Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-452/2025 01.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi, əsassız varlanma) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli, e-2(060)-4790/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9300 manat məbləğində pulun, iddiaçı tərəfindən ödənilmiş 113 manat məbləğində dövlət rüsumunun və vəkillə müqavilə bağlamaq üçün ödənilmiş 325 manat məbləğində pulun alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə qonşusu olan Rəşad Namazova yaxınlaşaraq özünə yeni avtomobil almaq istədiyini bildirmiş və onunla birlikdə “002 cars” avtosalona özündə olan “Mercedes S320” markalı avtomobili cavabdehə Cavabdeh 7000 manat və 1300 ABŞ dolları, yəni 2210 manat ilkin ödəniş edərək, ondan “Hunday Elantra” markalı avtomobili 36 ay 360 dollar ödəməklə kreditə götürüb. Bu barədə tərəflər arasında notarial qaydada müqavilə də bağlanmışdır. 1 il 4 ay krediti ödədikdən sonra cavabdehlə razılaşmışlar ki, bu avtomobili hündür başqa bir avtomobilə dəyişsinlər. Bundan sonra iddiaçı onlardan “Hunday Santafe” markalı avtomobili 42 ay olmaqla, aylıq 400 dollardan ödəməyə başlamışdır. 4 ay sözügedən avtomobilin ödənişini ödədikdən sonra iddiaçı işdən azad edildiyinə görə ödənişi ödəyə bilmədiyini cavabdehə bildirib və 24.10.23-cü il tarixdə avtomobili cavabdehə təhvil vermişdir. İddiaçı Özbəkistan Respublikasında işlədiyinə görə cavabdeh ona 2024-cü il mart ayında vətənə qayıdanda ödədiyi məbləğdə avtomobil verəcəyini bildirib. Amma təxminən 6 aydır ki, cavabdeh nə iddiaçıya yeni avtomobil vermiş, nə də iddiaçının ödədiyi məbləği ona qaytarmışdır. Bu baradə cavabdehə dəfələrlə müraciət olunsa da, cavabdeh hər dəfə bəhanə gətirərək iddiaçının ödəmiş olduğu 9300 manat məbləğində pulu qaytarmaqdan boyun qaçırmışdır. Bu səbəbdən də, hazırki ərizə ilə məhkəməyə müraciət edir. Cavabdehin iddiaçıya ödəməli olduğu 9300 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Sumqayıt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış ilkin müqavilədən görünür ki, Cavabdeh Sumqayıt RQİ və TBŞ tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş BD216002 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən 2013-cü ilin, BAN № KMHDH4AH5EU03861 mühərrik № G4NCDU875515, **-DK-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı nəqliyyat vasitəsini İddiaçı ilə 31242 manata müqavilədə göstərilən müddətdə əsas alqı-satqı müqaviləsini bağlamaqla satmaq barədə razılığa gəldilər.
5. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində göstərilən nəqliyyat vasitəsinin alqı-satqısı ilə əlaqədar razılaşdırılmış əmlakın ümumi dəyərindən, yəni 31242 manatdan 2210 manatı ilkin ödəniş olaraq Cavabdeh nağd şəkildə verdiyini, eyni zamanda İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər (9 ay müddətində) Cavabdeh hər ay 612 manat olmaqla, 5508 manat verdiyini, Cavabdeh isə həmin məbləğləri nağd şəkildə aldığını bəyan etmişdir. Eyni zamanda, qalan 23524 manat pul məbləğindən İddiaçı özünə məxsus olan nəqliyyat vasitəsini Cavabdeh ilə qarşılıqlı 7000 manat qiymətləndirərək əmlak kimi ödədiyini bəyan etmiş, Cavabdeh isə qəbul etdiyini bəyan etmişdir. Qalan 16524 manat pul məbləğini isə 27 ay müddətinə hər ay 612 manat olmaqla notariusun depozit hesabı vasitəsilə tam şəkildə ödəməyi, Cavabdeh isə ödəniş tam başa çatdıqdan sonra İddiaçı ilə əsas alqı-satqı müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür.
6. Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis baş leytenantı X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi barədə» qərara əsasən toplanmış HK-1/863 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
7. Həmin qərardan görünür ki, İddiaçı izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə qonşusu olan Rəşad Namazova yaxınlaşaraq “002 cars” avtosalona özündə olan “Mercedes S 320” markalı avtomobili ona 7000 manat və 1300 dollar ilkin ödəniş edərək onlardan “Hunday Elantra” markalı avtomobili 36 ay 360 dollar ödəməklə kredit götürmüşdür. Bir il dörd ay ödədikdən sonra vaxtında razılaşmışdırlar ki, hündür avtomobilə dəyişsinlər və onlardan “Hunday Santafe” markalı avtomobili 42 ay olmaqla aylıq 400 dollardan ödəməyə başlamışdır. Dörd ay avtomobilin ödənişini ödədikdən soma işdən azad edildiyinə görə ödənişi ödəyə bilmədiyini qeyd etmişdir. xx.xx.2026-cı il tarixdə avtomobili onlara təhvil vermişdir ki, aralarında problem yaranmasın. Özbəkistan Respublikasında işlədiyinə görə 2024-cü il mart ayında vətənə qayıdanda onlar ona ödədiyi məbləğdə avtomobil verəcəklər. 6 aydır ki, onu get gələ salaraq onunla kobud danışmışdırlar və avtomobilə ilkin ödədiyi ödənişi geri qaytarmamışdırlar.
8. Həmin qərardan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı ilə o, artıq təxminən 6 ilə yaxındır ki, tanımışdır. 2022-ci ilin may aylarında Rəşad ona Vüsalın avtomobilini satmaq istədiyini və əvəzində yeni avtomobil almaq istədiyini bildirmişdir. O, da Rəşada ona köməklik edə biləcəyini demişdir. O, Vüsal ilə görüşmüşdür. Ona məxsus “Mercedes s klass” markalı avtomobilini 7000 manat və 1350 dollar olmaqla dəyərləndirmişdir. Həmin pulu ilkin ödəniş kimi hesablayaraq avtomobili özünə götürmüş və qarşılığında ona “Hunday Elantra” markalı avtomobil vermişdir, “Hunday elantra” markalı avtomobili aylıq 360 dollar olmaqla ödəniş edəcəyi barəsində notariat qaydada aralarında müqavilə bağlanmışdır. 2023-cü ilin yay aylarında Vüsal onda artıq cip istədiyini qeyd etmişdir. Ona “Hunday Santafe” markalı avtomobil verəcəyini demişdir. Onda olan “Hunday Elantra” markalı avtomobil götürərək “Santafe” markalı avtomobili aylıq 400 dollar olmaqla razılaşmışdırlar. Avtomobili götürməmişdən qabaq Vüsal avtomobili yoxlatdırmış və hər şey qaydasında idi. Vüsal 2023-cü il oktyabr ayınadək həmin avtomobilin pulunu ödəmişdir. Təxminən 2024-cü il fevral ayında həmin avtomobili gətirib Rəşada vermişdir. Vüsalla danışıq zamanı Vüsal ona həmin avtomobili istəmədiyini bildirmişdir. O, avtomobili götürərkən avtomobilin üzərində cərimələr var idi. Eləcə də avtomobil texasmoturdan keçməmişdir. Avtomobil onda olandan təxminən 10 gün sonra avtomobildə nasazlıqlar olduğunu hiss etmişdir. Dərhal avtomobili servisə aparmışdır. Servisdə avtomobilin ön hissəsində ciddi problemlər olduğunu demişdirlər. Bundan sonra qüsur aktı çıxartmışdır və servisdə avtomobilə təxminən 6300 manata yaxın ziyan dəydiyini demişdirlər. Bundan sonra Vüsal onunla telefon danışıqları zamanı xaricdən gələcəyini və Bakıda ona avtomobil lazım olacağını bildirmişdir. Həmçinin, “Santafe”ni satmağını demişdir. O, ona əgər “Santafe” satılarsa ordan ona 3-4 min manat pul verə biləcəyini qeyd etmişdir. Bundan sonra “Santafe” satılmamışdır. Demək olar ki, Vüsal ona tez-tez yığaraq avtomobilin pulunu istəmişdir. Artıq ondan şikayət etməyə başlamışdır. O, onu şikayət etdikdən sonra ona “Santafe”yə vurduğu ziyanı demişdir. Həmçinin, ondan avtomobil onda olan müddətdə ona dəydiyini ziyanı da hesablayaraq o da ondan pul istəmişdir. Ümumilikdə Vüsal ona 6300 manat və 8500 manat maddi ziyan vurduğunu qeyd etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
9. Sumqayıt Şəhər Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli, e-2(060)- 4790/2024 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiasının rədd edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 402.1, 402.2, 402.3, 404.1, 405.1, 406.2, 421.1, 424.4, 425.1, 430.1, 430.2, 385.1, 442, 443.1, 443.5, 448.1, 560.2 və 560.3.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 217.4, 217.3, 119.1, 216- 220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
11. Sumqayıt Şəhər Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli, 2(060)- 6207/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyildir. Məhkəmə tərəflərin qarşılıqlı müansibətləri üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında belə razılaşmanın (xarici ölkədə işlədiyinə görə cavabdehin ona 2024-cü il mart ayında vətənə qayıdanda ödədiyi məbləğdə avtomobil verəcəyini bildirməsi) mövcudluğuna dair iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, bunun əksi olaraq iş materiallarından görünür ki, iddiaçı sözügedən avtomobili X6 tərəfindən cavabdehə qaytarmış və razılaşdıqları ödənişi etməkdən imtina etmişdir. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh məhkəmə zalında “Hunday Santafe” markalı avtomobilin hazırda onda olduğunu və qalan ödənişlər edilməklə İddiaçı təhvil verilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmənin gəlmiş olduğu bu nəticə də tamamilə səhvdir. Əvvəla, avtomobilin cavabdehdə olması sübut edir ki, həqiqətən də iddiaçı avtomobili təhvil vermişdir. İddiaçı avtomobili təhvil verərkən onlar arasında qeyd olunan razılaşmanın olması onunla sübuta yetirilir ki, iddiaçı şikayyət edənədək cavabdeh tərəf heç bir şikayət etməmişdir. O, Polisdə araşdırma aparılarkən bildirmişdir ki, İddiaçı ilə o, artıq təxminən 6 ilə yaxındır ki, tanışdır. 2022-ci ilin may aylarında Rəşad ona Vüsalın avtomobilini satmaq istədiyini və əvəzində yeni avtomobil almaq istədiyini bildirmişdir. O da Rəşada ona köməklik edə biləcəyini demişdir. O, Vüsal ilə görüşmüşdür. Ona məxsus “Mercedes S klass” markalı avtomobilini 7000 manat və 1350 dollar olmaqla dəyərləndirmişdir. Həmin pulu ilkin ödəniş kimi hesablayaraq avtomobili özünə götürmüş və qarşılığında ona “Hunday Elantra” markalı avtomobil vermişdir, “Hunday elantra” markalı avtomobili aylıq 360 dollar olmaqla ödəniş edəcəyi barəsində notariat qaydada aralarında müqavilə bağlanmışdır. 2023-cü ilin yay aylarında Vüsal ondan artıq cip istədiyini qeyd etmişdir. Ona “Hunday Santafe” markalı avtomobil verəcəyini demişdir. Onda olan “Hunday Elantra” markalı avtomobil götürərək “Santafe” markalı avtomobili aylıq 400 dollar olmaqla razılaşmışdırlar. Avtomobili götürməmişdən qabaq Vüsal avtomobili yoxlatdırmış və hər şey qaydasında idi. Vüsal 2023-cü il oktyabr ayınadək həmin avtomobilin pulunu ödəmişdir. Təxminən 2024-cü il fevral ayında həmin avtomobili ona gətirib Rəşada vermişdir. Vüsalla danışıq zamanı Vüsal ona həmin avtomobili istəmədiyini bildirmişdir. O, avtomobili götürərkən avtomobilin üzərində cərimələr var idi. Eləcə də avtomobil texasmoturdan keçməmişdir. Avtomobil onda olandan təxminən 10 gün sonra avtomobildən nasazlıqlar olduğunu hiss etmişdir. Dərhal avtomobili servisə aparmışdır. Servisdə avtomobilin ön hissəsində ciddi problemlər olduğunu demişdirlər. Bundan sonra qüsur aktı çıxarmışdır və servisdə avtomobilinə təxminən 6300 manata yaxın ziyan dəydiyini demişdirlər. Bundan sonra Vüsal onunla telefon danışıqları zamanı xaricdən gələcəyini və Bakıda ona avtomobil lazım olacağını bildirmişdir. Həmçinin, “Santafe”ni satmağını demişdir. O, ona əgər “Santafe” satılarsa ordan ona 3-4 min manat pul verə biləcəyini qeyd etmişdir. Bundan sonra “Santafe” satılmamışdır. Demək olar ki, Vüsal ona tez-tez yığaraq avtomobilin pulunu istəmişdir. Artıq ondan şikayət etməyə başlamışdır. O, onu şikayət etdikdən sonra ona “Santafe”yə vurduğu ziyanı demişdir. Həmçinin, ondan avtomobil onda olan müddətdə ona dəydiyini ziyanı da hesablayaraq ondan pul istəmişdir. Ümumilikdə Vüsal ona 6300 manat və 8500 manat maddi ziyan vurduğunu qeyd etmişdir. Göründüyü kimi, cavabdeh polisdə verdiyi izahatında əgər Santafe satılarsa 3-4 manat pul qaytaracağını bildirmişdir. Bu o deməkdir ki, tərəflər arasında pulun qaytarılması barədə danışıq olmuşdur. Bu pulun məbləği təbii ki, 3-4 manat ola bilməzdi. İddiaçı ən azı ilkin ödəniş kimi verdiyi məbləği tələb etməkdə tam haqlı olmuşdur. Məhkəmə həmçinin nəzərə almamışdır ki, hazırkı iş üzrə cavabdeh məhkəmədə ayrıca iddia qaldıraraq Santafe markalı maşına dəymiş ziyana görə hazırkı iddiaçıdan pul tələb edir. Onun indiyədək nə şikayət etməməsinin, nə də iddia qaldırmamasının, yalnız hazırkı iddiaçının şikayətindən sonra izahat verməsinin və hazırkı iddianı aldıqdan sonra iddia qaldırmasının mənası odur ki, iddiaçı cavabdehin hər hansı bir hüququnu pozmamış, ona ziyan vurmamış, əksinə cavabdeh tərəfindən pozulan hüquqlarının müdafiəsi üçün müraciət etdikdən sonra cavabdeh də öz aləmində "əks hücuma" keçmişdir. Burada qeyd olunmalıdır ki, tərəflərindən hər iki mülki işin bir icraatda birləşməsi barədə vəsatət verilsə də, məhkəmə həmin vəsatəti təmin etməmişdir. Məhkəmənin gəldiyi yanlış nəticələrdən biri də budur: Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələbləri baxımından məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli ilkin müqavilədə tərəfin müqavilədən birtərəfli qaydada imtina etmək hüququ nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən maddi vəziyyətinin yaxşı olmaması halı əsas tutularaq müqavilənin icrasından birtərəfli qaydada imtina etməsi öhdəliyin pozulması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, Məhkəmə burada da səhvə yol vermişdir. Əvvəla ilkin müqavilə Elantra markalı maşınla bağlıdır. Həmin müqaviləyə tərəflər qarşılıqlı şəkildə razılaşmaqla xitam vermişlər. Belə ki, Elantra markalı avtomobil təhvil verilmiş, Santafe markalı avtomobil alınmışdır. Santafe markalı avtomobilin də təhfil verilməsi, avtomobil təhvil verilərkən hər hansı bir vəsaitin geri alınmaması ona dəlalət edir ki, tərəflər həqiqətən də razılaşmışlar ki, xaricdən qayıtdıqdan sonra daha ucuz qiymətli avtomobil verilsin. Əgər belə razılaşma olmasaydı iddiaçı avtomobili təhvil verdiyi ərəfədə şikayət edər, iddia qaldırardı.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
14. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı cavabdehdən 1350 ABŞ dolları və 7000 manat olmaqla, cəmi 9300 manat ilk ödənişin geri qatarılmasını tələb edir. Belə ki, iddiaçı aldığı Santafe markalı avtomaşını cavabdehə geri qaytarmışdır. Avtomaşın onda olduğu 4 ay müddət üçün, eləcə də bundan öncə aldığı Hyundai Elantra markalı avtomaşına görə ödədiyi aylıq kredit ödənişlərinə görə olan pul məbləğlərini tələb etmir.
15. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı ondan Hyundai Elantra markalı avtomaşın alarkən 1350 ABŞ dolları və “Mercedes s klass” markalı avtomobilini vermiş, həmin avtomaşın 7000 manat dəyərləndirilmiş, bu qeyd olunan məbləğlər ilkin ödəniş olaraq nəzərə alınmışdır. Daha sonra Hyundai Elantra markalı avtomaşının satışına dair müqaviləyə qarşılıqlı razılaşmaqla xitam verilmiş, iddiaçı Elantra markalı avtomobili təhvil verərək Santafe markalı avtomobil almışdır. Santafe markalı avtomaşını o, iddiaçıya etibarnamə əsasında satmışdır. Bir qədər sonra iddiaçı Santafe markalı avtomaşını ona qaytarmışdır, hazırda avtomaşın ondadır, avtomaşına xeyli miqdarda ziyan dəymişdir. İddiaçı ona vurulmuş zərəri ödədikdən sonra, eləcə də avtomaşının qalıq dəyərini ödəyərək avtomaşını geri götürə bilər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır.
20. Məhkəmə kollegiyasının qənaətincə apellyasiya şikayətinin dəlilləri yoxlanılarkən birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verildiyi müəyyən edilmişdir.
21. Məhkəmə kollegiyası araşdırma zamanı tərəflərin izahatı və topanmış sübutlarla müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış ilkin müqaviləyə əsasən iddiaçı özünə məxsus “Mercedes S320” markalı avtomobili 7000 manat dəyərləndirib verməklə və 1350 ABŞ dolları ilkin ödəniş etməklə Cavabdeh “Hunday Elantra” markalı avtomobili 27 ay müddətinə, hər ay 612 manat ödəməklə kreditə götürmüşdür. Sonradan tərəflər arasında şifahi razılığa əsasən İddiaçı “Hunday Elantra” markalı avtomobili geri qaytarmış, həmin “Hunday Elantra” markalı avtomaşının dəyəri nəzərə alınaraq “Hunday Santafe” markalı avtomobili 42 ay müddətinə, 400 ABŞ dolları ödəməklə kreditə götürmüşdür. İddiaçı bir neçə ay ödənişlər edildikdən sonra maddi vəziyyəti ilə əlaqədar ödənişi dayandırmış və avtomobili geri qaytarmışdır. Tərəflər arasında avtomaşının alqı-satqısına dair yazılı müqavilə bağlanılmamış, cavabdeh etibarnamə əsasında avtomaşını iddiaçının istifadəsində vermişdir. Avtomaşın hazırda cavabdehin mülkiyyətində və sahibliyindədir. İddiaçı avtomaşını geri qaytardığından ilkin ödəniş olaraq ödəmiş olduğu məbləği (1350 ABŞ dolları və 7000manat, cəmi 9300 manat) cavabdehdən tələb edir.
22. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia rədd edilmişdir.
23. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı sözügedən avtomobili X6 tərəfindən cavabdehə qaytarmış və razılaşdıqları ödənişi etməkdən imtina etmişdir.
24. Məhkəmə onu da qeyd etmişdir ki, Cavabdeh məhkəmə zalında “Hunday Santafe” markalı avtomobilin hazırda onda olduğunu və qalan ödənişlər edilməklə İddiaçı təhvil verilməsinə etirazının olmadığını bildirmişdir.
25. Məhkəmə daha sonra göstərmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli ilkin müqavilədə tərəfin müqavilədən birtərəfli qaydada imtina etmək hüququ nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən maddi vəziyyətinin yaxşı olmaması halı əsas tutularaq müqavilənin icrasında birtərəfli qaydada imtina etməsi öhdəliyin pozulması kimi qiymətləndirilməlidir.
26. Eyni zamanda məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfin müqavilə üzrə öhdəliyini pozmadığı halda iddiaçının ilkin müqavilə üzrə ödədiyi pulun qaytarılmasını tələb etməsi hüquqdan sui-istifadə halıdır.
27. Sumqayıt Şəhər Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2(060)- 6207/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə dəyərləndirmə apararaq, mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən tərəflər arasında qarşılıqlı münasibətləri üzrə düzgün qiymətləndirmə aparmamış, işin faktiki halları tam, hərtərəfli araşdırmamış, nəticədə qanuni və əsaslı qətnamə çıxarılmamışdır.
29. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli ilkin müqavilə üzrə qiymətləndirmə apararaq mübahisəyə həmin müqavilənin konteksindən yanaşmış, nəticədə iddia tələbinin qanuni əsası düzgün müəyyən edilməmiş, faktiki hallar müvafiq maddi hüquq normalarına əsasən qiymətləndirilməmişdir.
30. İddiadan görünür ki, iddiaçının mübahisələndirdiyi hal xx.xx.2023-cü il tarixli ilkin müqavilədən irəli gələn öhdəliklə bağlı deyildir. İddiaçı qeyd olunan müqavilə üzrə əldə etdiyi avtomaşını bir müddət sonra cavabdehlə aralarında olan razılaşmaya əsasən geri qaytarmış, həmin avtomobilə görə ödənilmiş ilkin ödəniş məbləği nəzərə alınmaqla cavabdeh tərəfindən iddiaçıya yeni Santafe markalı avtomobil satılmasına razılaşmışlar. Bununla da xx.xx.2023-cü il tarixli müqavilə üzrə öhdəliklərə xitam verilmişdir. Cavabdeh etibarnamə əsasında Santafe markalı avtomobili iddiaçının istifadəsinə vermiş, bir müddət aylıq kredit ödənişi ödəsə də, daha sonra ödənişləri ödəyə bilmədiyindən iddiaçı Santafe markalı avtomobili cavabdehə geri qaytarmışdır. Hazırki mübahisə Santafe markalı avtomobilin əldə edilməsi üçün ödənilmiş ilkin ödəniş məbləği ilə bağlıdır.
31. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
32. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
33. Odur ki, iddia tələbinə aidiyyəti hüquq normasının şərtləri əsasında qiymət vermədən, sadəcə işin hallarının və qanunvericilik normalarının sadalanması, izahı olmayan bir müddətin tətbiq edilməsilə iddianın həlli barədə çıxarılmış qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.
34. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X4 X2 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir.
35. Şərh olunanlardan göründüyü kimi iddiaçı tərəfindən avtomaşın almaq məqsədi ilə cavabdehə 9300 manat ilkin ödənişin ödənilməsi, daha sonra Elantra markalı avtomaşına görə ödənilmiş ödənişin (9300manat) nəzərə alınaraq Santafe markalı avtomaşının alqı-satqısına razılaşmanın olması, lakin tərəflər arasında rəsmi alqı-satqı müqaviləsinin bağlanılmaması, avtomaşının cavabdehin mülkiyyətində və istifadəsində olması işin mübahisəsiz halıdır.
36. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh, Santafe markalı avtomaşına dair rəsmi alqı-satqı müqaviləsi bağlamamaqla, hazırda avtomaşın cavabdehin mülkiyyətində və istifadəsində olmaqla, iddiaçı qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməyərək, heç bir qanuni əsas olmadan iddiaçı tərəfindən ödənilmiş pul məbləğini (9300manat) özündə saxlamaqla, əsassız varlanmışdır.
37. Lakin göründüyü kimi işə baxan aşağı insansiya məhkəməsi iddianı rədd edərkən işin müəyyən edilmiş hallarına və təqdim olunmuş sübutlara fərqli yanaşmış, bu da maddi və prosessual hüquq düzgün tətbiq olunmaması və düzgün olmayan qətnamənin çıxarılması nəticələnmişdir. Ona görə də iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı hesab oluna bilməz.
38. Məhkəmə kollegiyasının qənatincə cavabdeh iddia olunan pul məbləğinin iddiaçıdan alınması nəticəsində əsassız varlanmış şəxs olduğundan həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
39. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması, sübutlara düzgün qiymət verilməməsi, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməsi barədə iddiaçının dəlilləri əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli, e-2(060)-4790/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin olunmalı, Cavabdeh 9300 manat məbləğində pul, iddiaçı tərəfindən ödənilmiş 113 manat məbləğində dövlət rüsumu və hüquqi xidmətinə görə ödənilmiş 325 manat məbləğində pul alınıb İddiaçı verilməlidir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli, e-2(060)-4790/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunsun. Cavabdeh 9300 (doqquz min üç yüz) manat məbləğində pul, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 113 manat və hüquqi xidmətə görə ödənilmiş 325 manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.