Məhkəmə qərarları › İş №2(105)-472/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-472/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-472/2024 30.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X6 ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta öhdəlikləri üzrə pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6349/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı sığorta öhdəlikləri üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6500 manat məbləğində sığorta ödənişinin, 85,40 manat dövlət rüsumunun, cəmi 6585,40 manat pul vəsaitinin tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, e-2(060)-6349/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə istinad edilərək iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "sığorta müqaviləsi üzrə mübahisələr tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilməsi qərara alınmışdır (hakim Şəbnəm Həxiyeva). "xxxx" ASC-nin nümayəndəsi X5 xx.xx.2023-cü il tarixdə şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli e-2(060)-6349/2023 nömrəli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. "xxxx" ASC-nin nümayəndəsi X5 şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə AR MPM-nin 261.0.2-ci maddəsinin tələblərinə istinad etməklə qeyd edilən normanın tələblərini düzgün təfsir etməmişdir. Belə ki, qeyd edilən norma eyni tərəflər arasında, eyni predmet barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməli olduğunu göstərir. Lakin hazırkı mübahisədə iddianın verilməsinə əsas olan sığorta müqaviləsi istinad edilən işdə olan müqavilə ilə eyni olsa da, tələbin yönəldildiyi cavabdeh başqa şəxsdir və hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün AR MPM-in 261.0.2-ci maddəsində qeyd edilmiş əsaslar mövcud deyil. Bununla yanaşı qeyd etmişlər ki, hazırkı Cavabdeh da cavabdeh qismində cəlb edilməli olması halı iddiaçıya Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olmuş 2(105)-1100/2023 saylı işə baxılarkən məlum olmuşdur və tərəflərindən həmin şəxsin cavabdeh qismində cəlb edilməli olmasına dair vəsatət verilməsinə baxmayaraq, məhkəmə vəsatətlərini təmin etməmişdir. Buna görə də hesab edirlər ki, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır və məhkəmə həm də göstərilən qərardadı çıxarmaqla iddiaçının məhkəməyə müraciət etmək hüququnu pozmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, e-2(060)-6349/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, X3 Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-6349/2023 saylı, 13 dekabr 2023-cü il tarixli qərardadından verdiyi şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim Aynur Behbudova). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6349/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılan zaman müəyyən olundu ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı sığorta öhdəlikləri üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6500 manat məbləğində sığorta ödənişinin, 85,40 manat dövlət rüsumunun, cəmi 6585,40 manat pul vəsaitinin tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, e-2(060)-6349/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə istinad edilərək iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "sığorta müqaviləsi üzrə mübahisələr tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1100/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qətnaməsinin qismən, cavabdeh X4 aid hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin cavabdeh X4 aid hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər X1 və X2 müştərək qaydada iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 6500 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 85,40 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırda iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mübahisələndirdiyi halla bağlı (xx.xx.2021-ci il tarixli, № AZ0011214 saylı ödəniş tapşırığına əsasən ödənilmiş 5000 manat və xx.xx.2021-ci il tarixli, № AZ0011329 saylı ödəniş tapşırığına əsasən ödənilmiş 1500 manat, cəmi 6500 manat) yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktında müəyyən olunmuş hallar mahiyyət etibarı ilə eynilik təşkil edir. Yəni iddiaçının hazırda qaldırdığı iddiada mübahisələndirdiyi məsələyə (xx.xx.2021-ci il tarixli, № AZ0011214 saylı ödəniş tapşırığına əsasən ödənilmiş 5000 manat və xx.xx.2021-ci il tarixli, № AZ0011329 saylı ödəniş tapşırığına əsasən ödənilmiş 1500 manat, cəmi 6500 manatın tələb edilməsi) artıq hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını vəazadlıqlarını müdafiə etmək hüqüqü vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İhissəsinə əsasən Konstitusiyadatəsbit edilmiş insan və vətəndaş hüquqlarının və azadlıqlarını gözləmək və qorumaq qanunveriçilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hazırkı mübahisədə tələbin yönəldildiyi cavabdeh başqa şəxsdir və buna görə də iş üzrə icraata xitam verilməsi üçün AR MPM-in 261.0.2-ci maddəsində qeyd edilmiş əsaslar mövcud deyil. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməklə mülki iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6349/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar