Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-481/2024 01.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-2626/2023 nömrəli, 07 dekabr 2023cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh arasında xx.xx.2017-ci ildə bağlanmış AN-1 seriyalı ******* saylı alqı-satqı müqaviləsinin və xx.xx.2017-ci il tarixli beh müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-2626/2023 saylı 07 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin qəbul edilməsindən imtina edilmişdir (hakim Aydın Babayev). Qeyd edilən qərardaddan İddiaçı nümayəndəsi qismində vəkili Vəkil tərəfindən şikayət təqdim edilmiş və qərardadın ləğv edilməklə ərizənin icraata qəbul edilməsi xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı iddianın əsasını və predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Hakimin qeyd etdiyi əvvəlki Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli mülki işdə İddiaçı Cavabdeh qarşı xx.xx.2017-ci ildə bağlanmış AN-1 seriyalı ******* saylı alqı-satqı müqaviləsinin və xx.xx.2017-ci il tarixli beh müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia qaldırmışdır. Hazırki iş üzrə isə, yəni məhkəmənin icraata qəbul etmədiyi iş üzrə İddiaçı Cavabdeh qarşı xx.xx.2017- ci ildə bağlanmış AN-1 seriyalı ******* saylı alqı-satqı müqaviləsinin və xx.xx.2017-ci il tarixli beh müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmışdır. Hakimin qətnamədə göstərdiyi kimi, söhbət eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla irəli sürülən iddia tələbindən getmir. Hal-hazırki iddiada iddianın predmeti dəyişdirilmişdir, yəni iddianın predmeti alqı-satqının ləğvi deyil, alqısatqının etibarsız hesab olunması tələbidir. Belə olan halda iş icraata qəbul edilməlidir. İcraata qəbul edilməsindən imtina yolverilməzdir. Quba Rayon Məhkəməsinin 2(027)-2626/2023 nömrəli, 29 dekabr 2023-cü il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 2(027)-2626/2023 saylı 07 dekabr 2023-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi qismində vəkili Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Aydın Babayev). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)- 2093/2022 nömrəli qətnaməsilə İddiaçı Cavabdeh qarşı xx.xx.2017-ci ildə bağlanmış AN-1 seriyalı ******* saylı alqı-satqı müqaviləsinin və xx.xx.2017-ci il tarixli beh müqaviləsinin ləğv edilməsi barədə iddiası üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmış və Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-1545/2023 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2022-ci il tarixli Qərardadına əsasən əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir Qeyd edilən qərardaddan göründüyü kimi, ki, əqdə əsaslanan iddia irəli sürülənədək tərəflər həmin əqdin etibarsız hesab edilməsinə dair tələblə məhkəməyə müraciət etməkdə sərbəstdirlər. Sadəcə olaraq, bu tələbə baxılaraq qiymət verildiyi halda, sonradan həmin əqdə əsaslanan iddiaya baxılması zamanı əvvəlki iş üzrə etibarsızlıqla bağlı qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilmiş hallar bu iş üçün preyudisial əhəmiyyət kəsb etməklə, təkrar qiymətləndirmə imkanını aradan qaldırmış olacaqdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 2(027)-2626/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-481/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-481/2024
01.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver