Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-463/2024 15.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X7 və X5 qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1845/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim V.Seyidov) iddianın qismən təmin edilməsi, 11 mart 2021-ci il tarixli 009128 saylı akt əsasında hesablanmış 1957,59 manat məbləğində borc İddiaçı münasibətdə onun **********41031 nömrəli abonent hesabından silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 11 mart 2021-ci il tarixli, 009128 nömrəli Aktın etibarsız hesab edilməsi, həmin akt üzrə yazılmış 1957,59 manat məbləğində borcun silinməsi, ilkin mediasiya sessiyasında ödənilmiş 60 manat məbləğində xidmət haqqının və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 100 manat məbləğində pulun "xxxx" ASC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Həmin küçədə mərhum əri X1 məxsus “Çörək sexi” fəaliyyət göstərirdi. X8 07 yanvar 2013-cü il tarixdə vəfat etmişdir. 11 mart 2021-ci il tarixdə Azərişıq ASC-nin əməkdaşları X8ə məxsus çörək sexinə gələrək elektrik sayğacına baxış keçirmiş və 11 mart 2021-ci il tarixli, 009128 nömrəli Akt tərtib edilmişdir. Həmin aktda göstərilmişdir ki, guya baxış zamanı sayğacın alt qapağının möhürünün pozulması və müdaxilə olunması aşkarlanmışdır. Həmin sayğac çıxarılaraq, laboratoriya şəraitində rəy verilməsi üçün göndərilmişdir. Azərişıq ASC-nin sayğac quraşdırma və nəzarət İdarəsi sayğacları və cərəyan transformatorlarının yoxlanılması barədə 19 mart 2021-ci il tarixli 213468 nömrəli protokol tərtib etmişlər. Həmin protokolda sayğacın 353251 saylı “narıncı alt qapaq möhürü pozulub” qeydi aparılmışdır. Akt tərtib edilən zaman ona bildiriş gəlməmiş və xəbərdarlıq edilməmişdir. 11 mart 2021-ci tarixli, 009128 nömrəli Akta əsasən çörək sexinə 1957,59 manat məbləğində borc hesablanmışdır. Həmin borcdan onun xəbəri olmamış, ona bildiriş verilmədən akt tərtib etmişlər. O, mərhum X8ə məxsus çörək sexinə görə yaranmış borcun araşdırılmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini tənzimləmə X4 müraciət etmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini tənzimləmə X2 06 iyun 2021-ci il tarixli məktubu ilə çıxarılmış elektrik sayğacı xx.xx.2021-ci il tarixdə laboratoriya şərhində yoxlanılmış, sayğacın alt qapaq plombuna müdaxilə olunduğu, dövlət möhürünün normal olduğu və sayğacın buraxıla bilən xəta ilə işləndiyi qeyd edilərək 213467 nömrəli protokol tərtib edilməsi, elektrik sayğacına istehlakçı tərəfindən müdaxilə olunması faktı sübuta yetirilməsə də, 009128 nömrəli akta əsasən 21751 kvts, dəyəri 1957,59 manat məbləğində hesabat aparılması, lakin akta əsasən aparılmış hesabat araşdırılması üçün təqdim edilməməsi deyə qeyd edilmiş, enerji təchizatı müəssisəsi tərəfindən elektrik sayğacı laboratoriya şəraitində yoxlanılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 qaydaları’nın 7.6-cı bəndinin tələbi pozularaq abonentin iştirakı təmin edilməmiş və hesabat aparılarkən Qaydaların 8.16-cı bəndinin tələbləri pozularaq, uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik elektrik enerjisinin sərfi və hesablaşma dövrü (bir aydan artıq olmamalıdır) nəzərə alınmaması qeyd olunanları nəzərə alaraq, "xxxx" ASCyə aid ETAİS proqram bazasında daxil olmuş, 68,36 manat borcun araşdırılması, həmçinin 009128 nömrəli akta əsasən aparılmış 1957,59 manat məbləğində hesabata “X3 qaydaları”-nın 8.16-cı maddəsinin tələblərinə uyğun olaraq yenidən baxılması ilə əlaqədar "xxxx" ASC-yə müvafiq məktub ünvanlanmış, lakin "xxxx" ASC-nin müştəri xidmətləri idarəsinin cavab məktubunda elektrik enerjisi hesabatının qaydalara uyğun aparıldığı qeyd olunması, elektrik enerjisinə görə yaranmış borc ilə əlaqədar Qaydaların 8.35-ci bəndinə əsasən (enerji təchizatının subyektləri arasında X3də və ya elektro energetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə Enerji Məsələlərinin tənzimləmə Agentliyi səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. Enerjitəchizatının subyektləri (dövlət energetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər.) məhkəməyə müraciət etmək hüququmun olduğu qeyd edilmişdir. Göründüyü kimi, elektrik sayğacına müdaxilə edilməsi sübuta yetirilməmişdir. Həmçinin nə o, nə də başqaları elektrik sayğacına müdaxilə etməmişlər. Abunə haqqı arayışından da görünür ki, elektrik enerjisinin aylıq sərfiyyatı əvvəlki dövrlərə uyğundur. Lakin əsassız olaraq heç bir sübuta əsaslanmadan obyektə borc hesablanmışdır. "xxxx" ASC tərəfindən ona borcun ödənilmədiyi halda çörək sexinə verilmiş elektrik enerjisinin kəsiləcəyi bildirilmişdir. Çörək sexinə verilən elektrik enerjisinin kəsilməsi onu külli miqdarda ziyana sala bilər. Göstərilənlərə əsasən borcun silinməsi tələbi ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli-2-2(019)-251/2022 saylı qərardadı ilə işin Sumqayıt kommersiya Məhkəməsində deyil, ümumi məhkəmədə baxılması qeyd edilərək geri qaytarılmışdır. Ona görə də, Quba Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, həmin qaydalar dövlət energetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdin. Məişət abonenti tərəfindən elektrik enerjisindən enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Lakin hazırkı iddia tələbinin verilməsinə əsas olan akt tərtib edilərkən cavabdeh təşkilat tərəfindən hal şahidlərinin və iddiaçının iştirakı təmin edilməmiş və bununla da qaydaların tələbləri pozularaq akt tərtib edilmişdir. Buna görə də həmin akt mülki hüquqi məsuliyyətin yaranmasına əsas olan halı təsdiq edən sübut kimi dəyərləndirilə bilinməz. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh "xxxx" ASC Quba Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edən İddiaçı "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixdə 5 illik icarə müqaviləsi bağlasa da, bu barədə "xxxx" ASC-yə məlumat verməmişdir. Halbuki, iddiaçı EEİQ-nin 8.21-ci bəndinin tələbinə görə "xxxx" ASC-yə bu barədə məlumat verməli, "xxxx" MMC ilə "xxxx"ASC arasında müqavilə imzalanmalı idi. Lakin hazırkı qətnamədə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazimi şərait yaratmamış, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Lakin birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli 2(027)-184/2023 nömrəli qətnaməsinin 5-ci səhifənin axırıncı abzasında qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdə İddiaçı "xxxx" MMC arasında 5 illik icarə müqaviləsi imzalanmışdır. "xxxx" ASC-nin nümayəndələri tərəfindən akt isə 11 mart 2021-ci ildə tərtib edilmiş, Ərəstun Məmmədov adlı şəxs tərəfindən imzalanmışdır. İddiaçı adına olan obyekt xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə görə "xxxx" MMC-yə 5 illik müddətə icarəyə verildiyi üçün, akta imzalayan Ərəstun Məmmədov adlı şəxsin də "xxxx" MMC-nin nümayəndəsi olduğu nəticəsinə gəlinir. Bu isə o deməkdir ki, İddiaçı bu predmetlə bağlı məhkəməyə müraciət etmək hüququ yoxdur. İddiaçı isə saxtakarlığa yol vermiş, xx.xx.2020-ci il tarixli müqaviləsi ilə öz obyektini "xxxx" MMC-yə icarəyə versə də, iddia ərizəsində həmin obyekti guya özünün işlətdiyi çörək sexi kimi təqdim etmiş, guya ona elektrik enerjisinin kəsilməsi nəticəsində külli miqdarda ziyan dəyəcəyini göstərmişdir. Halbuki həmin dövrdə yazılan akt nəticəsində tərtib edilmiş cərimə "xxxx" MMC tərəfindən ödənilmişdir. Məhkəmə qətnaməsi qeyri-mötəbər sübutlara əsaslanaraq qəbul edilmişdir. Qətnamə tamamilə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsində araşdırılmayan başqa önəmli bir hal iddia ərizəsində göstərilən halla tələbin üst-üstə düşməməsidir. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, çörək sexinə verilən elektrik enerjisinin kəsildiyi halda ona külli miqdarda ziyan dəyə bilər. Halbuki akt tərtib edildiyi zaman obyekt çörək sexi kimi deyil, xx.xx.2020-ci il icarə müqaviləsinə əsasən "xxxx" kimi fəaliyyət göstərmiş, yazılan cərimə isə "xxxx" tərəfindən ödənilmişdir. İddiaçı obyekti “OBA Marketə” icarəyə verilməsi haqqında məlumatı verməməklə EEİQ-nin 8.21-ci bəndinin (Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerji təchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalı və enerji təchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır) tələbini pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini hazırkı iddia tələbinin verilməsinə əsas olan akt tərtib edilərkən cavabdeh təşkilat tərəfindən iddiaçının iştirakının təmin edilməməsi və bununla da qaydaların tələblərinin pozulması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmununa əsasən qətnaməni iddia tələbinin təmin olunan hissəsində mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7. maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarı da məhkəmələrdən məhz bunu tələb edir. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiya məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Baxılan iş üzrə mübahisələndirilən hissədə iddia tələbi borcun silinməsi barədədir. Quba şəhəri, M.Qonaq küçəsində yerləşən çörək sexinin icarə hüququ ilə "xxxx" MMC-nin istifadəsində olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır. Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr üçün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır (Həmin Qaydaların 8.2., 8.4., 8.9-cu bəndləri). İşdən görünür ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan elektrik hesabat sayğacına baxış keçirərkən məlum olmuşdur ki, çörək sexində sayğacın alt qapaq möhürünün pozulması, müdaxilə olunması müəyyən edilmişdir. Lakin cavabdeh təşkilat bu faktın iddiaçı tərəfindən həyata keçirilməsini təsdiq edən hər hansı tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-463/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-463/2024
15.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver