Məhkəmə qərarları › İş №2(105)-471/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-471/2021

25.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-471/2021 25.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər X10 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: X6, İddiaçının nümayəndəsi və vəkili: Vəkil, Cavabdehlər: Cavabdeh1 və X4 iştirakları ilə, X1 cavabdehlər Cavabdeh1 və Abdullayeva (Məmmədova) Fərqanə Məhəmməd qızına qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən cehiz əmlakları ilə birlikdə çıxarılma tələbinə dair ilkin, Cavabdeh1 və Cavabdeh2 İ.İ.Abdullayevə qarşı kompensasiya ödənilməsi və mənzilin tikintisinə çəkilmiş xərcin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair xxxxi iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) ilkin iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə 5000 (beş min) manat olmaqla, ümumilikdə 10000 (on min) manat məbləğində kompensasiya verilməklə cavabdehlərin və yetkinlik yaşlarına çatmayan uşaqları-2008-ci il təvəllüdlü X14 və 2012-ci il təvəllüdlü X9 xüsusi xxxxiyyət hüququ ilə iddiaçı X3 məxsus olan Sumqayıt şəhəri, 51-ci məhəllədə yerləşən ev 35-ə dair istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh1 və Cavabdeh2 və iki azyaşlı uşaqları 2008-ci il təvəllüdlü X14 və 2012-ci il təvəllüdlü X15 ilə və mənzildə olan əmlakları ilə birlikdə Sumqayıt şəhəri, 51-ci məhəllədə yerləşən ev 35-dən çıxarılması, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Abdullayeva (Məmmədova) Fərqanə Məhəmməd qızından müştərək qaydada alınaraq iddiaçı X3 ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi, iddiaçı Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(105)-808/2020 saylı qətnaməsi ilə ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Məmmədova (Abdullayeva) Fərqanə Məhəmməd qızının apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(060)-7980/2019 saylı qətnaməsinin qismən, ilk iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı İ.İ.Abdullayevin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin hər birinə 5000 (beş min) manat olmaqla, ümumilikdə 10000 (on min) manat məbləğində kompensasiya verilməklə onların və yetkinlik yaşlarına çatmayan uşaqları 2008-ci il təvəllüdlü X14 və 2012-ci il təvəllüdlü X9 ünvan 1-dən istifadə hüquqlarına xitam verilməsi və mənzildən əmlakları ilə birlikdə çıxarılmaları barədə ilk iddia tələbinin təmin edilməməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi xxxxi Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2(102)-3929/2020 saylı qərarı ilə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X8 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin xxxxi Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(105)-808/2020 saylı qətnaməsinin ilkin iddianın rədd edilməsi hissədə ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İlkin iddia üzrə iddiaçı X8 cavabdehlər Cavabdeh1 və Abdullayeva (Məmmədova) Fərqanə Məhəmməd qızına qarşı iddia əriəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə 5000 (beş min) manat olmaqla, ümumilikdə 10000 (on min) manat məbləğində kompensasiya verilməklə cavabdehlərin və yetkinlik yaşlarına çatmayan uşaqları-2008-ci il təvəllüdlü X14 və 2012-ci il təvəllüdlü X9 xüsusi xxxxiyyət hüququ ilə ona məxsus olan ünvan 1-ə istifadə hüquqlarına xitam verilməsi və mənzildən əmlakları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi xxxxiyyət hüququ ilə ona məxsusdur. O, həmin ünvanda qeydiyyatdadır və həmin ünvanda da yaşayır. Cavabdehlərdən Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə gəlinidir. Belə ki, oğlu Cavabdeh1 2007-ci ildə Cavabdeh2 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və birgə nikahlarından 2008-ci il təvəllüdlü X14 və 2012-ci il təvəllüdlü X15 adlı övladları dünyaya gəlmişdir. Cavabdehlər və onların yetkinlik yaşına çatmayan uşaqları ona məxsus mənzildə pasport qeydiyyatındadırlar və ona məxsus mənzildə yaşayırlar. O, cavabdehlərin ona məxsus mənzildə yaşamalarını və qeydiyyatda qalmalarını istəmir. Belə ki, cavabdehlər onun öz mənzilində rahat yaşamaqlarına imkan vermir. xxxxiyyətçi olaraq o, öz mənzilində sərbəst yaşaya bilmir. Hər gün evdə söz-söhbət dava-dalaş olur. Cavabdehlər əsassız olaraq evdə münaqişə yaradırlar, onu və həyat yoldaşını nalayiq söyüşlər söyərək təhqir edirlər. Ona görə də o, belə qərara gəlmişdir ki, cavabdehlərin hər birinə 5000 manat olmaqla ümumilikdə 10000 manat məbləğində cavabdehlərə kompensasiya vermişdir. Hesab edir ki, cavabdehlərin hər birinə 5000 (beş min) manat olmaqla, ümumilikdə 10000 manat məbləğində kompensasiya verilməklə cavabdehlərin xüsusi xxxxiyyət hüquq ilə ona məxsus olan mənzilə istifadə hüquqlarına xitam verilməli, ona məxsus mənzildən əmlakları ilə birlikdə çıxarılmalıdırlar. İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Abdullayeva (Məmmədova) Fərqanə Məhəmməd qızı cavabdeh X3 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın kompensasiya ödənilməklə qeydiyyatdan çıxarılmağı hissəsində təmin edilməklə cavabdeh İ.İ.Abdullayevdən 40000 (qırx min) manat kompensasiya ödəməklə istifadə hüququna xitam verilməsi və ilkin iddianın mənzildən çıxarılma hissəsində rədd edilməsi, həmin tikilidən çıxarıldıqları təqdirdə həmin tikilinin inşasına çəkilmiş xərc kimi 30000 (otuz min) manatın cavabdehdən alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, onlar cavabdehin razılığı ilə xüsusi xxxxiyyətində olan evə qeydiyyata düşməklə uzun müddətdir ki, çox mehriban və bir birilərinə qarşı heç bir problemi və va narazılığı olmadan yaşamışlar. Lakin son dövrlərdə mənzili sataraq iki mənzil almaq barədə ilkin razılıqlarında dəyişiklik etmək istəyən cavabdeh onlara cüzi məbləğdə kompensasiya ödəməklə mənzildən çıxarmağa çalışmış və bu planına uyğun olaraq heç bir əsas və narazılıq olmadan aralarında dava-dalaş yaratmış və polisə şikayət edərək onun cəzalanmağına çalışmışdır. Mənzil iki mərtəbədən ibarət olmaqla birinci mərtəbəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınmış və ilk olaraq onlar həmin mənzildə yaşamış və qeydiyyata düşmüşlər. Sonradan mənzildə hər birinin rahatlığı və ayrı-ayrı yaşamaqları səbəbindən mənzilin ikinci mərtəbəsini inşa edərək orada yaşamaq istədiklərindən dövlət qeydiyyatına alınmamış həmin hissənin tikintisi üçün xeyli 30000 manatdan yuxarı maddi vəsait xərcləməklə yanaşı xeyli əziyyət də çəkmişlər. Həmin hissənin tikintisi başa çatdıqdan sonra cavabdeh onlardan həmin hissəyə özünün köçməsini xahiş etdiyindən onlar cavabdehlə razılaşmış və hazırda mənzilin həmin hissəsində cavabdeh birinci mərtəbəsində isə onlar övladları ilə bərabər yaşayırlar. Beləliklə öz iddiasını onunla əsaslandırır ki, qarşılıqlı iddia üzrə iddiaçı olaraq o, cavabdeh İ.İ.Abdullayevin oğlu və gələcək vərəsəsidir. Həmçinin, həmin mənzildə onun iki övladı da yaşayır və onların mənzildən istifadə hüquqlarına xitam verilməsi və ilkin iddiaçının təklif etdiyi kompensasiya ilə öz mənzil şəraiti hazırkı kimi davam etdirməyə imkan vermir. Belə ki, həmin mənzilin çox yaxşı imkanları və təmiri var, həmin mənzilin ikinci mərtəbəsinə onlar xeyli vəsait xərcləmiş, həmin hissə cavabdehin xüsusi xxxxiyyətində olmamaqla yanaşı onun inşasında cüzi vəsait xərcləmişdir. Belə olan halda cavabdehin onları mənzilin həmin hissəsindən çıxarmağa subyektiv hüququ yoxdur və ya gələcəkdə bu hüququ əldə etmə imkanı qarşılığında həmin tikiliyə çəkilmiş 30.000 manat xərci onlara ödəməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İlk iddia üzrə cavabdehlər Cavabdeh1 və F.M.Abdullayeva (Məmmədova) apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, mübahisəli ev əvvəllər bir mərtəbəli olmuş, həmin evdə atası, anası və o, yaşamışdır. O, ailə qurduqdan sonra ailəsi və sonralar uşaqları da həmin evdə yaşamışlar və bu günədək yaşamaqda davam edirlər. Valideynləri ilə münasibətləri çox normal olmuşdur. 2013-cü ildə hazırkı ilkin iddiaçı olan atası yaşadığı birmətəbəli, yaşayış sahəsi 50,6 k.vm, köməkçi sahəsi 31,1 kv.m, ümumi sahəsi 81,7 kv.m olan birmərtəbəli fərdi yaşayış evini öz adına özəlləşdirərək həmin sahəyə xüsusi xxxxiyyət hüququ əldə etmiş və bu sahə bu gün də onun xxxxiyyətindədir. Uşaqları olduqdan sonra valideynlərinin daha rahat yaşamaları naminə atası təklif etmişdir ki, evinin üstündə 2-ci mərtəbə qaldıraraq orada öz ailəsi üçün ev tikib yaşamaqlarına icazə versin. Atası təklifini bəyənərək razılıq vermişdir və o, öz vəsaiti hesabına atasına məxsus evin 2ci mərtəbəsində öz ailəsi üçün ev tikmişdir. Orada hər cür şərait yaratmışdır. Uşaqları ilə bir neçə il 2-ci mərtəbədə yaşamışdılar. Lakin bir neçə ay əvvəl guya uşaqlar 2-ci mərtəbədə oynayarkən onları narahat etdiyi səbəbini bəhanə edərək ona təklif etmişdir ki, onlar 1-ci mərtəbəyə köçsünlər. O, bu təklifə razılaşmışdır. Buna baxmayaraq atası heç bir səbəb olmadan onları təhqir etmiş və evdən çıxmagı tələb etmişdir. Lakin məhkəmə bunları nəzərə almamışdır. Ona ailəsi ilə birlikdə ən azı 30.000 manat məbləğində kompensasiya ödənilməklə həmin ünvandan çıxarılmagı, əks təqdirdə kompensasiya verilməklə həmin evin 2-ci mərtəbəsinə köçürülərək, həmin sahədə istifadə hüququnun tanınması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İlk iddia üzrə cavabdehlər Cavabdeh1 və F.M.Abdullayeva apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, şikayətə uyğun izahat verdilər və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçı İ.İ.Abdullayev, nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadılar, iddia ərizəsinə uyğun izahat verdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilkin iddia ərizəsini təmin edərkən, iddiaçının xxxxiyyətində olan mənzilin cavabdehlər tərəfindən iddiaçıya mane yaratmasına, onun xxxxiyyətinin pozulmasına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 və F.M.Abdullayevanın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası xxxxi Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan RX seriyalı, N-0301445 saylı “çıxarış”ın surətindən müəyyən edilir ki, ünvan 1 xüsusi xxxxiyyət hüququ üzrə İ.İ.Abdullayevin adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olan Sumqayıt şəhər İcra Hakimiyyəti “xxxx” Kiçik Müəssisəsinin xx.xx.2019-cu il tarixli, “2 N-li forma” arayışından müəyyən edilir ki, ünvan 1-in sahibi İ.İ.Abdullayevdir və X16, Cavabdeh1, Cavabdeh2 və azyaşlı-X14 həmin evdə daimi qeydiyyatdadırlar. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti “xxxx” Kiçik Müəssisəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli “akt”dan görünür ki, Sumqayıt şəhəri, 51-ci məhəllənin sakinləri A.Manafov, F.Həsənova və Z.Muradov qonşuları X7 daima öz anasının və atasının ünvanına nalayiq söz və söyüşlər deyərək təhqir edir, dava salır, onların uşaqlarına narahatlıq yaradaraq, tərbiyəsiz sözlər eşitməsinə səbəb olur. Bu səbəbdən qonşuları İ.Abdullayev barəsində verdiyi ərizəyə baxılıb Ceyhun və yoldaşının müvəqqəti yaşamaq hüquqlarının məhdudlaşdırıb atasının mənzilindən çıxarılmalarını istədiklərini öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Evlərin Alqı-Satqısı və kirayə verilməsi mərkəzinin möhürü ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, məhəllə 51, ev 35 saylı 2 mərtəbəli 4 otaqdan ibarət həyət evinin bu günki bazar qiymətləri ilə satış qiyməti 72000-74000 (yetmiş iki min və yetmiş dörd min) manat civarında qiymətləndirir, kirayə verilməsi isə 120-130- manatdır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin İnzibati xəta haqqında iş üzrə xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata İXMnin 53.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. Hazırda ilkin iddia üzrə iddiaçı İ.İ.Abdullayev cavabdehlər Cavabdeh1 və F.M.Abdullayevaya qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən cehiz əmlakları ilə birlikdə çıxarılması barədə tələblə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə iddiaçı tərəfindən irəli sürülmüş iddianın qanuni əsasını Azərbaycan Respublikası xxxxi Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı xxxxiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa xxxxiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin xxxxiyyətçisi olmalı və iddia irəli sürülmüş şəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. Azərbaycan Respublikası xxxxi Məcəlləsinin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin xxxxiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin xxxxiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız xxxxiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ xxxxiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən xxxxiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası xxxxi Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası xxxxi Məcəlləsinin 228.5-ci maddəsinin “xxxxiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, xxxxiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, xxxxiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ xxxxiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikası xxxxi Məcəlləsinin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin xxxxiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən xxxxiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. İşin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, mübahisəli ev xüsusi xxxxiyyət hüququ ilə iddiaçıya məxsusdur və oğlu və gəlini olan cavabdehlərin isə həmin evə istifadə hüququ vardır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xxxxi işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...xxxxi Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa xxxxiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...xxxxi Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu xxxxiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, xxxxiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi xxxxiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, xxxxiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, xxxxiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Kompensasiya məbləği xxxxiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə kompensasiya təklif edən şəxsin təklif etdiyi məbləğdən artıq məbləğ müəyyən etməklə və ya məbləği azaltmaqla istifadə hüququna xitam verməkdə haqlı deyil. Kompensasiya məbləğinin mübahisəli evin satılıb əldə edilən məbləğdən ödənilməsinə yalnız xxxxiyyətçinin müvafiq təklifi olduqda, həmin əmlaka digər şəxslərin hüquqları nəzərə alınmaqla yol verilə bilər. Kompensasiya təklif olunan şəxsin evin satılaraq ona pay verilməsini tələb etmək hüququ yoxdur. İddiaçı cavabdehlərə hər birinə 5000 (beş min) manat olmaqla, ümumilikdə 10.000 (on min) manat məbləğində kompensasiya verməklə mübahisəli evə yaşayış (istifadə) hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə kollegiyası iclası zamanı iddiaçı İ.Abdullayev cavabdehlərin hər birinə hazırda 6000 (altı min) manat təklif edir. Qanunvericiliyin qeyd olunan tələblərini və işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı X8 tərəfindən təklif olunan kompensasiyanın məbləği Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında xxxxiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə xxxxiyyət hüququ, o cümlədən xüsusi xxxxiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası xxxxi Məcəlləsinin 152.1-ci maddəsinə əsasən xxxxiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər xxxxiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, xxxxiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə xxxxiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz xxxxiyyətindən dinc istifadə hüququna malikdir. Bundan əlavə işə mahiyyəti üzrə baxılarkən cavabdeh X17 Azərbaycan Respublikası xxxxi-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəməyə yazılı ərizə verməklə iddianı tam etiraf etmişdir. Azərbaycan Respublikası xxxxi-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə kollegiyası bu normadan çıxış edərək ilkin iddia tələbi əsaslı və təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticəni düzgün hesab edir və məhkəmə kollegiyası iddiaçı tərəfindən cavabdehlərə hər birinə 6000 manat verilməsini nəzərə alıb hesab edir ki, qətnamə dəyişdirilməlidir. Azərbaycan Respublikası xxxxi Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə ləğv edilməməli, lakin dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər Cavabdeh1 və X5 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxxxx 2019-cu il tarixli 2(060)-7980/2019 saylı qətnaməsi dəyişdirilsin. İlkin iddia təmin edilsin, cavabdehlər Cavabdeh1 və Abdullayeva (Məmmədova) Fərqanə Məhəmməd qızının hər birinə 6000 (altı min) manat olmaqla, ümumilikdə 12000 (on iki min) manat məbləğində kompensasiya verilməklə cavabdehlər və yetkinlik yaşlarına çatmayan uşaqları-2008-ci il təvəllüdlü X14 və 2012-ci il təvəllüdlü X9 xüsusi xxxxiyyət hüququ ilə iddiaçı X3 məxsus olan Sumqayıt şəhəri, 51-ci məhəllədə yerləşən ev 35-ə dair istifadə hüquqlarına xitam verilsin. Cavabdeh1, Cavabdeh2, iki azyaşlı uşaqları 2008-ci il təvəllüdlü X14 və 2012-ci il təvəllüdlü X15 və mənzildə olan əmlakları ilə birlikdə Sumqayıt şəhəri, 51-ci məhəllədə yerləşən ev 35-dən çıxarılsınlar. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Abdullayeva (Məmmədova) Fərqanə Məhəmməd qızından müştərək qaydada alınaraq iddiaçı X3 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin xxxxi kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar