” markalı avtomobilə dair sonuncu etibarnamə, avtomobil 07.03.2020-ci il tarixdə satılanadək Cavabdeh verilmişdir. 07.03.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X9 məxsus ** BB *** dövlət qeydiyyat nişanlı, “ OPEL VECTRA” markalı avtomobil etibarnamə əsasında 07.03.2020-ci ildə Cavabdeh tərəfindən X7 2000 manata satılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzinin 17 fevral 2021-ci il tarixli, 9/6074 saylı ekspert rəyindən görünür ki, “Opel Vectra” markalı, 1999-cu il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin hazırki nəzəri orta bazar qiyməti təxminən 6500 manat müəyyən olunur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh hazırkı mübahisənin tərəflərin öz arasında həll olunması üşün iddiaçı tərəfə ümumilikdə 1000-1500 manat məbləğində pul verməyə razı olduğunu bildirmiş, lakin iddiaçılarin nümayəndəsi cavabdehin həmin təklifi ilə razılaşmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə görə vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə acılır. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə kollegiyasının araşdırılması zamanı müəyyən olunur ki, iddiaçılar bacı və qardaşdırlar. X3 30 sentyabr 2017-ci ildə ölmüşdür. Atalarının ölüm tarixinə qanun üzrə vərəsələri onlar və Cavabdehdır. Cavabdeh mərhum X3nun ikinci arvadıdır. Sumqayıt “ASAN xidmət” Mərkəzinin notariat kontoru tərəfindən 04.04.2018-ci ildə onlara 30.09.2017-ci ildə ölmüş X3nun qanun üzrə vərəsələri kimi “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə uyğun olaraq mərhum atalarına məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 saylı bağ torpaq sahəsi vərəsələr arasında bölünmüşdür. Cavabdeh mərhum atalarına məxsus olan «OPEL VECTRA» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşını atalarının ölümündən sonra satmışdır və satışdan əldə etdiyi vəsaitin hamısını götürmüşdür. Birinci instansiya məhkəməsi iddianın təmin olunması nəticəsinə gələrkən hesab etmişdir ki, ** BB *** dövlət qeydiyyat nişanlı, “OPEL VECTRA” markalı avtomobil X6 mülkiyyətində olmuş, həmin avtomobil o, 30 sentyabr 2017-ci ildə öldükdən sonra, 07.03.2020-ci ildə Cavabdeh tərəfindən satılmışdır. Göründüyü kimi qeyd olunan əmlak X6 vərəsələri arasında bərabər paylara bölünməli olan halda, cavabdeh tərəfindən satılaraq əldə edilmiş vəsait tam olaraq cavabdehdə qalmışdır, ona görə də, həmin vəsait miras əmlakdakı paylara mütanasib bərabər bölünməlidir. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh veridiyi apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən və apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(060)-602/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar