Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-485/2021 02.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi müddətinin uzadılması və miras əmlaka dair vərəsəliyin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(029)-628/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(029)-628/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, mərhum X2 miras kütləsinə daxil olan ünvan 1 ünvanında yerləşən 0.04 hektar torpaq sahəsinin və üzərində yerləşən 111.7 kv.metr fərdi yaşayış evinin ¼ hissəsinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması, həmin əmlaklara dair İddiaçı vərəsəlik hüququ tanınmaqla miras payının ayrılaraq iddiaçıya verilməsi qət edilmişdir (hakim Rafik Kazımov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 saylı ünvanda yerləşən 0.04 hektar torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mərhum əri X2 ¼ hissə payının onun tərəfindən qəbul edilməsi müddətinin uzadılması, ünvan 4 saylı ünvanda yerləşən 0.04 hektar torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mərhum əri X2 ¼ hissə payına onun vərəsəlik hüququ tanınmaqla miras payının ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, xx.xx.1957-ci il tarixdə nikahı rəsmi qeyd etdirərək X27 ilə ailə qurmuş, həmin nikahdan 7 nəfər, 1958-ci ildə Nəsrulla, 1960-cı ildə Zarbaf, 1962-ci ildə Zeydulla, 1964-cü ildə Seyfulla 1968-ci ildə Əmrulla, 1970-ci ildə Vahid və 1976-cı ildə Fatma adlı uşaqları olmuşdur. 1965-ci ildə tərəfindən Qusar şəhəri, H.Aslanov küçəsi, 8 saylı ünvanda 0,04 ha torpaq sahəsində, 2 mərtəbəli, yaşayış sahəsi 30,6 kvadrat metr, ümumi sahəsi 111,7 kvadrat metr olan yaşayış evi tikilmiş, həmi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında onlara, yəni mərhum əri X20 və ona məxsus olmuş, ev xx xxxxxx 2008-ci il tarixli seriya MH ******* nömrəli çıxarışla mərhum X12nun adına qeydiyyata alınmış, xx xxxxx 2019-cu il tarixdə evə Texniki Pasport tərtib edilmişdir. Evin 1965-ci ildə, yəni əri ilə birgə nikah dövründə tikilməsi şərh olunan Texniki Pasportla təsdiqlənir. Bu xüsusatları məhkəmə baxışında verdiyi izahatında göstərmiş, lakin məhkəmə qətnaməsində həmin sübutlara heç bir hüquqi qiymət verilməmişdir. X12 xx xxx 2010-cu il tarixdə, oğlu, iddiaçının əri X14 isə xx xxxxxxxx 2011-ci il tarixdə vəfat etmişlər. 2011-ci ilin may ayında Notariat Kontorunda xx xxx 2011-ci il tarixli, 2705 saylı arayış təqdim edilərək, 25 may 200-cu il tarixdə vəfat etmiş X13 5 nəfər vərəsələri göstərilmişdir. Şərh olunan arayış saxtadır, vərəsələrin dairəsi düzgün müəyyən olunmamışdır. Belə ki, X27 vəfat etdikdən sonra onun 8 nəfər vərəsəsi qalmışdır. Bu xüsusat xx xxxx 2019-cu il tarixli 850 saylı arayışla təsdiqlənir. Məhkəmə qətnaməsində hər iki arayış şərh olunmuşdur. Lakin xx xxx 2011-ci il tarixli 2705 saylı arayışa hüquqi qiymət verilməmişdir. Halbuki sözügedən arayış hüquqmüəyyənedici sənəd olmaqla işin obyektiv, qanuni həllini təmin etmək üçün əhəmiyyətlidir. xx xxx 2011-ci il tarixli 2705 saylı saxta arayışda vərəsələrin sayı 5 nəfər olduğu halda, xx xxx 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədə 4 vərəsə göstərilərək miras əmlakdan hər vərəsənin payı ¼ hissədə müəyyən edilərək arayışda göstərilən vərəsələrdən X21 pay verilməmişdir. Birinci instansiya məhkəməsi göstərilən xüsusatları araşdırmamış, şərh olunan arayışlara və vərəsəlik hüququ haqqında şəhadətnaməyə tənqidi yanaşmamış, bunlara hüquqi qiymət verməmişdir. Qeyd etdiyi kimi Qusar şəhəri, H.Aslanov küçəsi, 8 saylı ünvanda yerləşən 0,04 ha torpaq sahəsi və yaşayış evi mərhum X12 ilə onun ümumi birgə mülkiyyəti olduğu halda, mirasın kütləsi düzgün müəyyən edilməmiş, mirasın kütləsinə qanunsuz olaraq onun payı daxil edilmişdir. Halbuki mirasın kütləsinə ümumi əmlakdan yalnız vəfat etmiş ərin payı daxil edilməlidir. xx xxxxxxxx 2011-ci il tarixdə vəfat etmiş X14 iddiaçının əri, onun isə doğma oğlu idi. İddiaçının 30 ildir öz evi var, gəlin gələn vaxt 1 il yaşayıb, oğlu 2011-ci ildə vəfat edəndən sonra iddiaçı həmin evə gəlməyib. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(029)-628/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı əvvəlcə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, ünvan 4 saylı ünvanda yerləşən 0.04 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə qaynatası, yəni əri X2 atası X22 məxsus olmuşdur. Həmin şəxsin mülkiyyət hüququ xx xxxxxx 2008-ci il tarixli Seriya MH ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə rəsmiləşdirilmişdir. xx xxxxxxxx 1989cu il tarixdə nikahı rəsmi qeyd etdirməklə X14 ilə evlənmiş və həmin vaxtd ünvan 4 saylı ünvanda yaşamışdır. Zeydulla Yaraliyevlə nikahlarından 4 uşağı anadan olmuş, uşaqlar hamısı yetkinlik yaşlarına çatmışlar. X1 xx xxx 2010-cu il tarixdə vəfat etmişdir. Qaynatası vəfat etdikdən sonra miras kütləsinə daxil olan ünvan 4 saylı ünvanda yerləşən 0.04 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi mərhumun birinci dərəcəli vərəsələri olaraq arvadı və uşaqları, o cümlədən əri X2 aralarında bölüşdürülmüş və hər birinin miras payı ¼ hissə müəyyən edilmişdir. Bu barədə Qusar rayon Notariat Kontoru tərəfindən xx xxx 2011-ci il tarixli 2V/01-18 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X49 öz atasından qalmış mirasdan özünə çatası payı qəbul etdikdən sonra xx xxxxxxxx 2011-ci il tarixdə vəfat etmişdir. Mərhum X49 vəfat etdikdən sonra qaynanası Cavabdeh Əizağa qızı onunla yola getməmiş, mübahisə etməyə başlamış və məcburən həmin evdən çıxmalı olmuşdur. Hazırda başqa ünvanda yaşayır, lakin bununla belə mütəmadi olaraq həmin evə gedib-gəlir və orada qeydiyyatdadır. Hal-hazırda qaynanası Cavabdeh mərhum ərinin miras payından ona düşən payı vermək istəmir. 2020-ci ilin may ayında mən mərhum ərinin həmin evə və torpaq sahəsinə dair olan ¼ hissə payını miras kimi qəbul etmək üçün Qusar rayon Notariat Ofisinə müraciət etmiş, lakin orada bildirmişdilər ki, X2 mirasını faktiki qəbul etmiş digər varis öz payına münasibətini bildirmədiyindən pay bölgüsünün aparılması mümkün olmamışdır. Mərhum əri ilə birgə nikahdan anadan olmuş uşaqlar mərhum X49dən miras qalmış payı qəbul etməmişlər və bu barədə uşaqlar ilə aralarında heç bir mübahisə yoxdur. Bu səbəbdən də, pay bölgüsünün aparılması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Tərəfindən mirasın qəbul edilməsi müddəti ona görə ötürülmüşdür ki, qaynanası mirasla bağlı mübahisə yaratmış və mirasın bölüşdürülməsinə mane olmuşdur. Bir müddət mərhum X49 ilə həmin evdə yaşamış, hal-hazırda həmin evdə yaşamasa da, həmin evə gedib-gəlir və mərhum ərinə düşən payın idarə edilməsində iştirak edir. Ona görə də, hesab edir ki, həmin mirasın tərəfindən qəbul edilməsi müddətinin ötürülməsinin səbəbləri üzürlü sayılaraq həmin müddət uzadılmalıdır. Həmçinin, X2 həmin evə və torpaq sahəsinə dair ¼ hissə müəyyən edilmiş payına dair vərəsəlik hüququ tanınmalı və həmin mirasdan payı ayrılıb ona verilməlidir. Eyni zamanda mübahisəli evdə 1989-1990-cı ildə o evdə yaşamış, sonra çıxmışdır. Qaynatası və yoldaşı vəfat edəndən sonra o evdə yaşamamışdır.Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli, 2(029)-628/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İddiaçı daha sonra izahatını dəqiqləşdirərək bildirmişdir ki, 1989-cu ildə mübahisəli evə gəılin köçmüş, 1990-cı ildə isə həmin evdən çıxmışdır. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə üçüncü şəxs Qusar rayon Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edlən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının və cavabdehin izhatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(029)-628/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan АЗ № 240848 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx xxx 1962-ci il tarixdə anadan olmuşdur. X4, anası X5r. İşdə olan V-ЖГ № 312431 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 ilə X39 arasında xx xxxxxxxx 1989-cu il tarixdə 47 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Yarəliyeva soyadı verilmişdir. İşdə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 3995 nömrəli Arayışdan görünür ki, İddiaçı ünvan 4 saylı evdə qeydiyyatdadır. İşdə olan Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxx 1970-ci il tarixdə Qusar rayonunun Köhnə Xudat kəndində anadan olmuş İddiaçı hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. İşdə olan AZ-İ № 450430 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 xx xxxxxxxx 2011-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxxxx 2011-ci il tarixdə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya MH № ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2008-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatlı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qusar şəhəri, Həzi Aslanov küçəsində X15 mülkiyyətində olan 0.04 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 30.6 kv.metr yaşayış, 81.1 kv.metr köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X15 adına daşınmaz əmlakın dövlət reyestrindən 3 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan AN-İ № ******* nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında xx xxx 2011-ci il tarixli, 2V/01-18 reyestr nömrəli Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Şəhadətnamə verilən miras əmlak AR ƏMDK yanında DƏDRX-nin Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2008-ci il tarixdə verilmiş MH 0015195, qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********90-10301 olan Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 1965-ci ildə tikilmiş 2 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 111.7 kv.metr, yaşayış sahəsi 30.6 kv.metr, yardımçı sahəsi 81.1 kv.metr olan fərdi yaşayış evi Cavabdeh ¼ hissə, X11 ¼ hissə, X6 ¼ hissə, X7 ¼ hissədən ibarətdir. İşdə olan 2/857 nömrəli, xx xxxxx 2011-ci il tarixli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən Arayışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi üzərində X15 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx xxxxx 2019-cu il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surtindən görünür ki, Qusar şəhəri, Həzi Aslanov küçəsi, 8 ünvanında yerləşən **********90-10301 reyestr nömrəli 0.04 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən 111.7 kv.metr fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh ¼ hissə, X8 ¼ hissə, X11 ¼ hissə və X6 ¼ hissə məxsusdur. İşdə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2011-ci il tarixli, 2705 nömrəli Arayışın surətindən görünür ki, xx xxx 2010-cu il tarixdə vəfat etmiş mərhum X28 vəfat etdiyi günədək Qusar şəhəri H.Aslanov küçəsi 8 saylı evdə yaşamışdır və vəfatından sonra vərəsələri olaraq həyat yoldaşı Cavabdeh, 1962-ci il təvəllüdlü X16, 1964-cü il təvəllüdlü X17, 1968-ci il təvəllüdlü X23 və 1970-ci il təvəllüdlü X29 qalmışlar. İşdə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 850 nömrəli Arayışdan görünür ki, X28 vəfat etdiyi günədək Qusar şəhəri H.Aslanov küçəsi 8 saylı evdə yaşamışdır və vəfatından sonra vərəsələri olaraq həyat yoldaşı Cavabdeh, 1958-ci il təvəllüdlü X18, xx xxxxxxxx 2011-ci il tarixdə vəfat etmiş X19,1960-cı il təvəllüdlü X24, 1964-cü il təvəllüdlü X17, 1968-ci il təvəllüdlü X25, 1970-ci il təvəllüdlü X30, 1976cı il təvəllüdlü X26 qalmışlar. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx xxx 2020-ci il tarixli X-394 nömrəli cavab məktubundan görünür ki, X9 mirasını faktiki qəbul etmiş digər varisin öz payına dair münasibətini bildirmədiyi üçün pay bölgüsünün aparılması mümkün olmamışdır. Bu səbəbdən pay bölgüsünün aparılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Birinci instansiya məhkəməsi iş materaiallarına istinadən ünvan 1 ünvanında yerləşən 0.04 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən 111.7 kv.metr fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X22 məxsus olmasını, X15 xx xxx 2010-cu il tarixdə vəfat etməsini, həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin xx xxx 2011-ci il tarixli 2V/01-18 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən hər birinin payı ¼ hissə olmaqla mərhumun birinci dərəcəli vərəsələri arvadı Cavabdeh, X2, X10 və X3 mülkiyyətinə keçməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəli, xx xxxxx 2019cu il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilməsini, mülkiyyətçilərdən İddiaçı əri X2 xx xxxxxxxx 2011-ci il tarixdə vəfat etməsini, İddiaçı mərhum əri X2 miras kütləsinə daxil olan payın qəbul edilməsi üçün müəyyən edilmiş müddəti buraxmasını, bununla belə İddiaçı mərhum əri ilə bir müddət həmin evdə yaşaması, həmin evdə qeydiyyatda olmasını, lakin özünün iradəsindən asılı olmayan səbəblərə görə, yəni Cavabdeh maneçiliklərinə görə həmin evdə yaşaya bilməməsini müəyyən edərək iddiaçının tərəfindən mirasın qəbul edilməsi müddətinin ötrürülməsinin səbəblərini üzürlü sayaraq uzadılmasını məqsədəuyğun hesab etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159, 1243.1, 1246, 1248.1, 1252, 1255-ci maddələrə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 0.04 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən 111.7 kv.metr fərdi yaşayış evi X15 xx xxx 2010-cu il tarixdə vəfatından sonra xx xxx 2011-ci il tarixli 2V/01-18 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən hər birinin payı ¼ hissə olmaqla mərhumun birinci dərəcəli vərəsələri arvadı Cavabdeh, X2 mülkiyyətinə keçmişdir. Qeyd edilən mülkiyyətçilərdən ¼ hissədə paya sahib X14 hazırki iş üzrə İddiaçı əri olmuş, X14 xx xxxxxxxx 2011-ci il tarixdə vəfat etmişdir. İş materialları ilə müəyyən edilir ki, hazırki iddiaçı İddiaçı xx xxxxxxxx 1989-cu il tarixdə nikahı rəsmi qeyd etdirməklə X14 ilə nikaha girmişlər və mübahisəli evdə 1989-1990-cı illərdə yaşamışlar. İddiaçı həmin tarixdən sonra, həmçinin mübahisəli torpaq sahəsi və yaşayış evinin ¼ hissəsinin X2 mülkiyyətinə keçəndən, həmçinin X2 vəfatından sonra həmin evdə yaşamamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Belə olan halda, qanunun bu tələbinə görə X15 xx xxx 2010-cu il tarixdə vəfatından sonra və X14 xx xxxxxxxx 2011-ci il tarixdə vəfatından sonra miras açılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-ci maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını və vərəsəliyin açılma yerini müəyyən edə bilər. Göründüyü kimi, qanunvericilik mirası müəyyən müddət ərzində qəbul etməyin iki yolunu müəyyən etmişdir – notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verilməsi və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlanılması. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci madəsinə görə də məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırki tələbin də mahiyyəti ondan ibarətdir ki, iddiaçı miras əmlakı qəbul etdiyini, lakin cavabdehin maneçilik etməsi səbəbindən orada yaşaya bilməməsi göstərmişdir. Belə olan halda da mirası faktiki qəbul etməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı miras əmlaka sahiblik etməsini, əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiyini bildirsə də, istinad etdiyi halları sübuta yetirə bilməmişdir. İş materiallarında iddiaçının miras əmlakı faktik qəbul etməsinə dair mötəbər və ziddiyyətsiz sübut yoxdur. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin mübahisə edilməyən hallarından görünür ki, iddiaçı 1989-cu ildə X14 ilə nikaha girdikdən sonra 1 il həmin evdə yaşamış, daha sonra başqa evə köçərək yaşamışlar. Bu da göstərir ki, iddiaçının miras əmlaka sahiblik etməsini, əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini sübut edə bilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi mirasın qəbul edilməsi müddətinin uzadılmasını müəyyən etsə də, müddətin hansı əssla uzadılmasını qətnamədə əsaslandırmamış, qətnamənin əsaslandırıcı hissəsində həmin faktın hansı sübuta əsasən müəyyən edilməsini göstərməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Bundan başqa məhkəmə Z.Yarəliyevin vərəsələrinin dairəsini də düzgün müəyyən etməmişdir. Belə ki, qanunvericiliyin tələbinə görə miras qoyanın ölümündən sonra onun arvadı, valideynləriə, uşaqları birinci dərəcəli vərəsələr hesab olunur. Məhkəmə isə yalnız iddiaçını vərəsə kimi tanımışdır. Bu isə qanunvericliyin tələblərinə ziddir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sübuta yetirilmədiyi halda iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddətinin uzadılmasını, həmin əmlaklara dair İddiaçı vərəsəlik hüququ tanınmaqla miras payının ayrılaraq iddiaçıya verilməsini müəyyən etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu da qətnаmənin ləğvi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 3851.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(029)-628/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi yuxarıda göstərilən əsaslar üzrə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(029)-628/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi müddətinin uzadılması və miras əmlaka dair vərəsəliyin müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-485/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-485/2021
02.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver