Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-488/2024 29.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndələri X3 və X9 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 2(027)-2000/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsilə müraciət edərək, Cavabdeh Quba rayon Şöbəsinin əməkdaşları tərəfindən əsassız tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı Aktın və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış 4147,20 manat məbləğində borcun onun **********00000 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış evini X1 Quba rayon Dövlət Notariat Kontorunda tərtib və təsdiq edilmiş 30 dekabr 2006-cı il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən alıb. Artıq 16 ildir ki, həmin yaşayış evi onun istifadəsindədir. Azəriqaz ASC ilə bağlanmış təbii qazın alqısatqısına dair müqaviləyə əsasən təbii qazdan istifadə edir və istifadə etdiyi qazın dəyərini hər ay vaxtlı-vaxtında ödəyir. 2023-cü ilin iyun ayında qaz borcu qəbzi gələrkən 4147,20 manat məbləğində borcun olduğunu görüb. Quba Qaz İİ-nə müraciət edərək, həmin borcun hansı səbəbə əsasən qeyd olunduğunu soruşduqda, ona borcun xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən hesablandığını bildirərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt, abonentin saldosu və tələbnaməni ona təqdim ediblər. Həmin aktla tanış olduqda ona məlum olub ki, xx.xx.2023-cü il tarixli ******* saylı aktda təbii qazdan qeyri-qanuni istifadə edilməsi qeyd olunmuş və həmin akta əsasən də xx.xx.2023cü il tarixli tələbnamə tərtib olunaraq 4147,20 manat cərimə borcu hesablanmışdır. Aktda onun imza etməkdən imtina etdiyi qeyd olunmuşdur. Hansı ki, onun həmin aktın mövcudluğundan xəbəri belə olmamışdır. xx.xx.2023-cü il tarixli ******* saylı aktla və xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış borcla razılaşmır. Belə ki, qeyd olunan yaşayış evini 2006-cı ildə alqı-satqı qaydasında alıb. Yaşayış evini alarkən ev, artıq təbii qazla təmin olunmuş, qaz xətləri çəkilmiş və evin satıcısı artıq illərdi ki, qazdan istifadə edib. Evi aldıqdan sonra qaz xətlərində heç bir yeniləmə və ya təmir işləri aparmamışdır. Ümumiyyətlə ev aldığı vaxt necə idisə hal-hazırda da həmin vəziyyətdədir. 16 il ərzində dəfələrlə yaşayış evinə quraşdırılmış qaz sayğacı çıxarılaraq, yenisi ilə əvəz edilmiş, Quba Qaz İİ-nin əməkdaşları dəfələrlə evə quraşdırılmış qaz sayğacına və qaz xətlərinə baxış keçirmiş, lakin ona sayğacdan kənar qaz xəttinin olması bildirilməmişdir. O da, evi başqa şəxsdən aldığı və evdə heç bir qaz xəttinin yenilənməsi işləri aparmadığı üçün evin satıcısı olan X2 tərəfindən yaşayış evinə sayğacdan kənar qaz xəttinin çəkilməsindən və mövcudluğundan xəbəri olmamışdır. Qeyd edir ki, iki mərtəbəli evin bir mərtəbəsindən ümumiyyətlə istifadə etmir. Kombi və s. təbii qazı çox sərf edən isidici qurğular evə quraşdırılmamış, yalnız mətbəxdə yemək sobası və isidici soba vardır. Hər ay da sayğacın göstəricisi əsasında təbii qazın dəyərini ödəyir. Qeyri-qanuni çəkilmiş xətdən istifadə etmir. Həyat yoldaşı müəllimədir, o və oğlu da işləyir, gün ərzində evdə heç kim olmur, təbii qazdan yalnız axşamlar istifadə edir. Onların sayğacdan kənar qaz xətti çəkərək, təbii qazdan qeyri qanuni istifadə etməyinə heç bir ehtiyac yoxdur. Yaşayış evində sayğacdan kənar qaz xəttinin mövcudluğundan məlumatlı olsaydı, həmin xətti ləğv etdirərdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 izahatında bildirmişdi ki, o, ünvan 1 ünvanda qeydiyyatdadır, həmin evin keçmişdə mülkiyyətçisi olmuşdur. Onlar həmin evdə yaşadıqları müddətdə orda iki xətt olub, bu da onunla əlaqədar olub ki, həmin həyətdə əmisinin də evi olmuş və ayrı müqavilə ilə həmin ev qazla təchiz olunmuşdur. Ev 2006-cı ildə satılıb, sonra onlar xəttin birini bağalamış və bu barədə Quba Qaz İİ-nə müraciət ediblər. Quba Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 2(027)-2000/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh **********00000 saylı abonent kodu ilə bağlı 08 may 2023-cü il tarixli ******* saylı aktı və həmin akt əsasında tərtib edilmiş 10 may 2023-cü il tarixli tələbnaməsinin ləğv edilməsi, tələbnamə əsasında hesablanmış 4147 (dörd min yüz qırx yeddi) manat 20 (iyirmi) qəpik zərərin **********00000 kodlu abonent hesabından silinməsi qət edilmişdir (hakim Aydın Babayev). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 2(027)-2000/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qaz paylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göründüyü kimi CavabdehİB-nin Xaçmaz RQİİ-nin Quba XS-nin işçiləri abonent İddiaçı sayğacdan kənar xətlə təbii qazdan qanunsuz istifadə halını aşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. Belə ki, İddiaçı özü də qanunsuz halın aşkar edilməsində iştirak etmişdir. Bu vaxt qanunsuz təbii qazdan istifadə halı vuideo çəkilişlə müşayət olunmuşdur. İddia ərizəsində də iddiaçı qanunsuz, sayğacdan kənar xəttin olduğunu etiraf edir. Qaz paylayıcı şəbəkəyə (qaz xəttinə) qeyri-qanuni qoşulma, qaz sayğacına müdaxilə və ya digər qanunsuz istehlak hallarında paylayıcıya dəyən zərər SOCAR-ın Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalari”na uyğun olaraq hesablanacaqdır. Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Quba XS-nin işçiləri həmin Qaydalara uyğun abonentin qaz işlədici cihazlarında istehlak olunan qazın hesabatına uyğun ziyan hesablamışlar. Həmin maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixinə təyin edilmiş, həmin iclasın bildirişi isə onlara “opentex”lə xx.xx.2023-cü il tarixdə verilmişdir. Cavabdeh tərəf kimi məhkəmə baxışı mərhələsində iştirak etmədiyindən Cavabdeh sübut kimi LCD diskə köçürülmüş video çəkilişi məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmədə ifadə vermiş şahid, evin əvvəlki sahibi sayğacdan kənar xəttin olduğunu təsdiq etmiş, lakin həmin xətt vasitəsi ilə təbii qazdan istifadə olunmadığına dair heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsnə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi hal onun sayğacdan kənar xətlə qazdan istifadə etməməsi barədə fikridir. Məhkəmədə ifadə vermiş şahid 16 il bundan qabaq da həmin sayğacdan kənar xəttin mövcud olduğunu təsdiq etmişdir. Lakin həmin şahid iddiaçının bu xətlə təbii qazdan qanunsuz istifadə etməməsi barədə heç bir mülahizə söyləməmişdir. Məhkəmə iclasında iştirak etməməsi səbəbindən cavabdeh iddiaçının qanunsuz təbii qazdan istifadə etməsi halını sübut edən video çəkilişi məhkəməyə təqdim etmək imkanından məhrum olmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri X5 və X12 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, Cavabdeh İB-nin Sumqayıt Qaz İdarəsinin **********00000 saylı Abonent saldosuna əsasən İddiaçı hesablanmış 4147.20 manat borcdan 3801.06 manat borc hissəsi əsassız hesab edildiyindən silinməlidir. İş materiallarında olan Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçının adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi qeyd olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 10 may 2023-cü il tarixli, təlabnamənin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən evə 34560 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan **********00000 saylı Abonent saldosundan məlum olur ki, Quba şəhəri, M.Əcəmi küçəsi 57 ünvanında yerləşən evə itirilmiş qazın bərpası üçün 4147 (dörd min yüz qırx yeddi) manat 20 (iyirmi) qəpik borc hesablanmışdır. İş materiallarında olan “Daşınmaz əmlakın alqı-satqı müqaviəsi”nin təsdiq olunmuş surətindən görünür ki, satıcılar X2 və X4 tərəfindən mülkiyyətlərində olan ünvan 1 mənzili 24 oktyabr 2006-cı ildə İddiaçı satılıb, reyesterdə 4-Ə/1061 nömrə ilə qeyd edilib. İş materiallarında olan qazdan istifadə qaydalarına əsasən “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”sinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli 336xx-xx/2023 nömrəli müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi barədə akt tərtib olunmaqla cavabdeh tərəfindən iddiaçıya 4147.20 manat məbləğində vurlmuş ziyan hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu həmin ziyan məbləği ilə razılaşmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat istehlakçının hərəkətləri nəticəsində ona maddi ziyanın vurulduğuna əsaslanmaqla akt tərtib etsə də, vurulmuş maddi ziyanın məhz istehlakçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulması, habelə istehlakçının təqsirli hərəkətləri ilə ona dəymiş maddi ziyan arasında səbəbli əlaqənin olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, təqdim olunmuş sübutlar qismində müvafiq akt cavabdeh qurumun əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçının həmin aktların tərtib edilməsində iştirakı təmin edilməmişdir (tanış olmamışdır, imtina etdiyi halda belə, həmin halı öz imzası ilə təsdiq etməmişdir). Qeyd edilən hallara əsasən həmin akt vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması baxımından mötəbər sübut qismində qəbul edilə bilməz. Habelə həmin akt müvafiq inzibati orqanlarına təqdim edilməli, bundan sonra istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə, qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Digər sübut olaraq təqdim edilmiş tələbnamədə isə mötəbər əsasa istinad edilmədən sayğacın dəyəri və sərfiyyat üzrə dəymiş ziyanın istehlakçı kimi İddiaçı tərəfindən ödənilməli olması qənaətinə gəlinmişdir. Bununla da, hazırki mülki iş üzrə iddiaçının hansı təqsirli hərəkəti nəticəsində cavabdbehə maddi ziyan vurulması, vurulmuş ziyanla onun hərəkətləri arasında səbəbli əlaqənin olması halının müəyyən eidlməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticəni tam qanuni hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi təbii qazdan cavabdehin qanunsuz istifadə etməsi ilə bağlı aktın hansı şəraitdə tərtib olunması ilə əlaqədar işin faktiki halına tam düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh əməkdaşları tərəfindən istehlakçı İddiaçı ünvan 1 fərdi evinə baxış keçirilən zaman sayğacdan kənar təbii qazın istehlak edildiyi müəyyən edildiyindən 4147 manat 20 qəpik borc hesablanmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeydl edir ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış borc məbləği 1 ay üçün (4147,20:12)=345,60 manat təşkil edir. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, istehlakçı İddiaçı ünvan 1 fərdi evinə (abonent kodu: **********00000) təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 4147,20 manat məbləğdən 345,60 manat çıxıldıqda 3801,60 manat məbləğində borc əsassız hesablandığından silinməlidir. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilir ki, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə qaydaları”nın 3.1.5-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi qaz paylayıcısı ən azı bir ay ərzində cavabdehin sayğacdan kənar xəttə qoşulduğunu müəyyən etməli idi. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı sayğacdan kənar qaz xəttinə qoşulmamasını, təqdim edilmiş video görüntü və fotoşəkillərin ona məxsus evin olmaması ilə əsaslandırmışdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla İddiaçı adına olan qaz sayğacına (abonent kodu: **********00000) dair hesablanmış borc məbləğindən 3801,60 manat silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 2(027)-2000/2023 nömrəli qətnaməsi qismən ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Quba rayon Şöbəsinin **********00000 saylı Abonent saldosu əsasında İddiaçı hesablanmış 4147.20 manat borcdan 3801.60 manat borc hissəsi əsassız hesab edildiyindən silinsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-488/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-488/2024
29.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver