Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-469/2023 22.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maliyyə lizinq müqaviləsinin ləğvi, avtomobilin təhvil verilməsi və pul tələbinə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı X7 müqaviləsinin ləğvi, avtomobilin təhvil verilməsi və pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(060)-6192/2022 nömrəli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 28 dekabr 2019-cu il tarixdə 277/LA nömrəli X7 Müqaviləsindən və 1 saylı Əlavədən görünür ki, Lizinq verən Lizinq alanın sifariş etdiyi və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı Toyota Camry minik markalı, Tip sedan Ban, JTBFYFK803023678 rəngi qara buraxılış ili 2013 olan avtomobilini (bundan sonra-Lizinq obyekti) öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, Lizinq verən Lizinq obyektinin Satıcısına onun Lizinq alana lizinqə verilməsi barədə yazılı məlumat verilməsini öhdəsinə götürür.
2. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən, Bu lizinq müqaviləsinin ümumi məbləği 25500 manat, o cümlədən Avadanlığın dəyəri 39500 manat, lizinq mükafatı 0 manatdır. 1.6-cı bəndinə əsasən, lizinq obyekti Lizinq alana 36 ay müddətinə lizinqi ödənişi illik 25% olmaqla Lizinqə verilir. Lizinq alanın lizinq ödənişlərini həyata keçirmək vəzifəsi bu müqavilə imzalandığı gündən yaranır.
3. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 28 dekabr 2019-cu il tarixdə 277/LA nömrəli “Lizinq obyektinin alqı-satqı Müqaviləsindən” və 1 saylı Əlavədən görünür ki, Lizinq verən Lizinq alanın sifarriş etdiyi və bu Müqavilənin 1 saylı Əlavəsində göstərilmiş əmlakı-Toyota Camry minik markalı, Tip sedan Ban JTBFYFK803023678 rəngi qara buraxılış ili 2013 olan avtomobili öz mülkiyyətinə əldə etməyi və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. 1.5-ci bində əsasən lizinq müqaviləsinin ümumi məbləği 25500 manat, o cümlədən avadanlığın dəyəri 39500 manatdır, lizinq mükafatı 0 (sıfır) manatdır. 1.6-cı bəndə əsasən lizinq obyekti lizinqalana 36 ay müddətinə lizinq ödənişi illik 25% olmaqla lizinqə verilir. 4.5-ci bənddən görünür ki, lizinq alan tərəfindən 14000 manat ilkin ödəniş lizinq verənin xeyrinə ödənilir.
4. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 277/LA saylı “kredit müqaviləsi” üzrə 17 avqust 2022-ci il tarixə 23484,56 manat əsas, 12500,04 faiz borcu olmaqla cəmi 35984,60 manat borcu vardır.
5. İddiaçı ASC və Cavabdeh arasında bağlanılmış 28 dekabr 2019-cu il tarixli təhviltəslim aktına əsasən İddiaçı ASC-nin mülkiyyətində olan “Toyota Camry” markalı, (Tip sedan, Ban JTNBFYFK803023678, rəngi qara, buraxılış ili 2013-cü il) **-PD-*** dövlət qeydiyyat nişanlı olan avtomobil Cavabdeh tərəfindən təhvil alınmışdır.
6. AD № 745527 nömrəli xx.xx.2019-cu il tarixdə verilmiş Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, **-PD-*** qeydiyyat nişanlı “Toyota Camry” minik markalı, 2013-cü il buraxışlı, JTNBFYFK803023678 ban nömrəli avtomobil İddiaçı ASC-yə məxsusdur.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1077 nömrəli ekspert rəyindən müəyyən olunur ki, borcalan Cavabdeh tərəfindən İddiaçı ASC-dən alınmış lizinq vəsaiti üzrə banka ödənilməli olan borcu əsas borc üzrə 23484,11 manat və faiz borcu üzrə 13.883,19 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı «X7 müqaviləsinin ləğvi, avtomobilin təhvil verilməsi və pul» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 28 dekabr 2019-cu il tarixli 277/LA nömrəli X7 Müqaviləsinə əlavə razılaşmaya xitam verilməsi, 23.484,56 əsas borc, 12.500,04 manat faiz borcu olmaqla cəmi 35984,60 manat borcun və iş üzrə ödənilmiş 197,95 manat dövlət rüsumunun Cavabdeh tutulması, Cavabdeh sahiblik və istifadəsinə verilmiş “Toyota Camry” minik markalı (Tip sedan, Ban JTNBFYFK803023678, rəngi qara, buraxılış ili 2013-cü il) **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin tam işlək vəziyyətdə ləğv prosesində olan İddiaçı ASC-yə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı və Cavabdeh arasında 28 dekabr 2019-cu il tarixli 277/LA nömrəli X7 Müqaviləsi (bundan sonra Lizinq Müqaviləsi) bağlanaraq İddiaçı ASC Lizinq alanın sifariş etdiyi və həmin Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı, yəni “Toyota Camry” minik markalı (Tip sedan, Ban JTNBFYFK803023678, rəngi qara, buraxılış ili 2013-cü il) **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra lizinq obyekti) öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Lizinq Müqaviləsinin ümumi məbləği 25500 manat, o cümlədən lizinq obyektinin qiyməti 39500 manat təşkil etmişdir. Lizinq obyekti Lizinq alana 36 ay müddətinə lizinq ödənişi illik 25 faiz olmaqla lizinqə verilmişdir. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən lizinq alan bu müqavilə üzrə lizinq ödənişlərinin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, müqavilə üzrə əsas borcun, faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Lizinq müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və xx.xx.2022-ci il tarixli **********488 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 35984,60 manat təşkil edir. Bundan 23484,56 manat əsas, 12500,04 manat faiz borcu təşkil edir. Beləliklə, Lizinq alana dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq lizinq ödənişlərini etməmişdir. Lizinq alan sonuncu dəfə xx.xx.2020-ci il tarixində 1020 manat ödəniş etmişdir.
10. Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(060)-6192/2022 nömrəli qətnaməsi ilə (hakim A.Süleymanova) iddia qismən təmin edilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 28 dekabr 2019-cu il tarixli, 277/LA nömrəli X7 Müqaviləsi, əlavə razılaşmaya xitam verilməsi, Cavabdeh 17 avqust 2022-ci il tarixə hesablanmış 23484,56 (iyirmi üç min dörd yüz səksən dörd manat əlli altı qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 129,18 (bir yüz iyirmi doqquz manat on səkkiz qəpik) manat pulun iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan “Toyota Camry” minik markalı (Tip sedan, Ban JTNBFYFK803023678, rəngi qara, buraxılış ili 2013-cü il) 99-PD656 qeydiyyat nömrə nişanlı avtomaşının Cavabdeh alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada daxili lizinq müqaviləsi bağlanılmaqla öhdəlik hüquq münasibətlər yaranmışdır. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan lizinq obyektini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh lizinq müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında tam yerinə yetirməmiş, lizinq borcunun lazımı qaydada və vaxtında ödəməmişdir. Bu səbəbdən lizinq verən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 442, 448.1, 747.1, 748-1.12.4, 748-2.1, 748-10.1, 748-10.2, 748- 10.4, 748-10.4, 748-11.1, 748-11.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı LPO İddiaçı ASC apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(060)-6192/2022 nömrəli qətnaməsinin qismən – lizinq faiz (mükafatının) borcunun təmin edilməyən hissəsində ləğv ediliərək idia tələbinin həmin hissədə tam təmin edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 28 dekabr 2019-cu il tarixdə 277/lA nömrəli X7 Müqaviləsindən və 1 saylı Əlavədən görünür ki, Lizinq verən Lizinq alanın sifariş etdiyi və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı “Toyota Camry” minik markalı, Tip sedan Ban, JTBFYFK803023678 rəngi qara buraxılış ili 2013 olan avtomobilini (bundan sonra-Lizinq obyekti) öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, Lizinq verən Lizinq obyektinin Satıcısına onun Lizinq alana lizinqə verilməsi barədə yazılı məlumat verilməsini öhdəsinə götürür. Tərəflər arasındakı mübahisənin əsasını cavabdehin lizinq ödənişlərinin tam ödəməməsi nəticəsində öhdəliyinin icra edilməməsi təşkil edir. Mülki Məcəllədə lizinq müqaviləsinə verilən anlayışdan da görünür ki, lizinq verənin əsas öhdəliyi, lizinq üçün yararlı olan, özünə məxsus əmlakı müəyyən (müqavilədə müəyyən edilmiş) haqla və müəyyən (müqavilədə müəyyən edilmiş) müddətə lizinq alanın istifadəsinə verməkdən, lizinq alanın əsas öhdəlyi isə müqavilə ilə müəyyən edilmiş muzdu (lizin haqqını) müəyyənləşdirilmiş dövriliklə lizinq verənə ödəməkdən ibarətdir. Lizinq Müqaviləsinin ümumi məbləği 25500 manat, o cümlədən lizinq obyektinin qiyməti 39500 manat təşkil etmişdir. Lizinq müqaviləsinin 1.6-cı bəndinə əsasən, lizinq obyekti Lizinq alana 36 ay müddətinə lizinqi ödənişi illik 25% olmaqla Lizinqə verilir. Lizinq alanın lizinq ödənişlərini həyata keçirmək vəzifəsi bu müqavilə imzalandığı gündən yaranır. Qeyd olunduğu kimi, lizinq obyektinin lizinq alan tərəfindən istifadəsinə görə, lizinq verənə müqavilə şərtlərinə görə, lizinq mükafatı hesablanıb ödənilməlidir. İşin mübahisəsiz hallarından biri odur ki, nəqliyyat vasitəsi təhvil verildiyi xx.xx.2019-cu il tarixdən cavabdehin istifadəsindədir. Halhazırda da, cavabdehin lizinq obyektindən faydalanmasına baxmayaraq, nə lizinq üzrə əsas borcunu, nə də lizinq mükafatı kimi nəzərə alınmalı faiz məbləğini ödəməkdən yayınması xüsusatları məhkəmə tərəfindən tam araşdırılmamışdır. Yəni, lizinq predmetinin cavabdehdə qaldığı müddət ərzində onun ödəməli olduğu lizinq mükafatı, məhkəmə qətnaməsində öz hüquqi qiymətini almamışdır.Halbuki, məhkəmə lizinq müqaviləsi üzrə əsas borc və xüsusilə faizlə ifadə olunan lizinq müakafatının müəyyən edilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etməli və ekspert qarşında qoyulacaq sualda, lizinq müqaviləsinin şərtləri nəzərə alınmaqla, lizinq obyektinin liziqn alanın istifadəsində olduğu müddətdə nə qədər lizinq mükafatının olması araşdırılmalıdır. Məhkəmə tərəflər arasındakı müqavilənin 1.5-ci bəndinə istinad edərək lizinq mükafatının “0” manat göstərilməsi səbəbindən borcun olmamasını qeyd etməklə yalnışlığa yol vermişdir. Əlbəttə ki, X7 müqaviləsi bağlanan anda lizinq alanın hansısa mükafat borcundan söhbət gedə bilməz. Müqavilə üzrə borc öhdəliyi məhz qrafik üzrə növbəti aydan başlayaraq hesablanmaqla ödənilir. Bu baxımdan Müqavilənin 1.6-cı bəndi məhz lizinq obyektinin istifadəsinə görə, müddəti və ödəniləcək faizi nəzərdə tutur. Göründüyü kimi iddia tələbinin rədd edilən hissəsində məhkəmənin mövqeyi qanuni və əsaslı deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin bir hissəsini təmin etsə də, faizlə bağlı hissədə təmin etməmiş, bunu müqavilədə faizin nəzərdə tutulmaması ilə əlaqələndirmişdir. Hesab edir ki, məhkəmənin bu hissədə mövqeyi düzgün deyil. Belə ki, daxili lizinq müqaviləsinin 1.6-cı bəndinə əsasən lizinq obyekti lizinq alana 36 ay müddətinə 25 faiz olmaqla verilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəfindən cavabdehin məlum olan sonuncu qeydiyyat yeri üzrə (Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6) məhkəmə bildirişi göndərilmiş, lakin poçt zərfinin üzərinə “imtina edilib, bu ünvanda yaşamır” qeydləri edilməklə məhkəməyə qaytarılmışdır.
18. Cavabdeh rəsmi poçt vasitəsilə yanaşı, iddia ərizəsində və lizinq müqaviləsinə əlavə edilmiş 050 312 22 12, 55 706 77 37, 050 211 71 40, 055 517 14 06 mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur.
19. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7)
20. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Madə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1 borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 747.1.- Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Maddə 748-10.4.Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Maddə 748-11.1.Lizinq ödənişlərinin ümumi məbləği nəzərdə tutulmuşdur ki, burada yalnız bir halda faizlərin tutulmasına yol verilmiş, yəni (748-11.1.3) lizinq obyektinin əldə edilməsi üçün kreditlərə görə faizin tutulması lizinq ödənişinə aid edilmişdir. Maddə 748-11.2. Lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır. Maddə 748-11.1 və 748-11.1.3 Lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz lizinq ödənişlərinin ümumi məbləğinə aid edilmişdir.
Mülki Prosessual Məcəllə
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir onlardan istifadə etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(060)-6192/2022 nömrəli qətnaməsinin qismən – lizinq faiz (mükafatının) borcunun təmin edilməyən hissəsində ləğv ediliərək iddia tələbinin həmin hissədə tam təmin edilməsini xahiş etmişdir.
24. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini-faiz borcunun təmin edilməyən hissəsində araşdırılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə ləğv edilərək, həmin hissədə iddianın təmin olunması barədə yeni qətnamə qəbul olunmalıdır.
26. Hazırki iddia tələbindən görünür ki, iddiaçının tələbi bir neçə hissədən ibarətdir.
27. -Amrahbank” Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 28 dekabr 2019-cu il tarixli 277/LA nömrəli X7 Müqaviləsinə əlavə razılaşmaya xitam verilməsi,
28. - əsas və faiz borcun cavabdehdən tutulması;
29. - Cavabdeh sahiblik və istifadəsinə verilmiş “Toyota Camry” minik markalı (Tip sedan, Ban JTNBFYFK803023678, rəngi qara, buraxılış ili 2013-cü il) **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin tam işlək vəziyyətdə ləğv prosesində olan İddiaçı ASC-yə qaytarılması.
30. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən, yəni 1-ci və 3-cü hissələri tam, 2-ci hissə isə qismən (əsas borca münasibətdə) təmin edilsə də, faiz borca münasibətdə təmin edilməmişdir.
31. Birinci instansiya məhkəməsi bu hissədə mövqeyini onunla əsaslandırmışdır ki, 28 dekabr 2019-cu il tarixli Lizinq obyektinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən mübahisə predmeti olan lizinq obyektinin alınması üçün bağlanmış həmin alqı-satqı müqaviləsində əmlakın alıcı tərəfindən kredit yolu əldə edilməsi və faizlərin ödənilməsi ilə bağlı hər hansı müddəa yoxdur. Yəni, ASC həmin əmlakın əldə edilməsi üçün hər hansı bir məbləğdə faiz ödəməmişdir. Belə olan halda isə lizinq şirkəti lizinq alana qarşı faiz ödənilməsi ilə bağlı tələb irəli sürə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, faiz borcunun ödənilməsi ilə bağlı hissədə iddia əsaslı və qanuni olmadığından təmin olunmamalıdır.
32. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir.
33. Əvvəla məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.
34. İkincisi, Mülki Məcəllənin 748-11.1 və 748-11.1.3-cü maddələrinin tələbinə əsasən lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz lizinq ödənişlərinin ümumi məbləğinə aid edilmişdir.
35. Öyrənilən mülki işin təhlilindən belə aydın olur ki, iddiaçı tərəf müqavilə ilə üzərinə düşən öhdəliyi tam icra etmiş, yəni lizinq müqavilsində nəzərdə tutulan əmlakı cavabdeh tərəfə vermiş, lakin cavabdeh sözügedən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yerirməmişdir.
36. İşdə olan daxili lizinq müqaviləsinin şərtlərinə görə lizinqalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır.
37. Cavabdeh qeyd olunan daxili lizinq müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə lizinqin ümumi məbləği, avadanlığın dəyəri, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür
38. Göründüyü kimi cavabdeh tərəf sözügedən müqavilənin şərtlərini birtərəfli qaydada pozmaqla, üzərinə götürmüş öhdəlikləri icra etməmiş və sonda iddiaçı tərəfə maddi ziyan vurmaqla yanaşı, hazırki imübahisənin yaranmasına şərait yaratmışdır.
39. Kollegiya bildirir ki, iddianın düzgün həlli üçün tərəflər arasında mübahisəli olan hal(lar) üzrə sübutetmə yükü düzgün müəyyən edilməli, sonra isə təqdim olunmuş sübutlar müvafiq qaydada araşdırılmalı və qiymətləndirilməlidir
40. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir.
42. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 748-11.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş 28 dekabr 2019-cu il tarixli 277/LA nömrəli X7 Müqaviləsinin 1.6-cı bəndindən görünür ki, lizinq obyekti lizinq alana 36 ay müddətinə lizinq ödənişi illik 25% olmaqla lizinqə verilir.
43. Lizinq hüquq institutunun mahiyyəti ondan ibarətdir ki, lizinq verən özündə olan və yaxud lizinq vermək üçün üçüncü şəxsdən dəyərini öz vəsaiti hesabına ödəməklə əldə etdiyi əşyanı müəyyən edilmiş lizinq mükafatı müqabilində lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməklə, sonuncunun sahibkarlıq fəaliyyətini maliyyələşdirmiş olur.
44. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya, işin tam və obyektiv həlli məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir.
45. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1077 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı ASC-dən alınmış lizinq vəsaiti üzrə banka ödənilməli olan borcu əsas borc üzrə 23484,11 manat və faiz borcu üzrə 13.883,19 manat təşkil edir.
46. Göründüyü kimi iddiaçı tərəfindən hesablanmış faiz borcu ekspert rəyinə münasibətdə daha az hesablanmışdır. Ona görə də kollegiya faiz borcu üzrə iddia tələbini əsas götürür, əks halda tələbdən kənara çıxma kimi qiymətləndirilə bilər.
47. Kollegiya qeyd edir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(060)-6192/2022 nömrəli qətnaməsi qismən, faiz borcunun təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia bu hissədə təmin edilməlidir.
49. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145 manat cavabdehdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(060)-6192/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni “faiz borcunun rədd edilməsi hissəsində” ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh 28 dekabr 2019-cu il tarixli 277/LA nömrəli X7 Müqaviləsinə əsasən 12.500,04 (on iki min beş yüz manat dörd qəpik) manat faiz borcu alınaraq (tutularaq) LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan (apellyasiya icraatı zamanı verilmiş) 145 (yüz qırx beş) manat məbləğdə pul Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.