Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-466/2024 05.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, X5 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı (Açar sözlər alqı-satqı müqaviləsinin ləğvi) X2 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı2, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, X5 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı (üçüncü şəxs Azərbaycan İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri X14 5 saylı Xaçmaz Ərazi İdarəsi) “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(027)- 89/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. JN-324 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X12 görünür ki, İddiaçı1, İddiaçı3, İddiaçı2, X5 və İddiaçı5 Quba rayonu Aqrar İslahat Komissiyasının 23 mart 1999cu il tarixli, 07 nömrəli qərarı ilə 1.10 hektar torpaq sahəsi verilmişdir.
2. 01 avqust 2003-cü il tarixdə, reyestrdə 4-ə-234 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı1, İddiaçı3, İddiaçı2, X6 və İddiaçı5 Quba rayonu AİKnın xx.xx.1999-cu il tarixli, 07 nömrəli qərarı ilə verilmiş Quba rayonu, Nügədi kəndində yerləşən 6572.76 kvm torpaq sahəsini Cavabdeh1 satmaları, müqavilənin İddiaçı1, İddiaçı3, İddiaçı2, X6, İddiaçı5, Cavabdeh1 tərəfindən imzalanması göstərilmişdir.
3. İş materiallarından görünür ki, Cavabdeh1 adına JN-2293 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X18 verilmişdir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********49 nömrəli İddiaçı2 ünvanladığı məktubdan görünür ki, JN324 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 324 M nömrəli planşetində göstərilən 6572,76 kv.m torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-1072/2023 nömrəli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, xx.xx.2003-cü il tarixli, 4-Ə-234 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0.66 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh1 adına JN2293 KOD 30319018 nömrəli “Torpağa mülkiyyət hüququna X18” işlənmişdir. “Torpağa mülkiyyət hüququna dair dövlət akt” larinın verilməsinə əsas olmuş sənədlər ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2023-cü il tarixli 4/1002 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 avqust 2003-cü il tarixli 4-ə-234 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş torpaq alqı-satqı müqaviləsində “İmzalar.” Qrafasında “İddiaçı1O” yazıları qarşısındakı imza – İddiaçı1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 01 avqust 2003-cü il tarixli 4-ə-234 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş Torpaq alqısatqı müqaviləsində “İmzalar:” qrafasında “İddiaçı3K” yazıları qarşısındakı imzaİddiaçı3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş İddiaçı1 adından olan 7 vərəq eksperimental xətt və imza nümunələrində, İddiaçı3 adından olan 7 vərəq eksperimental xətt və imza nümunələrində-yazıların və imzaların qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmadı.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, X5 və İddiaçı5 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Quba rayon Notariat Kontorunda 01 avqust 2003-cü il tarixdə 4ə-234 reyestrlə təsdiq edilməklə, Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 1.10 ha pay torpaq sahəsinin alqı-satqısına dair İddiaçı1, İddiaçı3, İddiaçı2, X5, İddiaçı5 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
9. İddiaçılar İddiaçı1, İddiaçı3, X5, İddiaçı5 və İddiaçı2 nümayəndəsi Nümayəndə iddia tələbi, sonradan isə tələbin azaldılması ilə məhkəməyə müraciət edərək Quba rayon Notariat Kontorunda 01 avqust 2003-cü il tarixdə 4ə-234 reyestrlə təsdiq edilməklə, Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 6572,76 kvm pay torpaq sahəsinin alqı-satqısına dair İddiaçı1, İddiaçı3, İddiaçı2, X5, İddiaçı5 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, onlar-iddiaçılar İddiaçı1, İddiaçı3, X5, İddiaçı5 digər İddiaçı2 torpaq sahəsinə dair JN-324 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X17 əsasən yeni elektron nümunəli Çıxarışın alınması üçün DƏDRXnın 5 saylı Xaşmaz Ərazi idarəsinə müraciət etdikdə, JN324 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X15 göstərilən torpaq sahəsi üzərində mübahisənin mövcudluğuna istinad edilməklə Dövlət reyestrindən Çıxarışın verilməsindən imtina olunduğu bildirilmişdir. DƏDRX X14 5 saylı Xaçmaz Ərazi idarəsi **********49 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda JN-324 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X16 324M nömrəli planşetində göstərilən 6572.76 kvm torpaq sahəsi üzərində mübahisənin mövcudluğu səbəsindən əmlakın müayinəsinin mövcud olması, digər 324S nömrəli planşetdə göstərilən torpaq sahəsinə isə təqdim edilən Dövlət Aktı üzrə Dövlət reyestrindən Çıxarışın verilməsindən imtina edildiyi göstərilmişdir. Bununla bağlı araşdırma aparıb səbəblərini öyrəndikdə məlum olmuşdur ki, Quba rayon Notariat Kontorunda 01 avqust 2003-cü il tarixdə 4ə-234 reyestrlə təsdiq edilməklə, Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 1.10 ha pay torpaq sahəsinin alqı-satqısına dair İddiaçı1 və digərləri ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin bağlanmasına paylı mülkiyyətçilərin heç birinin razılığı olmamış, torpaq sahəsi bütün vaxt ərzində və hal-hazırda da faktiki onların istifadələrində və sahibliyindədir. Bütün bu müddət ərzində də, torpaq vergiləri də tərəflərindən ödənilmişdir. Alqı-satqı müqaviləsində torpaq sahəsinin 2-ci Nügədi kəndində yerləşdiyi göstərilmişdir. Halbuki, həmin torpaq sahəsi 1-ci Nügədi kəndi ərazisində yerləşir. Bundan sonra, Quba rayon Vəkil Bürosu ilə müqavilə bağlayıb mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsinin Cavabdeh1 və digər şəxsə qadağan edilməsi ilə bağlı müvəqqəti təminat tədbirinin seçilməsi barədə qərardad qəbul edilməsi üçün məhkəməyə müraciət edilməsini xahiş etmişlər. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri barədə ərizələri təmin edilib. JN-324 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X18 ilə İddiaçı1, İddiaçı3, X5, İddiaçı5 və İddiaçı2 məxsus Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 1,10 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrı torpaq sahəsinin özgəninkiləşdirilməsi Cavabdeh1 və digər şəxs qadağan edilməsi qərara alınmışdır. Quba rayon Notariat Kontorunda 01 avqust 2003-cü il tarixdə 4ə-234 reyestrlə təsdiq edilməklə, Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 1.10 ha pay torpaq sahəsinin alqı-satqısına dair İddiaçı1 və digərləri ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinə dair notariat işi vəkil sorğusu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Arxivindən tələb edilmişdir. Hesab edirlər ki, alqı-satqı müqaviləsi bağlanarkən, mübahisəli torpaq sahəsi birgə paylı mülkiyyətdə olduğundan AR Mülki Məcəllənin 213-225-ci maddələrinin tələbləri pozulmuşdur. Həmçinin, mübahisəli torpaq sahəsinə dair bağlanmış əqd Mülki Məcəllənin tələbləri baxımından da, uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış uydurma əqd olmaqla əhəmiyyətsizdir. Bunu alqı-satqı predmeti olmuş torpaq sahəsinin heç vaxt alıcının faktiki sahibliyinə verilməməsi və bağlanmasından əvvəl və sonra da, yəni hal-hazıradək mülkiyyətçi kimi sahibliyində və istifadələrində olması bir daha təsdiq edir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
11. Quba Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(027)-89/2023 nömrəli qətnaməsi ilə (hakim V.Seyidov) iddia tələbi təmin edilmiş, Quba rayon Notariat Kontorunda 01 avqust 2003-cü il tarixdə 4Ə-234 reyestrlə təsdiq edilməklə, Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 6572,76 kvm pay torpaq sahəsinin alqı-satqısına dair İddiaçı1, İddiaçı3, İddiaçı2, X5, İddiaçı5 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, məhkəmə-xətşünaslıq ekspertizasının xərci olan 110 (yüz on) manatın Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ22 saylı hesabına köçürülməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, torpağa mülkiyyət hüququna dair JN-324 KOD 30319018 nömrəli dövlət aktına əsasən Quba rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı qərarı ilə İddiaçı1, İddiaçı3, İddiaçı2, X5 və İddiaçı5 kənd təsərüfatı məhsullarının istehsalı məqsədi ilə 1,10 hektar torpaq sahəsi verilmişdir. Quba rayon Notariat kontorunda təsdiq edilmiş xx.xx.2003-cü il tarixli 4-ə-234 reyestr nömrəli alqı-satqı müqaviləsindən göründüyü kimi, həmin torpaq sahəsi (6572,76 kvm) İddiaçı1, İddiaçı3, İddiaçı2, X6 və İddiaçı5 adından bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh1 satılmışdır. Daha sonra Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 adına 24 dekabr 2003-cü il tarixdə JN-2293 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X18 işlənmişdir. Həmin torpaq sahəsi üzrə cavabdehlə iddiaçılar arasında bağlanmış alqı-satqı müqaviləsi notarial qaydada bağlanaraq təsdiq edilmiş olsa da, iş üzrə mötəbər sübut olan ekspert rəyinin nəticəsindən də göründüyü kimi, Quba rayon Notariat Kontorunda bağlanmış xx.xx.2003cü il tarixli 4-ə-234 reyestr nömrəli alqı-satqı müqaviləsində olan imza İddiaçı3 tərəfindən yox, başqa şəxs tərəfindən tərəfindən icra olunmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edib ki, iddia təmin edilməli, Quba rayon Notariat Kontorunda 01 avqust 2003-cü il tarixdə 4-ə-234 reyestrlə təsdiq edilməklə, Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 6572,76 kvm pay torpaq sahəsinin alqısatqısına dair İddiaçı1, İddiaçı3, İddiaçı2, X5, İddiaçı5 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.
13. Məhkəmə öz mövqeyini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.2, 2.3, 2.4, 21.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1, 567, 646.1, 646.2, 140, 148, 182.1, 182.2. 182.3, 139.1, 141.1, 141.2, 324.1, 324.4, 337.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti vermişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Cavabdeh Quba rayon 1-ci Nügədi kənd sakinləri İddiaçı1 və həyat yoldaşı İddiaçı3 Quba rayonu 1-ci Nügədi kəndi ərazisində 0,66 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsini Quba rayon Notariat Kontorunda dövlət notariusu Mehriban Quluyeva tərəfindən təstiq edilmiş xx.xx.2003-cü il 4-ə 234 reyestr nömrəli müqavilə əsasında almışdır. DWG–xəritədə 324M/0,66 ha nömrəsi ilə qeydə alınmışdır. Həmin alqısatqı müqaviləsi imzalanarkən uşaqlar yetkinlik yaşına çatmadıqlarına görə onların varisi anaları İddiaçı3 imza etmişdir. Quba Rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanlar şöbəsindən arayış Quba rayon Notariat Kontoruna verilmişdir. Cavabdeh alqı-satqı müqaviləsinin dəyəri kimi İddiaçı1 və həyat yoldaşı İddiaçı3 üç milyon manat ödəmişdir. İddiaçılar 19 ildən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh aldığı torpaq sahəsində xx.xx.2003-cü il tarixindən etibarən 350 ədəd müxtəlif növ alma ağacları əkmişdir. Lakin xx.xx.2022-ci il tarixində Quba rayon 1-ci Nügədi kənd sakini İddiaçı1 və ailə üzvləri bu illər ərzində cavabdehin əkdiyi çoxillik alma ağaclarını kökündən çıxardaraq yandırmışlar, torpağı isə şumlayıblar və ona 20000 ( iyirmi min ) manat miqdarda maddi ziyan vurmuşlar. Bütün bunları təstiq edən sübutları və şahid ifadələri mövcuddur. Məhkəmə yalnız iddia tələbində qeyd olunanları formal şəkildə təsdiq etmişdir. Qəbul edilmiş qətnamə işin faktiki hallarına uyğun deyildir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. İşə baxan məhkəmə bütün halları tam, ətraflı araşdırmamış iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. İşin əsli ondan ibarətdir ki, İddiaçı1 onun müəssisəsində işçi olmuşdur. Uzun illərdən bəridir ki, birbirilərini tanıyırlar. Mübahisəli torpaq sahəsini o iddiaçılar İddiaçı1 və İddiaçı3 2003-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında almışdır. Alqı-satqı müqaviləsi notarial qaydada təstiq edilmiş və qanunvericiliyin tələblərinə tam şəkildə riayət etməklə tərtib olunmuşdur. Həmin müqavilə əsasında aldığı torpaq sahəsinin ölçüsü 0.66 ha təşkil etmişdir. Keçən bu müddət ərzində həmin torpaq sahəsində o təsərrüfat yaratmış, çoxillik alma ağacları əkmişdir. Torpaq sahəsindəki təsərrüfata nəzarəti isə razılıq əsasında iddiaçıya həvalə etmişdir. Lakin iddiaçılar 2022-ci ildən hazırkı iddianı qaldırmış və ona süni maneə yaratmağa çalışmışlar. Hətta mübahisəli torpaq sahəsində yaratdığı təsərrüfatı qərəzli şəkildə məhv etmiş, çoxillik ağacları kökündən çıxarmaqla yandırmışlar. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətin heç bir hüquqi əsası yoxdur. Belə ki, mübahisəli torpaq sahəsi pay torpağı olmaqla daimi şəkildə iddiaçıların sahibliyi və istifadəsində olmuşdur. Torpaq sahəsinə görə vergilər onlar tərəfindən ödənilmişdir. Həmin torpaq sahəsi heç vaxt üçüncü şəxsə satılmamışdır. Cavabdehin şikayətində qeyd edilənlər həqiqəti əks etdirmir. 01 avqust 2003-cü il tarixli, 4ə-234 nömrəli alqı-satqı müqaviləsinin mövcud olması isə torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı Reyestr Xidmətinə müraciət zamanı ortaya çıxmışdır. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, apellyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur. İddia tələbi qanuni və əsaslıdır. Mübahisəsi gedən torpaq sahəsi pay torpağı olmaqla daimi şəkildə iddiaçıların sahibliyi və istifadəsində olmuşdur. 2022-ci ildə qeyd edilən torpaq sahəinə dair “Çıxarış” alınması məqsədi ilə Reyestr Xidmətinə müraciət zamanı, həmin torpaq sahəsinə dair 01 avqust 2003-cü il tarixli, 4ə-234 nömrəli alqı-satqı müqaviləsinin mövcud olması faktı ortaya çıxmışdır. İddiaçılar öz növbəsində belə bir müqavilənin mövcudluğunu qəbul etmədikləri üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbinin hüquqi əsası 01 avqust 2003-cü il tarixli, 4ə-234 nömrəli alqı-satqı müqaviləsinin etibarsızlığına dəlalət etsə də, bütün hallarda tələb həmin müqavilənin ləğv edilməsindən ibarətdir. Eyni zamanda Qanunvericiliyə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Buna görə də iddia tələbi müqavilənin ləğvi olaraq qeyd edilmişdir. Nümayəndə və vəkil Nümayəndə sonda apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. Cavabdeh2 notariusu Süleyman Məmmədov məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs Azərbaycan İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX X14 5 saylı Xaçmaz Ərazi İdarəsi səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına nümayəndəsini göndərməmişdir.
22. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Maddə 71. Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;
Maddə 389.1.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.5.Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Maddə 398.1.Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Maddə 399.1.Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 53. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (MM-nin 423-cü maddəsi). - 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətindən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(027)-89/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə təqdim olunmuş sənədlərlə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia tələbi təmin edilməməlidir.
29. Hazırki iddia tələbinin mahiyyətindən görünür ki, tələb əqdin (alqı-satqı müqaviləsinin) ləğv edilməsi barədədir. Lakin tələbin ifadə tərzinə nəzər saldıqda isə iddia ərizəsinin hüquqi əsaslandırması ilə tələb arasında ziddiyət müşahidə olunur. Belə ki, tələb “əqdin etibarsızlığı” ilə bağlı dəlillərlə əsaslandırılsa da, sonda müqavilənin ləğvi xahiş olunmuşdur.
30. İşə baxmış birinci instansiya məhkəməsi isə iddia tələbinin mahiyyət və ifadə tərzinə xüsusi əhəmiyyət verməmiş, MPM-in 14.1-ci maddəsindən çıxış edərək iddia tələbini dəqiqləşdirməmiş və sonda iddianı “əqdin etibarsızlığı” istiqamətində araşdırma apararaq nəticə vermişdir. Halbuki iddia tələbinin “xahiş edirəm” hissəsi əqdin ləğvi ilə bağlıdır.
31. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iddia tələbinə apellyasiya icraatı zamanı yeni tələbin əlavə edilməsi MPM-in normalarının pozulması deməkdir. İddiaçının yeni tələbə şifahi münasibət (göstərilən qaydada iddianın təmin edilməsinə etiraz etməməsi) bildirilməsi iddia tələbinin MPM-in 53-cü maddəsi baxımından tələbin həcminin artırılması kimi qəbul edilə bilməz.
32. Bu qaydanın isə apellyasiya instansiyası məhkəməsində edilməsi MPM-in 372.4-cü maddəsinin (apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır) tələbi baxımından yolverilən deyidir.
33. Lakin MPM-in 372.3-cü maddəsinin tələbinə görə tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
34. Kollegiya əlavə vaxt itkisinin qarşını almaq, həmçinin prosessual qənaət prinsipi baxımından apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apramazdan əvvəl tam hüquqlu və səlahiyyətli məhkəmə kimi iddia tələbinin hüquqi əsasının dəqiqləşdirilməsinə (yəni iddianın müqavilənin ləğv və ya etibarsız hesab edilməsi barədə olması) zərurət görmüş və bu məqsədlə də iddiaçı tərəfin (onların vəkilinin) mövqeyini bir daha öyrənməyə çalışmışdır.
35. Lakin məhkəmə kollegiyası tərəfindən bir neçə dəfə təklif olunmasına baxmayaraq iddiaçıların vəkili iddianın məhz “müqavilənin ləğv edilməsi” ilə bağlı olduğunu və tələbə də məhz bu qaydada baxılmasını xahiş etmişdir. İddiaçıların vəkili mövqeyini onunla əsaslandırmışdır ki, müqavilənin etibarsızlığı ilə bağlı iddia müddəti bir il təşkil etdiyindən, tələb məhz müqavilənin ləğvi ilə bağlıdır.
36. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi iddia tələbinin mahiyyəti və onun doğuracağı nəticələr iddiaçı tərəfə tam aydındır. Ona görə də kollegiya bir daha qeyd edir ki, iddiaçının hazırki tələbi müqavilənin ləğvi ilə bağlıdır. Bu baxımdan kollegiya iddia tələbinin və bununla bağlı apellyasiya şikayətinin dəlillərini məhz tələb həçmində, yəni “müqavilənin ləğv” edilməsi istiqamətində araşdırmağı zəruri hesab edir.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparır.
38. Müqavilənin ləğvinin əsasları Mülki Məcəllənin 421 və 422-ci maddələrində nəzərdə tutulmuşdur
39. Lakin, iddiaçı hazırki iddia tələbində həmin maddələrdə qeyd olunan əsaslara (tərəflərin razılaşması, cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi və s.) deyil, rəsmiləşdirilmiş əqddən məlumatsız olduğunu, bununla bağlı cavabdehə hər hansı torpaq sahəsin satmadıqlarını, bundan yalnız torpağa dair çıxarış almaq istədikdə məlumatlı olduqlarını bəyan edirlər.
40. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların bu dəlilləri alqı-satqı müqaviləsinin qanunvericiliyin tələbinə uyğun rəsmiləşdirilməsinin yoxlanılması üçün əhəmiyyətli hal olduğundan ilk növbədə bu istiqamətdə araşdırma aparılmalı, müqavilənin iddiaçı tərəfin iradə ifadəsinə uyğun olub-olmaması araşdırılmalıdır.
41. Araşdırılan işin mübаhisəsiz hаllarından müəyyən edilir ki, sözügedən torpaq sahəsi Quba rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı qərarı ilə “JN-324 KOD 30319018 nömrəli dövlət Aktına” əsasən İddiaçı1, İddiaçı3, İddiaçı2, X5 və İddiaçı5 kənd təsərüfatı məhsullarının istehsalı məqsədi ilə 1,10 hektar torpaq sahəsi verilmişdir.
42. Quba rayon Notariat kontorunda təsdiq edilmiş xx.xx.2003-cü il tarixli 4Ə-234 reyestr nömrəli alqı-satqı müqaviləsindən göründüyü kimi, həmin torpaq sahəsi (6572,76 kvm) İddiaçı1, İddiaçı3, İddiaçı2, X6 və İddiaçı5 tərəfindən Cavabdeh1 satılmışdır.
43. Daha sonra Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 adına 24 dekabr 2003-cü il tarixdə JN-2293 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X18 işlənmişdir.
44. Yuxarıda sadalanan qanunvericilk normalarının məzmunundan aydın olur ki, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə və yaxud həmin müqavilənin ləğv edilmiş sayılması ilə mümkündür.
45. Tərəflərin birinin tələbi ilə müqavilənin ləğv edilməsi yalnız müqaviləni əhəmiyyətli dərəcədə pozulması, Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda mümkündür.
46. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğvinə dair tərəflər arasında razılaşma olmamış, eyni zamanda müqavilədə onun ləğv edilməsi və ya müqavilənin icrasından birtərəfli qaydada imtina edilməsi halları tərəflər arasında razılaşdırılmamışdır.
47. Qanunvericilik tərəflərin birinin tələbi ilə müqavilənin ləğvi üçün əsas kimi digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozmasını və yaxud Məcəllədə nəzərdə tutulmuş halları qeyd etmişdir.
48. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, yalnız iddia tələbində qeyd olunan əsaslarla iddia irəli sürüldükdə həmin tələblərin birmənalı olaraq təmin olunması anlamına gəlinə bilməz. Həmin iddiaların təmin olunması üçün ilk növbədə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
49. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
50. Nəzərə alsaq ki, alqı-satqı müqaviləsi qarşılıqlı xarakterli əqddir. Hər iki tərəfdə qarşılıqlı subyektiv hüquq və vəzifələrin olması bu müqavilənin zəruri şərtlərindən biridir. Kollegiya bildirir ki, həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Belə bir sübut da iddiaçı tərəfindən təqdim edilməmişdir.
51. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi, vurğulayır ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur.
52. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı, xüsusən də notariat qaydasında bağlanılmış əqddən bu illər ərzində məlumatsız olmaq qənaətinə gəlinməklə müqavilənin ləğv olunması kimi nəticəyə gəlmək absurd olardı.
53. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri)
54. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
55. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının tələblərinə cavab vermir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə ilə iddia təmin edilməməlidir.
56. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2023-cü il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
58. Kollegiya hesab edir ki, iddia tələbi təmin olunmadğından ödənilmiş dövlət rüsumu və ekspertiza xərci iddiaçı tərəfə aid edilməlidir.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(027)-89/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, X5 və İddiaçı5 Quba rayon Notariat Kontorunda 01 avqust 2003-cü il tarixdə 4Ə-234 reyestrlə təsdiq edilməklə, Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 6572,76 kvm ha pay torpaq sahəsinin alqı-satqısına dair bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, X5 və İddiaçı5 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ22 saylı hesabına köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.